Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə34/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   30   31   32   33   34   35   36   37   ...   94

onlara və müəllimlərinə bildirmişdilər ki, bu gənclər potensial 
dahidirlər (əslindəsə onlar təsadüfən seçilmiş tələbələr idilər). 
Müəllimlər təəccübləniblər, çünki bu tələbələrdə heç bir qeyri-
adilik hiss etməmişdilər. Bir müddətdən sonra məlum olub ki, 
seçilmiş  tələbələrin  nəticələri  doğrudan  da  xeyli  yaxşılaşıb 
(çünki  müəllimlərin  onlara  və  onların  öz-özlərinə  münasibəti 
dəyişmişdi).
Əmin olun ki, bu kitabdan öyrəndiklərinizi düzgün tətbiq 
etsəz mütləq uğur qazanacaqsız! Yeni düşüncə tərzilə növbəti 
mərhələyə keçək!
Növbəti mərhələyə keçməzdən əvvəl istərdim ki, müxtəlif 
sahələrdə  uğur  qazanan  bəzi  həmvətənlərimizin  uğur 
hekayələrini çox qısa şəkildə danışım. Əslində yüzlərlə beləcə 
köməksiz yaxşı nəticələrə nail olan insanlar barəsində danışmaq 
olar.
Fuad  Məmmədov.  Sadə  ziyalı  ailəsindəndir.  Məktəbdə 
oxuyarkən  şəxsi  maddi  ehtiyaclarını  ödəmək  üçün  yay 
aylarında kənddə təsərrüfat işlərində köməkçilik edib. Məktəbi 
qızıl  medalla  bitirib.  ABŞ-da  oxumaq  üçün  seçilən  ilk 
tələbələrmizin sıralarına daxil olub. O zamanlar ingilis dilini heç 
bilmirdi.  İlk  aylar  oxumağa  ciddi  yanaşmayıb  deyə 
universitetdən kənarlaşdırılmaq təhlükəsilə üzləşib. Nəticədə 6 
ay ərzində dili öyrənib və riyaziyyat üzrə birincilər sırasına daxil 
olub.  Təhsilini  bitirdikdən  sonra  Türkiyədə  neft  şirkətində 
işləyib,  sonra  isə  Azərbaycanda  bir  neçə  tanınmış  markanın 
distribütoru  olan  avtomobil  şirkətinə  rəhbərlik  edib,  aparıcı 
banklarda  rəhbər  vəzifələrdə  çalışıb,  hal-hazırda  beynəlxalq 
holdinqlərin  birində  İdarə  Heyətinin  üzvü,  maliyyə 
qurumunun Müşahidə Şurasının sədridir.
68
Faiq  Bağırov.  Sadə  ziyalı  ailəsindəndir.  Aparıcı  sığorta 
şirkətlərinin  birində  satış  üzrə  İdarə  Heyəti  sədrinin  müavini 
olub. O zamanlardan özü biznes qurmaq haqqında düşünməyə 
başlayıb. Robin Şarmanın kitabındakı “Limanda duran gəmilər 
heç  vaxt  batmaz.  Lakin  onlar  limanda  durmaq  üçün 
yaranmayıb”  fikri  onun  təsəvvüründə  bir  çevriliş  yaradaraq 
hərəkətə  sövq  edib.  Bir  çox  tanınmış  biznes  və  motivasiya 
trenerlərinin  təlimlərində  iştirak  etdikdən  sonra  Successful 
Strategies  treninq  şirkətini  yaradıb.  Sonradan  bir  sıra  maraqlı 
layihələrin  müəllifi  olub:  Bayraq  Meydanının  yaradılması, 
“Hədəf  Bakıdır”  filminin  çəkilişi  və  s.  Marafonçudur,  Sidney 
Olimpiadasının  iştirakçısıdır.  Əsas  şüarı  belədir:  şikayətlən-
məkdənsə fəaliyyətə başla!
Tural Bədirxanlı. Türk Liseyinin məzunudur. Türkiyənin 
Boğaziçi Universitetində oxuyarkən öyrənib ki, ABŞ universitet-
lərində  imkansız  tələbələr  üçün  təqaüd  proqramları 
mövcuddur.  Nəticədə  informasiya  texnologiyaları  sahəsində 
dünyanın  aparıcı  ali  məktəbi  olan  MİT-ə  daxil  olub.  Sonralar 
Google  şirkətində  çalışıb,  tərəfdaşları  ilə  birlikdə  Silikon 
Vadisində Namo Media şirkətini yaradıb və bir müddət sonra 
onu Twi er şirkətinə satıb (hal-hazırda orada da çalışır).
Natalya Qolumb. Sadə ziyalı ailəsindəndir. Yaradıcı insan 
olmağı həm incəsənətlə məşğul olmağında, həm həyata baxışda, 
həm də biznesdə özünü göstərir. Nüfuzlu bir bankda çalışdığı 
dövrdə mətbəx biznesinin sirrlərini öyrənməyə başlayıb. Maddi 
maraq güdmədən gözəl çeşidli yeməklər barəsində bloq açıb və 
bu sahədə fəaliyyətə başlayıb. Bu iş onu o qədər cəlb edib ki, 
hə a bankçılıqdan uzaqlaşaraq özünü bu sahəyə həsr edib. Bir 
müddət  sonra  kiçik  restoranlardan  beş  ulduzlu  otelədək 
restoran  sahəsində  məsləhət  xidmətləri  göstərməyə  başlayıb. 
69


“Mətbəx  Couture”  kitabının  müəllifi,  “Buffetique”  kafesinin 
həmsahibidir.
Rafael  Əzizov.  Ziyalı,  kifayət  qədər  imkanlı  ailədəndir, 
amma bu amilin onun karyerasına o  qədər də təsiri olmayıb. Bir 
sıra dövlət qurumlarında çalışdıqdan sonra sığorta şirkətlərində 
satış  üzrə  sədr  müavini,  iri  holdinqlərdən  birinin  Moskva 
nümayəndəliyinin  rəhbəri  işləyib.  Elə  bu  zamanlar  internet 
biznesində  fürsətləri  görüb,  bu  sahəyə  marağı  yaranıb  və  bir 
neçə  uğurlu  layihələrə  başlayıb:  auto.az,  friday.az,  amigo.az, 
COOL  Agency,  Admatika  və  s.  Hal-hazırda  bütün  layihələr 
Raphael Group adı altında fəaliyyət göstərir.
70
2-ci fəsil. Biznes-ideyanın tapılması.
Əgər  birbaşa  bu  fəsildən  başlayırsızsa,  nəticənin  daha 
yüksək olması üçün geriyə qayıdıb Ön söz və “Uğura aparan 
yol” fəsli ilə tanış olduqdan sonra bura qayıdın.
Əgər bizneslə məşğul olmaq qərarına gəlmisizsə və yaxşı 
nəticə əldə etmək istəyirsizsə, növbəti mərhələlərin icrasına bir 
iş  kimi  baxın.  Əgər  işləmirsizsə  bu  prosesə  səhər  9:00-da 
başlayıb ən tezi 18:00-dək gərgin işləməlisiz. Əgər təhsil alırsızsa 
hər gün növbəti mərhələlərin icrasına özünüz üçün konkret vaxt 
ayırın və bu vaxtda yalnız bu işlə məşğul olun. Bu məsələlərdə 
şəxsi intizam olduqca vacibdir.
Bu  hissədə  biz  biznes  ideyasının  tapılması  alqoritmləri 
barədə  danışacağıq.  Hər  bir  alqoritmi  tələsmədən  diqqətlə 
işləyin. Əgər gözləyirsizsə ki, bu kitabçada sizə hazır ideyalar 
veriləcək, yanılırsız. İdeya bankım var, amma onların bir çoxu 
hələ araşdırılmayıb. Bundan başqa, bu gün aktual olan ideya bir 
ildən  sonra  artıq  aktual  olmaya  da  bilər.  Əsas  odur  ki,  siz 
yanaşma tərzini, tapılma mənbə və yollarını biləsiz. Belə olan 
halda siz istənilən zaman yeni ideya yarada biləcəksiz.
Mənəviyyata  və  qanuna  zidd  olmayan  bütün  sahələrdə 
71


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə