Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.

səhifə92/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
1   ...   86   87   88   89   90   91   92   93   94

müəllif  (müəlliflər)  və  adına  patent  verilməsi  xahiş  edilən 
hüquqi və ya fiziki şəxs (şəxslər), həmçinin onların yerləşdiyi və 
ya  yaşadığı  yer  göstərilməklə  patent  verilməsi  barədə  ərizə, 
məmulatın  zahiri  görkəmi  barədə  müfəssəl  təsəvvür  yaradan 
fotoşəkil  dəsti,  maket  və  ya  rəsm,  sənaye  nümunəsinin 
mahiyyətini  açıqlamaq  zəruri  olduqda  məmulatın  ümumi 
görkəminin  çertyojları,  erqonomik  sxemi,  konfeksiya  xəritəsi, 
sənaye nümunəsinin mühüm əlamətlərini əks etdirən təsviri.
İddia ərizəsi Komitəyə daxil olduğu gündən 1 ay ərzində 
sənədlərin ilkin ekspertizası aparılır. İddia sənədində göstərilən 
obyektin  qanunvericiliyin  tələblərinə  uyğunluğu  ekspertiza 
nəticəsində müəyyənləşdirildikdə iddia sənədinin müvafiq icra 
hakimiyyəti orqanının rəsmi bülletenində dərc olunması barədə 
qərar qəbul edilir və  iddia sənədi üzrə materiallar dərc olunur. 
Patent  verilməsindən  imtina  edilməsi  haqqında  qərar 
çıxarılarkən bu barədə Apellyasiya Şurasına şikayət verilə bilər.  
Azərbaycan  Respublikası  ərazisində  patentin  qüvvədə  olma 
müddəti  iddia  sənədinin  müvafiq  icra  hakimiyyəti  orqanına 
verildiyi  gündən  etibarən  aşağıdakı  kimi  müəyyənləşdirilir, 
ixtira  üçün    20  il,  faydalı  model  üçün  10  il,  sənaye  nümunəsi 
üçün 10 il. Onu da qeyd edək ki, patent və ya əmtəə nişanları və 
coğrafi göstəricilər üçün qeydiyyat şəhadətnaməsinin alınması 
üçün iddia sənədləri elektron qaydada təqdim oluna bilər.²¹
Əgər siz bazara yeni mal (xidmət, iş) çıxaracaqsınızsa, bu 
zaman  həmin  malı  əmtəə  nişanı  vasitəsilə  haqsız  rəqabətdən 
qoruya  bilərsiniz.  Əmtəə  nişanı  sahibkarın  əmtəələrini  və  ya 
xidmətlərini  digər  sahibkarın  əmtəələrindən  və  ya  xidmətlə-
rindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların 
hər hansı bir uzlaşmasıdır. Əmtəə nişanını qeydiyyata aldırmaq 
üçün eynilə patent alarkən olduğu kimi, şəxs Standartlaşdırma, 
Metrologiya  və  Patent  üzrə  Dövlət  Komitəsinə  iddia  ərizəsi 
192
h p://www.e-xidmet.azstand.gov.az
 elektron müraciət üçün 
21
h p://www.azstand.gov.az/?id=25&sub_id=100&lang=1 
– buradan ərizənin formasını yükləyə bilərsiz.
22
verilməlidir.²²    Əmtəə  nişanının  qeydiyyata  alınmasının 
aşağıdakı üstün cəhətləri vardır:
1.  Əmtəə  nişanının  qeydiyyata  alınması  sahibkarın  fiziki 
və ya hüquqi şəxslərə təklif etdiyi əmtəə və ya xidmətlərin digər 
şəxslərin  oxşar  əmtəə  və  xidmət  növlərindən  fərqlənməsinə 
imkan yaradacaqdır. 
2.  Belə bir qeydiyyata alınmış fərqlənmə özlüyündə haqsız 
rəqabətin qarşısını alacaqdır. 
3.  Əmtəə  və  ya  xidmətlərin  əmtəə  nişanı  ilə  “sığortalan-
ması”  onların  dəyərinə  təsir  edir,  rəqabət  qabiliyyətinin 
yüksəldilməsinə səbəb olur.
 4. Başqa  şəxslər  tərəfindən  sahibkarın  əmtəə  nişanından 
istifadə  etməklə  kontrafakt  məhsula,  yəni  əmtəə  nişanları, 
coğrafi  göstəricilər  və  ya  onları  qarışdıracaq  dərəcədə  oxşar 
nişanlarla  qeyri-qanuni  təchiz  olunan  mallara  görə  sahibkara 
dəyən  zərərin  əvəzinin  ödənilməsini  tələb  etmək  hüququ 
yaranacaqdır.  
5.  Əmtəə  nişanı  müvafiq  icra  hakimiyyəti  orqanında 
qeydiyyata  alındıqdan  sonra  qanunla  qorunur  və  əmtəə 
nişanının  qüvvədə  olduğu  müddətdə  nişan  sahibinin 
Azərbaycan  Respublikasının  ərazisində  onun  barəsində 
sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ 
vardır və s.
VIII. İştirakçının şirkətdən çıxma qaydası.
Məhdud  məsuliyyətli  cəmiyyətin  iştirakçısı  onun  digər 
iştirakçılarının  razılığından  asılı  olmayaraq  istənilən  vaxt 
cəmiyyətdən  çıxa  bilər.  Məhdud  məsuliyyətli  cəmiyyətdən 
çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda 
nəzərdə  tutulmayıbsa,  həmin  iştirakçının  nizamnamə 
193


kapitalındakı  payına  uyğun  əmlak  hissəsi  ödənilir.  Çıxan 
iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin 
ödənilməsi  əmlakın  naturada  verilməsi  ilə  əvəz  edilə  bilər. 
Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun 
dəyəri  iştirakçının  çıxdığı  məqamda  tərtib  edilən  balans  üzrə 
müəyyənləşdirilir.  Əgər  məhdud  məsuliyyətli  cəmiyyətin 
nizamnamə  kapitalına  maya  kimi  əmlakdan  istifadə  hüququ 
verilmişdirsə,  müvafiq  əmlak  cəmiyyətdən  çıxan  iştirakçıya 
qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin 
azalmasının əvəzi ödənilmir. Cəmiyyət iştirakçısının vərəsəsi və 
ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq varisi cəmiyyətə 
daxil  olmadıqda  onunla  hesablaşmalar  bu  maddənin 
qaydalarına uyğun aparılır.
IX. Ümumi məsləhətlər.
Sahibkarlıq fəaliyyətinə verilən anlayışdan da aydın olur ki, 
məqsəd mənfəət əldə etməkdən ibarətdir. Şirkətin gəlirləri hər 
hansı  mal  satışından,  işlər  görülməsindən,  xidmətlər 
göstərilməsindən  yaranır,  bu  zaman  təbii  olaraq  müqavilələr 
meydana çıxır. Müqavilə tərəflərin müstəqil iradə ifadəsidir və 
onun  predmeti  ilə  bağlı  münasibətləri  tənzimləyir. 
Müqavilələrin  əsas  strukturu  Mülki  Məcəllədə  əks  olunsa  da, 
tərəflərin  razılığı  ilə  bütün  riskləri  və  əlavə  yarana  biləcək 
münasibətləri  də  tənzimləyən  müddəalar  əks  oluna  bilər. 
Ölkəmizdə  adətən  müqaviləni  tərəflərin  biri  hazırlayır,  digər 
tərəfə  göndərir  və  çox  vaxt  hüquqşünası  olmayan  şirkətlərdə 
müqavilə  elə  təqdim  olunduğu  formada  da  imzalanır. 
Doğrudur,  kiçik  müəssisələrdə  müqavilələr  ən  sadə  formada 
tərtib  olunur  və  Mülki  Məcəllənin  əsas  tələblərini  əks  etdirir. 
Lakin  bu  heç  də  həmişə  təhlükəsiz  olmur.  Alınan-satılan 
maldan,  görülən  işdən,  göstərilən  xidmətdən  asılı  olmayaraq 
qarşı  tərəfdən  təqdim  olunan  müqavilələr  diqqətlə  oxunmalı, 
194
risklər  dəyəndirilməlidir.  Əsas  diqqət,  tərəflərin  hüquq  və 
vəzifələrinə,  müqavilənin  məbləğinin  ödənilmə  şərtlərinə  və 
qaydalarına,  tərəflərin  hansı  hallarda  məsuliyyət  daşımasına, 
alınan-satılan malların, görülən işlərin və göstərilən xidmətlərin 
keyfiyyətinə,  keyfiyyətə  təminat  məsələlərinə  yetirilməlidir. 
Aydın olmayan və ya ümumiyyətlə göstərilməmiş hallarla bağlı 
tərəflər  razılaşmalı  və  müqavilədə  həmin  halları  əks 
etdirməlidirlər. 
Bundan  başqa,  şirkətin  gələcək  inkişaf  perspektivini 
dəyərləndirmək və müəyyənləşdirmək üçün hüquqi problemlər 
araşdırılmalı,  mütəxəssislərdən  məsləhətlər  alınmalı, 
ekspertlərə  müraciət  olunmalı  və  onların  rəyləri  ciddiyyətlə 
nəzərə  alınmalı,  əməkdaşların  fəaliyyətinə  nəzarət  həyata 
keçirilməli,  mütəmadi  xidməti  hesabat  alınması  təmin 
olunmalıdır.  MMC-lər  üçün  qanunla  məcburi  audit  tələbi 
vardır. Auditin xidmətindən istifadə etməklə şirkətin maliyyə, 
vergi,  mühasibat  uçotu  sahəsində  mövcud  durum,  risklər  və 
gələcək inkişaf perspektivi məsələlərini aydınlaşdırmaq imkanı 
yaranır. 
X. İstehlakçının hüquqları.
Əgər  ortada  hər  hansı  satılan  mal,  yerinə  yetirilən  iş  və 
göstərilən  xidmət  varsa,  deməli  onun  istehlakçısı  da  var.  Və 
istehlakçıların qanunvericiliyimizdə kifayət qədər hüquqları da 
mövcuddur. Hərçənd, bu hüquqları çox vaxt bilməməyimiz bizi 
onların  təminatından  məhrum  edir.  İstehlakçıların  hüquqları 
geniş  formada  “İstehlakçıların  hüquqlarının  müdafiəsi 
haqqında”  Qanunla  tənzimlənir.  Qanunda  istahlakçıların 
istehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə 
olmasına  hüququ,  qüsuru  olan  mal  satılarkən  istehlakçının 
hüquqları,  iş  görülməsinə  və  xidmət  göstərilməsinə  dair 
müqavilələrin  şərtləri  pozularkən  istehlakçıların  hüquqları, 
195




Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə