Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə51/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   47   48   49   50   51   52   53   54   ...   94

1. Məhsulunuz üçün bazarın həcmini müəyyən edib yazın.
Ümumi bazar – ideal vəziyyətdə bu məhsulun bütün bazarı 
(monopolçu olsanız).
Məhsula hazır olan bazar – mövcud satış kanalı və məkanın 
bazarı.
Hədəflənən bazar – real olaraq qazanıla bilinən bazar.
İlk addım – bazarın həcmini qiymətləndirməkdir (ehtiyac 
varsa).  Burada  iki  növ  yanaşma  var.  Birincisi,  “yuxarıdan 
aşağıya” yanaşmadır. Bazar araşdırmaları ilə tanış olun (dövlət 
strukturları  saytlarından,  peşəkarlar  tərəfindən  hazırlanmış 
hesabatlardan). Məsələn, oyuncaq istehsalçıları bunu belə edə 
bilərlər. Hər il Azərbaycanda təqribən 84 000 qız dünyaya gəlir 
(ümumi bazar), yarısının imkanı çatar ki, uşağına 20 manatlıq 
gəlincik  alsın  (sadəcə  ehtimaldır).  Azərbaycan  kiçik  ölkədir, 
hesab edək ki, rayonda yaşayanlar da Bakıdan və ya bir neçə iri 
rayon  mərkəzindən  gəlinciyi  ala  bilərlər.  Beləliklə  6-8  yaşda 
olan qızlar üçün (deməli, 3 il ərzində dünyaya gələn qız uşaqları 
nəzərə alınmalıdır) məhsula hazır olan bazar belə hesablanır: 84 
000*3/2=126 000 (əgər ildə 1 gəlincik alınırsa). Tutaq ki, biz yalnız 
internet vasitəsilə satmaq istəyirik. İnternet istifadəçiləri skeptik 
108
Ümumi bazar
Məhsula hazır 
olan bazar
Hədəflənən 
bazar
109
hesablamalara  görə  əhalinin  40%-nı  təşkil  edirsə  hədəflənən 
bazar  belə  hesablanır:  126  000*0,4≈50  000.  Bu  çox  sadə 
hesablamadır.  Əslində  oyuncağın  növü,  çatdırılması,  rəqiblər 
və digər faktorlar da nəzərə alınmalıdır ki, bu da son rəqəmi bir 
az da azaldır.
İkinci  yanaşma  -  “aşağıdan  yuxarı”  yanaşması  -  daha 
realdır.  O,  alışın  həcminə  əsaslanır.  Google-un  pulsuz  əlavəsi 
olan  Google  keyword  tool-da  açar  sözlərdən  (kew  words) 
istifadə edərək (kukla, qızlar üçün oyuncaq, gəlincik, yumşaq 
oyuncaqlar  və  s.)  görəcəksiz  ki,  neçə  insan  bu  adda  oyuncaq 
axtarır.  Təkrarları  çıxarmaq  üçün  alınan  rəqəmi  ən  azı  yarıya 
bölün.
Ümumiyyətlə  qeyd  etmək  lazımdır  ki,  bazarın  araşdırıl-
masında əsasən aşağıdakı üsullardan istifadə edilir (ola bilər ki, 
siz də hansılarındansa istifadə edəcəksiz):
1.  Sorğular  (canlı  və  ya  internetdə).  Hər  hansı  mövzuda 
internetdə  pulsuz  sorğuları,  məsələn,  Google  Forms  və  ya 
SurveyMonkey alətlərindən istifadə edərək keçirə bilərsiz;
2.  Fokus-qruplar;
3.  Dərin  müsahibə  (hədəflənən  seqmentdən  1  nəfərlə 
ətraflı söhbət edilir);
4.  Müşahidə;
5.  Eksperimentlər;
6.  Hədəflənən şirkətin işçilərilə söhbət;
7.  Ekspertlərlə söhbət.
Seçilmiş  ideya  üzrə  növbəti  mərhələlərə  yalnız  məhsu-
lunuz üçün qazana biləcəyiniz bazar olanda keçin.
2.  Məhsul  və  onun  dəyəri:  məhsulun  təsviri,  onun 
üstünlüklərini  və  mövqeləşdirilməsini  müəyyən  edib  yazın. 
Mümkün  olduqda  MVP-ni  (minimal  viable  product)  yaradın. 

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə