Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə93/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   86   87   88   89   90   91   92   93   94

kapitalındakı  payına  uyğun  əmlak  hissəsi  ödənilir.  Çıxan 
iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin 
ödənilməsi  əmlakın  naturada  verilməsi  ilə  əvəz  edilə  bilər. 
Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun 
dəyəri  iştirakçının  çıxdığı  məqamda  tərtib  edilən  balans  üzrə 
müəyyənləşdirilir.  Əgər  məhdud  məsuliyyətli  cəmiyyətin 
nizamnamə  kapitalına  maya  kimi  əmlakdan  istifadə  hüququ 
verilmişdirsə,  müvafiq  əmlak  cəmiyyətdən  çıxan  iştirakçıya 
qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin 
azalmasının əvəzi ödənilmir. Cəmiyyət iştirakçısının vərəsəsi və 
ya onun iştirakçısı olan hüquqi şəxsin hüquq varisi cəmiyyətə 
daxil  olmadıqda  onunla  hesablaşmalar  bu  maddənin 
qaydalarına uyğun aparılır.
IX. Ümumi məsləhətlər.
Sahibkarlıq fəaliyyətinə verilən anlayışdan da aydın olur ki, 
məqsəd mənfəət əldə etməkdən ibarətdir. Şirkətin gəlirləri hər 
hansı  mal  satışından,  işlər  görülməsindən,  xidmətlər 
göstərilməsindən  yaranır,  bu  zaman  təbii  olaraq  müqavilələr 
meydana çıxır. Müqavilə tərəflərin müstəqil iradə ifadəsidir və 
onun  predmeti  ilə  bağlı  münasibətləri  tənzimləyir. 
Müqavilələrin  əsas  strukturu  Mülki  Məcəllədə  əks  olunsa  da, 
tərəflərin  razılığı  ilə  bütün  riskləri  və  əlavə  yarana  biləcək 
münasibətləri  də  tənzimləyən  müddəalar  əks  oluna  bilər. 
Ölkəmizdə  adətən  müqaviləni  tərəflərin  biri  hazırlayır,  digər 
tərəfə  göndərir  və  çox  vaxt  hüquqşünası  olmayan  şirkətlərdə 
müqavilə  elə  təqdim  olunduğu  formada  da  imzalanır. 
Doğrudur,  kiçik  müəssisələrdə  müqavilələr  ən  sadə  formada 
tərtib  olunur  və  Mülki  Məcəllənin  əsas  tələblərini  əks  etdirir. 
Lakin  bu  heç  də  həmişə  təhlükəsiz  olmur.  Alınan-satılan 
maldan,  görülən  işdən,  göstərilən  xidmətdən  asılı  olmayaraq 
qarşı  tərəfdən  təqdim  olunan  müqavilələr  diqqətlə  oxunmalı, 
194
risklər  dəyəndirilməlidir.  Əsas  diqqət,  tərəflərin  hüquq  və 
vəzifələrinə,  müqavilənin  məbləğinin  ödənilmə  şərtlərinə  və 
qaydalarına,  tərəflərin  hansı  hallarda  məsuliyyət  daşımasına, 
alınan-satılan malların, görülən işlərin və göstərilən xidmətlərin 
keyfiyyətinə,  keyfiyyətə  təminat  məsələlərinə  yetirilməlidir. 
Aydın olmayan və ya ümumiyyətlə göstərilməmiş hallarla bağlı 
tərəflər  razılaşmalı  və  müqavilədə  həmin  halları  əks 
etdirməlidirlər. 
Bundan  başqa,  şirkətin  gələcək  inkişaf  perspektivini 
dəyərləndirmək və müəyyənləşdirmək üçün hüquqi problemlər 
araşdırılmalı,  mütəxəssislərdən  məsləhətlər  alınmalı, 
ekspertlərə  müraciət  olunmalı  və  onların  rəyləri  ciddiyyətlə 
nəzərə  alınmalı,  əməkdaşların  fəaliyyətinə  nəzarət  həyata 
keçirilməli,  mütəmadi  xidməti  hesabat  alınması  təmin 
olunmalıdır.  MMC-lər  üçün  qanunla  məcburi  audit  tələbi 
vardır. Auditin xidmətindən istifadə etməklə şirkətin maliyyə, 
vergi,  mühasibat  uçotu  sahəsində  mövcud  durum,  risklər  və 
gələcək inkişaf perspektivi məsələlərini aydınlaşdırmaq imkanı 
yaranır. 
X. İstehlakçının hüquqları.
Əgər  ortada  hər  hansı  satılan  mal,  yerinə  yetirilən  iş  və 
göstərilən  xidmət  varsa,  deməli  onun  istehlakçısı  da  var.  Və 
istehlakçıların qanunvericiliyimizdə kifayət qədər hüquqları da 
mövcuddur. Hərçənd, bu hüquqları çox vaxt bilməməyimiz bizi 
onların  təminatından  məhrum  edir.  İstehlakçıların  hüquqları 
geniş  formada  “İstehlakçıların  hüquqlarının  müdafiəsi 
haqqında”  Qanunla  tənzimlənir.  Qanunda  istahlakçıların 
istehlakçının malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə 
olmasına  hüququ,  qüsuru  olan  mal  satılarkən  istehlakçının 
hüquqları,  iş  görülməsinə  və  xidmət  göstərilməsinə  dair 
müqavilələrin  şərtləri  pozularkən  istehlakçıların  hüquqları, 
195


istehlakçıların  malların  (işlərin,  xidmətlərin)  təhlükəsiz 
olmasına  hüquqları,  lazımi  keyfiyyəti  olmayan  malın  (işin, 
xidmətin)  vurduğu  zərərə  görə  əmlak  məsuliyyəti, 
istehlakçıların  mal  (iş,  xidmət)  haqqında  məlumat  almaq 
hüququ,  istehlakçının  tələblərini  ödəməyən  malı  lazımi 
keyfiyyətli mala dəyişdirmək hüququ kimi hüquqları və onlara 
dair  digər  hallar  öz  əksini  tapmışdır.²³  Məsələn:  İstehlakçı 
satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, 
göstərilmiş  xidmətin)  keyfiyyətinin  normativ  sənədlərə, 
müqavilə  şərtlərinə  uyğunluğu  barədə  və  həmçinin  mal  (iş, 
xidmət)  haqqında  satıcının  (istehsalçının,  icraçının)  təqdim 
etdiyi  məlumata  cavab  verməsini  tələb  etmək  hüququna 
malikdir.  İstehlakçı  qanunla  nəzərdə  tutulmuş  hallarda 
malların,  məmulatların  və  məlumat  materiallarının  nəzarət 
markası  ilə  markalanmasının  təmin  olunması  hüququna 
malikdir.  Belə  ki,  məsələn,  istehlakçı  hər  hansı  aptek 
təşkilatından dərman vasitəsi almışdırsa, həmin dərman vasitəsi 
nəzarət markası (əvvəllər holoqram adlanırdı) ilə markalanmış 
olmalıdır.  Əks  halda  istehlakçı  malı  almaqdan  imtina  edə, 
ödədiyi  vəsaiti  geri  ala  bilər.  İstehlakçı  malların  (işlərin, 
xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının 
və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit 
üçün  təhlükəsiz  olmasının,  həmçinin  onun  əmlakına  ziyan 
vurulmamasının  təmin  olunması  hüququna  malikdir.  Malın 
(işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları 
nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına 
dəymiş  zərər,  qanunvericilikdə  daha  yüksək  məsuliyyət 
nəzərdə  tutulmayıbsa,  günahkar  tərəfindən  istehlakçıya  tam 
ödənilməlidir. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, 
ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya 
196
İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunla buradan tanış ola bilərsiz:  
h p://www.e-qanun.az/framework/9479
 
23
hansı mala hansı orqanın idxal üçün rəy verməsi ilə buradan tanış ola bilərsiz: 
h p://www.e-qanun.az/framework/12499
 
Reqlamentlərlə buradan tanış ola bilərsiz 
h p://www.customs.gov.az/az/e-xidnew.html
.
24
25
digər  səbəblərə  görə  təyinatı  üzrə  istifadə  oluna  bilməzsə, 
istehlakçının  onu  alındığı  yerdə  uyğun  mala  dəyişdirmək 
hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti 
ilə,  14  gün  ərzində  həmin  malı  lazımi  keyfiyyətli  mala 
dəyişdirmək  hüququna  malikdir.  Pərakəndə  satılan  malın 
dəyişdirilməsi  üçün  satıcı  tərəfindən  daha  uzun  müddət  elan 
edilə bilər və. s.
XI. İdxal və ixrac üzrə tələb və vergilər. 
İdxal qaydaları. Ölkə ərazisinə idxal olunan mallara dair 
tələblər gömrük qanunvericiliyi ilə tənzimlənir. Ölkə ərazisinə 
xarici  iqtisadi  fəaliyyətin  mal  nomenklaturasında  daxil  olan 
malların  idxal  olunmasına  icazə  verilir.  İdxal  olunan  maldan 
asılı olaraq onlar üçün fərqli tələblər müəyyən edilir və fərqli 
dövlət orqanları tərəfindən idxala rəy verilməsi şərtləndirilir.²⁴ 
İdxal  olunan  mallar  gömrük  orqanlarına  bəyan  edilməlidir.²⁵ 
Vergi  tutulan  idxalın  dəyəri  malların  Azərbaycan  Respubli-
kasının  gömrük  qanunvericiliyinə  uyğun  olaraq  müəyyən 
edilən  gömrük  dəyərindən  və  mallar  Azərbaycan  Respubli-
kasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən 
(ƏDV  və yol vergisi nəzərə alınmadan) ibarətdir. Azərbaycan 
Respublikasının  Vergi  Məcəlləsində  qeyd  olunan  aksizli 
mallardan  aşağıda  göstərilən  mallar  (qablaşdırılmamış  halda 
istisna  olmaqla)  aksiz  markaları  ilə  markalanmalıdır:  içməli 
spirt,  spirtli  içkilərin  bütün  növləri,  pivə,  tütün  məmulatları. 
Azərbaycan  Respublikasının  ərazisinə  idxal  olunan 
markalanmalı mallara (pivə istisna olmaqla) tətbiq edilən aksiz 
markaları  həmin  malların  istehsalçıları  və  ya  Azərbaycan 
Respublikasının  hüdudlarından  kənar  onların  satışında 
197


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə