Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə49/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   45   46   47   48   49   50   51   52   ...   94

sonra siz artıq araşdırmaq üçün biznes-ideyanızı seçə bilərsiz. 
Yekunda seçilmiş 3 ideya qalsın ki, növbəti fəsildə izah edilən 
tərzdə onları araşdıranda bəzilərində mənfi nəticə alındıqda heç 
olmasa  biri  uyğun  olsun.  Aşağıda  biznes-ideyaların 
qiymətləndirilməsi üçün bir neçə üsul verilib. Birinci üsul əvvəl 
çətin görünsə də, əslində elə deyil və bəlkə də ən effektivlisidir.
İdeyaların qiymətləndirilməsi üçün meyarlar üsulu
Meyarların  açıqlanması  əvvəlki  fəsildə  verilib.  Çəki  bu 
meyarın  digərlərinə  nisbətdə  qərarın  qəbul  edilməsində 
əhəmiyyətini  əks  etdirməlidir.  Hər  ideyanı  hər  meyar  üzrə  5 
ballıq sistemlə qiymətləndirin: 1 - meyar üzrə cavab sizin üçün 
çox pisdir, 2 - pisdir, 3 - ortadır, 4 - yaxşıdır, 5 -əladır. Məsələn, 7-
ci  meyar  üzrə  bu  balların  mənası  belədir:  1  -  investisiya 
həddindən çox tələb olunur (tapmaq imkanınızdan xaricdir), 2 - 
çox tələb olunur (çox çətinliklə tapa bilərsiz), 3 - ortadır (çətindir, 
amma  çox  güman  ki,  tapmaq  olar),  4  -  vəsait  az  tələb  olunur 
(nisbətən rahat tapmaq olar), 5 - investisiya çox az tələb olunur 
və ya heç tələb olunmur (rahatlıqla təmin edə bilərsiz). Nəticədə 
çəkilər nəzərə alınmaqla daha yüksək xal toplayan biznes-ideya 
həyata  keçirilməsi üçün seçilir. Müəyyən meyarlar  üzrə aşağı 
bal ideyanın üzərindən xə  çəkə bilər. Misal üçün, əgər 1-ci və 2-
ci  meyar  üzrə  cavab  3-dən  azdırsa  bu  işlə  məşğul  olmağa 
dəyməz  (hə a  başqa  meyarlar  üzrə  nəticə  əla  olsa  belə). 
Eyniliklə əgər 4-cü meyar üzrə cavab 1-dirsə (elə maneə var ki, 
bu sahədə bizneslə məşğul olmağın qarşısını alır), daha uyğun 
biznes növünü seçin. Mən bir nümunə kimi çəkiləri, virtual 3 
ideya üzrə balları və hesablamanı aşağıdakı cədvəldə verirəm, 
amma çəkiləri mütləq nümunə kimi istifadə etməyin, özünüz də 
üzərində düşünün. Sadəcə nəzərə alın ki, bütün çəkilərin cəmi 1-
ə  bərabər  olmalıdır.  Hesablama  qaydası  belədir:  çəki*ideya 
balı=çəkili ideya balı. İdeyanın hər bir meyarı üzrə çəkili ideya 
102
ballarının  cəmi  həmin  ideya  üzrə  yekun  çəkili  balı  göstərir. 
Hansı  ideyada  həmin  yekun  çəkili  bal  daha  yüksəkdirsə, 
deməli, o ideya daha münasibdir (yuxarıda qeyd etdiyim kimi
misal  üçün  1,2  və  4-cü  meyarların  hərəsinin  balı  minimal 
məğbul  olan baldan yuxarıdırsa).
Nəticədə  göründüyü  kimi,  ən  münasib  biznes-ideya  3-
cüdür.  Baxmayaraq  ki,  çəkisiz  balların  cəmi  üzrə  qalib  2-ci 
ideyadır,  çəkilər  nəzərə  alınanda  məhz  3-cü  ideya  3,76  balla 
qalib oldu və məhz bu ideya ilk növbədə araşdırılmalıdır.
103

deməli, o ideya daha münasibdir (yuxarıda qeyd etdiyim kimi, 
misal  üçün  1,2  və  4-cü  meyarların  hərəsinin  balı  minimal 
məğbul  olan baldan yuxarıdırsa).
Nəticədə  göründüyü  kimi,  ən  münasib  biznes-ideya  3-
cüdür.  Baxmayaraq  ki,  çəkisiz  balların  cəmi  üzrə  qalib  2-ci 
ideyadır,  çəkilər  nəzərə  alınanda  məhz  3-cü  ideya  3,76  balla 
qalib oldu və məhz bu ideya ilk növbədə araşdırılmalıdır.
103

Səsvermə üsulu
Burada gərək qiymətləndiricilərin sayı 3-dən az olmasın. 
İdeyalar lövhəyə vurulur. İştirakçılara ideyaların sayının yarısı 
qədər rəngli yapışqan-kağız verilir (səsvermə qutular və şarlar 
vasitəsilə də keçirilə bilər). Bir iştirakçı hər layihəyə 2 səsdən çox 
verə bilməz. Ən çox səs toplamış ideyalar TOP-ideya, ortalar – 
OK-ideya,  qalanları  OUT-ideya  qruplarına  bölünür.  TOP-
ideyalar növbəti mərhələlərdə təhlil edilir, OK-ideyalara tələb 
olunduqda gələcəkdə baxılır, OUT-ideyalar kənara atılır.
6 şlyapa üsulu
Seçilmiş ideyaların qiymətləndirilməsi üsuludur. 6 nəfər 
iştitak  etməlidir.  Öz  real  fikirlərinizi  gizlətməli  və  sizin  üçün 
müəyyən edilən rolu oynamalısız. Münasib bilsəniz rollarınızı 
dəyişə  də  bilərsiz.  Çıxışların  ardıcıllığı  müxtəlif  ola  bilər, 
məsələn, aşağıdakı kimi:
Göy şlyapa – moderatordur. İdeyanı açıqlayır.
Ağ  şlyapa  –  neytrallıq  və  obyektivliyi  təcəssüm  etdirir. 
Fikrini  bildirmədən  bütün  məlumatı  və  faktları  toplayır  və 
təqdim edir.
Sarı  şlyapa  –  ideyanın  bütün  pozitiv,  müsbət  tərəflərini 
bildirir.
Qara  şlyapa  –  ideyanın  bütün  neqativ,  zəif  tərəflərini 
bildirir.
Qırmızı  şlyapa  –  ideya  ilə  bağlı  emosiya  və  duyğularını 
bildirir. 
Yaşıl  şlyapa  –  kreativliyi  təcəssüm  etdirir.  Yeni  kreativ 
əlavələr edir.
Göy şlyapa – fikirləri yekunlaşdırır və nəticə çıxarır.
104
4-cü fəsil. Biznesə başlayırıq.
Əgər  birbaşa  bu  fəsildən  başlayırsızsa,  nəticənin  daha 
yüksək olması üçün, xahiş edirəm, geriyə qayıdaraq, Ön söz və 
bütün  digər  fəsillərlə  tanış  olduqdan,  tapşırıqları  yerinə 
yetirdikdən sonra bura qayıdasız.
Əvvəlki  mərhələlərdə  üzərində  işləyəcək  biznes-
ideyalarımızı müəyyən etdik və ardıcıllıqla düzdük. Bu fəsildə 
onları  ən  yaxşısından  başlayaraq  araşdıracaq,  uyğun  olanı 
sınaqdan  keçirəcək  və  bunun  nəticəsində  özünü  doğruldanı 
tətbiq edəcəyik. 
“Startapperin masaüstü kitabı”nın müəllifləri Stiv Blank 
və  Bob  Dorfun  fikrincə  kiçik  biznes  iri  biznesin  kiçildilmiş 
forması  deyil.  Burada  tamamilə  fərqli  yanaşma  tələb  olunur. 
Bazarda  yeni  biznesin  inkişaf  etdirilməsi  mövcud  biznesin 
inkişafından ciddi surətdə fərqlənir.
1997-ci ildə ABŞ-da qida məhsullarının internet satışı ilə 
məşğul  olan  Webvan  startapı  qurulmağa  başladı.  800  milyon 
vəsait cəlb olundu və cəmi 2 il sonra müflis oldu. Niyə? Çünki 
bazarda mövcud olan iri bizneslərin ssenarisilə hərəkət edildi. 
105

Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə