Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə69/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   65   66   67   68   69   70   71   72   ...   94

məhsulunuzdan pulsuz istifadə etmək imkanı yaradın (internet 
məhsullarında).  Təklifi  müştərilərin  özlərinə  birbaşa  da 
göndərmək  olar  (məsələn  e-mail  ilə).  Təklifinizdə  istifadəçini 
məhsulun  istifadəsinə  inandırmalısız.  Şirkətinizlə  rahat  əlaqə 
imkanları  da  e-mail-da  qeyd  edilməlidir  (sorğu  və  ya  sifariş 
üçün).
İnteraktiv  alətlərdən  istifadə  edin  (məsələn,  kalkulya-
tordan). Animasiyadan lazımı qədər istifadə edin ki, müştərini 
bezdirməsin.
Hər  bir  mənbədən  daxil  olan  istifadəçilər  üçün  ayrıca 
hədəf səhifəsi yaradıla bilər. Məsələn, Yahoo-dan daxil olanları 
bu  şəkildə  salamlasaz  nəticəsi  daha  yaxşı  olar:  “Yahoo-lu 
dostlar, xoş gəlmisiz”, “Yahoo istifadəçiləri üçün xususi təklif”. 
Müştəri bilməyəcək ki, Gmail istifadəçiləri üçün də analoji hədəf 
səhifəsi yaradılıb.
Müştəriləri hərəkətə təşviq etmək üçün demək olar ki, ayrıca bir 
fəaliyyət sahəsi yaranıb
Müntəzəm  olaraq  bu  məqsədə  xidmət  edən  yeni  alətlər 
yaranır.  Bəzilərinin  populyarlığı  artır,  digərlərinin  isə  azalır. 
Əgər biznesiniz bunu tələb edirsə, vaxt sərf edib ən effektivlisini 
seçməyə dəyər. Digər saytlarla yanaşı onlarla burada da tanış 
ola  bilərsiz: 
  Baş  səhifə  ilə  yanaşı  digər 
www.steveblank.com
cəlbetmə vasitələrinə də əl atın.
E-mail  kaskadı.  Müştərilər  öz  e-mail  ünvanlarını  paylaş-
mağa  meylli  deyillər,  ona  görə  də  əldə  etdiyiniz  ünvanlara 
qiymətli bir sərvət kimi baxın. Ardıcıl göndəriləcək üç məktub 
hazırlayın.  Hərəsində  məhsulunuzun  müxtəlif  xüsusiyyət-
lərindən, müştəri üçün yaratdığı əlavə dəyərdən və onu almağın 
niyə məqsədəuyğun olmasından yazın. Mətn qısa, cəlbedici və 
inandırıcı  olmalıdır.  Mətndə  hərəkətə  çağırış,  həmçinin 
qeydiyyat, alış, pulsuz sınaq və s. üçün keçidlər olmalıdır. Belə 
məktublar  müştəriyə  narahatlıq  törətsə  növbəti  göndərişləri 
144
dayandırmaq  üçün  düymə  və  ya  istinad  olmalıdır.  Çalışın  ki, 
məktublarınız  həm  HTML,  həm  də  mətn  formatında  tərtib 
edilsin, çünki bir çox poçt serverləri HTML formatında olan e-
mailları bloklayır.
Qiymət  və  ya  stimullaşdırıcı  təkliflər.  Qiymət  siyasəti  də 
cəlbetmə üsullarından biri ola bilər. Pulsuz və xüsusi təkliflər, 
böyük alış həcminə görə endirim və digər imkanları nəzərdən 
keçirin.  Gəlirinizi  azaltmamaq  üçün  belə  xüsusi  təklifləri 
müştəri tam qiymətə alışdan imtina etdikdən sonra edin.
Ənənəvi  alətlər.  Qeyri-dicital  marketinq  vasitələrini  də 
unutmayın.  Məsələn,  müsabiqə  keçirə  bilərsiz.  Telemarketinq 
(kütləvi  telefon  zəngləri  vasitəsilə  satış)  də  təsirli  üsüllardan 
biridir. KİV-lərdə reklam imkanını da nəzərə alın.
Sınadığınız cəlbetmə alətlərinin effektivliyini ölçün (yəni, 
bir cəlb edilmiş müştəri neçəyə başa gəlir) və uyğunlarını seçin.
Saytla  bağlı  Erik  Risin  də  maraqlı  fikirlərini  çatdırmaq 
istərdim  (bu  sahədə  qeyri-peşəkarların  edə  biləcəklərinin  bir 
qismini çatdırıram):
Bəzən  sayt  əvəzinə  WordPress-də  bloq  yaratmaq 
kifayətdir. Belə bloqu, internetdə qaydasını öyrənərək, özünüz 
də 1-2 həftəyə yarada bilərsiz.
Domen  almısızsa  orada  pulsuz  olaraq  Google  Apps 
yerləşdirin  ki,  şirkətinizin  adı,  elektron  poçt  ünvanı  və  s. 
görünsün.  Sayt  vasitəsilə  pulsuz  sorğuların  keçirilməsi  üçün, 
məsələn, Google Forms və ya Wufoo-nu saytınızda yerləşdirin. 
Müştəri  kliklərinin  sayını,  saytda  keçirdiyi  vaxtı,  trafikin 
mənbəyini  izləmək  üçün  ən  azı  ilk  dövrdə  Google  Analytics 
web-analitika alətindən istifadə edin.
Müştəri məmnuniyyətini ölçmək, qeyd və təklifləri almaq 
üçün  müvafiq  alətlərdən  istifadə  edə  bilərsiz  (GetSatisfaction, 
UserVoice və s.) 
Saytınızda  ödənişlərin  edilməsi  üçün  alətlər  (xüsusilə 
145


məhsul və ya xidmət internet vasitəsilə satılırsa) və bu sahədə 
əlavə  imkanlar  barədə  məlumat  olmalıdır  (məsələn, 
qoşulduğunuz yerli ödəniş sistemləri, bank rekvizitləri (hüquqi 
şəxslər üçün maraqlı ola bilər) və s.).
Unutmayın ki, saytda təkmilləşdirmələr, istifadə etdiyiniz 
alətlərin  dəyişdirilməsi  müntəzəm  olmalıdır  ki,  effektivliyi 
maksimal olsun.
İndi  isə  sayta  müştərilərin  cəlb  edilməsi  və  satışa  sövq 
edilməsilə bağlı yaranan problemlər və onlardan çıxış yolları 
barədə danışaq.
Sayta daxil olanların sayı azdır.
Yəqin ki, təhlükəsizlik və bəzi digər dövlət orqanlarından 
savayı bütün başqa şirkət və strukturlar insanları saytlarına cəlb 
etməkdə  maraqlıdırlar.  Saytdan  istifadə  edən  olmasa  onu 
yaratmağın mənası yoxdur. Belə problemlə üzləşmisizsə mətnin 
əvvəlinə  qayıdaraq  bütün  bəndlərin  düzgün  edilməsinə əmin 
olun.  İmkan  varsa  mütəxəssilərlə  məsləhətləşin.  Sosial 
şəbəkələrdə  geniş  dost  şəbəkənizdən  yararlanın  (netvorkinq 
mövzusundan  bilirsiz  ki,  belə  şəbəkəni  qabaqcadan 
yaratmalısız),  onlardan  xahiş  edin  ki,  öz  dostlarına  da 
məhsulunuz  və  saytınız  barədə  məlumat  versinlər.  YouTube 
üçün  maraqlı  bir  videoçarx  çəkərək  onun  maksimal 
paylaşmasına  çalışın.  URL  adınız  mürəkkəbdirsə  sadəsinə 
dəyişdirin.  Qeyri-adi  bir  marketinq  yolu  tapın  ki,  insanların 
dilinə düşəsiz (məsələn, partizan marketinqinə əl atın).
İstifadəçilər sayta daxil olur, amma alış etmədən çıxırlar.
Çox  güman  ki,  problem  təklifinizin  dəyəri  və  məhsulu-
nuzun  mövqeləşdirilməsindədir.  Bu  mərhələyə  qayıdaraq 
yenidən  düşünün.  Bəlkə  saytınıza  keçidi  təmin  edən  mənbə 
sizin hədəf kütlənizə uyğun deyil? Sayta cəlb edilən müştəriləri 
alışa sövq etmək üçün istifadə etdiyiniz alətləri bir daha gözdən 
keçirin,  işləməyənləri  digərlərilə  əvəzləyin.  Alışa  sövq  edən 
146
təkliflərin  (düymələrin)  sayını  çoxaldın  (hər  hansı  bir  addım 
artıq  müsbət  bir  nəticədir:  istədiyiniz  turu  seçin,  indi  pulsuz 
sınaqdan keçirin, daha çox məlumat alın və s.). Pulsuz versiyanı 
(internet məhsullarında) təklif edin və ya müsabiqə elan edin 
(tutaq  ki,  ilk  10  sifariş  edənə  hədiyyə  verilsin).  Mətnin  və 
şəkillərin yeri, şrifti, rəngi, həcmi və digər dizayn elementlərini 
imkan daxilində bir-bir dəyişərək alışların dinamikasını izləyin. 
Potensial müştərilərinizlə əlaqə yaradaraq problemi araşdırın, 
məsləhət alın. Bütün bu addımlar kömək etməsə mütəxəssislərə 
müraciət edin.
İnternetdən  saytın  texniki  tərəfləri  və  satışyönümlü 
olması yolları barədə yüzlərlə maraqlı məqalə tapa bilərsiz. Bu 
əlavə isə yalnız ilkin  məlumatdır. Bu yolda sizə uğurlar!
Əslində  internet-marketinqin  imkanları  və  alətləri 
yazdığımdan qat-qat çoxdur. Məsələn, e-mailların müştərilərə 
göndərilməsinin avtomatlaşdırılması, videokonfransların və və 
vebinarların  təşkil  olunması  və  s.  Amma  güman  edirəm  ki, 
burada  qeyd  olunanlar  da  ən  azı  biznesinizin  başlanğıc 
dövründə sizə kifayət edəcək. İndi isə az xərc tələb edən digər 
marketinq formasından danışaq.
Bloq
İnternet-marketinqin digər vacib alətlərindən biri də bloq 
sayılır.  Statistikaya  nəzər  yetirsək  görərik  ki,  bloqdan  istifadə 
edən  saytlar  55%  çox  trafik  əldə  edirlər.  Əvvəlcə  sizə  bloqun 
internet-marketinqdə  rolunu  qeyd  etmək  istərdim.  Bloq 
yaradaraq siz bir çox üstünlüklər qazanacaqsız. Müştərilər üçün 
bloqunuzu rahatlıqla WordPress-də yarada bilərsiz. Mütəmadi 
olaraq bloqunuzda yeni və maraqlı kontent paylaşmaqla siz veb 
saytınızın  google  axtarış  sistemində  daha  yüksək  pillələrdə 
olmasını təmin edəcəksiz. 276 milyondan artıq insan bloqunu 
www.tumblr.com  vasitəsilə  yaradıb.  Hər  bir  işi  görməzdən 
147


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə