Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə8/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

1-ci fəsil. Uğura aparan yol.
Əgər bu fəslə Ön sözü oxumadan başlayırsızsa, nəticənin 
daha yüksək olması üçün, xahiş edirəm, geri qayıdaraq ən azı 
“Kitabça barəsində ümumi məlumat”, “Bələdçinin strukturu və 
onu  necə  oxumalı”  və  “Biz  necə  şanslı  olduğumuzu  dərk 
edirikmi?” bəndlərilə tanış olasız.
Uğur nədir?
Biz hamımız uğur qazanmaq istəyirik. Əvvəlcə müəyyən-
ləşdirək  görək  “uğur”,  “xoşbəxtlik”  nədir?  Bəzi  müəlliflər 
uğuru, xoşbəxtliyi bir neçə sahədə yüksək nəticənin qazanılması 
kimi qəbul edirlər: işdə, maliyyə sahəsində (yüksək qazanc və 
sevimli  işin  olması),  ailədə  (xoşbəxt  ailə),  şəxsi  inkişafda 
(mənəvi  və  peşəkar  biliklərın  artırılması),  sağlamlıq  (sağlam 
həyat  tərzi  nəticəsində  özünü  sağlam  və  gümrah  hiss  etmə). 
Bəziləri bu siyahıya dostları da əlavə edirlər (sadiq və maraqlı 
dostların olması).
Burada  maraqlı  bir  cəhət  var.  Bir  sahədəki  uğur  digər 
sahələrdəki uğura müsbət təsir edir. Buna görə də məqsədimiz 
biznesin qurulması olsa da digər sahələrdə də uğur qazanmağın 
yolları barədə danışacağıq.
Varlı insanlar barəsində miflər.
Əvvəlcə  gəlin  biznesdə  uğur  qazanan  insanlar  haqqın-
16
dakı  miflərdən  danışaq.  Baxaq  görək  onlar  haqqında 
stereotiplər nə dərəcədə düzdür. Bir məqamı xüsusi qeyd edim, 
mən  “uğurlu”,  “varlı”  deyəndə  yalnız  qanuni  yolla  qazanan 
insanları nəzərdə tuturam. Sıralama vacibliyi əks eləmir.
1-ci mif. Varlı insanların bəxti gətirib və ya taleləri belə 
yazılıb.
Belə  bir  məsəl  var,  bəxt  güclülərin  tərəfindədir.  Uğur 
həmişə  gərgin  əməyin  nəticəsidir,  təsadüf  olmur.  Sahibkarlıq 
ruhu  ən  vacib  amildir.  Buraya  cəsarət,  proaktivlik, 
zəhmətkeşlik,  ruhdan  düşməmək,  fürsəti  görmək  və  ondan 
istifadə  etmək  qabiliyyəti  və  digər  keyfiyyətlər  daxildir. 
Hərəkətlərin  keyfiyyəti  və  sayı  əvvəl-axır  müsbət  nəticəyə 
gətirib çıxaracaq. Məsələn, tutaq ki, satıcının 10 satış cəhdindən 
orta hesabla 1-i uğurlu alınır. Deməli, əgər o, 3 cəhddən sonra 
sata  bilməyib  ruhdan  düşsə,  nəticə  əldə  etməyəcək. 
Ümumiyyətlə bizdə bəxt, tale anlayışlarını fatallıq kimi qəbul 
edirlər (bütün hərəkətlərin insanın əvəzinə müəyyən edilərək 
alın  yazısında  əks  olunması),  hərçənd  ki,  dinimizdə  də  belə 
deyil. Əks halda insan öz hərəkətlərinə görə cavabdeh olmazdı. 
Tərslikdən,  digər  dillərdən  fərqli  olaraq,  bizdə  “xoşbəxt” 
sözünün  etimologiyası  aydın  görünür.  Əvvəllər  xoş  güzaran 
keçirən, həyatından məmnun olan insan yaxşı bəxti olan adam 
hesab edilib. Fikir verin, məsələn, ingilis və bir çox digər dillərdə 
“xoşbəxt”  sözü  bu  kimi  iki  sözdən  əmələ  gəlmir  (hərçənd 
etimologiyası  oxşardır).  Bizdə  “happy”  sözündə  də  “lucky” 
sözündə  də  “bəxt”  hissəsi  var  (xoşbəxt  və  bəxtəvər).  Sanki, 
bəxtsiz heç nə mümkün deyil. Əslindəsə insan öz addımlarını 
özü atır və məsuliyyətini də özü daşıyır. Təsadüf və bəxtin rolu 
var, amma həyatınızı onların üzərində qurmamalısız.
Uğurlu insanlar talelərinin əksər hissəsini özləri yazırlar 
(yəni,  səndən  hərəkət,  məndən  bərəkət).  Bu  barədə  ətraflı 
17


danışacağıq.
2-ci  mif.  Varlılar  qazanmağın  konkret  mexanizmini 
bilirlər.
Universal sxemlər yoxdur. Bu vərdişlər öyrənmənin, şəxsi 
keyfiyyətlərin və təcrübənin vəhdətidir. Biz şahmatda fiqurların 
necə  getdiyini  bilə  bilərik,  amma  Maqnus  Karlssen  demirəm, 
heç idman ustası olan şahmatçını da udmaq şansımız yoxdur. 
Bunun  üçün  sahibkarlıq  keyfiyyətlərini  (ilk  növbədə  yeni 
düşüncə  tərzini)  özümüzdə  aşılamalı,  öyrənməli  və  təcrübə 
qazanmalıyıq. Hərəkət və dəyişmənin vacibliyi barədə Robert 
Kiyosakinin  “Varlı  ata,  kasıb  ata”  kitabından  bəzi  maraqlı 
fikirlərini diqqətinizə çatdırmaq istəyirəm: 
Ÿ
Gələcəyiniz  sabah  edəcəyinizdən  yox,  bu  gün 
edəcəyinizdən asılıdır;
Ÿ
Kasıb  ata  deyirdi  ki,  “kasıb  olmağımın  səbəbi  sizsiz, 
övladlarım”, varlı ata isə deyirdi ki, “varlı olmağımın 
səbəbi sizsiz, övladlarım”;
Ÿ
Əksəriyyət gözləyir ki, dünya, insanlar dəyişsin, amma 
özü dəyişmir.
3-cü mif. Varlı olmaq üçün yaxşı əlaqələrin olmalıdır.
Sənin ətrafın, əlaqələrin inkişafının nəticəsidir. Əlaqələri 
yaratmaq  mümkündür  və  lazımdır.  Onları  genişləndirmək 
üçün gərək sən digərləri üçün maraqlı olasan. Bundan başqa, 
əlaqələr vacibdir, amma onsuz da keçinmək olar. Məhsulunuz, 
satış  sisteminiz  və  iradəniz  güclüdürsə,  əlaqələr  kritik  faktor 
deyil.  Məşhur  amerikalı  qaradərili  aparıcı  və  prodüser  Opra 
Uinfrinin  uşaqlığı  və  gəncliyi  çox  ağır  keçib.  O,  kasıb  ailədə 
böyüyüb,  uşaqlıqda  zorakılığa  məruz  qalıb,  amma  heç  bir 
əlaqələri  olmadan  dünyanın  ən  zəngin  insanlarından  birinə 
çevrilib (2013-cü ildə varidatı 2,8 mlrd dollar idi).
18
4-cü mif. Pulu yalnız pul gətirir.
İmkanlı insanların əksəriyyəti varidatını sıfırdan qazanıb. 
Xüsusilə kiçik biznesə başlamaq üçün bəzən demək olar ki, heç 
vəsait  tələb  olunmur.  Bu  barədə  sonuncu  fəsildə  ətraflı 
danışacağıq. Opra Uinfri (mediamaqnat), Stiv Cobs (Apple), Yan 
Kum  (WhatsApp),  Sergey  Brin  (Google),  Mark  Tsukerberq 
(Facebook),  Hovard  Şults  (Starbucks)  və  bir  çox  digər 
milyardçılar  varidatını  sıfırdan  kiçik  investiya  ilə  yaradıblar. 
1976-cı  ildə  Stiv  Cobs  öz  köhnə  folksvagenini,  tərəfdaşı  Stiv 
Voznyak  isə  sevimli  elektron  kalkulyatorunu  sataraq  Apple 
şirkətini  yaratdılar.  Kiçik  biznesdə  isə  bu  çox  rahatdır.  Kris 
Qilbo  “100  dollara  startap”  kitabını  müxtəlif  ölkələrdə  orta 
hesabla 610 dollara biznes quran və il ərzində azı 50 000 dollar 
qazanan  şəxslərə  həsr  edib  (36%-i  biznesini  100  dollardan  az 
vəsaitlə qurmuşdu).
5-ci mif. Varlılar çox gözəl təhsil alıblar.
Təbii ki, yaxşı təhsilin rolu var, amma bu heç də həlledici 
amil deyil. Bill Qeyts, Mark Sukerberq, Maykl Dell, Stiv Cobs ali 
məktəb  bitirməyiblər.  Bir  nəfər  4,5  il  oxuyub  və  ali  məktəbi 
bitirməyə yarım il qalmış təhsilini atıb və sonra milyonçu olub. 
Riçard  Brenson  məktəbdə  pis  oxuyub,  disleksiyadan  əziyyət 
çəkib (danışıq və yazı vərdişlərində problemlər). Amma buna 
baxmayaraq o, hal-hazırda Britaniyanın ən varlı adamlarından 
biridir, yaratdığı Virgin Group-a isə təxmini 400 şirkət daxildir 
(aviadaşıma, səsyazı studiyaları, mobil rabitə və s. sahələr üzrə). 
Onların  hamısını  başqalarından  fərqləndirən  düşüncə 
tərzidir.
6-cı  mif.  Varlı  insanlar  anadangəlmə  istedada 
malikdirlər.
Sözsüz  ki,  istedadlı  insanlar  üçün  uğur  qazanmaq  daha 
19


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə