Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə43/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   39   40   41   42   43   44   45   46   ...   94

inanmalıyıq ki, çıxış yolunu mütləq tapacağıq.
İnsan yaradıcılığa tuşlandıqda yeni ideyalar hər yerdə və 
hər zaman ağlına gələ bilər: yolda, yataqda, işdə və s. Buna görə 
də  çalışın,  qeydlər  aparmaq  üçün  vasitəniz  həmişə  yanınızda 
olsun və ideyaları mütləq aydın şəkildə qeyd edin. Araşdırmalar 
göstərir  ki,  yeni  fikirlər  əksər  hallarda  çox  qısa  zamanda 
unudulur.  Qeydlərinizi  vaxtaşırı  oxuyun  və  uyğun  olanları 
tətbiq edin.
Mümkün  qədər  bütün  texnikalaları  yoldaşlarınızla 
birlikdə sınaqdan keçirin. Həm daha məhsuldar alınar, həm də 
daha maraqlı olar.
Təsvir edilən hər bir texnikanı imkan daxilində öz biznes-
ideyalarınız  əsasında  işləyin.  Əminəm  ki,  nəticəsini  hiss 
edəcəksiz!
Əvvəlcə gəlin beynimizi açmaq üçün bir oyun oynayaq.
Oyun
Əşyalardan müxtəlif məqsədlə istifadə olunması
Bir  əşya  seçin  (məsələn,  kağız  vərəqi,  iynə,  oturacaq, 
pambıq,  boşqab  və  s.).  İndi  isə  yazın  görək  bu  əşyadan  (o 
cümlədən onun hissələri və materialından) necə istifadə etmək 
olar.  Ən  ağlagəlməz  variantları  da  yazın.  Hərəniz  azı  20-30 
variant tapın. İndi isə yoldaşlarınızla variantları müqayisə edin. 
Məsələn, götürək kağız vərəqinin istifadə imkanlarını:
1.  Üzərində yazmaq olar;
2.  Müxtəlif növ oyuncaq düzəltmək olar (təyyarə, qurbağa, 
gəmi və s.);
3.  Xətkeş kimi istifadə etmək olar;
4.  Trafaret kəsmək olar;
5.  Ocağı yandırmaq üçün istifadə etmək olar;
6.  Nəyisə bükmək üçün istifadə etmək olar;
88
7.  Üzərində şəkil çəkmək olar;
8.  Zərf düzəltmək olar;
9.  Tum tökmək üçün qab düzəltmək olar;
10.  Panama düzəltmək olar;
11.  Sirli məktub üçün istifadə etmək olar (məsələn, üzərində 
südlə  görünməyən  mətn  yazılır,  sonra  isə  alovun  üstünə 
tutduqda mətn görünür);
12.  Çərpələng düzəltmək olar;
13.  Yelpik düzəltmək olar;
14.  Yumrulayaraq müxtəlif oyunlarda istifadə etmək olar;
15.  Əlfəcin  (kitabın  arasına  qoyulan  kağız)  kimi  istifadə 
etmək olar;
16.  Tirdə nişangah kimi istifadə etmək olar;
17.  Üzərində printerdən nəyisə çap etmək olar;
18.  Qatlayaraq  nəyisə  tarazlaşdırmaq  üçün  istifadə  etmək 
olar (məsələn, masanın ayağının altına qoymaqla);
19.  Üzərində müxtəlif oyunlar oynamaq olar;
20.  Çirkli  əşyaları  əlin  batmasın  deyə  onun  vasitəsilə 
götürmək olar;
21.  Sürüşməməkdən  ötrü  sürüşkən  səthin  üstünə  çıxmaq 
üçün onun üzərinə sərmək olar;
22.  Boruçuq  düzəldib  xırda  əşyaları  üfürərək  atmaq  üçün 
alət kimi istifadə etmək olar;
23.  Uzun borucuq düzəldərək göstərici kimi istifadə etmək 
olar;
24.  Müxtəlif fokuslar göstərmək olar;
25.  Qatlayıb bəzən diş çöpü əvəzi kimi istifadə etmək olar;
26.  Müxtəlif bəzək əşyaları düzəltmək olar (məsələn, yolka 
üçün bəzək və hörük şəkilli naxışlar);
27.  Nəyisə silmək olar;
28.  Nəyinsə üstü çirklənməsin və ya cızılmasın deyə üzərinə 
sərmək olar;
89


29.  Tez sınan əşyaları (məsələn, şüşəni) daşıyarkən qatlayıb 
arasına qoymaq olar;
30.  Qışda  ayaq  donmasın  deyə  ayaqqabı  içliyinin  altına 
yerləşdirmək olar (bir neçə qat);
31.  Qıf düzəltmək olar və s.
Məqsədlərin qoyulması, ideya axtarışı
Sözlərin əvəz edilməsi texnikası
Məqsədlərinizi  sual  şəklində  bir  neçə  variantda  başqa 
sözlərlə  ifadə  edin.  Görəcəksiz  ki,  məqsədinizin  yeni  tərəfləri 
üzə çıxır. Məsələn, məqsəd satışların artırılmasıdır. Bu məqsədi 
başqa sözlərlə necə ifadə etmək olar?
Ÿ
Müştərilərin sayını necə artıra bilərik?
Ÿ
Hər  müştəriyə  daha  çox  məbləğdə  məhsulu  necə  sata 
bilərik?
Ÿ
Hər müştəriyə daha çox sayda malı necə sata bilərik?
Ÿ
Satıcıların sayını necə artıra bilərik?
Ÿ
Məhsulun qiymətini necə qaldıra bilərik?
Ÿ
Satış nöqtələrinin sayını necə artıra bilərik?
Ÿ
Məhsulumuzun,  şirkətimizin  cəlbediciliyini  necə  artıra 
bilərik?
Praktiki tapşırıq. Hərəniz bir məqsəd yazın və onu başqa 
sözlərlə müxtəlif varianlarda ifadə edin.
Alternativin tapılması texnikası
Məsələn,  tıxaclar  sizi  bezdirib.  Bu  baş  verməsin  deyə 
alternativlər:
1.  Maşından  imtina  və  ictimai  nəqliyyata,  velosipedə, 
motosikletə keçmək və ya ayaqla getmək;
2.  Maşında hərəkətin vaxtını dəyişmək;
3.  Ümumiyyətlə hərəkətdən imtina edərək evdə işləmək;
90
4.  Evə yaxın iş yeri tapmaq və ya işə yaxın ünvana köçmək; 
5.  Tıxacda audiokitablara qulaq asmaqla vaxt itkisinə yol 
verməmək və s.
Praktiki  tapşırıq.  Probleminizi  yazın  və  onun  sizə  mane 
olmaması üçün fikirləşib alternativlər tapın.
Məsələn, iş axtarmaq prosesində müxtəlif yanaşmalar ola 
bilər:
1.  Harda axtarmalı:
Ÿ
İnternetdə;
Ÿ
Qəzetlərdə;
Ÿ
Tanışlardan;
Ÿ
Əmək birjasında;
Ÿ
Şirkətlərlə əlaqə vasitəsilə və s.
2.  Münasib iş tapmaq üçün nə etməli:
Ÿ
Yeni bilik və vərdişlər əldə etməli;
Ÿ
Yaxşı CV tərtib etməli;
Ÿ
Müsahibəyə yaxşı hazırlaşmalı;
Ÿ
Şirkət haqqında məlumat toplamalı və s.
3.  Mənə uyğun işi necə tapmalı:
Ÿ
Bacarıq və keyfiyyətlərimin hansı şirkətlərdə tələb 
olunduğunu müəyyən etmək;
Ÿ
Rəhbərlərlə görüş təyin etmək və onları inandırmaq;
Ÿ
Bacarıq və keyfiyyətlərimə uyğun özəl biznes açmaq 
və s.
İdeal son nəticə (İSN) texnikası
İdeal son nəticə məqsədlərimizə böyük səy göstərmədən, 
resurs  xərcləmədən  çatmaqdır.  Çox  vaxt  bu  mümkün  olmur, 
amma  bu  barədə  düşünmək  yeni  imkanlara  yol  açır.  İSN  2 
variantda ola bilər:
Ÿ
Tələb olunan iş özbaşına görülür;
Ÿ
Əslində iş heç lazım deyilmiş.
91


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə