Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə47/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   43   44   45   46   47   48   49   50   ...   94

Reallıq: tullantıları çaya tökməklə fabrik suyu çirkləndirir.
Fantaziya: əgər fabrik tullantıları elə öz ərazisinə töksəydi 
nə yaxşı olardı.
İdeya:  fabriki  elə  çirkləndirdiyi  çayın  suyundan  istifadə 
etməyə məcbur etmək lazımdır ki, problemin həllində maraqlı 
olsun.
Xüsusiyyətlər matrisi texnikası
Məsələn,  məhsul,  xidmətinizin  parametrlərini  və 
variantlarını  matris  formasında  yazaraq  müxtəlif  kombinasi-
yaları nəzərdən keçirin. Yük maşını üçün xüsusiyyətlər matrisi 
belə ola bilər (sütün və sətirlər daha çox ola bilər):
Gördüyünüz  kimi,  nəticədə  variantlar  çox  ola  bilər. 
Məsələn, poladdan, günəş batareyası ilə işləyən, 4 qapılı, yük 
üçün  sahəsi  arxada  olan,  hava  yastığı,  telefonu  olan,  yüksək 
qiymət seqmentinə aid bir maşın.
Müştəriyə fayda matrisi texnikası
Məhsulunuza,  xidmətinizə  müştəri  gözü  ilə  baxın  və  5 
meyar üzrə onun üçün daha da faydalı edin. Mehmanxana üçün 
müştəriyə fayda matrisi (sütünlar daha çox ola bilər):
96
Parametrlər
Paslanmayan 
material
Yanacaq
Yerlərin sayı
Yük üçün sahə
Hərəkət növü
Əlavə qurğular
Qiymət 
seqmenti
Variant və formalar
alümin
polad
süni material
ağac
benzin
dizel
günəş batareyası
qaz
1
2
3
4
arxada
qabaqda
damda
başqa yerdə
təkər
hava yastığı
tırtıl
xizək
GPS
qızdırıcı
telefon
kondisioner
aşağı
orta
yüksək
çox yüksək
Mövcud xüsusiyyətlər
Birinci ol
Bunu necə etməli
Xoş ətirlidir
Ən xoş ətirli olmalı
Azərbaycanda yetişən xoş 
qoxulu otlardan istifadə etmək
Təmizləyir
Ən yaxşı təmizləməli
(məhsulunuzun xüsusiyyətlərini 
araşdıraraq digər bəndlər 
üzrə də çıxış yollarını yazmalısız)
Mikrobları öldürür
Mikrobları ən yaxşı 
öldürməli
Dərini korlamır
Dəriyə qulluq etməli
Köpüklənir
Ən yaxşı köpüklənməli
Bronlaşdırma 
Mehmanxanaya 
gəliş 
Qeydiyyat 
Qalma dövrü 
Sadələşdirmək
İnternet 
vasitəsilə 
Qeydiyyat 
tələb olunmur 
Qeydiyyat kartı 
artıq hazırdır 
Bir düymə ilə 
bütün sifarişlərin 
qəbulu 
Əlavə xeyir 
Menyu ilə 
online tanışlıq 
Avtomobili 
mehmanxana işçisi 
yerləşdirir 
Yükün pulsuz 
daşınması 
Pulsuz wi-fi 
Risklərin 
azaldılması 
Bronun təsdiqi 
SMS vasitəsilə 
Otaq 24:00dək 
bronda qalır 
Unutduqda seyf 
kodunu bərpa 
etmək imkanı 
Qeyri-adilik 
Qeydiyyatdan 
ayrılan kimi 
mikrofonla adla 
salamlama 
Otaqda müştəri 
istəkləri əsasında 
sürprizlər 
Nə etsək 
super olar 
Müştərilərə adla 
müraciət etmək 
“Tərsinə” texnikası
Məqsədinizi tərsinə yazın və həllini təklif edin. Məsələn, 
necə edək ki, satışlarımız azalsın? Bu texnika problemə başqa 
rakursda  baxmağa  köməklik  edir  və  göstərir  ki,  biznesinizdə 
nəyi etməməlisiz.
“Birinci ol” texnikası
Məhsulun, rəqiblərin və s. bütün keyfiyyətlərini sadalayın 
və  onlar  üzrə  ən  yaxşısı  olmağın  yollarını  tapın.  Məsələn, 
qabyuyan maye üçün cədvəl belə ola bilər:
“Rəqibi sancmaq” texnikası
Burada söhbət təbii ki, qanuni yollardan gedir:). Əslində 
bu  texnikanın  məqsədi  sizə  rəqabətlə  bağlı  yeni  ideyaların 
97


tapılmasında dəstək olmaqdır.
1.  Rəqiblərinizin siyahısını tərtib edin.
2.  Onlar  haqqında  hər  şeyi  öyrənin:  məhsulunu, 
marketinqini, güclü və zəif cəhətlərini və s.
3.  Uğur qazanmaqla onlara necə zərər vurmaq olar?
4.  Məhsulumu necə dəyişdirməliyəm ki, rəqibimin qanını 
qaraldım?
5.  Hansı  müştəri  qrupuna  tuşlanım  ki,  rəqibimin 
dövriyyəsi azalsın?
6.  Qiymət və təchizatçıları dəyişməklə rəqabəti necə artıra 
bilərəm?
7.  Biznes-modeli  dəyişməklə  rəqibləri  necə  çökdürə 
bilərəm?
100-lük siyahı texnikası
Məsələnizin həllinin 100 yolunu tapın. Əvvəli asan olacaq, 
amma  sona  yaxın  çətinləşəcək  və  ən  maraqlı  ideyalar  məhz 
sonda yarana bilər. 
Qaydalar:
1.  Ağlınıza gələni yazın.
2.  Bir oturuma yazın.
3.  Diqqətinizi yayındıran bütün məqamlardan təcrid olun. 
4.  Yazdıqlarınızı  oxumayın.  Təkrarlardan  qorxmayın.  1-
dən 100-dək sətirləri nömrələyin ki, saymağa ehtiyac qalmasın.
SCAMPER texnikası
Təkmilləşdirmək  istədiyiniz  məqam  üçün  yaxşı 
texnikadır. 
S – substitute – əvəzləmək
C – combine – birləşdirmək
A – adapt – uyğunlaşdırmaq
M – modify, magnify – dəyişmək, böyütmək
98
P – put to other uses – başqa cür istifadə etmək
E – eliminate – ləğv, istisna etmək, minimuma endirmək
R – rearrange (or reverce) – yenidən qurmaq, ardıcıllığı, 
istiqaməti dəyişmək
McDonalds-ın timsalında nümunə gətirmək olar. 
S  –  bir  neçə  yeməyi  faktiki  olaraq  bir  əsas  yeməklə 
əvəzlədi;
C – əsas yeməklə yanaşı digərlərini paketlə satır;
A  –  insanların  iş  rejiminə  uyğunlaşdı  (tez  xidmət, 
yeməkləri özlərilə aparmaq olar, gec bağlanır);
M – insanların zövqünü dəyişdi, iri şəbəkəyə çevrildi;
P - hamburger əvəzinə françayzı satır;
E  -  özünəxidmət  tətbiq  edildi,  ofisiantlara  ehtiyac 
qalmadı;
R  -  qabaqcadan  ödəniş  sistemini  tətbiq  etdi,  əvvəl  ödə, 
sonra ye.
Aşağıda SCAMPER texnikasının hər bəndi üzrə köməkçi 
suallar verilib. Hər birini ideyanız üzərində cavablandırın:
S – substitute – əvəzləmək
Suallar:
Ÿ
Hər hansı hissəsini əvəzləyə bilərəmmi?
Ÿ
Əlaqədar şəxsləri əvəzləyə bilərəmmi?
Ÿ
Qəbul olunmuş qaydaları əvəzləyə bilərəmmi?
Ÿ
Materialı əvəzləyə bilərəmmi?
Ÿ
Formasını dəyişdirə bilərəmmi?
Ÿ
Rəngini,  səsini,  qoxusunu,  digər  keyfiyyətlərini 
dəyişdirə bilərəmmi?
Ÿ
Adını dəyişdirə bilərəmmi?
C – combine – birləşdirmək
Suallar:
99


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə