Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə86/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   82   83   84   85   86   87   88   89   ...   94

fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  ticarət  fəaliyyəti  üzrə  6%, 
ictimai iaşə fəaliyyəti üzrə 8% sadələşdirilmiş vergi ödəyirlər. 
Vergi  dərəcələri  bütün  məbləğə  şamil  edilir.  Sadələşdirilmiş 
vergi  ödəyən  hüquqi  şəxs  ƏDV,  mənfəət  vergisi  və  əmlak 
vergisi, fərdi sahibkarlar isə gəlir vergisi və ƏDV ödəməkdən 
azaddırlar. Məhz bu amil kiçik bizneslərin böyük əksəriyyətinin 
bu vergi rejimini tətbiq etməsinə rəvac verir. Vergi ödəyiciləri 
qanunla  müəyyən  olunmuş  müddətdə  vergi  orqanına 
bəyannamələr təqdim etməlidirlər.¹¹ 
Hüquqi  şəxslərin  mənfəət  vergisi.  Azərbaycan 
Respublikasında  rezident  və  qeyri-rezident  müəssisələr 
mənfəət  vergisinin  ödəyiciləridir.  Rezident  müəssisə  üçün 
vergitutma  obyekti  onun  mənfəətidir.  Mənfəət  isə  vergi 
ödəyicisinin  bütün  gəlirləri  ilə  gəlirdən  çıxılan  xərclər 
arasındakı fərqdir. Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi 
ilə vergi tutulur. Mənfəət vergisi zamanı gəlirdən çıxılan xərclər 
vergi qanunvericiliyində öz əksini tapmışdır.¹² Bu vergi əsasən 
iri  bizneslərdə  tətbiq  olunur.  Bunun  üçün  olduqca  peşəkar 
mühasibat və maliyyə xidmətlərindən istifadə edilməlidir. 
Əlavə  dəyər  vergisi.  Vergi  qanunvericiliyinə  görə  
sahibkarlıq  fəaliyyəti  göstərən  və  ardıcıl  12  aylıq  dövrün 
istənilən  ayında  (aylarında)  vergi  tutulan  əməliyyatlarının 
həcmi  200.000  manatdan  artıq  olan  şəxslər  ƏDV  məqsədləri 
üçün məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən 
ayında (aylarında) vergi tutulan  əməliyyatların  həcmi 200.000 
manatdan artıq olduqda növbəti ayın birinci günündən ƏDV-
nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 
ƏDV-nin  dərəcəsi  hər  vergi  tutulan  əməliyyatın  və  hər  vergi 
tutulan idxalın dəyərinin 18 faizidir (məs, satılan malın dəyəri 
180
Bəyannamə təqdim etməli olan şəxslərin dairəsi və bəyannamələrin təqdim olunma müddətləri ilə buradan tanış ola 
bilərsiz:  
= , 
h p://www.taxes.gov.az/modul.php?name=beyanname&lang
h p://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=2&lang
= , və buradan bəyannamələrin nümunələri ilə tanış ola 
bilərsiz: 

h p://www.taxes.gov.az/modul.php?name=beyanname&cat=4&lang
 
 IX-X fəsillər
h p://www.e-qanun.az/code/12
11
12
 
  həmin hallara maddə 165-dən baxa bilərsiniz. 
h p://www.e-qanun.az/code/12
 
  - Vergi Məcəlləsi
h p://www.e-qanun.az/code/124
13
14
900  manatdırsa,  bu  zaman  162  manat  ƏDV  ödəyəcəksiniz).  
Bununla yanaşı vergi qanunvericiliyində ƏDV-nin 0 dərəcə ilə 
hesablandığı hallar da müəyyən edilmişdir.¹³  Bu vergi növü də 
əsasən dövriyyəsi böyük olan şirkətlər üçün əlverişlidir. 
Aksizlər.  Aksiz  -  aksizli  malların  satış  qiymətinə  daxil 
edilən  vergidir.  Azərbaycan  Respublikası  ərazisində  aksizli 
malların istehsalı və ya idxalı ilə məşğul olan bütün müəssisələr 
və  fiziki  şəxslər  aksiz  ödəyiciləri  hesab  olunurlar.  Aksizli 
malların  ixracı  sıfır  dərəcəsi  ilə  vergiyə  cəlb  olunur.  Aksizli 
mallara bunlar aiddir: içməli spirt, pivə və spirtli içkilərin bütün 
növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri 
(xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı 
avtonəqliyyat vasitələri istisna olmaqla) və s. Bu malların hər biri 
üçün  tətbiq  olunan  vergi  dərəcəsi  Vergi  Məcəlləsinin  190-cı 
maddəsində öz əksini tapmışdır.¹⁴ 
Əmlak və torpaq vergisi. Əmlakınız varsa (hüquqi şəxs 
yaratmaqla sahibkarlıq fəaliyyəti həyata keçirəcəksinizsə), onun 
orta  illik  dəyərinin  müəyyən  hissəsi  qədər  əmlak  vergisi 
(sadələşdirilmiş  vergi  ödəyicisi  deyilsinizsə)  ödəyəcəksiniz. 
Misgərlik,  qalayçılıq,  dulusçuluq  və  saxsı  məmulatlarının, 
təsərrüfat  müxəlləfatının,  bağçılıq-bostançılıq  alətlərinin,  xalq 
musiqi  alətlərinin,  oyuncaqların,  suvenirlərin,  qamışdan  və 
qarğıdan  məişət  əşyalarının  düzəldilməsi,  keramika 
məmulatlarının  bədii  işlənməsi,  bədii  tikmə,  ağac  material-
lardan  məişət  alətlərinin  hazırlanması  sahəsində  hüquqi  şəxs 
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 
sənətkarlıq  emalatxanalarının  binaları  və  ya  binaların  bu 
emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.
Kənd  təsərrüfatı  məhsullarının  istehsalı  ilə  məşğul  olan 
hüquqi  və  fiziki  şəxslər  həmin  fəaliyyət  prosesində  istifadə 
181


olunan  əmlaka  görə  2014-cü  il  yanvarın  1-dən  5  il  müddətinə 
əmlak vergisini ödəməkdən azaddırlar. Müəssisələr isə əmlak 
vergisi ödəyərkən əmlakın orta illik qalıq dəyəri əsas götürülür. 
Bu  zaman  hesabat  ilinin  əvvəlinə  olan  qalıq  dəyərlə  hesabat 
ilinin sonuna olan qalıq dəyər toplanaraq 2-yə bölünür. Alınan 
dəyərin 1%-i miqdarında əmlak vergisi ödəyir. 
Torpaq  vergisi.  Torpaq  mülkiyyətçilərinin  və  ya 
istifadəçilərinin  təsərrüfat  fəaliyyətinin  nəticələrindən  asılı 
olmayaraq  torpaq  sahəsinə  görə  hər  il  sabit  tədiyə  şəklində 
hesablanır.  Azərbaycan  Respublikasının  ərazisində 
mülkiyyətində  və  ya  istifadəsində  torpaq  sahələri  olan  fiziki 
şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Torpaq 
vergisinin  dərəcəsi  kənd  təsərrüfatı  torpaqları  üzrə  1  şərti  bal 
üçün 0,06 manat müəyyən edilir. 
IV. Sosial müdafiə və digər ödənişlər.
Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  mülkiy-
yət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunve-
riciliyə  uyğun  olaraq  yaradılmış  hüquqi  şəxs  statusunda  olan 
müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, 
habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər  
sığortaedənlər hesab olunurlar (məsələn, fərdi sahibkar özünü, 
köməkçi  kimi  cəlb  etdiyi  işçiləri  beləcə  sığortalamalıdır). 
Əvvəlcə  onu  qeyd  edək  ki,  Əmək  Məcəlləsinin  bütün 
müddəaları fərdi sahibkarlara da aiddir.
Əgər  siz  hüquqi  şəxs  yaradırsınızsa,  bu  zaman  vergi 
orqanında qeydiyyata alınan zaman sizin uçot məlumatlarınız 
vergi orqanı tərəfindən DSMF-yə göndəriləcəkdir. Bu zaman siz 
sığortaedən  kimi  uçota  alınmış  olacaqsınız  və  məcburi  dövlət 
sığorta  haqqı  ödəmək  öhdəliyiniz  yaranacaq.  Eləcə  də  fərdi 
sahibkar kimi VÖEN əldə edərkən də məlumatlarınız DSMF-yə 
göndərilir  və  bir  ay  ərzində  sizə  sosial  sığorta  şəhadətnaməsi 
182
təqdim olunur. Məcburi dövlət sosial sığortasında sığorta haqqı 
əmək  ödənişinə  (gəlirə)  nisbətdə  faizlə  müəyyən  edilir  və 
sığortaedənin (olunanın) vəsaiti hesabına ödənilir. Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış 
hüquqi  şəxs  statusunda  olan  müəssisə,  idarə  və  təşkilatlar, 
onların  filial  və  nümayəndəlikləri,  habelə  başqasını  sosial 
sığorta  edən  şəxslər  üçün  hesablanmış  əməyin  ödənişi 
fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər 
gəlirlərinin  22  faizi  miqdarında  məcburi  dövlət  sosial  sığorta 
haqqı  ödəyirlər.  Fərdi  sahibkar  işçi  cəlb  etdiyi  zaman  onlarla 
əmək müqaviləsi bağlamalı və hər işçiyə görə hesablanmış əmək 
haqqının  3%-i  məbləğində  DSMF-yə  məcburi  dövlət  sosial 
sığorta  haqqı  ödəməlidir.  Əgər  ticarət  və  tikinti  sahəsində 
sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olacaqsınızsa,  o  zaman 
minimum əmək haqqının 50% miqdarının Bakıda 100%, Gəncə 
və  Sumqayıtda  90%,  digər  respublika  tabeli  şəhərlərdə  80%-i 
miqdarında sosial sığorta haqqı ödəyəcəksiniz. Əgər tikinti və 
ticarətdən  başqa  digər  sahələrdə  sahibkarlıq  fəaliyyəti 
göstərəcəksinizsə,  o  zaman  yuxarıda  sadalanan  faizlər 
minimum əmək haqqının 20% miqdarından tutulacaq. 
Sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb və 
hər  il  hesablanmış  və  ödənilmiş  məcburi  dövlət  sosial  sığorta 
haqqı  və  digər  daxil  olan  məbləğlər  barədə  hesabat  təqdim 
edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci 
ayın 20-dən gec olmayaraq (yəni, aprelin, iyulun, oktyabrın və 
yanvarın 20-dək) və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına 
təqdim  edilməlidir.  İllik  hesabat  hər  il  üçün  növbəti  ilin  mart 
ayının 1-nə kimi təqdim edilməlidir.
Sığortaedənlər  hesabatları  elektron  qaydada  təqdim 
etmək imkanlarına malikdirlər. Bunun üçün əvvəlcə DSMF-nin 
rəsmi  saytına  (www.sspf.gov.az)  daxil  olub  “Elektron 
xidmətlər”  bəndi  və  “interaktiv  xidmətlər”  bölməsində  isə 
183


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə