Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə78/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   74   75   76   77   78   79   80   81   ...   94

162
Hal-hazırda bəzən bir çox oxşar marketinq üsullarını elə bu ad 
altında birləşdirilir: virus marketinqi, gizli marketinq, ambient 
marketinq, ambush marketinq, life placement və s.
Az  vəsaitlə  yaranan  kiçik  biznesdə  partizan  marketinqi 
demək  olar  ki,  sizi,  məhsulunuzu,  şirkətinizi  tanıtmaq  üçün 
yeganə  yoldur.  İndi  isə  çalışacam  ki,  partizan  marketinqinin 
əsas  xüsusiyyətlərini  və  növlərini  qeyd  etməklə  hərəsinə  dair 
uğurlu nümunələr verim. 
Əslində  partizan  marketinqi  üsulları  bu  terminin 
yaranmasından xeyli əvvəl tətbiq edilməyə başlayıb. Məsələn, 
17-ci əsrdə Britaniyaya çay idxal edən Ost-Hind şirkətinin cəlb 
etdiyi kübar cəmiyyətə mənsub xanımlar çay ziyafətləri təşkil 
edərək  bu  yeni  içkini  tərifləyirdilər.  Başqa  misal.  20-ci  əsrin 
əvvəllərində  Rusiyanın  məşhur  spirtli  içki  istehsalçısı  Şustov 
belə bir addıma əl atmışdı. Onun cəlb etdiyi tələbələr kabak və 
restoranlara  gedərək  Şustovun  spirtli  içkilərini  tələb  edir, 
olmadıqda isə dava salırdılar. Bu hadisələr barədə məlumatlar 
mətbuatda çıxaraq istehsalçını məhşurlaşdırdı. Digər tərəfdən 
də  kabak  və  restoran  sahibləri  davakar  tələbələrdən  qorxaraq 
kütləvi  surətdə  Şustovun  istehsal  etdiyi  içkiləri  almağa 
başladılar.
Partizan marketinqinin xüsusiyyətləri:
1.  Virus effektlidir.
2.  Az büdcə tələb edir.
3.  Qeyri-adidir, yaradıcı yanaşma tələb edir.
4.  Gizli ola bilər.
5.  Effekti tez hiss olunur.
6.  Çevikdir, yeniliklərdən istifadə oluna bilər.
Partizan marketinqinin əsas növləri:
163
1. Virus marketinqi.
Bu  növün  xüsusiyyəti  ondan  ibarətdir  ki,  istədiyiniz 
məlumatın sonrakı paylaşmasını siz yox, alıcılar özləri edirlər. 
Bunun üçün ilk paylaşdığınız məlumat auditoriya üçün maraqlı 
olmalıdır. Məsələn, internet marketinqi bölməsində videoların 
əhəmiyyəti barədə danışanda virus videoların xüsusiyyətlərini 
sadalamışdım.
Ən uğurlu virus marketinqi nümunələrindən biri nisbətən 
yaxınlarda “İce Bucket Challenge” kampaniyası oldu. Məqsədi 
müəyyən skleroz növünə dair tədqiqatların maliyyələşdirilməsi 
üçün vəsaitin yığılması idi. Yəqin yadınızdadır. İştirakçı üstünə 
buzlu su tökür, bu xəstəliklə məşğul olan fondun hesabına 10 
dollar  köçürür  və  estafeti  3  tanışına  ötürürdü.  Aksiyanın 
şərtlərinə  əsasən  imtina  edənlər  fonda  100  dollar  köçürməli 
olurdular. Bill Qeyts kimi bir çox tanınmış şəxslər kampaniyının 
iştirakçısı  oldu.  Nəticədə  2014-cü  ildə  fonda  köçürülən 
məbləğın həcmi ötən ilki göstəricidən 3500% çox olmaqla 100 
milyon dolları ötdü.
2. Gizli marketinq.
Bu  növün  xüsusiyyəti  ondan  ibarətdir  ki,  potensial 
müştəri məhsulunuzun reklam olunduğunu heç təsəvvür belə 
etmir.
2002-ci  ildə  Sony  Ericsson  şirkəti  belə  marketinq 
kampaniyasına əl atdı. Cəlb olunmuş 60 insan 2 və 3 nəfərlik 
qruplara  bölünərək  Nyu-York  və  Sietlin  ən  gur  yerlərində 
gəzişir,  özlərini  turist  kimi  göstərir  və  ətrafdakılardan  xahiş 
edirdilər  ki,  Sony  Ericsson  telefonu  ilə  onların  şəkillərini 
çəksinlər  və  sözarası  bu  telefonun  üstünlükləri  barədə 
danışırdılar.
3. Ambient marketinq.

164
Tərcüməsi “ətraf mühit”dir. Bu növün xüsusiyyəti ondan 
ibarətdir  ki,  reklam  yeri  kimi  ətraf  mühitdən  istifadə  olunur, 
əksər halda gözlənilməz şəkildə.
Məsələn,  bir  kofe  istehsalçısı  reklamında  kanalizasiya 
lüklarından istifadə etmişdi:
Bu da təmizləyici vasitənin reklamıdır:
Bu isə pilotlar üçün nəzərdə tutulan İsveçrə 
saatlarının reklamıdır:
Yəqin aydın oldu ki, bu bərbərin reklamıdır:):
Audi-dən Ambush marketinq nümunəsi:
4. Ambush marketinq.
Tərcüməsi  “pusqu”dur.  Bu  növün  xüsusiyyəti  reklam 
olunan  obyektlə  heç  bir  əlaqəsi  olmayan  brend  və  ya  tədbirlə 
assosiativ əlaqənin yaradılmasından ibarətdir.
2014-cü ildə Rusiyada keçirilən qış Olimpiya oyunlarının 
açılış mərasimində 5-ci halqa yanmadı. Baxın görək Audi şirkəti 
bundan necə yararlandı. Mətni təxminən belədir: “Bəzən dörd 
halqa da kifayətdir”.
5. Life placement.
Bu növün xüsusiyyəti ondan ibarətdir ki, məhsul barədə 
məlumat  potensial  müştərilərə  cəlb  etdiyiniz  insanların 
“xoşbəxt alıcı” qismində çıxış etməsilə çatdırılır.
Bir yeni məişət texnikası istehsalçısı insanları cəlb etmişdir 
ki,  bu  texnikanın  qutuları  ilə  şəhərin  hər  yerində  gəzərək 
özlərini  bəxtəvər  kimi  göstərsinlər  və  yeri  düşdükdə 
165

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə