Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə44/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   40   41   42   43   44   45   46   47   ...   94

29.  Tez sınan əşyaları (məsələn, şüşəni) daşıyarkən qatlayıb 
arasına qoymaq olar;
30.  Qışda  ayaq  donmasın  deyə  ayaqqabı  içliyinin  altına 
yerləşdirmək olar (bir neçə qat);
31.  Qıf düzəltmək olar və s.
Məqsədlərin qoyulması, ideya axtarışı
Sözlərin əvəz edilməsi texnikası
Məqsədlərinizi  sual  şəklində  bir  neçə  variantda  başqa 
sözlərlə  ifadə  edin.  Görəcəksiz  ki,  məqsədinizin  yeni  tərəfləri 
üzə çıxır. Məsələn, məqsəd satışların artırılmasıdır. Bu məqsədi 
başqa sözlərlə necə ifadə etmək olar?
Ÿ
Müştərilərin sayını necə artıra bilərik?
Ÿ
Hər  müştəriyə  daha  çox  məbləğdə  məhsulu  necə  sata 
bilərik?
Ÿ
Hər müştəriyə daha çox sayda malı necə sata bilərik?
Ÿ
Satıcıların sayını necə artıra bilərik?
Ÿ
Məhsulun qiymətini necə qaldıra bilərik?
Ÿ
Satış nöqtələrinin sayını necə artıra bilərik?
Ÿ
Məhsulumuzun,  şirkətimizin  cəlbediciliyini  necə  artıra 
bilərik?
Praktiki tapşırıq. Hərəniz bir məqsəd yazın və onu başqa 
sözlərlə müxtəlif varianlarda ifadə edin.
Alternativin tapılması texnikası
Məsələn,  tıxaclar  sizi  bezdirib.  Bu  baş  verməsin  deyə 
alternativlər:
1.  Maşından  imtina  və  ictimai  nəqliyyata,  velosipedə, 
motosikletə keçmək və ya ayaqla getmək;
2.  Maşında hərəkətin vaxtını dəyişmək;
3.  Ümumiyyətlə hərəkətdən imtina edərək evdə işləmək;
90
4.  Evə yaxın iş yeri tapmaq və ya işə yaxın ünvana köçmək; 
5.  Tıxacda audiokitablara qulaq asmaqla vaxt itkisinə yol 
verməmək və s.
Praktiki  tapşırıq.  Probleminizi  yazın  və  onun  sizə  mane 
olmaması üçün fikirləşib alternativlər tapın.
Məsələn, iş axtarmaq prosesində müxtəlif yanaşmalar ola 
bilər:
1.  Harda axtarmalı:
Ÿ
İnternetdə;
Ÿ
Qəzetlərdə;
Ÿ
Tanışlardan;
Ÿ
Əmək birjasında;
Ÿ
Şirkətlərlə əlaqə vasitəsilə və s.
2.  Münasib iş tapmaq üçün nə etməli:
Ÿ
Yeni bilik və vərdişlər əldə etməli;
Ÿ
Yaxşı CV tərtib etməli;
Ÿ
Müsahibəyə yaxşı hazırlaşmalı;
Ÿ
Şirkət haqqında məlumat toplamalı və s.
3.  Mənə uyğun işi necə tapmalı:
Ÿ
Bacarıq və keyfiyyətlərimin hansı şirkətlərdə tələb 
olunduğunu müəyyən etmək;
Ÿ
Rəhbərlərlə görüş təyin etmək və onları inandırmaq;
Ÿ
Bacarıq və keyfiyyətlərimə uyğun özəl biznes açmaq 
və s.
İdeal son nəticə (İSN) texnikası
İdeal son nəticə məqsədlərimizə böyük səy göstərmədən, 
resurs  xərcləmədən  çatmaqdır.  Çox  vaxt  bu  mümkün  olmur, 
amma  bu  barədə  düşünmək  yeni  imkanlara  yol  açır.  İSN  2 
variantda ola bilər:
Ÿ
Tələb olunan iş özbaşına görülür;
Ÿ
Əslində iş heç lazım deyilmiş.
91


Məsələn, Rusiyanın soyuq regionlarının birində belə bir 
problem yaranmışdı. Çayın dibində yerə basdırılmış dirəkləri 
çıxarmaq lazım idi. İş təcili deyildi. Bu problem İSN texnikasının 
köməyilə belə həll edildi. Dirəklərə kəndir bağlayıb uclarını boş 
buraxdılar.  Qışda  suyun  üzərində  olan  kəndirin  ucları  buza 
bərkidilmiş oldu və yazda buz əriyib hərəkət edəndə dirəkləri 
də dartıb çıxardı.
Nümunələr:
Problem:  Müəllim  dərsi  maraqlı  keçməlidir.  İSN:  Elə 
etmək  lazımdır  ki,  şagirdlər  özləri  dərsi  öyrənməyə  səy 
göstərsinlər.
Problem: İşçilərə nəzarəti gücləndirmək lazımdır. İSN: Elə 
etmək lazımdır ki, işçilər özləri özlərinə nəzarət etsinlər.
Praktiki  tapşırıq.  Aşağıdakı  vəziyyətlərdə  fərqli  İSN-i 
müəyyən edin:
1.    Tədbirə  KİV  nümayəndələrini  cəlb  etmək  lazımdır 
(İSN:  elə  etmək  lazımdır  ki,  KİV  özü  bu  tədbirə  can  atsın, 
məsələn, ölkədəki və ya xaricdəki məşhur insanları açılışa cəlb 
etməklə).
2.   Köhnə binanı sökmək lazımdır (İSN: sökmək əvəzinə 
başqa məqsədlər üçün istifadə etmək olar).
Gələcəkdən müsahibə texnikası
Sakit yerdə oturun, gözlərinizi bağlayın və təsəvvür edin 
ki,  uzaq  məqsədinizə  çatmısız.  Məqsədinizə  çatanda 
ürəyinizdən  hansı  hisslər  keçəcəksə,  onları  yaşamağa  çalışın. 
İndi isə ciddi şəkildə aşağıdakı 7 sualı yazılı cavablandırın:
1.    Məqsədinə  çatmağınla  (burada  real  məqsədin  adı 
göstərilir) əldə etdiyin ən vacib şey nədir?
2.    Məqsədə çatmaqda səni motivə edən nə oldu?
3.    Məqsədinə çatmaq üçün ilk addımın nə oldu?
4.    İlk maneə nədən ibarət olmuşdu?
92
5.    Məqsədə çatmaqda sənə kim kömək etdi?
6.    Məqsədinə çatmaqda sənə yardımçı olan ən vacib amil 
hansı idi?
7.     Məqsədlərinə çatmağa yeni başlayanlara nə məsləhət 
görərdin?
Vizual assosiasiya texnikası
Hərəniz  2  şəkil  seçin  və  hər  şəklin  ideyanızla  əlaqəsini 
yazın.  Beləliklə,  yaradıcılıq  vərdişlərinizi  artıraraq  ideyanıza 
yeni rakursdan baxmağı öyrənəcəksiz.
Verbal assosiasiya texnikası
1.    Problemi, məhsulunuzu, məsələnizi müəyyən edin. 
2.   1-dən 99-dək bir ədəd deyin. İndi isə aşağıda verilmiş 
siyahıdan ona uyğun sözü tapın (fərqli sözlər də ola bilər, siyahı 
sadəcə sizin rahatlığınız üçün verilib).
3.     Bu sözün “necədir?” sualına cavab verən xüsusiyyət-
lərini sütünda yazın.
4.    Xüsusiyyətləri  problem,  məhsul,  məsələnizə  tətbiq 
edin.
Məsələn,  götürək  “alma”  sözünü.  Almanın  “necədir?” 
sualına  cavab  verən  xüsusiyyətlərini  yazırıq:  yumru,  dadlı, 
müxtəlif rəngli, iri, balaca, tumlu, qabıqlı, vitaminli, böyüyən və 
s.
İndi isə bu xüsusiyyətləri öz problem, məhsul, məsələnizə 
tətbiq etməyə çalışın. Tutaq ki, məqsədiniz yeni növ oturacaq 
yaratmaqdır.  Fikirlər  aşağıda  qeyd  edildiyi  kimi  yazılmalıdır. 
Hər  bir  fikrin  tətbiq  edilə  biləcəyi  haqqında  düşünün  və 
araşdıraraq işə başlayın.
Ÿ
Oturacaq  yumru  ola  bilər  və  ya  öyrəşdiyimiz 
formalardan fərqlənə bilər;
Ÿ
Oturacaq dadlı olmasa da xoş qoxulu ola bilər;
93


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə