Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə67/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   63   64   65   66   67   68   69   70   ...   94

Burada siz yalnız fotolar və qısa videoçarxlar paylaşa biləcəksiz. 
Artıq instagram sosial şəbəkəsində də facebookda olduğu kimi 
“paid  advertising”  (ödənişli  reklam)  etmək  imkanınız  var. 
Instagram-a  reklam  yerləşdirmək  istəyirsizsə,  bunu  mütləq 
Facebook  üzərindən  etməlisiz.  Yəni,  reklamını  edəcəyiniz 
məhsulun Facebook səhifəsi olmalıdır. Buna görə ilk növbədə 
brendinizin instagram səhifəsini facebook səhifəsinə "connect" 
etməlisiz.  Bunun  üçün  siz  facebook  səhifənizdə  "se ings" 
bölməsinə daxil olub sol bölmədə "instagram ads" bölməsindən 
brendinizin  instagram  səhifəsini  facebook  səhifəsinə 
birləşdirməlisiz.  İnstagram  səhifənizi  facebook  səhifənizlə 
birləşdirdikdən  sonra  çox  rahat  şəkildə  facebook  səhifənizdə 
yerləşdirmək  istədiyiniz  reklam  postlarını  (ads)  avtomatik 
olaraq  instagram  səhifənizdə  də  reklam  olunmasını  həyata 
keçirə bilərsiz. Daha çox gənclər arasında məşhur olan bu sosial 
şəbəkə müxtəlif brendlər tərəfindən çox effektiv şəkildə istifadə 
olunur.  Odur  ki,  siz  də  bu  sosial  şəbəkənin  üstünlüklərindən 
maksimum yararlanmağa çalışın. 
Vebsayt
İnternet-marketinqin ən vacib alətlərindən biri də vebsayt 
sayılır. Hər hansı bir məhsulu almazdan qabaq müştəri əvvəlcə 
onun  haqqında  internetdə  məlumat  əldə  etməyə  can  atır. 
Vebsaytınızın  olmaması  ilə  potensial  müştərilərin  sizi 
internetdə  tapmağı  daha  da  çətinləşdirmiş  olursuz. 
Vebsaytınızın  olması  biznesinizin  müştərilərin  gözündə  daha 
ciddi və peşəkar göstərə bilər. Əlbə ə bir çox yeni biznes sahibi 
vebsaytlarının  olmamasının  əsas  səbəbinin  vəsait  olduğunu 
qeyd  edir.  Lakin  bu  günkü  reallığa  baxsaq,  bir  çox  resurslar 
varki,  biz  onlardan  çox  rahat  şəkildə  istifadə  edərək  öz 
vebsaytımızı yarada bilərik.
www.wix.com,  www.squarespace.com,
 
140
www.wordpress.com
  kimi  internet  resursları  istənilən  şəxsə 
cəmi 1 gün içində öz vebsaytını pulsuz və ya çox az bir vəsaitə 
yaratmaq  imkanı  verir.  Vebsaytınızın  15-20  səhifədən  ibarət 
olması vacib deyil, ilkin olaraq müştəriyə ən lazımlı məlumatı 
çatdıracaq sadə bir vebsayt yarada bilərsiz.
Sayt necə olmalıdır (Stiv Blank və Bob Dorfun “Startap-
perin masaüstü kitabı”-ndan)
Bütün eyni adlı domenləri qeydiyyata almısızmı? O qədər 
də baha deyil, ona görə, imkan daxilində, hamısını alın (az, com, 
net, org və s.).
Saytın  baş  səhifəsinə  dair  bir  sıra  tələblər  var  ki,  onlar 
müştəriləri alışa sövq edə bilər. Burada hər məqam öz rolunu 
oynayır:  kontent  (saytdakı  məlumat),  dizayn  və  üslub, 
funksionallıq, naviqasiya və struktur. Əlavə olaraq orada satışa 
meylliliyi artıran aşağıdakı ələtlər də yerləşdirilə bilər:
Ÿ
Məhsul barədə videoçarx;
Ÿ
Pulsuz təkliflər;
Ÿ
İstehlakçılarla əks-əlaqə alətləri;
Ÿ
Animasiya.
Baş  və  ya  hədəf  səhifəsinin  kontenti  (sonradan  “baş  səhifə” 
adlanacaq)
“Deyin  görüm  hara  düşmüşəm!”  İstifadəçilər  saytınıza 
müxtəlif  üsullarla  daxil  olurlar:  reklam  e-mail-ları,  tövsiyə 
istinadları  (linkləri)  vasitəsilə  və  s.  Elə  düşünməyin  ki,  hamı 
harada  olduğunu  dərhal  anlayacaq.  Onları  salamlayaraq  hara 
düşdüklərini  izah  edin:  “Ən  məşhur  oyun  portalına  xoş 
gəlmisiz!”.
İstifadəçiləri sizə lazım olan hərəkətə dəvət edin. Məsələn, 
“dərhal  alın”,  “qeydiyyatdan  keçin”,  “tədbirdə  iştirak  edin”. 
Dəvətinizdə onlara xeyirlərini aydın şəkildə göstərin. Baş səhifə 
aşağıdakı  funksiyaları  həyata  keçirməlidir:  məhsulun  hansı 
141


problemi həll edəcəyini və bunun istifadəçilər üçün niyə görə 
vacib  olmasını  izah  etməli,  məhsulun  quraşdırılma  və 
istifadəsinin  rahat  olmasını  bildirməli,  məhsulun  necə 
işləməsini  aydın  göstərməli,  məhsulun  yaxşı  çalışdığını 
göstərməli  (digər  istifadəçilərin  müsbət  rəyləri,  rəqiblərlə 
müqayisədə  üstünlüklər,  nümayiş  etdirilmə  və  digər 
vasitələrlə).
Hərəkətə  sövq  baş  səhifəyə  üç  şəkildə  yerləşdirilə  bilər: 
hiperlink, düymə və ya formalar. Onlar gözə girməli və aydın 
olmalıdır. Məhsulun ən cəlbedici xüsusiyyətlərini qeyd edin və 
yazılanlar  barədə  əlavə  məlumatlara  keçmək  imkanı  yaradın. 
Baş  səhifə  istifadəçini  hərəkətə  sövq  etməyə  inandırmalıdır. 
Mətn üzrə müxtəlif yerlərdə “indi cəhd et”, “indi sına”, “alış et”, 
“yüklə”,  “əməkdaşımızla  əlaqə”  düymələrindən  münasibləri 
olmalıdır.  Şirkətinizin  ən  önəmli  məhsulu  daha  çox  çəlbedici 
olmalıdır.
Qısa  və  konkret  yazın.  Unutmayın  ki,  istifadəçilər 
saytınıza  bəlkə  də  təsadüfən  daxil  olublar  və  çox  vaxt  sərf 
etməyə meylli deyillər. Şrift rahat oxunmalıdır.
Müsabiqə,  promoaksiya  və  lotereyalar  təşkil  edin 
( m ə s ə l ə n ,   s a y t ı n ı z ı n   m o b i l   ve r s i ya s ı n ı   y ü k l ə m ə y ə 
həvəsləndirmək üçün).
Kontenti daim yeniləyin. Baş səhifədə yazılanlarla yanaşı 
bu məlumatlar da olmalıdır: şirkətin tarixçəsi, tərəfdaşları (əgər 
müştərilər  üçün  cəlbedicidirsə),  şirkət  və  məhsul  haqqında 
yeniliklər,  əlaqə  vasitələri  (ünvan,  telefon,  e-mail,  sosial 
şəbəklərdəki ünvan), müştərilərə dəstək və ya xidmət mərkəzi 
barədə ümumi məlumat (əgər varsa).
Dizayn və üslub
Xüsusilə baş səhifə istifadəçilər üçün sadə və aydın şəkildə 
tərtib  edilməlidir. Alış  üçün  müxtəlif  vasitələr  nəzərdə  tutun: 
zəng, kommentin edilməsi, alış düyməsinin basılması və s.
142
Ən  vacib  çağırışların  dizaynı  daha  cəlbedici  olmalıdır 
(məsələn, “Bu ay üçün xüsusi təklif!”).
Boş yer çox saxlayın ki, göz yorulmasın.
Əgər diaqram, cədvəl və qrafiklər verilirsə, onlar olduqca 
sadə olmalıdır ki, tez başa düşülsün.
İnteraktivliyi  unutmayın.  İnternet  ani  əks  əlaqə  qurmaq 
üçün demək olar ki, yeganə vasitədir.
İri  düymələrdən  istifadə  edin:  “yüklə”,  “indi  al”, 
“qeydiyyatdan keç” və s.
Naviqasiya
Naviqasiyanın  mahiyyəti  məlumatların  məntiqi 
ardıcıllıqla  yeləşdirilməsi  və  məqsədə  çatmaq  üçün  ən  qısa 
marşrutun  təmin  edilməsindən  ibarətdir.  Müştərilər  müxtəlif 
səhifələrə rahat daxil ola bilməli və hər səhifədə hərəkətə sövq 
edən çağırış və düymələri görməlidirlər. Sadəlik və rahatlıq da 
vacibdir.
Saytın ümumi funksionallığı
İstifadəçilərin  sövq  edilməsi  alətlərindən  istifadə  edin. 
Əvvəl  yazıldığı  kimi,  video,  animasiya  və  digər  vasitələr 
müştərilərin cəlb edilməsinə xidmət etməlidir. Bəzi misallar:
“Öz yaşınızı daxil edərək üç suala cavab verin ki, sığorta 
haqqının  məbləğini  öyrənəsiz”.  “Personajı  seçərək  onunla 
söhbət  edin”.  “Xoşunuza  gələn  oyuncağı  seçin”.  “Endirim 
qazanmaq üçün düyməni basın. Çatdırılma pulsuzdur”.
Məhsulunuz  barəsindəki  videoçarx  PowerPoint 
prezentasiyasından  daha  təsirlidir.  Çalışın  ki,  bu  çarx  bir 
dəqiqədən  artıq  olmasın.  Cəhd  edin  ki,  potensial  müştəri 
məhsulunuzun  heç  olmasa  bəzi  imkanlarından  istifadə  etsin. 
Məsələn,  “oyunun  qısa  versiyasını  sınayın”.  Nümayiş 
videoçarxı çağırışla bitməlidir.
İstifadəçiləri məhsulu sınamağa təhrik etmək üsulları
Müəyyən  müddət  ərzində  və  ya  məhdud  imkanlarla 
143


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə