Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.

səhifə29/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   94

qazancdan,  evi  isə  2  illik  qazancdan  baha  alınmamasını 
məsləhət  görür.  İstehlak  kreditləri  əksər  hallarda  səhv  çıxış 
yoludur. Sadəcə nəfsimizə qalib gələ bilmirik. Robert Kiyosaki 
məsləhət  görür  ki,  pulu  yığaraq  aktivlərə  (pul  gətirən  yerə) 
yerləşdirək,  passivə  (pul  gətirməyən  istehlak  alışları)  yox. 
İstehlak mallarını isə investisiya gəlirlərindən alın.
İnvestisiya qaydaları
Ÿ
Mümkün qədər investisiyanı bir neçə yerə bölün (bizdə 
imkanlar məhduddur (bank əmanəti, nəsə almaq (qızıl, 
daşınmaz əmlak və s.), biznesə investisiya və s.). Amma 
xaricdə  səhmlər  investisiya  üçün  bəzən  daha  yaxşı 
yoldur.  Əgər  uşaq  anadan  olanda  onun  adına  5  000 
dolları  10,4%-lə  yerləşdirsəz  (aylıq  kapitalizasiya 
şərtilə,  yəni  faizə  faiz  aylıq  hesablansa),  o,  56  yaşına 
çatanda  1  650  000  dollara  sahib  olacaq.  Amma  bu 
məbləği  dörd  bərabər  hissəyə  bölərək  illik  gəlirlik 
dərəcəsi  16%  təşkil  edən  (risk  dərəcəsi  daha  yüksək 
olan) müxtəlif sahələrə yerləşdirsəz və 3 hissəni tamam 
itirsəz, yalnız qalan bir hissə sizə 5,5 dəfə çox qazanc 
gətirəcək.
Ÿ
Maliyyə  müstəqilliyi  olduqca  vacibdir.  İnsan  ilkin 
ehtiyaclarını ödəyə bilmədikdə digər sahələr kənarda 
qalır və yalnız bu problem haqqında düşünür. Maslou 
piramidasına  əsasən  insan  bu  ardıcıllıqla  öz 
ehtiyaclarını  ödəməyə  çalışır:  fizioloji,  təhlükəsizlik, 
məhəbbət  (və  ya  mənsubiyyət),  hörmət,  dərk  etmə, 
estetik,  özünü  reallaşdırma.  Buna  görə  də  6  aylıq 
xərcləriniz qədər təhlükəsizlik yastığı yaradın və yalnız 
təhlükəsiz və likvid yerlərə investisiya edin.
Ÿ
Ezopun belə bir təmsili var. Kasıbın qazı hər gün bir 
qızıl yumurta yumurtalayırdı. Nəticədə o, varlandı. Bir 
58
müddətdən sonra nəfsinin qurbanı oldu və daha çox 
qazanmaq üçün qazı kəsdi ki, içindəki bütün qızıllara 
birdəfəlik sahib olsun. Siz də qızıl yumurtalayan qazı 
kəsməyin,  yəni  qazanc  gətirən  vəsaiti  xərcləməyin, 
investisiya gəlirindən xərcləyin.
Ÿ
Hesablayın görək aylıq xərclərinizi ödəmək qədər faiz 
qazanmaq üçün nə qədər vəsaitiniz olmalıdır. Məsələn, 
ayda 1 000 manat və ya dollar sizə kifayət edirsə, bunu 
qazanmaq üçün 12%-lə 100 000 yerləşdirilməlidir. Bu 
məbləği 10-a vurun və hədəf kimi qəbul edin.
Öz  biliyinizə  də  pul  qoyun,  beyniniz  ən  qiymətli 
kapitaldır.  Brayan  Treysi  bunun  üçün  gəlirin  3%-inin 
ayrılmasını tövsiyyə edir.
9.  İşə  yaradıcı  yanaşın,  fürsətləri  görün  və  əldən 
verməyin.
İşə yaradıcı yanaşın, çərçivədən kənara çıxmağı bacarın, 
özünüzü  artıq  çərçivələrə  salmayın.  İngilis  dilində  buna 
“thinking out of the box” deyilir. Gəlin buna dair bir məntiqi 
tapşırığı həll edək (cavabı bəndin sonunda verilib). Ağ kağızın 
ortasında aşağıda göstərilən qaydada 9 nöqtə işarələyin. Qələmi 
kağızdan ayırmadan bu 9 nöqtəni 4 düz xətlə birləşdirin (yəni, 
hər nöqtədən azı bir xə  keçməlidir):
Məşhur ingiltərə psixoloqu Toni Byuzen maraqlı bir fakt 
barədə  yazıb.  Beyində  100  milyard  hüceyrə  var  və  hər  bir 
hüceyrə  digər  20  000  hüceyrə  ilə  əlaqəlidir.  Beləliklə,  əlaqələr 
59


kombinasiyalarının  sayı  kainatımızdakı  atomların  sayından 
çoxdur (100 milyard üstü 20 000). Hər bir əlaqədənsə bir ideya 
yarana bilər.
Beyin fırtınasından (brainstorming) istifadə edin. Günə 20 
ideya  yaratsaz  ilə  5000  ideya  alınır  (istirahət  günləriniz 
sayılmayıb).  Günə  birini  tətbiq  etsəz  250  həyata  keçmiş  ideya 
alınır. Beyin fırtınası zamanı özünüzü inandırın ki, problemin 
həlli  mövcuddur  (bu  barədə  daha  ətraflı  kreativ  ideyaların 
generasiyası fəslində danışacağıq).
Gözüaçıq olun (fürsətləri görün), cəld tərpənin. Ətrafımız 
fürsətlərlə  doludu.  Bir  işgüzar  adam  Havay  adalarında 
çimərlikdə  istirahət  edən  zaman  daşınmaz  əmlak  şirkətinin 
adından istifadə etmək (françayzinq) təklifini qəzetdə oxuyan 
kimi dərhal otelə qayıdır, yığışır və Los-Ancelesə uçaraq həmin 
şirkətə  yollanır  və  müqaviləni  imzalayır.  Nəticədə  milyonlar 
qazanır.  Əvvəl  yazmışdım  ki,  bir  milyonçu  kitabı  necə 
oxuyurdu: maraqlı ideya görən kimi kitabı elə oradaca saxlayıb 
cumurdu  həmin  fikri  reallaşdırmağa  və  yalnız  ondan  sonra 
oxumağına davam edirdi.
Britaniya  milyardçısı  Riçard  Brensonun  sözlərinə  görə 
“Biznesdə fürsətlər avtobuslar kimidir – növbəti maşın həmişə 
gəlir”.
Bu keyfiyyət yalnız biznesin yaradılması dövründə deyil, 
inkişafı dövründə də mütləq lazımdır.
Kreativ  ideyaların  yaradılması  texnikaları  barəsində 
ayrıca danışacağıq.
Məntiqi tapşırığın cavabı:
60
10.  Xasiyyətin  vacibliyi,  cəsarət  və  inadkarlığın  rolu, 
uğursuzluğa münasibət.
Qədim  yunan  filosofu  Aristotelə  görə  yalnız  yaxşı  insan 
xoşbəxt ola bilər. Xasiyyətiniz, fikirləriniz cazibə qanununa görə 
daim  özünə  uyğun  olanları  sizə  tərəf  dartacaq.  Ona  görə  də 
dəyişikliyə özünüzdən başlayın.
Yaxşı  xasiyyət  həm  sizi  uğura  kökləyəcək,  həm  də 
insanlarda  sizin  haqqınızda  müsbət  fikir  formalaşdıracaq. 
Avraam  Linkoln  cavanlıqda  satıcı  işləyərkən  bir  neçə  centi 
qaytarmaqdan  ötrü  xeyli  yol  gedib  müştərini  tapmışdı.  Belə 
hərəkətlərinə görə camaat ona “dürüst” ləqəbi vermişdi. Sonralar 
o, həm də şəxsi keyfiyyətlərinə görə ABŞ prezidenti seçilmişdi.
Şəxsiyyətin bütövlüyü bərədə danışmışdıq. Xususi halları 
nəzərə almasaq insanın fikri, hərəkəti və sözü biri-birinə uyğun 
olmalıdır.  Olduğu  kimi  görünəndə,  göründüyü  kimi  olanda, 
insana qarşı etibar yaranır. Hə a cəmiyyətdə də müxtəlif qruplar 
arasında  etibar  nə  qədər  möhkəm  olsa,  inkişaf  da  bir  o  qədər 
yüksək olar.
İntizam (buna iradə də demək olar) lazım olan işi, həvəsin 
olmasa da, görməkdir. Uğurlu insanlar barədə dörd cildlik kitabın 
müəllifi amerikalı Kop Kopmayer 50 il ərzində uğurlu insanların 
həyatlarını  öyrənərək  və  oxuduğu  6000  kitaba  əsaslanaraq 
uğurun 1000 prinsipini müəyyən edib. Ondan ən vacib prinsipi 
soruşanda  düşünmədən  intizam  hissini  qeyd  etmişdi,  çünki 
onsuz  qalan  999  prinsipi  həyata  keçirmək  mümkün  deyil. 
Məsələn,  iradənizi  işə  salıb  sağlam  həyat  tərzini  adətə  çevirin: 
yeməyinizə fikir verin (xəmir, şəkər, duzdan az, meyvə, tərəvəz, 
maye,  təzə  və  mövsümə  uyğun  məhsullardan  isə  çox  istifadə 
edin), çəkinizə diqqət yetirin, idmanla məşğul olun (həftədə azı 3 
dəfə), istirahət edin (həftədə azı 1 gün işdən kənarlaşın, ildə bir 
dəfə  məzuniyyətə  çıxın,  gündə  7-8  saat  yatın),  pozitivliyə  və 
proaktivliyə  köklənin  (qəbul  edin  ki,  nəticələrə  görə  cavabdeh 
özünüzsüz,  xətrinizə  toxunanları  bağışlayın,  kinsiz  və  qibtəsiz 
61




Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə