Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏr oldu?



Yüklə 261,22 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix12.10.2018
ölçüsü261,22 Kb.
#73237
  1   2   3   4   5   6   7   8   9


Üçüncü söhbət. KƏLƏKİDƏ NƏLƏR OLDU? 

 

Allahın  hökmlərini  inkar  edənlərə,  peyğəmbərləri  haqsız  yerə  öldürənlərə,  insanları  ədalətə 

çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!  

O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və havadarları olmayacaqdır. 

(Qur’an, "Ali-İmran" surəsi: 21-22) 

  

Viktor Hüqonun "Səfillər" romanında oxuyuruq: "Əgər 1815-ci ilin iyun ayının 17-dən 18-nə 



keçən  gecə  yağış  yağmasaydı  Avropanın  gələcəyi  başqa  cür  olardı.  Bir  neçə  damcı  su 

Napoleonun  məğlubiyyətinə  səbəb  oldu.  [...]  Təsəvvür  edin  ki,  yer  quru  olsaydı  artilleriya 

vaxtında gəlib çıxar və vuruşma səhər saat altıda başlanardı. Bu halda o, gündüz saat ikiyə 

kimi, yəni prussiyalıların gəlişindən üç saat əvvəl qurtarmış olardı. 

Vuruşmanın  məğlubiyyətlə  nəticələnməsində  Napoleonun  günahı  çoxdurmu?  Gəminin 

fəlakətə  uğramasında  sükançını  taqsırlandırmaq  olarmı?  [...]  Biz  qətiyyən  bu  fikirdə  deyilik. 

[...] Biz yalnız belə  güman  edirik  ki,  Vaterloo  müharibəsində hər iki  sərkərdənin  hərəkətləri 

bir sıra təsadüflərdən asılı idi. Müəmmalı müqəssir, yəni tale məsələsinə gəlincə, biz buna ən 

sadədil bir hakimin - xalqın nəzəri ilə baxırıq". 

Hökmdarının  taleyinə  fransız  xalqının  gözüylə  baxan  dahi  yazıçı  "öz"  Napoleonunu 

məğlubiyyətdə suçlamağa qıymır. 

Bu hadisədən düz 178 il sonra - 1993-də eyni gündə - iyun ayının 17-dən 18-nə keçən gecə 

prezident  Əbülfəz  Elçibəy  Bakını  tərk  edib  doğma  kəndi  Kələkiyə  getməsəydi  Azərbaycanın 

gələcəyi  başqa  cür  ola  bilərdi.  Napoleondan  fərqli  olaraq  o,  öz  taleyinin  necə  olacağını 

vəzifəyə gəlməzdən iki ay yarım öncə - 25 mart 1992-də xəbər vermişdi, ancaq Azərbaycanda 

hələ də bir çoxları Kələkiyə getməkdə onu və yalnız onu suçlu saymaqdadır... 

"Nəcəf Nəcəfov mənə dedi ki, sənin və bizim son məqsədimiz iki şeyə nail olmaqdır - birincisi, 

Azərbaycanı vətəndaş müharibəsindən, ikincisi, sağlam qüvvələri ölümdən qurtarmaq" 

-Sizə  Kələki  dönəminizlə  bağlı  suallar  vermək  istəyirəm.  Kələkiyə  dönmək  qərarını  harada 

verdiniz - Prezident Aparatında, hava limanında, yoxsa təyyarədə? 

-Birbaşa Prezident Aparatında. 

-Deməli, hələ oradan çıxmamışdan bilirdiniz ki, Kələkiyə gedəcəksiniz? 

-Bəli, bilirdim ki, Kələkiyə gedirəm. Artıq təyyarə hazırlanmışdı. 

-Sizcə, Kələki ən doğru seçimdi? 

-Mən  onu  ən  doğru  seçim  sayıram!  Bayaq  bir  "fenomenal"  sözü  işlətdim...  Hələ  dünya 

tarixində  olmayıb  ki,  inqilab,  qiyam  və  ya  çevriliş  nəticəsində  hakimiyyətdən  devrilmiş  bir 

prezident öz ölkəsində qalsın, yaşasın və yenidən siyasi həyata qayıtsın. Qətiyyəti indi kimdə 



axtarırlarsa gedib axtarsınlar! Mənim yerimdə kim olsaydı ya kənddə bağrı çatlayıb öləcəkdi, 

ya onu məhv edəcəkdilər, ya da məcbur olub xaricə gedəcəkdi. Mənə dəfələrlə hədələr gəldi 

ki, çıx ölkədən, xaricə get, öldürüləcəksən və s. Xarici ölkələrdən neçə dəfə müraciət etdilər 

ki,  biz  səni  aparırıq,  istədiyin  vaxt  da  qaytararıq.  Dedim  ki,  Vətənimdən  heç  yerə 

getməyəcəyəm  -  oturacağam  bu  kənddə,  kimin  hünəri  varsa  gəlib  məni  buradan  çıxarsın, 

kimin qətiyyəti varsa göstərsin. Məndən əvvəlkilərdən hansı indi Azərbaycandadır? 

-Heç biri. Nə Vəzirov, nə Mütəllibov. 

-Ölkədən  rus  təyyarəsində  getdilər.  Bəs  mənə  parlament  kürsüsündən  lağ  edənlər  indi 

haradadır?  Nədənsə,  onları  Azərbaycanda  görmürəm.  Niyə  bu  adamların  hərəsi  bir  xarici 

ölkəyə  qaçdı?  Axı  onlar  qətiyyətdən  danışırdılar.  Rəsul  Quluyev  niyə  Amerikaya  getdi?  Əli 

Ömərov  niyə  üzə çıxmır,  haradadır?  Mahir Cavadov  hanı?  Tamerlan  Qarayev  Çinə  getməyə 

niyə  razı  oldu?  Heç  olmazsa  birisi  oturaydı  da  Azərbaycanda!  Lağ  etməklə  deyil.  Mənim 

məsləkim, əqidəm var və kimin qətiyyətli olduğunu bir daha sübut edəcəyəm! 

-Bakıdan Kələkiyə getməklə nəyə nail oldunuz? 

-Azərbaycanda  vətəndaş  müharibəsinin  qarşısını  almağa!  Ən  başlıcası  budur.  Bir  də, 

Azərbaycanın  sağlam  qüvvələrinin,  o  sıradan  demokratik  müxalifətin  qırılmasının  qarşısını 

aldım - onlar məhv ediləcəkdi!  

Bir şeyi də demək istəyirəm. Biz yaxın adamlarımızla məsləhətləşdik, bəzi məsələləri müzakirə 

etdik (onların adını hələ çəkmək istəmirəm). Nəcəf Nəcəfov mənə dedi ki, sənin və bizim son 

məqsədimiz iki şeyə nail olmaqdır - birincisi, Azərbaycanı vətəndaş müharibəsindən, ikincisi, 

sağlam  qüvvələri  ölümdən  qurtarmaq.  Bu  sözü  Nəcəf  bəy  dedi,  biz  də  bəyəndik.  Bir  neçə 

nəfərimiz və mən onu yerinə yetirdik.  

-Ancaq axı Nəcəf bəyin Sizin Kələkiyə getməyinizdən xəbəri yoxdu... 

-Xeyr,  yoxdu.  O,  bu  sözü  bir  qədər  qabaq  demişdi  -  duyumu  çox  güclüdür.  Söz  deyildi  və 

mən  də  onu  yerinə  yetirdim.  Nəcəf  Nəcəfovun  bir  sözü  də  vardı  ki,  xalqın  vətəndaş 

müharibəsindən  qorxmasına  çalışmaq  lazımdır  -  xalq  bu  müharibədən  qorxmayıb  ona  girsə 

sonra  onu  oradan  çıxarmaq  mümkün  olmayacaq.  Çox  düzgün  fikirdi.  Biz  xalqı  qorxutduq, 

vətəndaş müharibəsindən çəkindirdik. Xalq vətəndaş müharibəsindən indi də qorxur. Amma 

onun içinə girsəydi çıxarmaq olmazdı - oradan çıxmaq istəmir, bu odu söndürmək olmur. 

-Bəy,  Heydər  Əliyev  televiziyayla  səhər-səhər  çıxış  edərək  Sizin  Türkiyəyə  uçduğunuzu 

söyləmişdi. Siz onu aldatmamışdınız ki? 

-Görünür, məni soruşub, ona deyiblər ki, Bakıdan çıxıb. O da məntiqlə fikirləşib ki, düşmənləri 

olan İrana və Rusiyaya getməz, birbaşa Amerikaya getməsi də mümkün deyil; deməli, qalır 

bircə Türkiyə. Naxçıvana gedə biləcəyimisə, sadəcə, ağlına gətirməyib.  

 

-Kələkiyə  getməzdən  öncə  Heydər  Əliyev,  Rəsul  Quluyev  və  Etibar  Məmmədov  axşam 



yanınıza gəliblərmiş. Onlar Sizə nə təklif edirdilər?  


Yüklə 261,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə