Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.

səhifə82/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
1   ...   78   79   80   81   82   83   84   85   ...   94

məbləğində risk daşıyacaq, başqa sözlə desək, itirəcəyi məbləğ 
50 AZN-dən çox olmayacaq. Bu zərərlə bağlı onun əmlakına hər 
hansı  yönəldilmə  olmayacaqdır.  Cəmiyyət  öz  iştirakçılarının 
üçüncü  şəxslər  qarşısında  olan  öhdəliklərinə  görə  məsuliyyət 
daşımır.  Əgər  cəmiyyətin  nizamnaməsində  nizamnamə 
kapitalının   müəyyən müddət ərzində (ən çoxu 3 ay müəyyən 
edilə bilər) ödənilməsi nəzərdə tutulmayıbsa, o zaman dövlət 
qeydiyyatına  alınana  qədər  cəmiyyətin  nizamnamə  kapitalı 
ödənilməlidir.  MMC-nin  hər  bir  iştirakçısının  nizamnamə 
kapitalına  qoyduğu  mayaya  uyğun  olaraq  mənfəət  almaq 
hüququ  vardır.  Məsələn,  “XXXX”  MMC-nin  nizamnamə 
kapitalı 200 AZN-dir və 3 iştirakçısı var. “A” 50 AZN, “B” 100 
AZN, “C” 50 AZN maya qoymuşdur. Fəaliyyət nəticəsində 1000 
AZN məbləğində xalis gəlir əldə olunub, bu 1000 AZN-nin 500 
AZN  “B”-nin,  250  AZN-ni  “A”-nın,  250  AZN-i  isə  “C”-nin 
olacaqdır.  Məhdud  məsuliyyətli  cəmiyyətin  iştirakçısı 
cəmiyyətin  nizamnamə  kapitalındakı  payını  və  ya  onun  bir 
hissəsini həmin cəmiyyətin bir və ya bir neçə iştirakçısına sata 
bilər və ya başqa qaydada güzəşt edə bilər. 
Əlavə məsuliyyətli cəmiyyət. Bəri başdan qeyd edək ki, 
əlavə məsuliyyətli cəmiyyətə çox az hallarda müraciət olunur. 
Eynilə MMC kimi yaradılır, lakin belə cəmiyyətin iştirakçıları 
onun  öhdəlikləri  üzrə  öz  mayalarının  dəyərinin  cəmiyyətin 
nizamnaməsi ilə müəyyənləşdirilən, hamısı üçün eyni olan misli 
qədər  özlərinin  əmlakı  ilə  birgə  əlavə  məsuliyyət  daşıyırlar. 
Məsələn, B, C və D “XXXXX” ƏMC-nin iştirakçılarıdır. “B” 100 
AZN dəyərində, “C” 50 AZN dəyərində, “D” 60 AZN dəyərində 
nizamnamə  kapitalında  paya  sahibdirlər  və  nizamnamədə 
göstərilib ki, bütün iştirakçılar qoyduqları mayanın dəyərinin 3 
misli miqdarında əmlakları ilə əlavə məsuliyyət daşıyırlar. Bu 
halda “B” 300 AZN, “C” 150 AZN, “D” isə 180 AZN dəyərində öz 
əmlakları ilə əlavə məsuliyyət daşıyırlar.
172
Səhmdar  cəmiyyəti.  Səhmdar  cəmiyyətləri  yuxarıda  da 
qeyd  etdiyimiz  kimi,  daha  çox  iri  biznes  fəaliyyəti  ilə  məşğul 
olan  zaman  yaradılır.  Səhmdar  cəmiyyətlərinin  nizamnamə 
kapitalı müəyyən sayda səhmlərə bölünür. Səhm qiymətli kağız 
növlərindən  biridir.  Səhmlər  buraxmağa  yalnız  səhmdar 
cəmiyyətlərinin  hüququ  var.    Mikrobiznes  üçün  münasib 
olmadığından  səhmdar  cəmiyyəti  haqqında  sadəcə  qısa 
anlayışla  kifayətlənək.  Açıq  səhmdar  cəmiyyəti  odur  ki, 
səhmdar  cəmiyyətinin  iştirakçıları  onlara  mənsub  səhmləri 
digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə (sata bilir, 
bağışlaya bilir və s.) bilir. Bu cür səhmdar cəmiyyəti buraxdığı 
səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata 
keçirə  bilər.  Açıq  səhmdar  cəmiyyəti  illik  hesabatını  və 
mühasibat  balansını  hamının  tanış  olması  üçün  hər  il  dərc 
etməyə borcludur. Qapalı səhmdar cəmiyyəti odur ki,  səhmləri 
ya l n ı z   o n u n   t ə s i s ç i l ə r i   a r a s ı n d a   v ə   ya   q a b a q c a d a n 
müəyyənləşdirilmiş  digər  şəxslər  dairəsində  yayılan  səhmdar 
cəmiyyətidir. Bu cür cəmiyyət buraxdığı səhmlərə açıq abunə 
yazılışı  apara  bilməz  və  ya  başqa  şəkildə  onları  əldə  edilmək 
üçün şəxslərin qeyri-məhdud dairəsinə təklif edə bilməz. 
1.2. Təşkilati-hüquqi formalara dair ümumi məsləhətlər. 
Bir  şirkətdə  təşkilatı  hüquqi  formaların  bir  neçəsi  cəmlənə 
bilərmi? Əvvəla qeyd edək ki, yuxarıda yazılanlardan da aydın 
olur  ki,  hüquqi  formaların  hər  biri  üçün  konkret  tələblər 
müəyyən  edilmişdir.  Hüquqi  şəxslər  yenidən  təşkil  olunma 
qaydasında birləşə, qoşula, ayrıla, çevrilə və bölünə bilərlər. Hər 
bir şirkətin tam adı olur və həmin adda onun təşkilati forması 
göstərilir.  Bir  neçə  formanın  eyni  zamanda  bir  şirkətdə 
cəmlənməsi, ona görə mümkün deyil ki, dövri olaraq şirkətlərdə 
dövlət  orqanları  tərəfindən  yoxlanışlar  həyata  keçirilir,  hə a 
bəzi  formalar  üçün  məcburi  audit  yoxlaması  nəzərdə 
173


tutulmuşdur.  Belə  yoxlanışlar  zamanı  şirkətlərin  maliyyə 
sənədləri və s. yoxlanılır. Bu yoxlanışlar zamanı ortaya çıxacaq 
uyğunsuzluqlar şirkət üçün ciddi nəticələrə səbəb ola bilər. 
Qeyd edək ki, mikrobiznes üçün ən münasib forma fərdi 
sahibkarlıq  və  məhdud  məsuliyyətli  cəmiyyət  hesab 
etdiyimiz  üçün  bundan  sonra  da  əsas  diqqəti  bu  iki  forma 
üzərində  cəmləyəcəyik.  Fərdi  sahibkarlıq  qaydasında  və  ya 
MMC  yaratmaqla  sahibkarlıq  fəaliyyəti  həyata  keçirərkən, 
nəzərə  alınmalı  əsas  məqamlardan  biri  də  nağd  pul 
hesablaşmalarını  nəzarət-kassa  aparatları  vasitəsilə  apar-
maqdır.  Əks  halda  ciddi  maliyyə  öhdəlikləri  yarana  bilər. 
Nəzarət-kassa  aparatlarının  satışını  hüquqi  şəxslər  həyata 
keçirirlər. Siz bu istiqamətdə fəaliyyət göstərən hüquqi şəxslərin 
hər hansı birindən nəzarət-kassa aparatını əldə edə bilərsiniz. 
Daha sonra onu vergi orqanında qeydiyyatdan keçirməlisiniz. 
Bunun  üçün  siz  Vergilər  Nazirliyi  tərəfindən  təsdiq  olunmuş 
formada  ərizə  ilə  fəaliyyət  göstərdiyiniz  yer  üzrə  vergi 
orqanlarına müraciət etməlisiniz. Vergi orqanı ərizənin verildiyi 
vaxtdan  5  gündən  gec  olmayaraq  təqdim  edəcəyiniz 
məlumatları  yoxlayıb  nəzarət-kassa  aparatını  qeydiyyatdan 
keçirir.  Əgər  müraciət  etsəniz,  nəzarət-kassa  aparatının 
qeydiyyatdan keçməsi barədə sizə Vergilər Nazirliyi tərəfindən 
təsdiq olunmuş qeydiyyat vərəqəsi verəcəklər.¹ Nəzarət-kassa 
aparatlarını online qaydada da qeydiyyata aldıra bilərsiniz.² 
Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, hüquqi şəxslər 
və  fərdi  sahibkarlar  nağd  pul  hesablaşmalarını  nəzarət-kassa 
aparatları vasitəsilə həyata keçirməlidirlər. Onu da qeyd edək ki, 
aşağıda sadəcə az vəsaitlə başlanıla biləcək sahibkarlıq fəaliyyət 
növlərini qeyd etmişik, belə ki vergi qanunvericiliyində siyahı 
bir qədər daha genişdir: 
174
h p://www.taxes.gov.az/modul.php?name=e-xidmetler
 buradan nəzarət kassa aparatlarının online qeydiyyata alınması 
başlığına basırsınız, Vergi orqanı tərəfindən sizə verilən istifadəçi adı, parol, şifrəni qeyd edərək xidmətə girişi təmin edə bilərsiniz. 
1
2
h p://www.e-qanun.az/framework/12920
 - buradan daha ətraflı məlumat ala bilərsiniz.
1.  lotereya  biletlərinin  satışı,  idman  mərc  oyunları  üzrə 
operator və satıcı tərəfindən həyata keçirilən fəaliyyət, 
2.sərnişin və yük daşıma (dəmir yolu, hava, su və avtomobil 
nəqliyyatı vasitəsilə) fəaliyyəti (oturacaq yerlərinin sayı 6-dan az 
olan  qanunvericiliyə  uyğun  olaraq  taksometr  tətbiq  edilməli 
taksilərdən başqa),
3.  Kənd  təsərrüfatı  məhsullarının  bazarlarda,  yarmar-
kalarda və səyyar qaydada satışı,
4. şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin 
fəaliyyəti, 
5.  rabitə  xidməti  (internet  klubların  fəaliyyəti  istisna 
olmaqla)
6. reklam xidməti, 
7. yaşayış və qeyri-yaşayış obyektlərinin kirayəyə verilməsi,
8. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri, 
9.  lift və təhlükəsizlik xidməti
10. kanalizasiya və sanitar təmizləmə xidməti,
11.  bədən tərbiyəsi və idman xidməti, 
12.  təhsil  müəssisələrinin  təhsillə  bağlı  olan  fəaliyyəti  və 
tədris kurslarının fəaliyyəti, 
13. avtomobil dayanacaqlarının fəaliyyəti,
14.    paltarların  kimyəvi  təmizlənməsi  və  boyanması, 
yuyulması, 
15. stasionar olmayan məntəqələrdə mərasim xidmətləri və 
bununla əlaqədar kirayə, 
16. cildləmə xidməti, 
17.  səyyar,  bazarlarda  və  digər  kütləvi  ticarət  yerlərində 
piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə 
satış fəaliyyəti və s.  
18. İşçilərin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən 
mebellərin  təmiri  və  hazırlanması,  foto,  audio-video  xidməti, 
ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının 
175




Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə