Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə66/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   62   63   64   65   66   67   68   69   ...   94

bilərsiz. Paylaşacağınız facebook postlarını da bu sayt vasitəsilə 
rahat  şəkildə  dizayn  edə  bilərsiz.  Əlbə ə,  facebook  səhifəsini 
yaratmaq və orada müxtəlif postlar paylaşmaq pulsuz olsa da, 
facebook-un  ödənişli  reklam  funksiyasından  da  istifadə 
etməyiniz sizin brendinizin daha çox kütlə qarşısına çıxmasına 
güclü  bir  təkan  olacaq.  Çalışın,  facebook-da  ödənişli  reklam 
üçün  müəyyən  bir  məbləğ  ayırasınız.  Facebook-da  ödənişli 
reklama başlamaq üçün sizin əvvəlcə bank kartına ehtiyacınız 
olacaq. Öz şəxsi facebook hesabınızdan “create ad” bölməsinə 
daxil  olaraq  facebook-un  10  müxtəlif  reklam  funksiyasından 
istifadə edə bilərsiz. Burada siz “promote your page” (səhifəni 
reklam  et),  “boost  your  post”  (facebook  postunu  reklam  et), 
“send people to your website” (insanları saytına yönəlt), “get 
installs  of  your  app”  (mobil  tətbiqinin  yüklənməsi),  “raise 
a endance at your event” (insanları öz tədbirinə dəvət et), kimi 
reklam  funksiyalarından  istifadə  edib  öz  məqsədinizə  çata 
bilərsiz.  İlk  işiniz  əlbə ə  öz  səhifənizin  like  (izləyici)  sayını 
artırmaqdır, bunun üçün siz əvvəlcə facebook səhifənizin like 
(izləyici)  sayını  artıracaq  “promote  your  page”  reklam 
növündən istifadə etməlisiniz. Facebook-un bu ödənişli reklam 
funksiyası biznesinizin rəsmi səhifəsini facebook-un 1.7 milyon 
azərbaycanlı  istifadəçisi  arasında  tanıdacaq.  Bunun  üçün  siz 
sosial şəbəkələrdə öz məhsulunuzu tanıtmaqdan əlavə həm də 
müştərilərinizin  sizə  ünvanladıqları  sual  və  şərhlərə  diqqətlə 
yanaşmalısız. Onu da bilin ki, sosial şəbəkə hesablarınızın sizin 
üçün  həm  də  müştəri  xidmətləri  rolunu  oynayır,  və  siz  bunu 
milyonlarla insanın gözü önündə edirsiz. Odur ki, sosial şəbəkə 
səhifələrinizdə daha diqqətli olmalısız. Səhifələrinizə gələn hər 
bir  sualı  cavablandırmağa  çalışın.  Səhifənizdə  yerləşdirilən 
neqativ şərhləri araşdırmağa meylli olun.  Sosial şəbəkədə satış 
edə  bilmək  üçün  hədəf  kütləsi  müəyyənləşdirilməlidir. 
Müraciət etdiyiniz insanlar hansı şəbəkədən daha çox istifadə 
138
edirlərsə,  prioriteti  ora  vermək  məsləhətdir.  Siz  heç  də  bütün 
sosial şəbəkələrdə olmaq məcburiyyətində deyilsiz. 
Facebook  səhifələrinizin  like  sayının  çox  olması 
müştərilərizin  də  çox  olması  demək  deyil.  Çalışın  ki, 
səhifələrinizin  “like”  sayından  əlavə  “engagement  rate”  və 
“talking about this” (bu haqda danışma) göstəriciləri də yüksək 
olsun.    Bunun  üçün  səhifənizdə  mütəmadi  olaraq  maraqlı 
postlar paylaşın. Çalışın ki, gün ərzində səhifənizdə ən azı bir 
yeni  post  paylaşılsın.  Video  formatda  olan  postlara  üstünlük 
verin, çünki facebookun tətbiq etdiyi yeni alqoritm Facebooka 
yüklənilən videoların auditoriyaya çatma (organic reach) faizi 
YouTube-dan  (eyni  zamanda  Instagram-dan)  paylaşdığımız 
videoların  “reach”  faizindən  təxminən  2  dəfə  çoxdur. 
Paylaşacağınız  videoların  qısa  (max  2  dəqiqə)  olmasına  fikir 
verin. Facebook üçün bir sıra köməkçi proqramlardan faydalana 
bilərsiz.  Məsələn, 
  fanat  və  abunəçiləriniz 
www.fangager.com
üçün  həvəsləndirici  proqramları  işə  salır.  Bundan  başqa  siz, 
www.socialbakers.com
  saytından  istifadə  edərək  öz 
rəqiblərinizin facebook göstəricilərini nəzərdən keçirə bilərsiz. 
www.woobox.com
 saytı sizə facebook səhifənizdə müxtəlif növ 
hədiyyə  kampaniyaları  və  foto-müsabiqələr  keçirmək  üçün 
pulsuz alətlər təklif edir.  
Instagram
Azərbaycanda ikinci ən aktiv istifadə olunan sosial şəbəkə 
Instagram sayılır. Sosial şəbəkənin dünyada 300 milyondan çox 
aylıq aktiv istifadəçisi var. Azərbaycanda çox qısa bir zamanda 
kifayət  qədər  məşhurlaşan  “İnstagram”  sosial  şəbəkəsi  son 
zamanlar  internet-marketinqdə  öz  sözünü  deməyə  başlayıb. 
Daha  çox  yeniyetmələrin  istifadə  etdiyi  bu  sosial  şəbəkənin 
Azərbaycanda  istifadəçilərinin  sayı  artıq  500  mini  ötüb. 
Biznesinizin rəsmi instagram səhifəsinin olması da çox vacibdir. 
139


Burada siz yalnız fotolar və qısa videoçarxlar paylaşa biləcəksiz. 
Artıq instagram sosial şəbəkəsində də facebookda olduğu kimi 
“paid  advertising”  (ödənişli  reklam)  etmək  imkanınız  var. 
Instagram-a  reklam  yerləşdirmək  istəyirsizsə,  bunu  mütləq 
Facebook  üzərindən  etməlisiz.  Yəni,  reklamını  edəcəyiniz 
məhsulun Facebook səhifəsi olmalıdır. Buna görə ilk növbədə 
brendinizin instagram səhifəsini facebook səhifəsinə "connect" 
etməlisiz.  Bunun  üçün  siz  facebook  səhifənizdə  "se ings" 
bölməsinə daxil olub sol bölmədə "instagram ads" bölməsindən 
brendinizin  instagram  səhifəsini  facebook  səhifəsinə 
birləşdirməlisiz.  İnstagram  səhifənizi  facebook  səhifənizlə 
birləşdirdikdən  sonra  çox  rahat  şəkildə  facebook  səhifənizdə 
yerləşdirmək  istədiyiniz  reklam  postlarını  (ads)  avtomatik 
olaraq  instagram  səhifənizdə  də  reklam  olunmasını  həyata 
keçirə bilərsiz. Daha çox gənclər arasında məşhur olan bu sosial 
şəbəkə müxtəlif brendlər tərəfindən çox effektiv şəkildə istifadə 
olunur.  Odur  ki,  siz  də  bu  sosial  şəbəkənin  üstünlüklərindən 
maksimum yararlanmağa çalışın. 
Vebsayt
İnternet-marketinqin ən vacib alətlərindən biri də vebsayt 
sayılır. Hər hansı bir məhsulu almazdan qabaq müştəri əvvəlcə 
onun  haqqında  internetdə  məlumat  əldə  etməyə  can  atır. 
Vebsaytınızın  olmaması  ilə  potensial  müştərilərin  sizi 
internetdə  tapmağı  daha  da  çətinləşdirmiş  olursuz. 
Vebsaytınızın  olması  biznesinizin  müştərilərin  gözündə  daha 
ciddi və peşəkar göstərə bilər. Əlbə ə bir çox yeni biznes sahibi 
vebsaytlarının  olmamasının  əsas  səbəbinin  vəsait  olduğunu 
qeyd  edir.  Lakin  bu  günkü  reallığa  baxsaq,  bir  çox  resurslar 
varki,  biz  onlardan  çox  rahat  şəkildə  istifadə  edərək  öz 
vebsaytımızı yarada bilərik.
www.wix.com,  www.squarespace.com,
 
140
www.wordpress.com
  kimi  internet  resursları  istənilən  şəxsə 
cəmi 1 gün içində öz vebsaytını pulsuz və ya çox az bir vəsaitə 
yaratmaq  imkanı  verir.  Vebsaytınızın  15-20  səhifədən  ibarət 
olması vacib deyil, ilkin olaraq müştəriyə ən lazımlı məlumatı 
çatdıracaq sadə bir vebsayt yarada bilərsiz.
Sayt necə olmalıdır (Stiv Blank və Bob Dorfun “Startap-
perin masaüstü kitabı”-ndan)
Bütün eyni adlı domenləri qeydiyyata almısızmı? O qədər 
də baha deyil, ona görə, imkan daxilində, hamısını alın (az, com, 
net, org və s.).
Saytın  baş  səhifəsinə  dair  bir  sıra  tələblər  var  ki,  onlar 
müştəriləri alışa sövq edə bilər. Burada hər məqam öz rolunu 
oynayır:  kontent  (saytdakı  məlumat),  dizayn  və  üslub, 
funksionallıq, naviqasiya və struktur. Əlavə olaraq orada satışa 
meylliliyi artıran aşağıdakı ələtlər də yerləşdirilə bilər:
Ÿ
Məhsul barədə videoçarx;
Ÿ
Pulsuz təkliflər;
Ÿ
İstehlakçılarla əks-əlaqə alətləri;
Ÿ
Animasiya.
Baş  və  ya  hədəf  səhifəsinin  kontenti  (sonradan  “baş  səhifə” 
adlanacaq)
“Deyin  görüm  hara  düşmüşəm!”  İstifadəçilər  saytınıza 
müxtəlif  üsullarla  daxil  olurlar:  reklam  e-mail-ları,  tövsiyə 
istinadları  (linkləri)  vasitəsilə  və  s.  Elə  düşünməyin  ki,  hamı 
harada  olduğunu  dərhal  anlayacaq.  Onları  salamlayaraq  hara 
düşdüklərini  izah  edin:  “Ən  məşhur  oyun  portalına  xoş 
gəlmisiz!”.
İstifadəçiləri sizə lazım olan hərəkətə dəvət edin. Məsələn, 
“dərhal  alın”,  “qeydiyyatdan  keçin”,  “tədbirdə  iştirak  edin”. 
Dəvətinizdə onlara xeyirlərini aydın şəkildə göstərin. Baş səhifə 
aşağıdakı  funksiyaları  həyata  keçirməlidir:  məhsulun  hansı 
141


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə