Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə63/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   59   60   61   62   63   64   65   66   ...   94

dərəcəniz  daha  yüksək  olmalıdır.  Bir  qədər  etik  normalardan 
kənar səslənsə də bu bir qaydadır. Demək olar ki, bütün şirkətlər 
belə  seqmentasiya  edir  (sadəcə  müştərinin  çox  vaxt  bundan 
xəbəri olmur). Bir kompaniyanın işçiləri sığorta şirkətinin tibbi 
sığorta  üzrə  xidmətindən  narazılığını  rəhbərlərinə  bildirmiş-
dilər.  Rəhbər  isə  cavabında  demişdi  ki,  “mən  də  bu  sığorta 
şirkətinin  xidmətindən  istifadə  edirəm  və  çox  razıyam”.  Razı 
olar da, axı o, sığorta şirkətinin VİP müştəriləri siyahısındadır və 
ona yüksək standartlarla xidmət olunur:). 
Müştəri  heç  də  həmişə  haqlı  olmur.  Bir  amerikalı 
biznesmen  yazır  ki,  “yalnız  düzgün  və  gəlirli  müştəri  həmişə 
haqlıdır.  Haqsız  və  gəlirsiz  müştərilərdən  yaxanızı  qurtarın.” 
Başqa bir işgüzar şəxsin fikrincə desək, satıcının peşəkarlığı belə 
müştərini nəzakətlə “yola salmaqda” özünü göstərir. İstehlak-
çının hüquqlarını bilin. Ünsiyyət qaydalarında öyrəndiklərinizi 
tətbiq edin. Heç zaman konfliktə yol verməyin. 
Bütün  bunlarla  yanaşı  çalışın  ki,  mənfəətliliyi  saxlamaq 
şərtilə  məhsul  və  xidmətiniz  digərlərindən  müsbət  cəhətdən 
fərqlənsin  və  axırda  hə a  xırda  detal  olsa  da  gözləndiyindən 
artıq  etməyə  çalışın.  Sürprizlər  edin.  Məsələn,  bir  restoran 
müştərilərini buket və ya desertlə yola salırdı. İcra vaxtını bir az 
artıq deyin. Müştərilər üçün bir çox hallarda sürət deyil, məhz 
razılaşmaya əməl olunması vacibdir. Məşhur internet ayaqqabı 
satıcısı  Zappos  sifarişləri  götürdüyü  öhdəlikdən  daha  tez 
çatdırmaqla  uğur  qazandı.  Səhv  etmisizsə  onu  etiraf  edib 
tezliklə aradan qaldırın.
4.  Təqdimat  (prezentasiya)  hazırlayarkən  nəyə  fikir 
verilməlidir?
10/20/30 təqdimat qaydası: 10 slayd, 20 dəqiqə, 30-cu şrift.
İnvestorlar  üçün  təqdimat  hazırlayarkən  aşağıdakı 
slaydları daxil edin: 
Ÿ
Rezüme  –  adı,  qısaca  problemin  həlli  yolları,  məhsul 
132
üçün uğurun əsas təminatı;
Ÿ
Problem nədən ibarətdir;
Ÿ
Həlli yolları;
Ÿ
Biznes-model;
Ÿ
Uğurun təminatı;
Ÿ
Marketinq və satışlar;
Ÿ
Rəqiblər;
Ÿ
Komanda;
Ÿ
Maliyyə proqnozları və əsas proqnoz göstəriciləri;
Ÿ
Şirkətin indiki nəticələri, məhsulun indiki vəziyyəti.
5. İnvestorlarla ilkin görüşlərdə nəyi etməməli?
Keçmiş  Apple  yevangelisti  və  hazırkı  vençur  investoru 
Qay Kavasakinin fikrincə peşəkar investorların qarşısında çıxış 
edərkən  ən  çox  söylənilən  10  səhv  fikir  bunlardır  (bu  fikirlər 
inandırıcı görünmür və əksinə qeyri-səmimi səslənir):
i.  Proqnozumuz çox konservativdir;
ii.  Məşhur  bir  mənbəyə  istinad  edilərək  deyilir  ki, 
bazarımız 5 ilə 10 milyona çatacaq;
iii. BP gələn həftə bizimlə müqavilə bağlayacaq;
iv. İlkin kapitalı tapan kimi peşəkar işçilər bizə qoşulacaq;
v.  Bir neçə investor artıq qiymətləndirmə işinə başlayıb;
vi. Procter & Gamble bizə rəqib deyil, çünki çox ləngdilər;
vii. Patentlər bizi qoruyacaq;
viii.  Bizdən  tələb  olunan  yalnız  bazarın  1%-ini 
qazanmaqdır;
ix. Bizdə ilk gediş üstünlüyü var;
x.  Komandamız bazarda ən peşəkar insanlardan ibarətdir.
6. Bir sıra startaplar satış üçün yaradılır. İnvestorlar onları 
niyə alırlar?
a.  Potensial  rəqibi  məhv  etməkdən  ötrü.  Nümunə  kimi 
General  Motors  tərəfindən  Autonomy  layihəsinin  alışını 
gətirmək  olar.  Bir  neçə  həvəskar  elə  bir  avtomobil  üçün  baza 
133


modeli  hazırladı  ki,  onun  əsasında,  bəzi  elementlər  əlavə 
etməklə,  sedan,  yük  maşını  və  ya  cip  düzəltmək  olardı.  Belə 
gövdə  nisbətən  ucuz  başa  gəlirdi.  Layihə  uğur  qazansaydı 
ailəyə  artıq  bir  neçə  cür  maşın  almağa  ehtiyac  qalmayacaqdı. 
Layihə satış mərhələsinə yaxınlaşanda General Motors layihəni 
daha  da  inkişaf  etdirmək  bəhanəsilə  şirkəti  texnologiya  ilə 
birlikdə aldı. Amma işi davam etdirmədi.
b.  Müştəri  bazasını  qazanmaq  üçün.  Nümunə  kimi 
Microsoft  tərəfindən  Skype  şirkətinin  alınmasını  qeyd  etmək 
olar.
c.  Texnologiyaların əldə edilməsi üçün. Belə görünür ki, 
həmyerlimiz  Tural  Bədirxanlının  yaratdığı  Namo  Media 
şirkətini Twi er məhz bu məqsədlə alıb. 
d. Komandanı qazanmaq məqsədilə.
Aydın  məsələdir  ki,  yaranacaq  bütün  suallara  cavab 
vermək mümkün deyil. Biznes bir həyat tərzidir. Gözlənilməz 
hallar  tez-tez  yaranır.  Əsası  odur  ki,  siz  həyatınıza  və  işinizə 
yanaşmanı  dəyişərək  düzgün  çıxış  yollarının  tapılmasına 
tuşlanasız.  Əminəm  ki,  belə  olan  halda  məqsədlərinizə 
çatacaqsız.  Bu  işinizdə  sizə  uğurlar  arzulayıram  və  imkan 
daxilində  sizə  dəstək  olmağa  çalışacağam.  Mənim  e-mail 
ünvanım: 
. Uğurlar!
elshan.badirkhanov@gmail.com
134
1-ci əlavə. İnternet və partizan marketinqi.
İnternet marketinqi.
Əgər  biznesiniz  internetdə  yoxdursa,  deməli,  siz  də  biznesdə 
yoxsuz. Bill Qeyts, Microsoft şirkətinin yaradıcısı.
Bu  hissənin  hazırlanmasındakı  köməyə  görə  COOL 
Agency  şirkətinin  icraçı  direktoru  Emil  İsmayılova 
təşəkkürümü  bildirirəm.  Burada  biz  az  vəsait  tələb  edən 
internet-marketinqi alətləri barədə danışacayıq. Nəzərə alın ki, 
bu sahə dinamik şəkildə dəyişir və kitabın yazılmasından sonra 
vaxt keçdikcə alətlərin adı, linki, çeşidi dəyişə bilər. Burada biz 
yalnız  Azərbaycan  bazarı  üçün  uyğun  olan  imkanları  təsvir 
edəcəyik. Xüsusən də pulsuz vasitələri tətbiq edin və nəticələri 
qiymətləndirin.
İnternet-marketinq  10  il  bundan  əvvəl  biznes  sahibləri 
üçün sadəcə bir seçim idisə, bu gün bunsuz keçinmək mümkün 
deyil.  Satistika  göstərir  ki,  dünya  üzrə  məhsul  axtarışlarının 
94%-dən  çoxu  onlayn  edilir  (Google  şirkətinin  rəsmi 
statistikası).  Son  statistikaya  nəzər  yetirsək  dünyada  3.1 
milyarddan çox insan internetdən istifadə edir. Artıq sirr deyil 
ki,  hər  hansı  bir  məhsul  haqqında  məlumat  əldə  etmək 
i s t ə y ə n d ə   ü z   t u t d u ğ u m u z   i l k   ü n va n   i n t e r n e t   o l u r . 
Əksəriyyətimiz Google.com saytı vasitəsilə tapmaq istədiyimiz 
məhsulu axtarır və ya birbaşa facebook profilimizə daxil olub bu 
məhsulun rəsmi səhifəsinin olub-olmadığını araşdırırıq. Bəzən 
yeni  biznes  sahiblərinin  çoxu  internet-marketinq  barədə 
danışarkən  bunun  vacib  olduğunu,  lakin  böyük  büdcə  tələb 
etdiyini  vurğulayırlar.  Əlbə ə,  daha  iri  büdcə  ilə  internet-
135


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə