Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə23/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   19   20   21   22   23   24   25   26   ...   94

psixoloqla  söhbət  etdim,  amma  nəticəsi  olmadı.  O 
zamanlar  o  qədər  də  tanınmayan  bir  peşəkarla 
layihəmiz alındı. Əvvəlcədən ona bildirmişdim ki, bu 
layihə  üçün  büdcəmiz  məhduddur  və  simvolik  bir 
məbləğə  razılaşdıq.  Sonradan  hə a  mən  bu  bankdan 
çıxandan sonra yeni analoji layihəyə sizcə kimi dəvət 
etdilər? Elədir, həmin mütəxəssisi. Mən başqa şirkətdə 
Treninq  Mərkəzinin  təşkili  üçün  də  artıq  normal 
məbləğlə yenə bu adamı cəlb etdim və nəticəsi çox yaxşı 
oldu. Məncə hər iki tərəf belə münasibətdən qazanmış 
oldu. Burada Robert Çaldininin “Təsir psixologiyası” 
bestsellerində  yazdığı  kimi  “qarşılıqlı  mübadilə” 
effektinin  təsiri  də  özünü  göstərir.  Bir  nəfər  kiməsə 
yaxşılıq edibsə qarşı tərəf adətən eynilə cavab verməyə 
çalışır.  Deyiləni  təsdiq  edən  çoxsaylı  eksperi-
mentlərdən biri haqqında danışım. Dəvət edən şəxs (bu 
rolu eksperimenti keçirənlərin nümayəndəsi oynayır) 
cəlb  olunan  sənətşünasların  bir  qismini  (ayrılıqda) 
fasilə  zamanı  öz  hesabına  aldığı  kolaya  qonaq  edir, 
digərlərini  isə  etmir.  Ekspert  işini  bitirdikdən  sonra 
cəlb edən şəxs ona bildirir ki, eyni zamanda lotereya 
satışı ilə də məşğuldur və bir neçəsini almağı xahiş edir. 
Nəticədə kolaya qonaq edilən ekspertlər digərlərindən 
2 dəfə çox lotereya alırlar. Hə a kolanın qiymətindən 
artıq  ödəyərək.  İndi  isə  imkanınız  varsa  2-3  nəfərlik 
qruplara  bölünün.  Biri  digərlərinə  öz  problemini 
danışsın.  digərləri  real  köməkliklərini  təklif  etsin. 
Bundan sonra verdiyiniz sözə əməl edin!
Ÿ
Uğurlu  netvorkinq  üçün  siz  gərək  qarşı  tərəf  üçün 
maraqlı olasız: onlarda maraq doğuran təkliflər edin, 
onları  səmimicəsinə  tərifləyin,  öz  intellektual 
səviyyənizi  daim  artırın,  maraqlı  bacarığınız  və  ya 
46
hobbiniz olsun.
Ÿ
Əlaqələrin yaradılması vaxt tələb edir. Netvorkinq, bir 
şey lazım olanda təcili surətdə kimisə tapıb problemləri 
həll  etmək  yolu  deyil,  insanlarla  münasibətlərin 
qurulması  istiqamətində  sistemli  işdir.  Bir  dəfə  -də 
bir  nəfərdən  dostluq  təklifi  aldım.  Onun  iş  yerinə 
baxdıqda  yazdım  ki,  əgər  söhbət  reklamdan  gedirsə 
bunun üçün dostluqda olmağa ehtiyac yoxdur. Cavab 
verdi  ki,  səbəbi  bu  deyil.  Bir  neçə  gündən  sonra  isə, 
mənim  ad  günümdə,  o,  mənə  konfransa  dəvət 
göndərdi. Təbriksiz, filansız. Sizcə mən nə etdim? Onu 
dostluqdan  çıxardım.  Düzmü  etdim?  Bilmirəm. 
İnsanların  əksəriyyəti  kimi  mən  də  sevmirəm  ki, 
məndən istifadə etsinlər. 
Ÿ
Münasibətlərdə  səmimiliyi  də  unutmaq  olmaz.  Mən 
rəhbər vəzifələrdə işləyəndə çoxlu təbrik və hədiyyələr 
alıram.  Bir  dəfə  işsiz  qaldığım  dövrdə  hədiyyə  və 
təbriklərin sayı xeyli azaldı, nəhayət hədiyyə göndərən 
bir  nəfər  qaldı.  Aydındır  ki,  söhbət  hədiyyənin 
özündən  yox,  müxtəlif  vəziyyətlərdə  göstərilən 
diqqətin  fərqindən  gedir.  İnsanın  yaddaşında  bunlar 
qalır.
Ÿ
Mümkün qədər körpüləri yandırmayın. Necə deyərlər, 
insanlar həyatda iki dəfə görüşür. Tale belə gətirib ki, 
çalışdığım 2 quruma yenidən qayıtmışam. Əvvəl iri bir 
holdinqin bankında çalışdıqdan bir neçə il sonra həmin 
holdinqdə  digər  şirkətin  rəhbərlərindən  olmuşam, 
bundan  başqa  əvvəl  işlədiyim  bankların  birində 
sonralar  maraqlı  bir  layihəyə  dəvət  olundum. 
Ayrılarkən insanlarla yaxşı münasibəti qoruyun. Mənfi 
nümunəm də təəssüf ki, var. Bir nəfərlə mənasız yerdə 
münasibətim  elə  korlandı  ki,  bunun  mənfi  təsirini 
47


indiyədək hiss edirəm:).
Ÿ
Təşəbbüskar olun. Yeni sahələri öyrənin, təkliflər verin. 
Ola bilər ki, bu sahə sizə tapşırılsın. Bir stüardessa təklif 
etmişdi  ki,  müştərilərə  yemək  zamanı  iki  zeytun 
əvəzinə biri verilsin və aviaşirkət bundan ildə 40 000 
dollar  qənaət  etmiş  oldu.  Əminəm  ki,  bu  təşəbbüsün 
sahibi irəli gedəcək.
Aktiv olun. Tədbirlər, cəmiyyətlər təşkil edin və ya 
hazırlığında iştirak edin. Peşəkar təşkilat və qrupların 
aktiv  üzvü  olun.  İctimai  işlərdən  qaçmayın.  Şəxsi  və 
p e ş ə k a r   u ğ u r   ü z r ə   d ü n y a d a   ə n   m ə ş h u r 
məsləhətçilərdən biri olan Brayan Treysi öz həyatından 
belə bir misal gətirir. Bir gün o, Ticarət palatasının üzvü 
olur  və  biznesdə  təhsil  komitəsində  fəaliyyət 
göstərməyi üzərinə götürür. Aktivliyinə görə yarım il 
sonra onu komitə rəhbərinin müavini seçirlər. Komitə 
rəhbəri o ərazidə ən qocaman və nüfuzlu biznesmen idi 
və dövlət, həmçinin biznes dairələrində geniş əlaqələri 
vardı və Treysini onlarla tanış edirdi. Yarım ildən sonra 
Palatanın  illik  yığıncağının  aparılması  ona  həvalə 
olundu  və  hazırlıq  işlərinin  xeyli  vaxt  və  zəhmət 
a p a r a c a ğ ı n a   b a x m a y a r a q ,   B r a y a n   T r e y s i 
məmnuniyyətlə  razılaşdı.  Nəticədə  o,  bütün  nüfuzlu 
insanlarla  tanış  oldu.  İclasdan  sonra  onu  dövlət 
orqanına  işə  dəvət  etdilər.  Buradakı  fəaliyyətin  əks-
sədası  nəticəsində  şəhərin  ən  tanınmış  biznesmen-
lərindən  biri  onu  işə  dəvət  edərək  iki  dəfə  çox  maaş 
verdi  və  üstəlik  səhmlərini  də  bölüşdü.  Növbəti  2  il 
ərzində onun gəliri 2 dəfə də artdı. Nə qədər çox insanın 
xoşuna gələ bilsəz, bir o qədər sayda qapı sizin üçün 
açıq olacaq.
Ÿ
Brendinizin  üzərində  çalışın.  İnsanı  zahiri  əlamətlərə 
48
görə qarşılayırlar (geyim, bədən dili, səs əlamətləri). İlk 
təəssürat  ilk  4  saniyə  ərzində  yaranır.  İlk  təəssüratı 
yaratmaq  üçün  sizin  ikinci  şansınız  olmayacaq!  Bir 
satıcı uzun bığ və saqqal saxlayırdı. Keyfiyyətləri əla 
olsa da satışda uğur qazana bilmirdi. Demə, müştərilər 
belə zahiri görkəmli adama etibar etmirlərmiş. Üzünü 
qırxandan bir müddət sonra o, öz şirkətində ən yaxşı 
satıcı oldu. Geyim həm də özünüzə əminlik yaradır. Bir 
çox  eksperimentlər  göstərir  ki,  yaxşı  zahiri  görünüş 
insana  həyatda  köməklik  edir.  Burada  halo  effekti 
özünü  göstərir.  Nəticədə  yaxşı  zahiri  görkəmə  malik 
olan şəxslər orta hesabla daha rahat iş tapır, ünsiyyət 
qura  bilir,  seçkilərdə  qalib  gəlir,  hə a  daha  ağıllı 
sayılırlar  və  məhkəmədə  hakimlər  tərəfindən  daha 
yumşaq cəzalandırılırlar. Danışığınızı və bədən dilinizi 
məşq  etdirin.  Amma,  hər  halda,  daxili  keyfiyyətlər 
d a h a   va c i b d i r .   U ğ u r l u   n e t v o r k i n q   ü ç ü n   s i z 
digərlərindən  fərqlənməlisiz.  Özünüzü  müəyyən 
sahənin  ekspertinə  çevirin  və  bunu  hamının  beyninə 
yeridin.  Jurnalistlərin  dostu  olun.  İnternetdə  də 
imicinizi  unutmayın.  E-mail  ünvanını,  avatarınızı, 
təhlükəsizlik  seçənəklərini  gözdən  keçirin,  kənar 
şəxslərin  görə  biləcəyi  paylaşdığınız  məlumatlara 
xüsusi fikir verin. Bir çox şirkətlər namizədlərin sosial 
şəbəkələrdəki  profayllarını  öyrənir.  Əlaqələrinizin 
siyahısını tərtib edin (adı, harada çalışır, şirkətin sahəsi, 
vəzifəsi, necə (və ya harada) tanış olmusuz, telefon, e-
mail, hansı sosial şəbəkələrdə var, hansı tezliklə əlaqə 
yaradılmalı,  növbəti  addım  nə  və  nə  vaxt  olmalıdır). 
Tanışlarınıza  sizi  unutmağa  imkan  verməyin.  Yeri 
gəlmişkən,  çatışmayan  keyfiyyətlərimdən  biri  də  elə 
budur, aradan qaldırmağa çalışıram:).
49


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə