rahatdır. Sadəcə, istedadını özündə hələ aşkarlamayan insanlar
daha çox səy göstərməlidirlər. Mütləq deyil ki, hamı Bill Qeyts
olsun (hərçənd bu da mümkündür), heç kimin tanımadığı bir
milyonçu olmaq da ən azı başlanğıc üçün heç də pis deyil.
Varlı insanların əksəriyyəti qeyri-adi istedada malik
deyillər. Uğurlu insan qalib düşüncəsinə malikdir və düşünür
ki, necə qalib gəlsin. Uğursuzsa fikirləşir necə edim ki,
uduzmayım. Varlı insanlar özünə “Nə? Necə?” sualları verir (nə,
necə edim ki, uğur qazanım, çətinliyi dəf edim, məqsədimə nail
olum), uğursuzlar isə “Niyə?” (axı niyə mən bəxtsizəm, niyə iş
həmişə mənim başıma gəlir).
Pozitivliyə, uğur gətirəcək hədəflərə tuşlanın. Beyin nəyə
tuşlanıbsa insan ona fikir verir. Körpəsi olan ana yorulub
yatanda muxtəlif səslər onu çox vaxt oyada bilmir, amma uşaq
bircə dəfə qışqıran kimi yerindən dik atılır. Odur ki, uğurlu
biznesin yaradılmasına tuşlanın! Bu zaman hər yerdə, hə a
problemlərdə də bir fürsət görəcəksiz.
Təbiət qanunları kimi Uğur qanunları da mövcüddur.
İdmançı öz əzələlərini necə şişirdirsə siz də vərdişlərinizi məşq
etdirin. Heykəltaraş bir zərbəylə mərmərdən heykəl düzəldə
bilməz, siz də beləcə pillə-pillə öz uğurunuzun bünövrəsini
qurmalısız. Bu bünövrə nə qədər dərin və möhkəm olsa,
tikəcəyiniz uğur binası da bir o qədər hündür və dözümlü
olacaq. Fədakar olun, məqsədlərinizə mütləq çatacaqsız.
Dəyişikliklərə başlamaq üçün problemin movcud-
luğunu qəbul etməliyik.
Fortepianoda ifa zamanı və ya şahmat oyununda
problemlər varsa özünü o dəqiqə göstərəcək. Şəxsi
keyfiyyətlərdəki problemlər isə özünü uzun müddət büruzə
verməyə də bilər.
Eynşteyn, “Eyni şeyi edib fərqli nəticə gözləmək
ağılsızlıqdır” deyib. Səy göstərin ki, yeni yanaşmanı adətə
20
çevirəsiz. Əvvəlcə siz adətləri yaradırsız, sonra isə onlar sizi.
Yeni adətlər 3 aya yaranır. Çalışın ki, ildə 4 pis adətinizdən əl
çəkəsiz və ya yeni yaxşı adət qazanasız.
Belə bir aforizm var. Fikir əkərsən hərəkət biçərsən,
hərəkət əkərsən adət biçərsən, adət əkərsən xasiyyət biçərsən,
xasiyyət əkərsən tale biçərsən.
Doğrudan da hər şey fikirdən başlayır. Köhnə düşüncəni,
pis adətləri dəyişmək asan deyil, ən çətinisə başlanğıcdı. Bu
proses kosmik gəminin yerdən qalxmasına bənzəyir. İlk
dəqiqələrdə uçuşun digər vaxtından daha çox enerji sərf edilir.
İnsanın hər gün etdiyi, öyrəşdiyi hərəkətlər və həyat tərzi
onun komfort zonasıdır. İnsan bu zonadan kənara çıxmaq
istəmir, müqavimət göstərir və yeni addımın niyə görə
məqsədəuyğun olmaması barədə uydurmalar düşünür və
özünü buna inandırır (özünə sərf edir deyə inandırmaq üçün
zəhmət çəkməyə ehtiyac olmur). Amma insanın inkişaf etməsi
üçün atmalı addımlar əksər hallarda komfort zonasından
kənarda yerləşir. Məsələn, bir nəfər idmanla məşğul olmur.
Tənbəllikdən hesab edir ki, onun üçün belə yaxşıdır. Kimsə
idmanla məşğul olmağı təklif edəndə əksər hallarda nə baş
verir? Həmin adam başlayır bəhanələr gətirməyə: özümü yaxşı
hiss edirəm, ona görə də hələ ehtiyac görmürəm (güya ki,
idmana özünü pis hiss edəndə başlamaq lazımdır:)), hava
soyuqdu, ona görə xəstələnərəm, vaxtım yoxdur (belə deyən
insanları görəndə elə təəssürat yaranır ki, guya hər bir saniyəsini
robot kimi məhsuldar keçirirlər, telefonla saatlarla oynamırlar,
yersiz söhbət etmirlər, boş-boş xəyala dalmırlar, işlərini planlı
görürlər və s., idmanla məşğul olanlarsa boş-bekar adamlardır),
səhhətimə ziyan olar (əzələlərimi zədələyərəm, qaçmaq ziyandı,
filankəs qaçırdı nə oldu? 50 yaşında öldü). Yalan danışmaq
istəməyənlər isə sadəcə deyirlər ki, həvəsim yoxdur:). Amma
əslində hamı anlayır ki, düzgün idman səhhəti möhkəmlədir,
21
insanı daha gümrah edir. Nəticədə insan uzunömürlü olmaq və
sağlam yaşamaq şansı qazanır, həyatda daha enerjili olur. Buna
görə də komfort zonasından çıxın, uğur komfort zonasından
kənardadır. Düzgün davranışı vərdişə çevirərək onu yeni
komfort zonasına daxil edin.
Uğur üçün tələb olunan keyfiyyətlərin hansı sizdə ən az
inkişaf edibsə, ola bilsin ki, məhz o, sizin uğurunuzun mümkün
olan ən yüksək nöqtəsini müəyyən edir. Bu fikrin banilərindən
sayılan Qoldrat “Məqsəd” əsərində istehsalatda bo leneck
nəzəriyyəsini maraqlı şəkildə təsvir edir. Amma bu fikir fərdlər
üçün də aktualdır. Məsələn, satış sahəsində müştəri tapmaq,
əlaqə yaratmaq, təqdimat vərdişləriniz əladırsa, amma
əməliyyatı bağlamaq vərdişiniz zəifdirsə, satışlarınızın həcmini
məhz bu keyfiyyətin səviyyəsi müəyyən edəcək.
Bəzi terminlərdən istifadə edəcəyik. Məsələn, vərdiş, bilik
və bacarığın birləşməsidir. Adət isə öyrəşdiyimiz müsbət (kitab
oxumaq kimi) və ya mənfi (siqaret çəkmək kimi) keyfiyyətlərdir.
İndi isə gəlin uğur üçün tələb olunan 10 keyfiyyət və
vərdişi bir-bir müzakirə edək.
1. Dünyaya pozitiv baxın.
Amerika mütəfəkkiri Emerson deyib ki, insan daha çox
nəyi düşünürsə taleyi də ona yönəlir.
“Cazibə qanunu” hələ e.ə. 3000-ci ildə yazılı şəkildə ifadə
olunub. Bu barədə ətraflı olaraq məşhur “Sirr” sənədli filmində
danışılır. Psixologiyada Rozental və ya Piqmalion fenomeni
anlayışı var. Adamın beynindəki fikirlər onun hərəkətlərini
müəyyən edir, başqalarının reaksiyası da onun beynindəki
fikirlərə uyğun təfsir edilir. Tanıdığım insanların timsalında
deyə bilərəm ki, inkişaf edənlərin əksəriyyəti pozitiv və aktiv
insanlardır, inkişaf etməyənlərin əksəriyyəti isə neqativ və
ətalətli. Ətrafınıza fikir verin!
22
Napoleon Hillə görə (uğur nəzəriyyəsinin banisi sayılır)
insan öz şüuru ilə, fikirləşdiyi və inandığı hər şeyə nail ola bilər.
Biz dünyanı olduğu kimi yox, daxili aləmimizə uyğun
görürük. Afrikaya göndərilən 2 ayaqqabı satıcısının əhvalatını
yəqin ki, çoxunuz bilirsiz. Afrikaya ayaqqabı satmağa iki adam
göndərirlər. Biri neqativ insan olur, o birisi isə pozitiv. Neqativ
insan rəhbərinə məktub yazır ki, boss, burada ayaqqabı satmaq
mümkün deyil, hamı ayaqyalın gəzir. Pozitiv satıcı isə əksini
deyir: “Boss, bura ayaqqabı satışı üçün bir tapıntıdı, heç kəsin
ayaqqabısı yoxdur”.
Pozitivliyə tuşlanın. 500 ən zəngin amerikalının həyatını
öyrənən Napoleon Hill belə nəticəyə gəlmişdir ki, onlar həmişə
pozitiv düşünür, hər bir əngəldə xeyir görürlər. İnsan beynində
bir hissəcik var, retikulyar formasiya adlanır. Onu telefon
stansiyasına bənzətmək olar, zəngləri qəbul edir və paylaşdırır.
Bu sistem sizin daxili təlimatlarınıza uyğun işləyir. Məsələn,
əgər siz qırmızı idman maşını almaq istəyirsizsə, daim
gözünüzə qırmızı maşınlar sataşacaq. Ona görə də beyninizi
uğura tuşlayın. Affirmasiyadan istifadə edin (latınca təsdiq
deməkdir). Məqsədlərinizi pozitiv şəkildə, indiki zamanda,
birinci şəxs formasında (mən) yazın və hər gün onu təsəvvür
edərək təkrarlayın (formatı praktiki tapşırıqlar hissəsində
verilib).
Adətən təsadüflər olmur. Nəyə tuşlansaz tale sanki sizə
dəstək olacaq (əvvəlcə maneələr olsa da get-gedə dəstəyi daha
çox hiss edəcəksiz). İnandırıcı səslənməsə də bunu bir qayda
kimi qəbul edin və nəticəsini görəcəksiz.
Pozitiv psixoloji durum həyatınızı xeyli rahatlaşdıracaq.
Əhval-ruhiyyəniz üzünüzün ifadəsində, səs tembrində,
jestlərinizdə və s. özünü büruzə verir.
Özünüzə arxayın olun. Məqsədimə çata bilərəm! Özümü
əla hiss edirəm!
23
Dostları ilə paylaş: |