Uğura İnan Dizayn cdr


Partnyorlara  kontent  kimi  istifadə  edə  biləcəkləri



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə73/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   69   70   71   72   73   74   75   76   ...   94

Ÿ
Partnyorlara  kontent  kimi  istifadə  edə  biləcəkləri 
maraqlı məqalələr göndərin. İcazə istəmək lazım deyil, 
sadəcə  göndərin!  Əlaqə  yaratmaq  istədiyiniz  sayt 
barədə  internetdəki  müzakirələri  izləyin  (Google 
Alerts-un  imkanlarını  unutmamısız  ki?).  Tənqid 
gördükdə saytı müdafiə edin. İnanın ki, siz diqqətdən 
yayınmayacaqsız. Misal üçün, bir neçə il əvvəl PayPal-
ın  vitse-prezidenti  Cim  Kokruma  saytın  müdafiəsinə 
görə təşəkkür etmişdi. Əslində Cim Kokrum bu şərhi 
yazanda  bir  məqsəd  güdmürdü.  Buna  baxmayaraq 
vitse-prezident  onu  tapdı,  bəzi  məqamları  müzakirə 
etdi, sonra isə hədiyyə olaraq ona futbolka göndərdi.
KİV-lərlə yaradıcı əməkdaşlıq
Biznesiniz  inkişaf  etdikcə  marketinq  alətləriniz  də 
genişlənməlidir.  Massmedia  üçün  material  toplusu  olan  press  kit 
hazırlayın. Belə toplunun tərkibi barədə müxtəlif fikirlər olsa da 
məsləhət görülür ki, əsas tələblərə riayət olunsun:
Ÿ
Biznesiniz,  məhsulunuz,  şirkətin  uğurları  haqqında 
qısa məlumat;
Ÿ
Sizin  tarixçəniz.  Bu  hissədə  məhsulunuz  barədə 
yazmayın.  Həyatda  çətinlikləri  dəf  edərək  necə  uğur 
qazanmısız  (əgər  belədirsə).  Aparıcı  şəxslərin 
tərcümeyi-halı, əsas simaların keyfiyyətli fotolarını da 
əlavə edin;
Ÿ
Müsahibə zamanı verilməli sualların siyahısı;
Ÿ
Biznesiniz haqqında ən yaxşı rəylər;
Ÿ
Şirkətiniz barəsində məqalələr, televiziya verilişlərində 
iştirakınız;
Ÿ
YouTube-dakı ən uğurlu videolarınızdan nümunələr;
Təsir  edənlərə  təsir  edin.  Ümumiyyətlə  KİV-lə  münasibət 
qurmaqdansa  onun  əsas  əməkdaşları  ilə  əlaqə  yaradın. 
152
Müsahibə vermək istədiyiniz jurnalisti müəyyən etdikdən sonra 
onun  “başını  bişirməyə”  başlayın:  sosial  şəbəkələrdə 
səhifələrinə  qoşulun,  müzakirələrində  iştirak  edin.  Sizi 
birləşdirən ümumi sahələri tapın və çalışın ki, söhbətlərinizi bu 
mövzular ətrafında aparasız.
Press-relizlərdən  istifadə  edin.  Press-reliz  reklam  materialı 
deyil, yeniliklərdir. Biznesinizi KİV üçün maraqlı edə bilsəniz, 
belə  yenilikləri  daim  hazırlamalısız.  Mətndə  açar  sözlərə  yer 
verin ki, axtarış sistemlərinin gözü tez-tez biznesinizə sataşsın.
Smartfonlar  dünyanı  fəth  edir.  Çalışın  ki,  saytınız 
smartfonun balaca ekranında da yaxşı görünsün. Bu məqsədlə 
saytınızın mobil versiyasını hazırlaya bilərsiz. Saytı WordPress-
də hazırlamısızsa WP-Touch adlı sadə plug-in-dən istifadə edin.
Bəzi hallarda SMS-marketinqdən də yararlana bilərsiz.
Müştəriləri QR-koddan istifadə etməyə təşviq edin. Belə kodu 
bir neçə dəqiqə ərzində pulsuz resurs olan 
 -nin 
www.goqr.me
köməyilə  hazırlamaq  olar  (sayta  linki  və  ya  istədiyiniz  digər 
məlumatı özündə əks etdirməklə).
Smartfonu və QR-kodu oxumaq üçün pulsuz tətbiqi olan 
hər  kəs  telefonun  kamerasını  QR-koda  tuşlayaraq  rahatca 
saytınıza daxil ola bilər. İstifadə imkanları bununla bitmir. QR-
kodda  telefon  nömrənizi,  SMS  mətnini,  virtual  vizitkanızı,  e-
mail-ınızı,  ünvanı  və  s.  gizlədə  bilərsiz.  Eşitdiyimə  görə,  hal-
hazırda QR-koddan daha müasir analoji imkanlar da var.
Video və audio məlumatların əhəmiyyəti
Psixoloqlar  informasiyanı  mənimsəmə  xüsusiyyətlərinə 
153


görə  insanları  dörd  yerə  bölürlər:  vizuallar  (məlumatların 
əksəriyyətini gözlə mənimsəyirlər), audiallar (məlumatı əsasən 
eşitmə qabiliyyəti vasitəsilə qavrayırlar), kinestetiklər (dünyanı 
əsasən  toxunma  vasitəsilə,  emosiyalarla  dərk  edirlər)  və 
dicitallar (həyatı məntiq, rəqəm, dəlillər vasitəsilə dərk edirlər). 
İnsanların  35-40%-i vizuallardır.
Videolarınızı  viruslu  edin.  Aşağıdakı  videolar  viruslu  ola 
bilər:
Ÿ
Gülməli;
Ÿ
Forma və ya məzmunu inqilabi olan;
Ÿ
Təccübləndirə bilən;
Ÿ
Nikbin;
Ÿ
Təsirli (uşaqlar və ya heyvanların iştirakı ilə);
Ÿ
Cəlbedici süjeti olan;
Ÿ
Qısa (2-3 dəqiqəyədək).
Vacib olan marketinq videoları.
Ÿ
Məhsulunuz haqqında 10 ən vacib suala cavab verən 
video hazırlayın. Hərəsinin uzunluğu 30 saniyədən 
3  dəqiqəyədək  olsun.  Kameranız  yoxdursa 
PowerPoint  və  Camtasia  və  ya  Mac  istifadəçiləri 
üçün  Keynote  və  ScreenFlow  proqramlarından 
istifadə edin. Rəqiblərdən fərqinizi vurğulayın;
Ÿ
Əlavə  olaraq  aşağıda  verilən  4  qısa  videonu 
hazırlayın (hərəsi 3 dəqiqə uzunluğunda):
Ÿ
 “Əlavə  məlumatlar”  videosu.  Hər  videonun 
sonunda məlumat yerləşdirin ki, qalan videoları 
haradan  izləmək  olar  (video  səhifəyə  yazılmaq 
imkanı);
Ÿ
 “Adınızı daxil edin və bütün videoları alın”. Bu 
videonun  məqsədi  potensial  müştərilə  əlaqə 
yaratmaq,  təklifiniz  haqqında  məlumat  vermək 
və  abunənin  xeyrini  ona  çatdırmaqdır.Öz 
154
səhifənizdə  videolara  abunə  yazılmaq  imkanı 
yaradın;
Ÿ
 “Sağ  olun  ki,  yeniliklərimizə  abunə  olmusuz”. 
Bu videonu təşəkkürlər səhifənizdə yerləşdirin;
Ÿ
 “Məhsulumu  alın”.  Bu  videonu  saytınızda 
yerləşdirin  və  sizdən  çıxan  məktublara  əlavə 
edin.
Ÿ
Videolar  hazır  olduqdan  sonra  abunə  və  ya  hədəf 
səhifənizi  yaradın.  Videolara  baxdıqdan  sonra 
insanları ora yönəldin.
Ÿ
Videoçarxlarınızı  mümkün  qədər  çox  sayda 
tanınmış videosaytlar, sosial şəbəkələr və bloqlarda 
yerləşdirin.
Videomarketinq vasitələri (hər il yeniləri yaranır):
Ÿ
KodakZİ8 və ya Flip kameraları (mobil telefonunuz 
da işə yaraya bilər);
Ÿ
Sony  Vegas  videoların  redaktə  edilməsi  üçün 
məşhur proqramdır;
Ÿ
İri  videokliplər  üçün 
  servisindən 
www.ezs3.com
istifadə edə bilərsiz. Bu vasitə videolarınıza qəşəng 
çərçivə  və  qoşulma  düymələrini  əlavə  etmək, 
həmçinin  onları  saytınızda  yerləşdirmək  imkanı 
yaradır.
Ÿ
PowerPoint  təqdimatı  formatında  və  kadrarxası 
şərhləri olan videolar yaxşı təsir bağışlayır. Dinamik 
danışın, sadəcə kağızdan oxumayın. Belə videoları 
kompüter  ekranındakı  təsvirləri  yazan  Camtasia 
kimi  proqramlar  vasitəsilə  hazırlaya  bilərsiz. 
Təqdimatı həm PowerPoint-da, həm təqdimat üçün 
pulsuz  resurs  olan 
  köməyilə, 
www.openoffice.org
həm  də  Gmail-da  qeydiyyatda  olanlar  üçün 
istifadəsi  pulsuz  olan  Google  Docs  vasitəsilə 
155


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə