Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.

səhifə87/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

olunan  əmlaka  görə  2014-cü  il  yanvarın  1-dən  5  il  müddətinə 
əmlak vergisini ödəməkdən azaddırlar. Müəssisələr isə əmlak 
vergisi ödəyərkən əmlakın orta illik qalıq dəyəri əsas götürülür. 
Bu  zaman  hesabat  ilinin  əvvəlinə  olan  qalıq  dəyərlə  hesabat 
ilinin sonuna olan qalıq dəyər toplanaraq 2-yə bölünür. Alınan 
dəyərin 1%-i miqdarında əmlak vergisi ödəyir. 
Torpaq  vergisi.  Torpaq  mülkiyyətçilərinin  və  ya 
istifadəçilərinin  təsərrüfat  fəaliyyətinin  nəticələrindən  asılı 
olmayaraq  torpaq  sahəsinə  görə  hər  il  sabit  tədiyə  şəklində 
hesablanır.  Azərbaycan  Respublikasının  ərazisində 
mülkiyyətində  və  ya  istifadəsində  torpaq  sahələri  olan  fiziki 
şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Torpaq 
vergisinin  dərəcəsi  kənd  təsərrüfatı  torpaqları  üzrə  1  şərti  bal 
üçün 0,06 manat müəyyən edilir. 
IV. Sosial müdafiə və digər ödənişlər.
Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  mülkiy-
yət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunve-
riciliyə  uyğun  olaraq  yaradılmış  hüquqi  şəxs  statusunda  olan 
müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, 
habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər  
sığortaedənlər hesab olunurlar (məsələn, fərdi sahibkar özünü, 
köməkçi  kimi  cəlb  etdiyi  işçiləri  beləcə  sığortalamalıdır). 
Əvvəlcə  onu  qeyd  edək  ki,  Əmək  Məcəlləsinin  bütün 
müddəaları fərdi sahibkarlara da aiddir.
Əgər  siz  hüquqi  şəxs  yaradırsınızsa,  bu  zaman  vergi 
orqanında qeydiyyata alınan zaman sizin uçot məlumatlarınız 
vergi orqanı tərəfindən DSMF-yə göndəriləcəkdir. Bu zaman siz 
sığortaedən  kimi  uçota  alınmış  olacaqsınız  və  məcburi  dövlət 
sığorta  haqqı  ödəmək  öhdəliyiniz  yaranacaq.  Eləcə  də  fərdi 
sahibkar kimi VÖEN əldə edərkən də məlumatlarınız DSMF-yə 
göndərilir  və  bir  ay  ərzində  sizə  sosial  sığorta  şəhadətnaməsi 
182
təqdim olunur. Məcburi dövlət sosial sığortasında sığorta haqqı 
əmək  ödənişinə  (gəlirə)  nisbətdə  faizlə  müəyyən  edilir  və 
sığortaedənin (olunanın) vəsaiti hesabına ödənilir. Azərbaycan 
Respublikasının  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış 
hüquqi  şəxs  statusunda  olan  müəssisə,  idarə  və  təşkilatlar, 
onların  filial  və  nümayəndəlikləri,  habelə  başqasını  sosial 
sığorta  edən  şəxslər  üçün  hesablanmış  əməyin  ödənişi 
fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər 
gəlirlərinin  22  faizi  miqdarında  məcburi  dövlət  sosial  sığorta 
haqqı  ödəyirlər.  Fərdi  sahibkar  işçi  cəlb  etdiyi  zaman  onlarla 
əmək müqaviləsi bağlamalı və hər işçiyə görə hesablanmış əmək 
haqqının  3%-i  məbləğində  DSMF-yə  məcburi  dövlət  sosial 
sığorta  haqqı  ödəməlidir.  Əgər  ticarət  və  tikinti  sahəsində 
sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olacaqsınızsa,  o  zaman 
minimum əmək haqqının 50% miqdarının Bakıda 100%, Gəncə 
və  Sumqayıtda  90%,  digər  respublika  tabeli  şəhərlərdə  80%-i 
miqdarında sosial sığorta haqqı ödəyəcəksiniz. Əgər tikinti və 
ticarətdən  başqa  digər  sahələrdə  sahibkarlıq  fəaliyyəti 
göstərəcəksinizsə,  o  zaman  yuxarıda  sadalanan  faizlər 
minimum əmək haqqının 20% miqdarından tutulacaq. 
Sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb və 
hər  il  hesablanmış  və  ödənilmiş  məcburi  dövlət  sosial  sığorta 
haqqı  və  digər  daxil  olan  məbləğlər  barədə  hesabat  təqdim 
edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci 
ayın 20-dən gec olmayaraq (yəni, aprelin, iyulun, oktyabrın və 
yanvarın 20-dək) və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına 
təqdim  edilməlidir.  İllik  hesabat  hər  il  üçün  növbəti  ilin  mart 
ayının 1-nə kimi təqdim edilməlidir.
Sığortaedənlər  hesabatları  elektron  qaydada  təqdim 
etmək imkanlarına malikdirlər. Bunun üçün əvvəlcə DSMF-nin 
rəsmi  saytına  (www.sspf.gov.az)  daxil  olub  “Elektron 
xidmətlər”  bəndi  və  “interaktiv  xidmətlər”  bölməsində  isə 
183


“Məcburi  dövlət  sosial  sığortası  üzrə  hesabatların  və 
məlumatların təqdim olunması”  xidməti seçilməlidir.  Ekranın 
sağ tərəfində “Kömək”   düyməsini basmaqla qeydiyyatla bağlı 
zəruri  məlumatları  əldə  edin,  daha  sonra  “Yeni  istifadəçinin 
qeydiyyatı”  düyməsini  basmaqla  ərizə  formasını  elektron 
formada  doldurulmalıdır.  Qeydiyyatdan  keçirdikdən  sonra 
istifadəçi kodunu, parolu və şifrəni almaq üçün uçotda aparılan 
DSMF-nin yerli orqanına müraciət edilməlidir. İstifadəçi kodu, 
parol  və  şifrə  alındıqdan  sonra  DSMF-nin  rəsmi  saytına 
(www.sspf.gov.az) daxil olub “Elektron xidmətlər” bəndini və 
“interaktiv  xidmətlər”  bölməsində  isə  “Məcburi  dövlət  sosial 
sığortası üzrə hesabatların və məlumatların təqdim olunması”  
xidmətindən istifadə edərək hesabatlar müvafiq qaydada tərtib 
edilə və elektron qaydada göndərilə bilər.
V. Dövlət orqanları tərəfindən yoxlamalar.
Əvvəlcə  onu  qeyd  edək  ki,  sahibkarların  istehsal 
qabiliyyətini,  istehsal  olunan  malların,  görülən  işlərin, 
göstərilən  xidmətlərin  keyfiyyətini  artırmaq,  bazar 
iqtisadiyyatının inkişafına dəstək olmaq məqsədilə 2015-ci ilin 
10  oktyabr  tarixində  Milli  Məclis  tərəfindən  “Sahibkarlıq 
sahəsində  yoxlamaların  dayandırılması  haqqında”  Qanun 
qəbul  olundu.  Həmin  qanuna  görə  sözügedən  sahədə 
yoxlamalar  2  il  müddətinə  dayandırılır.  Yalnız  vergi 
yoxlamaları,  insanların  həyat  və  sağlamlığına,  dövlətin 
təhlükəsizliyinə  və  iqtisadi  maraqlarına  mühüm  təhlükə 
yaradan  hallar  üzrə  yoxlamalar  aparıla  bilər.  Həmin  qanun 
korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan 
Respublikasının  Baş  Prokurorluğu  tərəfindən  aparılan 
yoxlamalara da şamil edilmir. Sahibkarda plan üzrə (növbəti) 
yoxlamaların  aparılması  dövriliyi  onun  aid  olduğu  risk 
qrupundan  asılıdır.  Risk    sahibkarın  fəaliyyəti  nəticəsində 
184
insanların  həyat  və  ya  sağlamlığına,  ətraf  mühitə  və  dövlətin 
əmlak  maraqlarına  zərərin  vurulması  ehtimalıdır.  Sahibkarlıq 
sahəsində  aparılan  yoxlamaların  tənzimlənməsi  və 
sahibkarların  maraqlarının  müdafiəsi  haqqında  Azərbaycan 
Respublikasının  qanununa  görə  risk  qrupları  yüksək,  orta  və 
aşağı  olmaqla  qruplaşdırılır.  Sahibkarların  risk  qrupları  üzrə 
bölgüsü  risk  qruplarının  müəyyənləşdirilməsi  meyarları 
əsasında  yoxlayıcı  orqan  tərəfindən  onun  nəzarət  sahəsinə 
uyğun  aparılır.  Buna  görə  də,  sahibkar  müvafiq  yoxlamaları 
aparan orqanın qərarı ilə tanış olmaqla hansı risk qrupuna aid 
olduğunu  öyrənə  bilər.  Risk  qruplarının  müəyyənləşdirilməsi 
meyarları  sahibkarların  fəaliyyətinin  kəmiyyət  və  (və  ya) 
keyfiyyət göstəriciləri (xüsusiyyətləri) əsasında müəyyən edilir 
və bu zaman aşağıdakı amillər nəzərə alınır:
-  sahibkarın fəaliyyətinin miqyası;
-  sahibkarın müvafiq sahədə fəaliyyət göstərdiyi müddət;
-  sahibkar  tərəfindən  istehsal  edilən  məhsulun  (görülən 
işin,  göstərilən  xidmətin)  xüsusiyyətləri  və  (və  ya)  onun 
fəaliyyət sahəsi;
-  müxtəlif  statistik  məlumatlar  (sahibkarın  fəaliyyət 
sahəsində  mənfi  fəsadların  baş  verməsi,  sahibkarın  fəaliyyət 
göstərdiyi sahədə məcburi tələblərin pozulması vəziyyəti və s.);
-  sahibkarda əvvəllər aparılmış yoxlamaların nəticələri;
-  sahibkarın icbari hesabatlılığında uyğunsuzluqların və 
ziddiyyətlərin olması.
Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın 
başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın 
aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı 
sahibkarın  və  yoxlayıcı  orqanın  hüquq  və  vəzifələrinin  izahı 
göndərilir.  Plandankənar  (növbədənkənar )  yoxlamanın 
aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an 
təqdim  edilir.  Yoxlama  yalnız  onun  aparılması  haqqında 
185




Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə