Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə1/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
  1   2   3   4   5   6   7   8   9   ...   94

Hörmətli oxucular,
Sahibkarlığın  inkişaf  etdirilməsinin  vacib  element-
lərindən biri gənclərə aktiv həyat mövqeyinin aşılanması və yeni 
nəsil iş adamlarının yetişdirilməsidir. Bu fəaliyyətdə hökumət 
strukturları  ilə  yanaşı,  biznes  qurumlarının  və  ictimai 
təşkilatların  üzərinə  də  böyük  məsuliyyət  düşür.  Azərbaycan 
Banklar Assosiasiyası (ABA) ölkədə sahibkarlığı təbliğ etməklə 
qeyri-neft  iqtisadiyyatının  inkişafı  üçün  həlledici  əhəmiyyət 
daşıyan kiçik və orta biznesin genişlənməsinə dəstək olur.
Təlim və tədris sahəsindəki təşəbbüslərə növbəti töhfəsini 
vermək, bu istiqamətdə görülən işlərə dəstək olmaq məqsədilə 
ABA “Uğura inan, öz biznesinə başla!” adlı biznes-bələdçinin 
nəşrini  öz  üzərinə  götürmüşdür.  Bankların  inkişafı,  onların 
daim  yeniliklər  tətbiq  etməklə  əhaliyə  və  ölkə  iqtisadiyyatına 
daha  yaxşı  xidmət  göstərməsi  uğurlu  iş  adamlarının  və 
bizneslərin mövcudluğundan əhəmiyyətli dərəcədə asılıdır.
Əminik ki, oxumağa başladığınız bu bələdçi bir çox gənci 
aktivliyə  və  bizneslə  məşğul  olmağa  sövq  edəcək.  Kitabın 
müəllifi ABA-nın ekspert qrupunun üzvü, 20 ildən artıq maliyyə 
sektorunda fəaliyyət göstərmiş, bır sıra aparıcı maliyyə qurum-
larında rəhbər vəzifələrdə çalışmış, gənclər üçün Mikrobiznes 
İnkubatoru layihəsinin müəllifi Elşən Bədirxanovdur.
Hamınıza uğurlar arzulayırıq!
Azərbaycan Banklar Assosiasiyası
3
Kitab Azərbaycan Banklar Assosiasiyasının maliyyə və ASAN 
Könüllüləri təşkilatının informasiya dəstəyi ilə nəşr edilib.
AZƏRBAYCAN BANKLAR
ASSOSİASİYASI
ASAN  KÖNÜLLÜLƏRİ

Ön söz
Salam!  Hamınızı  təbrik  etmək  istəyirəm!  Səbəbini  bir 
qədər sonra izah edəcəyəm. İcazə verin, əvvəlcə bəzi məqamları 
açıqlayım.
Kitabça barəsində ümumi məlumat.
Bu  kitabça  mikrobiznesə  başlamaq  üçün  əvvəldən 
sonadək bütün prosesləri əhatə edən bələdçinizdir. O, dünyada 
ən məşhur iş adamları, motivasiya trenerləri, biznes müəllifləri 
və  mövzu  üçün  maraqlı  olan  digər  sahələrə  aid  müəlliflər 
tərəfindən yazılmış kitab və məqalələr əsasında tərtib edilib və 
fikrimcə, olduqca maraqlı və xeyirli alınıb. Misal üçün, Stiven 
Kovi,  Brayan  Treysi,  Riçard  Brenson,  Bodo  Şefer,  Kavasaki, 
Robert Kiyosaki, Deyl Karnegi, Stiv Blank, Çan Kim, Napoleon 
Hill,  Toni  Byuzen,  Erik  Ris,  Karl  Syuel,  Donald  Tramp,  Set 
Qodin, Keyt Ferratsi və onlarla digər müəllifin, o cümlədən, bir 
sıra  keçmiş  sovet  məkanının  biznes  müəllifi  və  iş  adamının 
kitablarını  qeyd  etmək  istərdim.  Mən  yüzlərlə  kitab  və 
məqalədəki  məlumatlardan,  necə  deyərlər,  “qaymaqları” 
yığaraq sistemləşdirmişəm və öz təcrübəmdən də misallar əlavə 
etmişəm.  Bu  o  demək  deyil  ki,  gələcəkdə  bu  sahə  üzrə  kitab 
oxumağınıza ehtiyac yoxdur. Sadəcə, ola bilər ki, mən sizin bir 
neçə  ay  və  ya  ilinizə  qənaət  edərək  imkan  yaratmışam  ki,  
yığcam yazılmış bu bələdçi vasitəsilə qısa zaman ərzində xırda 
biznesinizə başlayaraq həm biznes vərdişləri qazanasız, həm də 
maddi qazanc əldə edəsiz. Sonradan öyrəndiyiniz bu vərdişlər 
və digər biliklər əsasında biznesinizi inkişaf etdirərək kiçik, orta 
və ola bilsin ki, iri biznesə çevirə biləcəksiz.
Fikirlərimi  rahat  oxuna  biləcək  dildə  yazmışam. 
Korrektorlar  mətni  ədəbi  dil  çərçivəsinə  salmaq  istəsələr  də 
4
“dır”, “dir”-lərdən qaçmağa çalışmışam :).
Əlbə ə,  biznes  elə  bir  sahədir  ki,  yarana  biləcək  bütün 
halları,  bütün  biznes  sahələrini  bir  kitabçada  əhatə  etmək 
mümkün deyil. Amma bələdçiniz sizə təfəkkürünüzü dəyişərək 
biznesə başlama yollarını sistemli şəkildə göstərəcək və bir çox 
praktiki biliklər verəcək. Nəticədə siz özünüz özünüzü yaratmış 
olacaq  və  öz  gücünüz  hesabına  uğur  qazanacaqsız!  Bu  şəklə 
diqqətlə  baxın  (özü  özünü  yaradan  insanın  heykəli).  Onu 
bələdçimizin rəmzi hesab etmək olar. Bu sizsiz!
Bələdçinin strukturu və onu necə oxumalı.
Birinci  hissə  uğura  aparan  yola  həsr  olunub  və  həyatda 
məna  tapmağa,  yeni  nailiyyətlərə  çatmaq  üçün  daxili  güc 
tapmağa  çalışan  bütün  insanlara  ünvanlanıb.  Burada  uğur 
qazanmış  insanların  timsalında  məqsədə  çatmaq  üçün  tələb 
olunan  keyfiyyətlər,  zamanın  idarə  edilməsi,  məqsədlərin 
qoyulması,  qorxunun  dəf  olunması  və  digər  məqamlar 
barəsində  danışacaq,  bir  çox  insanın  uğur  hekayələrilə  tanış 
olacağıq. Bu hissəni “beynin transformasiyası” da adlandırmaq 
olar.  Bu  mərhələni  keçmədən  yüksək  nəticələr  əldə  etmək 
çətindir, çünki dəyişikliklər şüurdan başlanır.
İkinci hissə biznes-ideyanın tapılması yolları barəsindədir 
5

Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə