Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə18/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   14   15   16   17   18   19   20   21   ...   94

baxır, 8,5 ilini yolda keçirir, 2,8 ilini xəstə olur, 1,5 ilini heç nə 
etmir). Gündə 2 saat televizora baxsaq 60 ilə 5 il alınır, 3 saat 
telefonla oynasaq – 7,5 il. Bu vaxtı azaltsaq, yoldakı vaxtımızı 
səmərəli  keçirsək  (audiokitabları  dinləyərək),  sağlamlığımıza 
fikir  verərək  az  xəstələnsək,  7-8  saatdan  çox  yatmasaq  biz  15 
ildən çox vaxt qazanmış oluruq. Bunun üçün güclü iradə tələb 
olunur.
2-ci hissəyə əsaslanan orqanayzerın 6 meyarı:
1.  Uyğunluq  (matrisdə  qeyd  edilən  iş  və  hədəflər 
dəyərlərə,  əvvəl  müəyyən  etdiyimiz  uzunmüddətli  hədəflərə 
uyğun olmalıdır);
2. Balans (imkan daxilində bütün sahələri əhatə etməlidir: 
iş,  şəxsi  inkişaf,  ailə,  sağlamlıq).  Ən  vacib  anlarda  balansdan 
kənarlaşmaq da mümkündür;
3.  Böhranın  qarşısını  alaraq  daim  böhran  şəraitində 
işləməmək üçün 2-ci hissəyə fokuslanma; 
4.  Formalizmdən  qaçma  (nəticəyə  tuşlanın,  işləri  sadəcə 
quş qoymaq xətrinə etməyin);
5. Çeviklik (bu alət sizin qulunuz olmalıdır, ağanız yox, 
ciddi  ehtiyac  olanda  dəyişikliklər  edin,  amma  bundan  sui-
istifadə etməyin);
6. Mobillik (daim üstünüzdə olsun).
2-ci hissəni özünüz edin, 4-cü hissənin icrasını mümkün 
qədər  tamamilə  başqalarına  ötürün,  1-ci  və  3-cü  hissələrin 
əksəriyyətini  digər  şəxslərə  ötürün  (işçilərinizə,  kiçik 
qardaşınıza, sizdən az bacarıqlı dostunuza və s.).
Praktiki tapşırıqlar:
1.  Eyzenhauer  matrisini  çəkin,  görülməli  işlərinizi  dörd 
hissəyə bölün.
2. Ötürülməli işlər və belə şəxslər varsa onları qeyd edin 
(işləri və şəxsləri). Ötürmə planını tərtib edin.
36
3.  Bu  həftə  üçün  plan  çızın.  Hədəfləri  hərəkət  planına 
çevirin  və  icraya  başlayın.  Həftənin  axırında  nəticələri  təhlil 
edin. 
4.  Bundan  sonra  həftəlik  planlamanı  adətə  çevirin  və 
bunun  üçün  vaxt  ayırın  (bazar  günü  axşam  və  ya  birinci  gün 
səhər).
5. Daim yeni biliklərə can atın və onları tətbiq edin.
İndiki dünya sürətli inkişaf və yarış dünyasıdır. Hazırda 
dəyərin  əsas  mənbəyi  informasiya  və  bilikdir.  Bəşəriyyətin 
topladığı biliklər hər il 2 dəfə artır (oxuduğum bu məlumatdan 
özüm  də  dəhşətə  gəlirəm!).  Əgər  biliklərinizin  artımı 
çalışdığınız sahə biliklərinin artım templərindən aşağı olsa çox 
güman ki, çətinliklərlə üzləşəcəksiz. Gördüyünüz işi (biznesi və 
ya  muzdlu  işi)  mükkəmməl  bilməlisiz.  Öz  sahənizdə  birinci 
olmağa çalışın. Uğurlarınız sizi arxayınlaşdırmasın. İndi elə bir 
dövrdü ki, yerində qalmaq üçün hərdən irəliləmək kifayət etmir, 
qaçmaq lazım gəlir. Bu, sizin üçün önəmli bir stimul olmalıdır. 
Yeri  gəlmişkən,  stimul  sözünün  mənşəyini  bilirsizmi?  Qədim 
Romada  heyvanları  sürmək  üçün  istifadə  olunan  ucuşiş  taxta 
belə  adlanırdı.  İnsanları  da  çox  zaman  belə  “bizləmək”  lazım 
gəlir:).
Beynimizi  işlətməyə  çox  vaxt  tənbəllik  edirik.  Məşhur 
amerikalı ixtiraçı Tomas Edison (1093 patent sahibi, teleqrafı və 
telefonu təkmilləşdirən, müasir lampanı və fonoqrafı yaradan, 
“allo”  sözünü  telefonda  ilk  dəfə  istifadə  edən  şəxs)  demişdi: 
“Beynini gücə salmamaqdan ötrü insan hər şeyə, hər xərcə gedə 
bilər”. 
Yalnız  tətbiq  edilən  bilik  xeyirlidir.  İstifadə  olunmaya-
caqsa o biliyin nə faydası? Rusiya milyonçularından biri kitabı 
belə oxuyur: maraqlı məqam görən kimi kitabı yarımçıq qoyaraq 
tətbiq edir və yalnız ondan sonra oxumağa davam edir.
37


Kitab  oxuyun,  audiokitablara  qulaq  asın,  treninqlərə 
gedin, peşəkarlardan məsləhət alın.
İntellektinizi daim inkişaf etdirin (öz dilinizi, xarici dili, 
tez oxuma texnikasını, yaddaşınızı, kreativliyinizi, erudisiyanızı 
və s.).
Av r a a m   L i n k o l n   d e m i ş d i :   “ M ə n   o x u ya c a m   v ə 
hazırlaşacam, şansım isə əvvəl-axır özü yaranacaq”. 
Bu  sözlərə  qüvvət,  biliklərin  artımında  proaktivliyin 
xeyrini öz təcrübəmdən yalnız bir, özü də mükəmməl olmayan, 
bacarığım  nəticəsində  əldə  etdiyim  nailiyyətlərlə  təsdiqləyim. 
Vaxtilə  gələcək  planıma  uyğun  olaraq  ingilis  dilini  intensiv 
öyrənirdim. Heç təsəvvür etmirdim ki, mən bu biliyimin xeyrini 
tamamilə  başqa  sahələrdə  dəfələrlə  görəcəm.  Planlarımın 
reallaşması  ölkədəki  mürəkkəb  ictimai-siyasi  vəziyyətlə  bağlı 
uzanırdı. Bu məqamda bir tanışım telefonla bildirdi ki, işlədiyi 
bankda vakansiya var, lakin ingilis dilini bilmək vacibdir. Təklif 
mənə  maraqlı  gəldi,  amma  bildirdim  ki,  ingilis  dilini  yaxşı 
səviyyədə bilmirəm. Qərarlaşdıq ki, özümü sınayım. Nəticədə 
işə qəbul olundum. İşlədiyim başqa bir bankda ingilis dilini ən 
yaxşı  bilən  mən  idim.  Nəticədə  xarici  maliyyə  qurumları  və 
tərəfdaşlarla  münasibətlərin  qurulması  və  inkişaf  etdirilməsi 
mənə  həvalə  olundu.  Başqa  maraqlı  nəticələri  də  qeyd 
etməliyəm  (bəziləri  bir  qədər  gülməli  səslənsə  də).  İşlədiyim 
banka xarici şirkətlərdən müxtəlif treninqlərə dəvətlər gəlirdi. 
Bir  dəfə  də  İngiltərədə  bir  aylıq  maliyyə  ingilis  dili  kursuna 
dəvət  aldıq.  Dili  az-çox  bildiyim  üçün  rəhbərlik  ora  məni 
m ü n a s i b   b i l d i .   A z   m ü d d ə t   s o n r a   A B Ş - d a k ı   m ü x b i r 
banklarımızdan  biri  Nyu-Yorka  treninqə  dəvət  göndərdi. 
Müşahidə  Şurasının  üzvü  bu  tədbirdə  iştirak  etmək  istədi. 
İngilis dilini bilmədiyindən, sizcə onunla kim yola düşdü?:) Bu 
bacarığım  sonralar  da  mənə  bir  çox  işdə  köməyimə  çatıb 
(məlumatların  oxunuşunda,  xarici  tərəfdaşlarla  münasibət-
38
lərdə, səfərlərdə və s.). Məsələn, xaricdə keçirilən treninqlərin 
birinə, mən də daxil olmaqla, Azərbaycandan böyük bir heyət 
getmişdi. Trenerlər ingilis dilində danışırdılar, tərcüməçilər isə 
həmin  ölkədə  təhsil  alan  həmvətənlərimiz  idilər.  Mürəkkəb 
mövzulara  çatanda  aydın  oldu  ki,  mövzunu  bilməyən  insan 
üçün  tərcümə  etmək  olduqca  çətindir.  Mövzunu  yaxşı 
bildiyimdən, mən tərcüməçiyə dəstək oldum. Bir müddət sonra 
məndən  xahiş  etdilər  ki,  elə  birbaşa  özüm  tərcümə  edim. 
Heyətin  tərkibində  bir  bankın  idarə  heyətinin  sədri  də  vardı. 
Yəqin  ki,  diqqəti  cəlb  etdim.  Daha  yaxından  tanış  olduq. 
Treninqdən sonra o məni öz müavini qismində işə dəvət etdi. 
Mən misallarımı yalnız bir bacarıq üzərində qurdum. Onlarla 
digər  bilik  və  bacarığım  mənə  həyatda  kömək  edib  və  ya 
çatışmazlıq ucbatından mane olub.
Bu məsələ ilə bağlı bəzi məqamları da əlavə etməliyəm:
Ÿ
Mütləq deyil ki, bütün bilik və bacarığınızı tam şəkildə 
istifadə  etmək  sizə  nəsib  olacaq.  Buna  görə  ruhdan 
düşməyin. Digər bilik və vərdişlər əldə edin. Əmin ola 
bilərsiz ki, onlardan hansısa mütləq işinizə yarayacaq.
Ÿ
Mən demişdim ki, ingilis dilini mükəmməl bilmirəm. 
İndi  rəqabətin  səviyyəsi  tam  fərqlidir.  İxtisarları  da 
nəzərə almaq lazımdır. Ona görə də ən azı bir bilik və ya 
bacarığınız  mükəmməl  olmalıdır  ki,  başqalarından 
seçiləsiz.  Məsələn,  xarici  dildə  təhsil  almış  insanların 
sayı  artır.  Onlarla  müqayisədə  mənim  ingilis  dili 
biliyim  orijinal  malın  yanında  saxta  Çin  malı  kimi 
görünür.  Əgər  20  il  əvvəl  bu  səviyyədəki  bilik 
fərqlənmək  üçün  kifayət  idisə,  indi  belə  vəziyyət 
qənaətbəxş  sayıla  bilməz.  Yerinə  düşmüşkən, 
danışdığım  mövzuda  bir  misal  da  gətirim.  Bu 
yaxınlarda  rəhbər  işçi  heyətin  tapılmasında 
39


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə