insanı daha gümrah edir. Nəticədə insan uzunömürlü olmaq və
sağlam yaşamaq şansı qazanır, həyatda daha enerjili olur. Buna
görə də komfort zonasından çıxın, uğur komfort zonasından
kənardadır. Düzgün davranışı vərdişə çevirərək onu yeni
komfort zonasına daxil edin.
Uğur üçün tələb olunan keyfiyyətlərin hansı sizdə ən az
inkişaf edibsə, ola bilsin ki, məhz o, sizin uğurunuzun mümkün
olan ən yüksək nöqtəsini müəyyən edir. Bu fikrin banilərindən
sayılan Qoldrat “Məqsəd” əsərində istehsalatda bo leneck
nəzəriyyəsini maraqlı şəkildə təsvir edir. Amma bu fikir fərdlər
üçün də aktualdır. Məsələn, satış sahəsində müştəri tapmaq,
əlaqə yaratmaq, təqdimat vərdişləriniz əladırsa, amma
əməliyyatı bağlamaq vərdişiniz zəifdirsə, satışlarınızın həcmini
məhz bu keyfiyyətin səviyyəsi müəyyən edəcək.
Bəzi terminlərdən istifadə edəcəyik. Məsələn, vərdiş, bilik
və bacarığın birləşməsidir. Adət isə öyrəşdiyimiz müsbət (kitab
oxumaq kimi) və ya mənfi (siqaret çəkmək kimi) keyfiyyətlərdir.
İndi isə gəlin uğur üçün tələb olunan 10 keyfiyyət və
vərdişi bir-bir müzakirə edək.
1. Dünyaya pozitiv baxın.
Amerika mütəfəkkiri Emerson deyib ki, insan daha çox
nəyi düşünürsə taleyi də ona yönəlir.
“Cazibə qanunu” hələ e.ə. 3000-ci ildə yazılı şəkildə ifadə
olunub. Bu barədə ətraflı olaraq məşhur “Sirr” sənədli filmində
danışılır. Psixologiyada Rozental və ya Piqmalion fenomeni
anlayışı var. Adamın beynindəki fikirlər onun hərəkətlərini
müəyyən edir, başqalarının reaksiyası da onun beynindəki
fikirlərə uyğun təfsir edilir. Tanıdığım insanların timsalında
deyə bilərəm ki, inkişaf edənlərin əksəriyyəti pozitiv və aktiv
insanlardır, inkişaf etməyənlərin əksəriyyəti isə neqativ və
ətalətli. Ətrafınıza fikir verin!
22
Napoleon Hillə görə (uğur nəzəriyyəsinin banisi sayılır)
insan öz şüuru ilə, fikirləşdiyi və inandığı hər şeyə nail ola bilər.
Biz dünyanı olduğu kimi yox, daxili aləmimizə uyğun
görürük. Afrikaya göndərilən 2 ayaqqabı satıcısının əhvalatını
yəqin ki, çoxunuz bilirsiz. Afrikaya ayaqqabı
satmağa iki adam
göndərirlər.
Biri neqativ insan olur, o birisi isə pozitiv.
Neqativ
insan rəhbərinə məktub yazır ki, boss, burada ayaqqabı satmaq
mümkün deyil, hamı ayaqyalın gəzir. Pozitiv satıcı isə əksini
deyir: “Boss, bura ayaqqabı satışı üçün bir tapıntıdı, heç kəsin
ayaqqabısı yoxdur”.
Pozitivliyə tuşlanın. 500 ən zəngin amerikalının həyatını
öyrənən Napoleon Hill belə nəticəyə gəlmişdir ki, onlar həmişə
pozitiv düşünür, hər bir əngəldə xeyir görürlər. İnsan beynində
bir hissəcik var, retikulyar formasiya adlanır. Onu telefon
stansiyasına bənzətmək olar, zəngləri qəbul edir və paylaşdırır.
Bu sistem sizin daxili təlimatlarınıza uyğun işləyir. Məsələn,
əgər siz qırmızı idman maşını almaq istəyirsizsə, daim
gözünüzə qırmızı maşınlar sataşacaq. Ona görə də beyninizi
uğura tuşlayın. Affirmasiyadan istifadə edin (latınca təsdiq
deməkdir). Məqsədlərinizi pozitiv şəkildə, indiki zamanda,
birinci şəxs formasında (mən) yazın və hər gün onu təsəvvür
edərək təkrarlayın (formatı praktiki tapşırıqlar hissəsində
verilib).
Adətən təsadüflər olmur. Nəyə tuşlansaz tale sanki sizə
dəstək olacaq (əvvəlcə maneələr olsa da get-gedə dəstəyi daha
çox hiss edəcəksiz). İnandırıcı səslənməsə də bunu bir qayda
kimi qəbul edin və nəticəsini görəcəksiz.
Pozitiv psixoloji durum həyatınızı xeyli rahatlaşdıracaq.
Əhval-ruhiyyəniz üzünüzün ifadəsində, səs tembrində,
jestlərinizdə və s. özünü büruzə verir.
Özünüzə arxayın olun. Məqsədimə çata bilərəm! Özümü
əla hiss edirəm!
23