Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə45/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   41   42   43   44   45   46   47   48   ...   94

Məsələn, Rusiyanın soyuq regionlarının birində belə bir 
problem yaranmışdı. Çayın dibində yerə basdırılmış dirəkləri 
çıxarmaq lazım idi. İş təcili deyildi. Bu problem İSN texnikasının 
köməyilə belə həll edildi. Dirəklərə kəndir bağlayıb uclarını boş 
buraxdılar.  Qışda  suyun  üzərində  olan  kəndirin  ucları  buza 
bərkidilmiş oldu və yazda buz əriyib hərəkət edəndə dirəkləri 
də dartıb çıxardı.
Nümunələr:
Problem:  Müəllim  dərsi  maraqlı  keçməlidir.  İSN:  Elə 
etmək  lazımdır  ki,  şagirdlər  özləri  dərsi  öyrənməyə  səy 
göstərsinlər.
Problem: İşçilərə nəzarəti gücləndirmək lazımdır. İSN: Elə 
etmək lazımdır ki, işçilər özləri özlərinə nəzarət etsinlər.
Praktiki  tapşırıq.  Aşağıdakı  vəziyyətlərdə  fərqli  İSN-i 
müəyyən edin:
1.    Tədbirə  KİV  nümayəndələrini  cəlb  etmək  lazımdır 
(İSN:  elə  etmək  lazımdır  ki,  KİV  özü  bu  tədbirə  can  atsın, 
məsələn, ölkədəki və ya xaricdəki məşhur insanları açılışa cəlb 
etməklə).
2.   Köhnə binanı sökmək lazımdır (İSN: sökmək əvəzinə 
başqa məqsədlər üçün istifadə etmək olar).
Gələcəkdən müsahibə texnikası
Sakit yerdə oturun, gözlərinizi bağlayın və təsəvvür edin 
ki,  uzaq  məqsədinizə  çatmısız.  Məqsədinizə  çatanda 
ürəyinizdən  hansı  hisslər  keçəcəksə,  onları  yaşamağa  çalışın. 
İndi isə ciddi şəkildə aşağıdakı 7 sualı yazılı cavablandırın:
1.    Məqsədinə  çatmağınla  (burada  real  məqsədin  adı 
göstərilir) əldə etdiyin ən vacib şey nədir?
2.    Məqsədə çatmaqda səni motivə edən nə oldu?
3.    Məqsədinə çatmaq üçün ilk addımın nə oldu?
4.    İlk maneə nədən ibarət olmuşdu?
92
5.    Məqsədə çatmaqda sənə kim kömək etdi?
6.    Məqsədinə çatmaqda sənə yardımçı olan ən vacib amil 
hansı idi?
7.     Məqsədlərinə çatmağa yeni başlayanlara nə məsləhət 
görərdin?
Vizual assosiasiya texnikası
Hərəniz  2  şəkil  seçin  və  hər  şəklin  ideyanızla  əlaqəsini 
yazın.  Beləliklə,  yaradıcılıq  vərdişlərinizi  artıraraq  ideyanıza 
yeni rakursdan baxmağı öyrənəcəksiz.
Verbal assosiasiya texnikası
1.    Problemi, məhsulunuzu, məsələnizi müəyyən edin. 
2.   1-dən 99-dək bir ədəd deyin. İndi isə aşağıda verilmiş 
siyahıdan ona uyğun sözü tapın (fərqli sözlər də ola bilər, siyahı 
sadəcə sizin rahatlığınız üçün verilib).
3.     Bu sözün “necədir?” sualına cavab verən xüsusiyyət-
lərini sütünda yazın.
4.    Xüsusiyyətləri  problem,  məhsul,  məsələnizə  tətbiq 
edin.
Məsələn,  götürək  “alma”  sözünü.  Almanın  “necədir?” 
sualına  cavab  verən  xüsusiyyətlərini  yazırıq:  yumru,  dadlı, 
müxtəlif rəngli, iri, balaca, tumlu, qabıqlı, vitaminli, böyüyən və 
s.
İndi isə bu xüsusiyyətləri öz problem, məhsul, məsələnizə 
tətbiq etməyə çalışın. Tutaq ki, məqsədiniz yeni növ oturacaq 
yaratmaqdır.  Fikirlər  aşağıda  qeyd  edildiyi  kimi  yazılmalıdır. 
Hər  bir  fikrin  tətbiq  edilə  biləcəyi  haqqında  düşünün  və 
araşdıraraq işə başlayın.
Ÿ
Oturacaq  yumru  ola  bilər  və  ya  öyrəşdiyimiz 
formalardan fərqlənə bilər;
Ÿ
Oturacaq dadlı olmasa da xoş qoxulu ola bilər;
93


94
Ÿ
Oturacaq müxtəlif rəngdə ola bilər;
Ÿ
Oturacaq iri və ya balaca ola bilər (müxtəlif yaş qrupları 
üçün);
Ÿ
Almadakı  tum  kimi  oturacağın  da  içində  daxıl  və  ya 
sürprizlər ola bilər;
Ÿ
Oturacaq  qabıqlı  ola  bilər,  yəni  müştəri  örtüyü 
çıxarandan sonra rəngi dəyişə bilər;
Ÿ
Oturacaq  vitamin  kimi  xeyirli  ola  bilər,  məsələn, 
ortopedik keyfiyyətlərə malik ola bilər;
Ÿ
Oturacaq  böyüyən  ola  bilər,  yəni  mexanizmi  onu 
böyüdüb-kiçiltmək imkanı verməlidir və s.
Verbal assosiasiya üçün sözlər:
1.  Banka
2.  Zərf
3.  Pulemyot
4.  Radio
5.  Sahib
6.  Halva
7.  Şorba
8.  Sabun
9.  Pivə
10. Ayaqqabı
11. Şurup
12. Fincan
13. Çətir
14. Qıfıl
15. Qapı
16. Pəncərə
17. Yol
18. Dam
19. Göl
20. Skripka
21. Pirojna
22. Arx
23. Boya
24. Kişi
25. Yapışqan
26. Su
27. Neon
28. İşıq
29. Butılka 
30. Bayraq
31. Çanta
32. Zəncir
33. Torpeda
34. Çömçə
35. Həşərat
36. Qızılgül
37. Uçuş
38. Duz
39. Kəndir
40. Neft
41. Yağ
42. Boşluq
43. Qamçı
44. Quş
45. Qılınc
46. Mühərrik
47. Əjdaha
48. İt
49. Meydança
50. Tüfəng
51. Turşu
52. Marka
53. Günəş
54. Yay
55. Buz
56. Toz
57. Nağara
58. Duman
59. Futbol
60. Körpü
61. Su quyusu
62. Meşə
63. Oyuncaq
64. Qadın
65. Bel
66. Uşaq
67. Döşək
68. Kağız
69. Darvaza
70. Saat
71. Yarış
72. Maşın
73. İynə
74. Zoopark
75. Şəkil
76. Qum
77. Menyu
78. Katapulta
79. Nişan
80. Kitab
81. Külqabı
82. Usta
83. İtburnu
84. Siçan
85. Kino
86. Süd
87. At
88. Qabarma
89. Düyün
90. Toxum
91. Alaqotu
92. Dəbilqə
93. Ambar
94. Köynək
95. Cib
96. Təyyarə
97. Süpürgə
98. Jurnal
99. Paraşüt
Provokasiya texnikası
Bu üsul beyni, necə deyərlər, silkələyir və qeyri-adi çıxış 
yollarının tapılmasına gətirib çıxarır. Bu üsulun bir sıra növləri 
var. Hər birini öz ideyanıza tətbiq edin.
İnkar
Adi hal: taksi sürücüləri yolu tanıyır.
İnkar: taksi sürücüləri yolu tanımır.
İdeya: yolu tanımayan taksiləri xüsusi nişanla qeyd etmək 
və xidməti daha ucuz etmək, çünki yolu müştəri göstərəcək.
İnversiya (tərsinə çevirmək) 
İnkardan  fərqi  ondan  ibarətdir  ki,  burada  sadəcə  inkar 
deyil, qeyri-real fikir də var.
Adi hal: maşının təkərləri yumrudur.
İnversiya: maşının təkərləri dördbucaqdır.
İdeya:  maşının  təkərini  müxtəlif  formada  düzəltmək 
(kvadrat, oval, tırtıllı və s.).
Şişirtmə
Adi hal: polislərin 2 gözü var.
Şişirtmə: polislərin 6 gözü var.
İdeya:  polisə  yardım  üçün  könüllülərdən  ibarət 
komandalar yaratmaq.
Təhrif
Prosesin  adi  ardıcıllığını  və  ya  hissələrin  nisbətini 
pozuruq.
Adi  hal:  əvvəl  zərfi  yapışdırırıq,  sonra  məktubu  yola 
salırıq.
Təhrif: əvvəl məktubu göndəririk, sonra zərfi yapışdırırıq.
İdeya:  ödənişi  göndərən  yox,  alan  edir.  Poçtda  isə  açıq 
məktubun içinə bildiriş əlavə edilir.
Fantaziya
Həll edilməli problemi düşünərək təsəvvür edirik “Əgər 
belə olsaydı nə yaxşı olardı”.
95


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə