Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə89/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   86   87   88   89   90   91   92   93   94

qərarda  göstərilən  yoxlayıcı  (yoxlayıcılar)  tərəfindən  aparılır. 
Yoxlama  başlamazdan  əvvəl  yoxlayıcı  xidməti  vəsiqəsini, 
yoxlamanın  aparılması  haqqında  qərarın  surətini  və 
yoxlamanın  yoxlamaların  vahid  məlumat  reyestrində 
qeydiyyata  alınması  barədə  çıxarışı  sahibkara  və  ya  onun 
səlahiyyətli  nümayəndəsinə  təqdim  edir,  yoxlamanın  hüquqi 
əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq 
və  vəzifələri  haqqında  məlumat  verir.  Odur  ki,  yoxlama 
aparılması haqqında qərarda yoxlama aparma səlahiyyəti olan 
şəxslə vəsiqə təqdim edən şəxsin eyni olduğuna diqqət yetirin. 
Həmçinin  yoxlayıcı  orqan  yoxlamadan  əvvəl  yoxlamanı 
Ədliyyə nazirliyində yoxlamaların vahid reyestrinə salmalıdır.¹⁵ 
Əks halda həmin yoxlamanın hüquqi nəticəsi əsassız olur. Sizə 
düşən  isə,  yoxlayıcı  orqandan  həmin  reyestrdən  çıxarışı  tələb 
etməkdir.  Əgər  çıxarış  yoxdursa,  yoxlama  aparıla  bilməz. 
Göstərilən  sənədlər  təqdim  edilmədikdə  və  ya  yoxlamanın 
aparılması  haqqında  qərarda  və  yoxlamaların  vahid  məlumat 
reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət 
edilmədikdə, yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə 
bilərsiniz. 
Yüksək  risk  qrupuna  aid  edilən  sahibkara  münasibətdə 
ildə  bir  dəfədən  çox  olmayaraq,  orta  risk  qrupuna  aid  edilən 
sahibkara münasibətdə iki ildə bir dəfədən çox olmayaraq, aşağı 
risk  qrupuna  aid  edilən  sahibkara  münasibətdə    üç  ildə  bir 
dəfədən  çox  olmayaraq  yoxlamalar  həyata  keçirilir.  Yeyinti 
məhsullarının  təhlükəsizliyinə  nəzarət  sahəsində  plan  üzrə 
(növbəti) yoxlamalar aşağıdakı dövriliklə aparılır: yüksək risk 
qrupuna  aid  edilən  sahibkarlara  münasibətdə  altı  ayda  bir 
dəfədən  çox  olmayaraq,  orta  risk  qrupuna  aid  edilən 
sahibkarlara münasibətdə ildə bir dəfədən çox olmayaraq, aşağı 
risk  qrupuna  aid  edilən  sahibkarlara  münasibətdə  iki  ildə  bir 
186
 
 
h p://www.yoxlama.gov.az
15
 Əsaslara 
 -də maddə 16-ya baxa bilərsiniz. 
h p://www.e-qanun.az/framework/26449
16
dəfədən  çox  olmayaraq.  Plan  üzrə  (növbəti)  yoxlamanın 
müddəti  iri  sahibkarlarda  on  iş  günündən,  orta  və  kiçik 
sahibkarlarda beş iş günündən artıq olmamalıdır. Plandankənar 
(növbədənkənar) yoxlamanın müddəti iri sahibkarlarda beş iş 
günündən,  orta  və  kiçik  sahibkarlarda  üç  iş  günündən  artıq 
olmamalıdır.  Plandankənar  yoxlamaların  aparılması  üçün 
qanunla əsaslar müəyyən edilmişdir.¹⁶
Vergi  orqanları  vergilərin  tam  və  vaxtında  yığılmasını 
təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.  Vergi 
orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar 
ola  bilər.  Kameral  vergi  yoxlaması  vergi  orqanı  tərəfindən 
yerlərə vergilərin hesablanmasını və ödənilməsini özündə əks 
etdirən  və  vergi  ödəyicisinin  fəaliyyəti  haqqında  vergi 
orqanında  olan  sənədlər  və  mənbəyi  məlum  olan  məlumatlar 
əsasında  keçirilir.  Kameral  vergi  yoxlaması  vergi  ödəyicisi 
tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan 
sənədlərin  vergi  orqanına  təqdim  edildiyi  gündən  30  gün 
müddətində  keçirilir.  Səyyar  vergi  yoxlaması  vergi  orqanının 
qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti 
və  növbədənkənar  ola  bilər.  Növbəti  səyyar  vergi  yoxlaması 
keçirildikdə,  vergi  orqanı  tərəfindən  vergi  ödəyicisinə  vergi 
yoxlamasının  başlanmasından  azı  15  gün  əvvəl  yazılı  bildiriş 
göndərilir.  Vergi  ödəyicisinə  göndərilən  bildirişdə  vergi 
yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi 
orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar 
vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir. Səyyar 
vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna 
hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar 
vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla 
bilər.  Növbədənkənar  vergi  yoxlaması  vergi  orqanları 
tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:
187


-   verginin hesablanması və ödənilməsi üçün zəruri olan 
vergi  hesabatı  sənədləri  müəyyən  edilmiş  müddətdə  və  bu 
barədə  vergi  orqanının  xəbərdarlığından  sonra  da  təqdim 
edilmədikdə,
-  vergi  yoxlamasının  nəticələri  üzrə  tərtib  edilmiş  aktda 
dürüst  olmayan  və  (və  ya)  təhrif  olunmuş  məlumatlar  aşkar 
edildikdə, 
-  ƏDV  üzrə  artıq  ödənilmiş  vergi,  faiz  və  maliyyə 
sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının 
ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin 
hesabına  aid  edildikdə,  (bu  halda  növbədənkənar  vergi 
yoxlaması  yalnız  vergi  ödəyicisinin  ƏDV-yə  cəlb  edilən 
əməliyyatları üzrə aparıla bilər),
-  artıq  ödənilmiş  vergilərin,  faizlərin  və  maliyyə 
sanksiyalarının  qaytarılması  barədə  vergi  ödəyicisinin  ərizəsi 
daxil olduqda, 
-  vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı 
məlumat  əsasında  vergi  ödəyicisinin  gəlirlərinin  və  ya 
vergitutma  obyektinin  gizlədilməsinin  (azaldılmasının) 
əlamətləri müəyyən edildikdə, 
-  cinayət  prosesual  qanunvericiliyinə  uyğun  olaraq 
məhkəmənin  və  ya  hüquq  mühafizə  orqanlarının  vergi 
yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda,
-    vergi  nəzarətinin  həyata  keçirilməsi  və  Azərbaycan 
Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə 
əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər 
və  ya  onların  lazımi  qaydada  təsdiq  edilmiş  surətləri  20  gün 
müddətdə  təqdim  edilmədikdə  və  ya  dürüst  olmayan,  yaxud 
təhrif olunmuş məlumatlar təqdim edildikdə
-  vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən 
təşkil  edilməsi  və  ya  fiziki  şəxsin  hüquqi  şəxs  yaratmadan 
sahibkarlıq  fəaliyyətinə  xitam  verilməsi  barədə  müraciəti 
188
olduqda, 
-  vergi  yoxlamasının  nəticələri  ilə  razılaşmayan  vergi 
ödəyiciləri  növbədənkənar  səyyar  vergi  yoxlamasının 
keçirilməsini  yazılı  şəkildə  tələb  etdikdə  (bu  halda 
növbədənkənar  səyyar  vergi  yoxlaması  vergi  orqanlarının 
əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə 
bilməz).
Operativ vergi nəzarəti və xronometraj metodu ilə vergi 
müşahidəsi  də  vergilər  orqanları  tərəfindən  həyata  keçirilir. 
Operativ  vergi  nəzarəti  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan 
hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, 
yaxud  vergi  tutulan  obyektlərin  və  ya  əmtəə-material 
ehtiyatlarının  saxlanılması  ilə  bağlı  olan  anbar,  ticarət  və  bu 
qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları 
(sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq 
fəaliyyəti  ücün  istifadə  edilməyən  şəxsi  nəqliyyat  vasitələri 
istisna olmaqla) həyata keçirilir və qanunla müəyyən olunmuş 
halları  aşkar  etmək  üçün  aparılır.    Xronometraj  metodu  ilə 
müşahidə  operativ  vergi  nəzarəti  növü  olmaqla  istehsal 
həcminin  və  ya  satış  dövriyyəsinin  müəyyənləşdirilməsi  və 
dəqiqləşdirilməsi  məqsədi  ilə  vergi  ödəyicilərinin  gəlir 
götürmək  üçün  istifadə  etdikləri,  yaxud  vergi  tutulan 
obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və 
digər binalarında (ərazilərində) aparılır.¹⁷
Dərman  vasitələrinin  keyfiyyəti,  təhlükəsizliyi  qayda-
larına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət 
edilməsinin  Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi 
tərəfindən  yoxlanılması,  fitosanitar  tələblərə,  qaydalara 
uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun 
Azərbaycan  Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi 
tərəfindən  yoxlanılması,  təbii  qaz,  su  təchizatı,  elektrik  və  ya 
189
Daha ətraflı  
 -də maddə 50 və 50-1-ə baxa bilərsiniz. 
www.e-qanun.az/code/12
17


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə