Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə22/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   18   19   20   21   22   23   24   25   ...   94

çoxaldıqca, onların içərisində tələb olunan resurslara malik olan 
şəxslərin  olması  ehtimalı  bir  o  qədər  artır.  İlk  baxışdan 
mənəviyyatdan uzaq görünsə də, əgər siz əlaqələrinizi insanlara 
kömək edərək, onlardan da kömək almaq məqsədilə qurursuzsa 
burada  mənfi  heç  nə  yoxdur.  Axı  onlar  sizin  yaxınlarınız 
deyillər. Əsas odur ki, məqsəd birtərəfli xeyir güdmək olmasın.
Ətrafınızı  özünüz  formalaşdırın.  Uğurlu,  bacarıqlı  və 
pozitiv  insanlarla  əlaqələrinizi  genişləndirin.  Yaxşı  olar  ki, 
müdiriniz də məhz belə olsun. Harvard universitetində Devid 
MakKlelland  tərəfindən  25  il  ərzində  keçirilən  eksperiment 
göstərdi ki, insanın “nüfuz qrupu”nun uğurun qazanılmasında 
rolu  olduqca  böyükdür.  Əlaqə  şəbəkəsi  yaradın  və  ondan 
istifadə edin. Hər birimizin orta hesabla  -da 200 dostumuz var. 
Deməli,  dostların  dostları  ilə  birlikdə  40  000  nəfər  olur. 
Doğrudanmı bu insanların arasında tanışlıqda qarşılıqlı marağı 
olanları  tapmaq  çətindir?  Ceyms  Lafferti  1986-cə  ildə  P&G 
şirkətinin rəhbər işçiləri üçün fitnes üzrə təlimatçı işləyirdi. O, 
ən  uğurlu  insanlarla  ünsiyyətdə  olarkən  onlardan  çox  şey 
öyrəndi.  Hansısa  bir  məqamda  o,  qərara  gəldi  ki,  biznesdə 
inkişaf etmək istəyir, bunu şirkətdəki fitnes tələbələrinə bildirdi 
və marketinq sahəsində özünü sınamaq şansı qazandı. Uğurla 
inkişaf edərək, o, əvvəlcə P&G-in Filippin bölməsinin rəhbəri, 
sonra Qərbi Afrikada Coca-Cola-nın və axırda dünyada ikinci 
siqaret istehsalçısı olan British American Tobacco-nun rəhbəri 
oldu. 
Məqsəd  qoysaz  istədiyiniz  insanla  tanış  ola  bilərsiz.  Elə 
bilirsiz bu mümkün deyil? 6 əl nəzəriyyəsinə görə hər birimiz 
dünyada  bütün  insanlarla  ən  çoxu  5  insan  vasitəsilə  tanışıq. 
Misal üçün, mən Barak Obama ilə 2 insan vasitəsilə tanışam:). 
Mənim bir maraqlı biznesmen tanışım var. İlk iri layihəsi üçün 
ona  ölkəmizin  ən  nüfuzlu  qərar  verən  şəxslərinə  yol  taparaq 
onlarla layihəsini müzakirə etməli idi. Bu prosesin necə etdiyini 
44
Ÿ
M ü r a c i ə t ,   x a h i ş   e t m ə k d ə n ,   t a n ı ş   o l m a q d a n 
çəkinməyin.  Alınmasa  da  ruhdan  düşməyin.  Keytin 
fəhlə  atası  şəxsən  tanımadığı  rəhbərinə  müraciət 
edərək oğlunu ən yaxşı məktəblərdən birinə düzəltdi. 
Bir biznes müəllifi yazırdı ki, “hələ ömrümdə bir nəfər 
də olsun utancaq uğurlu biznesmen görməmişəm”.
Ÿ
Ta n ı ş   o l m a ğ ı ,   d a n ı ş m a ğ ı   ö y r ə n i n .   S t e n f o r d 
universitetinin  biznes  məktəbinin  araşdırmalarına 
görə  uğurlu  məzunları  birləşdirin  keyfiyyət  yaxşı 
danışıq  qabiliyyəti  olmuşdu.  Keyt  məktəbdə 
oxuyarkən qolf məktəbində varlılara qulluq edirdi. İşə 
can yandırdığına görə ən yaxşı işçi adını qazanmışdı və 
hörmətli  müştərilərə  xidmət  ona  həvalə  olunmuşdu. 
Keyt onlara kömək edirdi, onlar da Keytə. 
Ÿ
Başqalarına  təmənnasız  kömək  edin.  Keytə  iş 
tapmaqda  məktəb  direktoru  kömək  etdi  (bütün 
məzunlara  etdiyi  kimi).  Məzunlar  da  illər  keçəndən 
sonra məktəbi çətin vəziyyətdən qurtardılar. Bankların 
birində  əməkdaşların  qiymətləndirilməsi  prosesinə 
psixoloqları  cəlb  etmək  istəyirdim.  Bir  çox  tanınmış 
45
mənə  danışmışdı.  Etdikləri  indi  gülüş  doğursa  da  fərasətinə 
heyranam.  Xırdalıqları  açıqlamayaraq  deyim  ki,  lazım  olan 
şəxslərin iştirak edəcəkləri toy və digər tədbirlərə min bir yolla 
dəvət  alaraq,  oxuduqları  KİV-lər  vasitəsilə  məlumatları 
paylaşaraq  və  s.  yollarla  əlaqələr  qurdu  və  layihəsini  həyata 
keçirdi.
Netvorkinq  barəsində  ən  populyar  kitablardan  birinin 
müəllifi  Keyt  Ferratsi  “Heç  vaxt  tək  yeməyin”  kitabında  belə 
deyir: “Qolf klubunda gördüm ki, imkanlı insanlar bir-birinə hər 
sahədə  köməklik  edirlər.  Bu  dünya  əlaqə  dünyasıdır...  Bir 
müəllifin  araşdırmasına  görə  insanların  56%-i  işi  tanışlıq 
əsasında tapır”. Mövzuya aid digər maraqlı məlumatlar:


psixoloqla  söhbət  etdim,  amma  nəticəsi  olmadı.  O 
zamanlar  o  qədər  də  tanınmayan  bir  peşəkarla 
layihəmiz alındı. Əvvəlcədən ona bildirmişdim ki, bu 
layihə  üçün  büdcəmiz  məhduddur  və  simvolik  bir 
məbləğə  razılaşdıq.  Sonradan  hə a  mən  bu  bankdan 
çıxandan sonra yeni analoji layihəyə sizcə kimi dəvət 
etdilər? Elədir, həmin mütəxəssisi. Mən başqa şirkətdə 
Treninq  Mərkəzinin  təşkili  üçün  də  artıq  normal 
məbləğlə yenə bu adamı cəlb etdim və nəticəsi çox yaxşı 
oldu. Məncə hər iki tərəf belə münasibətdən qazanmış 
oldu. Burada Robert Çaldininin “Təsir psixologiyası” 
bestsellerində  yazdığı  kimi  “qarşılıqlı  mübadilə” 
effektinin  təsiri  də  özünü  göstərir.  Bir  nəfər  kiməsə 
yaxşılıq edibsə qarşı tərəf adətən eynilə cavab verməyə 
çalışır.  Deyiləni  təsdiq  edən  çoxsaylı  eksperi-
mentlərdən biri haqqında danışım. Dəvət edən şəxs (bu 
rolu eksperimenti keçirənlərin nümayəndəsi oynayır) 
cəlb  olunan  sənətşünasların  bir  qismini  (ayrılıqda) 
fasilə  zamanı  öz  hesabına  aldığı  kolaya  qonaq  edir, 
digərlərini  isə  etmir.  Ekspert  işini  bitirdikdən  sonra 
cəlb edən şəxs ona bildirir ki, eyni zamanda lotereya 
satışı ilə də məşğuldur və bir neçəsini almağı xahiş edir. 
Nəticədə kolaya qonaq edilən ekspertlər digərlərindən 
2 dəfə çox lotereya alırlar. Hə a kolanın qiymətindən 
artıq  ödəyərək.  İndi  isə  imkanınız  varsa  2-3  nəfərlik 
qruplara  bölünün.  Biri  digərlərinə  öz  problemini 
danışsın.  digərləri  real  köməkliklərini  təklif  etsin. 
Bundan sonra verdiyiniz sözə əməl edin!
Ÿ
Uğurlu  netvorkinq  üçün  siz  gərək  qarşı  tərəf  üçün 
maraqlı olasız: onlarda maraq doğuran təkliflər edin, 
onları  səmimicəsinə  tərifləyin,  öz  intellektual 
səviyyənizi  daim  artırın,  maraqlı  bacarığınız  və  ya 
46
hobbiniz olsun.
Ÿ
Əlaqələrin yaradılması vaxt tələb edir. Netvorkinq, bir 
şey lazım olanda təcili surətdə kimisə tapıb problemləri 
həll  etmək  yolu  deyil,  insanlarla  münasibətlərin 
qurulması  istiqamətində  sistemli  işdir.  Bir  dəfə  -də 
bir  nəfərdən  dostluq  təklifi  aldım.  Onun  iş  yerinə 
baxdıqda  yazdım  ki,  əgər  söhbət  reklamdan  gedirsə 
bunun üçün dostluqda olmağa ehtiyac yoxdur. Cavab 
verdi  ki,  səbəbi  bu  deyil.  Bir  neçə  gündən  sonra  isə, 
mənim  ad  günümdə,  o,  mənə  konfransa  dəvət 
göndərdi. Təbriksiz, filansız. Sizcə mən nə etdim? Onu 
dostluqdan  çıxardım.  Düzmü  etdim?  Bilmirəm. 
İnsanların  əksəriyyəti  kimi  mən  də  sevmirəm  ki, 
məndən istifadə etsinlər. 
Ÿ
Münasibətlərdə  səmimiliyi  də  unutmaq  olmaz.  Mən 
rəhbər vəzifələrdə işləyəndə çoxlu təbrik və hədiyyələr 
alıram.  Bir  dəfə  işsiz  qaldığım  dövrdə  hədiyyə  və 
təbriklərin sayı xeyli azaldı, nəhayət hədiyyə göndərən 
bir  nəfər  qaldı.  Aydındır  ki,  söhbət  hədiyyənin 
özündən  yox,  müxtəlif  vəziyyətlərdə  göstərilən 
diqqətin  fərqindən  gedir.  İnsanın  yaddaşında  bunlar 
qalır.
Ÿ
Mümkün qədər körpüləri yandırmayın. Necə deyərlər, 
insanlar həyatda iki dəfə görüşür. Tale belə gətirib ki, 
çalışdığım 2 quruma yenidən qayıtmışam. Əvvəl iri bir 
holdinqin bankında çalışdıqdan bir neçə il sonra həmin 
holdinqdə  digər  şirkətin  rəhbərlərindən  olmuşam, 
bundan  başqa  əvvəl  işlədiyim  bankların  birində 
sonralar  maraqlı  bir  layihəyə  dəvət  olundum. 
Ayrılarkən insanlarla yaxşı münasibəti qoruyun. Mənfi 
nümunəm də təəssüf ki, var. Bir nəfərlə mənasız yerdə 
münasibətim  elə  korlandı  ki,  bunun  mənfi  təsirini 
47


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə