Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə84/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   80   81   82   83   84   85   86   87   ...   94

təmiri  və  fərdi  tikilişi,  saatların,  televizor,  soyuducu  və  digər 
məişət cihazlarının təmiri, nəqliyyat vasitələrinə texniki və digər 
xidmətlər,  bərbər  xidməti,  zərgərlik  və  metal  məmulatlarının 
təmiri və hazırlanması, nəqqaşlıq və rəssamlıq emalatxanaları 
və təmiri məntəqələrinin fəaliyyəti.
176
ərizənin forması üçün klikləyə bilərsiz: 
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=erize
 
3
II.  Hüquqi  şəxslərin  və  fərdi  sahibkarların  qeydiyyat 
qaydası.
Hüquqi şəxslərin yaradılması onların dövlət qeydiyyatına 
alınması ilə yekunlaşır. Bunun üçün qanunvericilikdə müəyyən 
tələblər nəzərdə tutulmuşdur. Belə ki, “Hüquqi şəxslərin dövlət 
qeydiyyatı  və  reyestri”  haqqında  Azərbaycan  Respublikası 
Qanununa əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun 
dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının 
vergi orqanlarına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir 
neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) 
müvafiq  qaydada  vəkil  etdiyi  şəxs  tərəfindən  imzalanır  və 
notariat qaydasında təsdiqlənir. Ərizədə aşağıdakılar göstərilir:
-  təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, 
soyadı,  atasının  adı,  yaşadığı  yer,  şəxsiyyətini  təsdiq  edən 
sənədin nömrəsi və verilmə tarixi;
-  ərizə  səlahiyyətli  şəxs  tərəfindən  imzalandıqda  habelə 
onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq 
edən  sənədin  nömrəsi  və  verilmə  tarixi  və  vəkalətnamə 
haqqında məlumatlar.
-  və  Vergilər  Nazirliyi  tərəfindən  təsdiq  edilən  ərizə 
formasında olan digər məlumatlar.³ 
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
-  təsis  sənədləri  –  hüquqi  şəxs  statusu  almaq  istəyən 
qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli 
nümayəndəsi  tərəfindən  təsdiq  edilmiş  nizamnaməsi,  həmin 
qurumun  təsis  edilməsi,  nizamnaməsinin  təsdiq  edilməsi  və 
idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis 
sənədləri Mülki Məcəllədə nəzərdə tutulmuş, habelə təsisçilər 
tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və 
bütün  təsisçilər  (və  ya  onların  səlahiyyətli  nümayəndələri) 
177


tərəfindən imzalanmalıdır);⁴
-  dövlət rüsumunun ödənilməsi haqqında sənəd;⁵
-  təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən 
sənədin surəti;
-  qanuni  təmsilçinin  təyin  edildiyi  halda,  onun 
şəxsiyyətini təsdiq edən sənədin surəti
Ərizə  surəti  ilə  birlikdə  təqdim  edilir.⁶  Ərizənin  əsli 
Vergilər Nazirliyində saxlanılır, surəti isə müraciət etmiş şəxsə 
qaytarılır.  Yerli  investisiyalı  məhdud  məsuliyyətli  cəmiyyətin 
elektron  dövlət  qeydiyyatı  xidməti  mövcuddur.  Bunun  üçün 
Vergilər  Nazirliyinin  elektron  informasiya  saytı  bazasında 
yerləşdirilmiş  ərizə  forması  doldurulmalıdır.⁷  Dövlət  qeydiy-
yatına alınmış hüquqi şəxsə Vergilər Nazirliyi tərəfindən onun 
dövlət  qeydiyyatına  alınmasını  təsdiq  edən  sənəd  -  dövlət 
qeydiyyatı haqqında şəhadətnamə verilir. Hüquqi şəxsin dövlət 
qeydiyyatı  haqqında  şəhadətnamə  və  dövlət  reyestrindən 
çıxarışı  hüquqi  şəxsin,  onun  filial  və  nümayəndəliyinin 
fərdiləşdirilməsi üçün əsasdır. 
Əgər  sahibkarlıq  fəaliyyəti  ilə  hüquqi  şəxs  yaratmadan 
məşğul  olmaq  istəyirsinizsə,  o  zaman  yuxarıdakı  sənədlərlə 
məşğul  olmağa  ehtiyac  yoxdur.  Şəxsiyyət  vəsiqənizin  əsli  ilə 
daimi yaşadığınız yerin vergi orqanına müraciət edirsiniz, ərizə 
forması  doldurursunuz  və  2  gün  ərzində  sizə  fiziki  şəxsin 
sahibkarlıq uçotu haqqında şəhadətnamə təqdim olunacaqdır. 
Bununla da fəaliyyətinizə başlaya bilərsiz. Fiziki şəxslərin vergi 
uçotu elektron qaydada da həyata keçirilə bilər.⁸   Bunun üçün 
elektron imza və ya asan imza almaq lazımdır.⁹ 
178
təsis sənədləri nümunələri ilə tanış olmaq üçün klikləyin: 
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=nizamla
 
rüsumların məbləği ilə tanış olmaq üçün 
 -də maddə 20-yə baxa bilərsiniz.
h p://www.e-qanun.az/framework/2860
ərizənin doldurulma qaydası ilə tanış olmaq üçün klikləyin: 
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=sened
 
ərizənin forması üçün klikləyin: 
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=erize
h p://vn.taxes.gov.az/reqlament/7.4.pdf
 fərdi sahibkarların elektron qaydada qeydiyyata alınması qaydası ilə bağlı 
reqlamentlə buradan tanış ola bilərsiz. 
h ps://www.e-gov.az/az/login/index 
keçid vasitəsilə elektron imza və ya asan imza almaq qaydası ilə tanış ola bilərsiz.
4
5
6
7
8
9
h p://www.asan.gov.az/az/content/tree/235/kommersiya_huquqi_sexslerin_ve_vergi_odeyicilerinin_qeydiyyati 
lazım olan 
sənədlərin siyahısı ilə tanış ola bilərsiz.
10
Vergi  ödəyicilərin  və  hüquqi  şəxslərin  qeydiyyata 
alınması ASAN Xidmət mərkəzlərində də həyata keçirilir. ¹⁰
III. Vergi dərəcələri, ödəmə qaydası, hesabatlıq.
Əgər  sahibkarlıq  fəaliyyəti  ilə  hüquqi  şəxs  yaradaraq 
məşğul olmaq istəyirsinizsə, o zaman fəaliyyət istiqamətinizdən 
və dövriyyənizin həcmindən asılı olaraq vergi qanunvericiliyi 
ilə  nəzərdə  tutulmuş  mənfəət  vergisi,  əlavə  dəyər  vergisi, 
aksizlər,  torpaq  vergisi  və  ya  sadələşdirilmiş  vergi  ödəyicisi 
olacaqsınız. Lakin, bu o demək deyil ki, hər hansı formada vergi 
ödəyicisi  kimi  qeydiyyata  alınmısızsa,  digər  vergilərdən 
azadsınız  (sadələşdirilmiş  vergi  ilə  bağlı  hal  istisna  olmaqla). 
Belə  ki,  fəaliyyətinizin  istiqamətinə  və  dövriyyənizin 
həcmindən asılı olaraq eyni zamanda bir neçə vergi ödəyicisi ola 
bilərsiniz.
Sadələşdirilmiş  vergi.  Əgər  şəxs  ƏDV  ödəyicisi  kimi 
qeydiyyata  alınmayıbsa  və  12  aylıq  dövrün  istənilən  ayında 
gəliri  200.000  manat  və  ondan  azdırsa  bu  zaman  o 
sadələşdirilimiş  vergi  ödəyicisi  olmaq  hüququna  malikdir. 
Həmçinin, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq 
dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan 
ticarət və (və ya) ictimai iaşə (yəni, kafe, restoran, yeməkxana, 
çayxana,  qəlyanaltı  və  s.)    fəaliyyəti  ilə  məşğul  olan  şəxslər 
sadələşdirilmiş  vergi  ödəyicisi  olmaq  hüququna  malikdirlər. 
Əgər  şəxs  mal  satılmasından,  iş  görülməsindən  və  xidmət 
göstərilməsindən vəsait əldə edirsə, bu zaman Bakı şəhərində 
həmin  vəsaitin  4%-i,  digər  regionlarda  isə  2%-i  miqdarında 
sadələşdirilmiş  vergi  ödəyəcəkdir.  Vergi  tutulan  əməliyyat-
larının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 
200.000  manatdan  artıq  olan  ticarət  və  (və  ya)  ictimai  iaşə 
179


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə