bilərsiz. Paylaşacağınız facebook postlarını da bu sayt vasitəsilə
rahat şəkildə dizayn edə bilərsiz. Əlbə ə, facebook səhifəsini
yaratmaq və orada müxtəlif postlar paylaşmaq pulsuz olsa da,
facebook-un ödənişli reklam funksiyasından da istifadə
etməyiniz sizin brendinizin daha çox kütlə qarşısına çıxmasına
güclü bir təkan olacaq. Çalışın, facebook-da ödənişli reklam
üçün müəyyən bir məbləğ ayırasınız. Facebook-da ödənişli
reklama başlamaq üçün sizin əvvəlcə bank kartına ehtiyacınız
olacaq. Öz şəxsi facebook hesabınızdan “create ad” bölməsinə
daxil olaraq facebook-un 10 müxtəlif reklam funksiyasından
istifadə edə bilərsiz. Burada siz “promote your page” (səhifəni
reklam et), “boost your post” (facebook postunu reklam et),
“send people to your website” (insanları saytına yönəlt), “get
installs of your app” (mobil tətbiqinin yüklənməsi), “raise
a endance at your event” (insanları öz tədbirinə dəvət et), kimi
reklam funksiyalarından istifadə edib öz məqsədinizə çata
bilərsiz. İlk işiniz əlbə ə öz səhifənizin like (izləyici) sayını
artırmaqdır, bunun üçün siz əvvəlcə facebook səhifənizin like
(izləyici) sayını artıracaq “promote your page” reklam
növündən istifadə etməlisiniz. Facebook-un bu ödənişli reklam
funksiyası biznesinizin rəsmi səhifəsini facebook-un 1.7 milyon
azərbaycanlı istifadəçisi arasında tanıdacaq. Bunun üçün siz
sosial şəbəkələrdə öz məhsulunuzu tanıtmaqdan əlavə həm də
müştərilərinizin sizə ünvanladıqları sual və şərhlərə diqqətlə
yanaşmalısız. Onu da bilin ki, sosial şəbəkə hesablarınızın sizin
üçün həm də müştəri xidmətləri rolunu oynayır, və siz bunu
milyonlarla insanın gözü önündə edirsiz. Odur ki, sosial şəbəkə
səhifələrinizdə daha diqqətli olmalısız.
Səhifələrinizə gələn hər
bir sualı cavablandırmağa çalışın. Səhifənizdə yerləşdirilən
neqativ şərhləri araşdırmağa meylli olun. Sosial şəbəkədə satış
edə bilmək üçün hədəf kütləsi müəyyənləşdirilməlidir.
Müraciət etdiyiniz insanlar hansı şəbəkədən daha çox istifadə
138
edirlərsə, prioriteti ora vermək məsləhətdir. Siz heç də bütün
sosial şəbəkələrdə olmaq məcburiyyətində deyilsiz.
Facebook səhifələrinizin like sayının çox olması
müştərilərizin də çox olması demək deyil. Çalışın ki,
səhifələrinizin “like” sayından əlavə “engagement rate” və
“talking about this” (bu haqda danışma) göstəriciləri də yüksək
olsun. Bunun üçün səhifənizdə mütəmadi olaraq maraqlı
postlar paylaşın. Çalışın ki, gün ərzində səhifənizdə ən azı bir
yeni post paylaşılsın. Video formatda olan postlara üstünlük
verin, çünki facebookun tətbiq etdiyi yeni alqoritm Facebooka
yüklənilən videoların auditoriyaya çatma (organic reach) faizi
YouTube-dan (eyni zamanda Instagram-dan) paylaşdığımız
videoların “reach” faizindən təxminən 2 dəfə çoxdur.
Paylaşacağınız videoların qısa (max 2 dəqiqə) olmasına fikir
verin. Facebook üçün bir sıra köməkçi proqramlardan faydalana
bilərsiz. Məsələn,
fanat və abunəçiləriniz
www.fangager.com
üçün həvəsləndirici proqramları işə salır. Bundan başqa siz,
www.socialbakers.com
saytından istifadə edərək öz
rəqiblərinizin facebook göstəricilərini nəzərdən keçirə bilərsiz.
www.woobox.com
saytı sizə facebook səhifənizdə müxtəlif növ
hədiyyə kampaniyaları və foto-müsabiqələr keçirmək üçün
pulsuz alətlər təklif edir.
Instagram
Azərbaycanda ikinci ən aktiv istifadə olunan sosial şəbəkə
Instagram sayılır. Sosial şəbəkənin dünyada 300 milyondan çox
aylıq aktiv istifadəçisi var. Azərbaycanda çox qısa bir zamanda
kifayət qədər məşhurlaşan “İnstagram” sosial şəbəkəsi son
zamanlar internet-marketinqdə öz sözünü deməyə başlayıb.
Daha çox yeniyetmələrin istifadə etdiyi bu sosial şəbəkənin
Azərbaycanda istifadəçilərinin sayı artıq 500 mini ötüb.
Biznesinizin rəsmi instagram səhifəsinin olması da çox vacibdir.
139