Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə32/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   28   29   30   31   32   33   34   35   ...   94

Çətinliklərə hazır olun. Tomas Edison deyirdi ki, mən 10 min dəfə 
uğursuzluğa  düçar  olmamışam,  sadəcə  10  min  özünü 
doğrultmayan üsul tapmışam. 
Mənimlə  universitetdə  təhsil  alan  bir  tələbə  yoldaşım 
haqqında danışmaq istəyirəm. Çox imkansız ailədən idi. Atası və 
bir neçə qardaşı ali təhsil almamışdılar, sürücü və fəhlə idilər. O 
isə  başqa  yol  seçdi.  O  vaxtlar  fəhlələrə  imkan  verilirdi  ki,  bir  il 
hazırlıq kursu keçdikdən sonra ali məktəbə qəbul olunsunlar. O 
da  bu  yolla  tarix  fakültəsinə  daxil  olmuşdu.  Orta  məktəbdə 
azərbaycan dilində təhsil almasına baxmayaraq universitetdə rus 
dilində oxumağı qərara almışdı (sovet məkanında rus bölməsinin 
imkanları daha geniş idi, ədəbiyyatın əksəriyyəti məhz rus dilində 
idi  və  s.),  rus  dilini  zəif  bilsə  də.  Danışığı  gülüş  doğursa  da  o, 
nəinki ruhdan düşürdü, hə a bütün tədbirlərin aktiv iştirakçısı 
olurdu.  Biz  idmanın  bir  növü  ilə  vaxtaşırı  məşğul  olanda,  o, 
müntəzəm  olaraq  3  növlə  məşğul  olurdu.  İnadkar,  ünsiyyətcil, 
dərslərdə  aktiv,  daim  pozitiv  əhval-ruhiyyədə  olan  bu  tələbə 
ictimai sahədə də fəal idi. Əvvəl fakültənin, sonra isə universitetin 
komsomol  katibi  oldu.  Sonralar  elmlər  namizədi  və  elmlər 
doktoru,  müxtəlif  universitetlərdə  müəllim  və  dekan  işlədi. 
Ailədə  xoşbəxtdir.  Bir  övladı  İsveçrədə  təhsil  alır,  digəri  isə 
Almaniyada.  Necə  düşünürsüz,  bu  insanın  sadəcə  bəxtimi 
gətirdi?  Xeyr!  Böyüdüyü  mühitdən  kənara  çıxaraq  əsl  mənada 
özü-özünü yaratmış insan nümunəsidir. 
Harland  Sanders  1955-ci  ildə  65  yaşında  sahib  olduğu 
restoranda  müştərilərinə  xüsusi  sousla  hazırlanmış  toyuq  təklif 
edirdi. Restoranın vəziyyəti ağır idi. Sanders özünü itirmədi və bu 
vəziyyətdən  çıxış  yolunu  öz  reseptilə  digər  restoranları 
maraqlandıraraq françayz yaratmaqda gördü. İlk 1008 (!) restoran 
onun təklifini rədd etdi və yalnız 1009-cu dəfə cəhdi nəticə verdi. 
1963-cü  ildə  artıq  600  restoran  bu  reseptlə  hazırlanmış  toyuq 
satırdı. Beləliklə, sizcə hansı şirkətin sürətli inkişafı başladı? Gəlin 
şəkilə baxaq. Bəli, söhbət KFC-dən gedir.
64
Uğursuzluqdan nəticə. 
Uğursuzluğun səbəblərini 3 qrupa ayırmaq olar:
1. Bizim səhlənkarlığımız ucbatından baş verən (məsələn, 
biznesi başlamazdan əvvəl təhlil aparmamısan, vergiyə hesabatı 
vaxtında verməmisən və s.).
2.  Bizim  hərəkətlərimizdən  qaynaqlanan,  lakin 
səhlənkarlıq  nəticəsində  olmayan  və  qabaqcadan  görülməsi 
çətin  olan  (məsələn,  strategiya,  ilkin  hipoteza  özünü 
doğrultmayıb).
3.  Bizimlə  əlaqəli  olmayan  səbəblər  (qəflətən  baş  verən 
devalvasiya və ya qanunvericilikdə dəyişikliklər).
Birincisi  olmamalıdır,  ikinci  və  üçüncüsü  üzrə  riskləri 
azaltmağa  çalışmalıyıq.  Amma  səhvlərdən  tamam  yaxa 
qurtarmaq mümkün deyil. Həyat dalğavarı inkişaf edir. Yapon 
atalar  sözündə  deyildiyi  kimi,  çarpayıda  uzanan  heç  vaxt 
büdrəməz. Ən çox uğursuzluğa düçar olanlar bəlkə də elə ən 
uğurlu insanlardır. NBA statistikasına əsasən atışda ən çox səhv 
edən  oyunçu  basketbol  tarixində  ən  uğurlu  idmançı  sayılan 
Maykl  Cordan  olub.  Uğurlu  insanlar  çalışırlar  ki,  səhvlərdən 
nəticə  çıxarsınlar,  həm  də  mümkün  qədər  başqalarının 
səhvlərindən.  Uinston  Çörçilə  görə  hamı  səhv  edir,  amma 
65


səhvlərdən yalnız müdriklər nəticə çıxarırlar. 
Uolt Disney  7  dəfə bankrot olub, axırda uğur qazanıb və 
37  Oskara  sahib  olub  (bu  rekordu  hələ  də  üstələyən  yoxdur). 
Səhv  etməkdən  qorxmayın.  1990-cı  ildə  Donald  Trampın 
(məşhur  biznesmendir,  2015-ci  ildə  ABŞ  prezidentliyinə 
namizədliyini irəli sürmüşdü) tikinti şirkəti bankrot oldu. Onun 
şəxsi borcu 900 milyon, şirkətin ümumi borcu isə 9,8 milyard 
dollar  idi.  Buna  baxmayaraq  bir  müddətdən  sonra  o,  nəinki 
problemi  həll  etdi,  üstəlik  milyardçı  oldu.  Robert  Kiyosaki 
“Varlı  ata,  kasıb  ata”  kitabında  yazır:  “Varlı  insanın  kasıb 
insandan fərqi qorxuya yanaşma tərzindədir. Ömrüm boyu bir 
dənə  də  varlı  insan  görməmişəm  ki,  pul  itirməsin.  Amma  o 
qədər kasıb tanıyıram ki, bir cent belə itirməyib”.
2014-cü  ildə  ABŞ-da  10  milyon  milyonçu  (böyük 
əksəriyyəti  0-dan  başlayıb)  və  571  milyardçı  vardı.  Dünyada 
milyardçıların  sayı  2355  nəfərə  çatıb  ki,  bunların  yalnız  19%-i 
varidatını  varisliklə  alıb,  bir  hissəsi  başqalarından  qalan  var-
dövlətdən  istifadə  edərək  milyardçı  olub,  55%-i  isə  bütün 
varidatını özü qazanıb. Orta hesabla onlar həyatlarında 3 dəfə 
bankrot  olublar.  Riskə  yanaşma  tərzi  işgüzar  insanları 
digərilərdən fərqləndirən ən vacib keyfiyyətlərdəndir.
22 il uğurlu insanların həyatını öyrənməklə məşğul olan 
Napoleon Hill aşkar edib ki, hər bir maneə və ya uğursuzluq 
özündə  ən  azı  bir  o  qədər  uğur  hüceyrəsi  daşıyır.  Məşhur 
insanların çoxu məhz uğursuzluqlardan sonra sıçrayış ediblər. 
Hər  bir  problemi  fürsət  kimi  dəyərləndirin.  Deyl  Karnegi 
deyirdi ki, həyat sənə limon bəxş edibsə ondan limonad düzəlt. 
Çin  dilində  “böhran”  sözü  iki  ieroqlifdən  ibarətdir  –  birinin 
mənası  “təhlükə”,  digərinin  isə  “fürsət”-dir,  qədim  yunan 
dilində  isə  “krizis”  sözünun  tərcüməsi  “qərar”,  “dönüş 
nöqtəsi”-dir.
Orlandoda Disney World açılanda yağışlar açıq havadakı 
66
a raksionlara mane olurdu. Problemi necəsə həll etmək lazım 
idi. Nəticədə problemin həlli əlavə gəlir gətirdi. 10 dollara Miki 
Maus şəkilli sarı ponçolar satılmağa başlandı.
Başqa misal. Rusiyada zavodlara məhsul satan bir kimya 
şirkətindən  kimyəvi  preparatlar  kütləvi  şəkildə  oğurlanırdı. 
Heç  bir  vasitə  kömək  etmirdi.  Bir  məsləhətçi  bildirdi  ki,  əgər 
oğurlanırsa, deməli, bu maddəyə əhali arasında tələbat var. Onu 
əhaliyə ayrıca satın. Beləliklə, şirkət satışlarını 10 dəfədən çox 
qaldırdı.
Praktiki tapşırıqlar:
Bir  sütünda  hədəflərinizi,  yanındakı  sütünda  isə  o 
hədəflərə çatma yolunda baş verə biləcək ən pis halı qeyd edin. 
Görəcəksiz ki, əksər hallarda itirəcəyiniz o qədər də böyük bir 
şey deyil.
5. Yekun.
Daxildən xaricə.
İnsanları  xilas  etmək  üçün  dövlətlər  ətraf  mühiti 
dəyişirlər, peyğəmbərlər isə insanların özlərini dəyişərək onları 
xilas  etməyə  çalışırdılar.  İnsan  uğur  qazanmaq  üçün  gərək 
daxildən dəyişsin.
Dəyişikliyin ötürücüsü olun.
Əgər valideynləriniz, müdiriniz və ya başqaları sizi daim 
danlayıblarsa,  əziblərsə,  bu  o  demək  deyil  ki,  siz  də  bunu 
təkrarlamalısız.  Neqativ  ənənəni  sındırın.  Siz  başqalarının 
taleyini  bu  yolla  müsbət  tərəfə  yönəldə  bilərsiz.  Başqalarına 
inanaraq,  onları  öz  gözlərində  qaldıraraq,  onlar  üçün  yeni 
ssenari yazmış olursuz və onlar da yaxşılığa doğru dəyişirlər. 
Belə bir eksperiment keçirilmişdi. Alimlər adi tələbələri seçərək 
67


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə