Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə12/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   8   9   10   11   12   13   14   15   ...   94

Pozitiv  düşüncə  möcüzələr  yaradır.  Bəzi  hallarda 
plasebodan (yalançı dərmandır) istifadə edərək xəstəni müalicə 
edirlər  (insanların  5-10%-i  vəziyyətlərinin  yaxşılaşdığını 
bildirirlər). Çünki xəstə onun əsl dərman olduğuna inanır.
Baş  verən  neqativ  görünə  biləcək  hadisələrə  də  çalışın 
başqa prizmadan baxasız. Bəlkə bu hadisə nəticə etbarilə sizin 
xeyrinizə  işləyəcək.  Əsas  odur  ki,  fəaliyyətinizi  yeni  şəraitə 
uyğun dəyişdirəsiz. Bu barədə fəslin sonunda danışacağıq. Şah 
və vəzirin əhvalatı müəyyən mənada buna misal ola bilər. Şah 
ovda barmağını itirəndə, vəzir deyir: “yəqin xeyir bundadır”. 
24
Neqativ  fikirləri  pozitiv  fikirlərlə  əvəzləyin.  Psixologi-
yada  buna  refreyminq  deyilir  (axırda  buna  dair  tapşırıqlar 
edəcəyik). Hər bir vəziyyətdə pozitiv düşünün və hə a neqativ 
məqamları  da  öz  xeyrinizə  çevirin.  Bilirsiz  ki,  İsveçdə  çox 
soyuqdur, ona görə də ora turist cəlb etmək çətindir. Şəhərlərin 
biri bu çatışmazlığı öz xeyrinə həll etdi və qar festivalı keçirərək 
turistləri  cəlb  edə  bildi  (şəkildə  həmin  şəhərdəki  buz  otelini 
görürsüz).
Şah  hirslənib  vəziri  zindana  salır.  Növbəti  ov  zamanı  vəhşi 
tayfalar  şahı  dəstəsilə  birlikdə  tutur  və  əsirləri  öz  ilahilərinə 
qurban verməyə başlayırlar. Şaha çatanda görürlər ki, barmağı 
yoxdur,  onların  inanclarına  əsasən  isə  qurban  fiziki  cəhətdən 
mükəmməl  olmalı  idi.  Buna  görə  də  şahı  azad  edirlər.  Şah 
qayıdıb vəzirdən üzr istəyir və onu azadlığa buraxır. Vəzir yenə 
də təkrarlayır ki, yəqin xeyir bundadır. Şahın təəccübünü görən-
də isə deyir: “Zindanda olmasaydım, məni də öldürəcəkdilər”.
Gördüyünüz  kimi,  fikirləriniz  taleyinizin  müəyyənləş-
dirilməsində  mühüm  rol  oynayır.  Fikirlərinizi  idarə  eləmək 
həyatınızı  idarə  etməkdən  qat-qat  asandır  və  bunu  etsəniz 
görəcəksiz  ki,  həyatınız  möcüzəli  şəkildə  müsbət  tərəfə 
dəyişməyə başlayır. Ona görə də fikirlərinizi idarə edin!
Praktiki tapşırıq:
1.  Özünüz  üçün  affirmasiya  yaradın.  Nümunələri 
internetdən rahat tapa bilərsiz. 
Ÿ
Mən  xoşbəxtəm,  uğurluyam  və  həyatımdan  həzz 
alıram! 
Ÿ
Mən insanlara kömək edərək öz məqsədlərimə çatıram. 
İstedadları aşkar edib onları inkişaf etdirməkdən zövq 
alıram.  O  cümlədən  parlaq  biznes  imkanlarından 
istifadə  edərək,  heykəltaraş  kimi  taleyimi  özüm 
yaradıram!
2. Refreyminq. Neqativ və ya neytral ifadələri bir və ya bir 
neçə pozitiv sözlə əvəzləyin. Öz həyatınıza uyğun neqativ söz və 
halları aşağıdakı nümunələr əsasında refreyminq edin: 
Ÿ
tərs - inadkar, məqsədinə çatan;
Ÿ
xəsis – qənaətcil;
Ÿ
yalançı – diplomat;
25


Ÿ
casus – kəşfiyyatçı;
Ÿ
hərfgüdən – diqqətli;
Ÿ
bahalı – keyfiyyətli, eksklüziv;
Ÿ
reklam  edilməyən  mal  –  deməli,  malın  qiymətinə 
reklam xərci əlavə edilmir; 
Ÿ
pul - əl çirkidir – əslində isə digərlərinə kömək etmək, 
müstəqil və yaxşı həyat sürmək imkanıdır və s.;
Ÿ
Məni  işdə  çox  yükləyirlər  –  iş  qabiliyyətim  artır, 
rəhbərliyin  gözündə  ucalıram,  sürətli  işləməyi 
öyrənirəm;
Ÿ
Satışda “ağır” müştəri – vərdişlərimi inkişaf etdirirəm, 
özüm üçün bir çağırış kimi qəbul edirəm, sonradan fəxr 
etməyə  əlavə  bir  əsasım  olacaq,  hövsələliyimi  məşq 
etdirirəm,  iş  yoldaşlarımın,  rəhbərliyin  gözündə 
nüfuzum artacaq;
Ÿ
İnsanların  qabağında  çıxış  etmək  –  nitq  qabiliyyətimi 
inkişaf etdirirəm, öz hisslərimə sahib olmağı öyrənirəm, 
özümü  tanıtdırmaq  imkanı  qazanıram,  çıxış  etdiyim 
mövzunu daha yaxşı öyrənmək imkanım olur;
Ÿ
Müdir, müəllim və s. tələbkardır – işimi, dərsimi tez və 
daha  yaxşı,  keyfiyyətlə  öyrənəcəm,  burada  nəticə 
göstərsəm,  deməli,  biliklərim  realdır  və  mənə  daha 
zaval yoxdur;
Ÿ
Biznesdə qeyri-müəyyənlik çoxdur – əvəzində çevik və 
kreativ olmaq lazım gəlir, iş məni bezdirmir, daim yeni 
şeylər öyrənirəm.
3.  Fikirlərinizə  sahib  olun.  Gündəlik  həyatınızda,  sosial 
şəbəkələrdə  və  s.  mümkün  qədər  pozitiv  düşünün  və  hərəkət 
edin. Neqativliyi pozitivliyə çevirin.
2. İnanmalısız ki, gələcəyinizi özünüz qurursuz.
26
Determinizm nəzəriyyəsi
Determinizm  adlanan  nəzəriyyə  mövcuddur.  Qolları 
çoxdur, amma hamısını birləşdirən odur ki, bizə seçim hüququ 
verilməyib və taleyimiz özümüzdən asılı deyil (bəziləri aşağıda 
sadalanıb):
Ÿ
Hər şey genlərdən asılıdır;
Ÿ
Uşaqlıqda necə formalaşmışıqsa eləyik və dəyişməyə-
cəyik (valideynlərin təsiri);
Ÿ
Bizi  formalaşdıran  ətrafımızdır:  məktəb,  küçə,  dövlət 
və s.;
Ÿ
Taleyimiz tam şəkildə ilahi qüvvə tərəfindən müəyyən 
edilib.
Çoxu öz taleyində özündən başqa hamını günahlandırır 
(tanrını,  insanları,  şəraiti  və  s.).  Şübhəsiz  ki,  qeyd  edilənlərin 
təsiri böyükdür, amma insanın digər canlılardan fərqi ondadır 
ki,  şüurlu  seçim  etmək  və  öz  gələcəyinə  təsir  etmək 
iqtidarındadır. Buna görə də bizim fəlsəfəmiz özünü müəyyən 
etmə fəlsəfəsi olmalıdır (self-determinism).
Əlavə  edim  ki,  psixologiyada  belə  bir  anlayış  var 
atribusiyanın  fundamental  səhvi.  Mənası  odur  ki,  biz 
başqalarının  səhvini  şəxsi  keyfiyyətlərilə  izah  edirik,  öz 
davranışımızı  isə  xarici  amillərlə.  Məsələn,  dostumuzu 
gözləyirik,  o  isə  gecikir.  Çox  güman  ki,  siz  onun  bu  cür 
gecikməsini  onun  məsuliyyətsizliyi  və  qeyri-ciddiliyi  ilə  izah 
edəcəksiz. Halbuki eyni vəziyyətdə siz öz gecikmənizi yaranmış 
vəziyyətlə  əlaqələndirəcəkdiz  (yollardaki  tıxaclar  və  s.). 
Həyatda heç nəyə nail olmayanlar nə deyir? Mənim başqa çıxış 
yolum yox idi, vəziyyət belə gətirdi, alın yazısıdı və s. Uğurlara 
gəldikdə  isə  tərsinə,  başqa  insanların  uğurlarını  şəraitlə 
əlaqələndiririk,  öz  uğurlarımızı  isə  şəxsi  keyfiyyətlərimizlə. 
Başqası pul qazana bilibsə yəqin ki, camaatı aldadıb, özümüzdə 
isə fikirləşirik ki, bacarıqlıyıq deyə belə olub.
27


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə