Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə10/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   6   7   8   9   10   11   12   13   ...   94

rahatdır. Sadəcə, istedadını özündə hələ aşkarlamayan insanlar 
daha çox səy göstərməlidirlər. Mütləq deyil ki, hamı Bill Qeyts 
olsun (hərçənd bu da mümkündür), heç kimin tanımadığı bir 
milyonçu olmaq da ən azı başlanğıc üçün heç də pis deyil.
Varlı  insanların  əksəriyyəti  qeyri-adi  istedada  malik 
deyillər. Uğurlu insan qalib düşüncəsinə malikdir və düşünür 
ki,  necə  qalib  gəlsin.  Uğursuzsa  fikirləşir  necə  edim  ki, 
uduzmayım. Varlı insanlar özünə “Nə? Necə?” sualları verir (nə, 
necə edim ki, uğur qazanım, çətinliyi dəf edim, məqsədimə nail 
olum), uğursuzlar isə “Niyə?” (axı niyə mən bəxtsizəm, niyə iş 
həmişə mənim başıma gəlir).
Pozitivliyə, uğur gətirəcək hədəflərə tuşlanın. Beyin nəyə 
tuşlanıbsa  insan  ona  fikir  verir.  Körpəsi  olan  ana  yorulub 
yatanda muxtəlif səslər onu çox vaxt oyada bilmir, amma uşaq 
bircə  dəfə  qışqıran  kimi  yerindən  dik  atılır.  Odur  ki,  uğurlu 
biznesin  yaradılmasına  tuşlanın!  Bu  zaman  hər  yerdə,  hə a 
problemlərdə də bir fürsət görəcəksiz.
Təbiət  qanunları  kimi  Uğur  qanunları  da  mövcüddur. 
İdmançı öz əzələlərini necə şişirdirsə siz də vərdişlərinizi məşq 
etdirin.  Heykəltaraş  bir  zərbəylə  mərmərdən  heykəl  düzəldə 
bilməz,  siz  də  beləcə  pillə-pillə  öz  uğurunuzun  bünövrəsini 
qurmalısız.  Bu  bünövrə  nə  qədər  dərin  və  möhkəm  olsa, 
tikəcəyiniz  uğur  binası  da  bir  o  qədər  hündür  və  dözümlü 
olacaq.  Fədakar olun, məqsədlərinizə mütləq çatacaqsız.
Dəyişikliklərə  başlamaq  üçün  problemin  movcud-
luğunu qəbul etməliyik. 
Fortepianoda  ifa  zamanı  və  ya  şahmat  oyununda 
problemlər  varsa  özünü  o  dəqiqə  göstərəcək.  Şəxsi 
keyfiyyətlərdəki  problemlər  isə  özünü  uzun  müddət  büruzə 
verməyə də bilər.
Eynşteyn,  “Eyni  şeyi  edib  fərqli  nəticə  gözləmək 
ağılsızlıqdır”  deyib.  Səy  göstərin  ki,  yeni  yanaşmanı  adətə 
20
çevirəsiz.  Əvvəlcə  siz  adətləri  yaradırsız,  sonra  isə  onlar  sizi. 
Yeni adətlər 3 aya yaranır. Çalışın ki, ildə 4 pis adətinizdən əl 
çəkəsiz və ya yeni yaxşı adət qazanasız.
Belə  bir  aforizm  var.  Fikir  əkərsən  hərəkət  biçərsən, 
hərəkət əkərsən adət biçərsən, adət əkərsən xasiyyət biçərsən, 
xasiyyət əkərsən tale biçərsən.
Doğrudan da hər şey fikirdən başlayır. Köhnə düşüncəni, 
pis  adətləri  dəyişmək  asan  deyil,  ən  çətinisə  başlanğıcdı.  Bu 
proses  kosmik  gəminin  yerdən  qalxmasına  bənzəyir.  İlk 
dəqiqələrdə uçuşun digər vaxtından daha çox enerji sərf edilir.
İnsanın hər gün etdiyi, öyrəşdiyi hərəkətlər və həyat tərzi 
onun  komfort  zonasıdır.  İnsan  bu  zonadan  kənara  çıxmaq 
istəmir,  müqavimət  göstərir  və  yeni  addımın  niyə  görə 
məqsədəuyğun  olmaması  barədə  uydurmalar  düşünür  və 
özünü buna inandırır (özünə sərf edir deyə inandırmaq üçün 
zəhmət çəkməyə ehtiyac olmur). Amma insanın inkişaf etməsi 
üçün  atmalı  addımlar  əksər  hallarda  komfort  zonasından 
kənarda  yerləşir.  Məsələn,  bir  nəfər  idmanla  məşğul  olmur. 
Tənbəllikdən  hesab  edir  ki,  onun  üçün  belə  yaxşıdır.  Kimsə 
idmanla  məşğul  olmağı  təklif  edəndə  əksər  hallarda  nə  baş 
verir? Həmin adam başlayır bəhanələr gətirməyə: özümü yaxşı 
hiss  edirəm,  ona  görə  də  hələ  ehtiyac  görmürəm  (güya  ki, 
idmana  özünü  pis  hiss  edəndə  başlamaq  lazımdır:)),  hava 
soyuqdu,  ona  görə  xəstələnərəm,  vaxtım  yoxdur  (belə  deyən 
insanları görəndə elə təəssürat yaranır ki, guya hər bir saniyəsini 
robot kimi məhsuldar keçirirlər, telefonla saatlarla oynamırlar, 
yersiz söhbət etmirlər, boş-boş xəyala dalmırlar, işlərini planlı 
görürlər və s., idmanla məşğul olanlarsa boş-bekar adamlardır), 
səhhətimə ziyan olar (əzələlərimi zədələyərəm, qaçmaq ziyandı, 
filankəs  qaçırdı  nə  oldu?  50  yaşında  öldü).  Yalan  danışmaq 
istəməyənlər  isə  sadəcə  deyirlər  ki,  həvəsim  yoxdur:). Amma 
əslində hamı anlayır ki, düzgün idman səhhəti möhkəmlədir, 
21


insanı daha gümrah edir. Nəticədə insan uzunömürlü olmaq və 
sağlam yaşamaq şansı qazanır, həyatda daha enerjili olur. Buna 
görə  də  komfort  zonasından  çıxın,  uğur  komfort  zonasından 
kənardadır.  Düzgün  davranışı  vərdişə  çevirərək  onu  yeni 
komfort zonasına daxil edin.
Uğur üçün tələb olunan keyfiyyətlərin hansı sizdə ən az 
inkişaf edibsə, ola bilsin ki, məhz o, sizin uğurunuzun mümkün 
olan ən yüksək nöqtəsini müəyyən edir. Bu fikrin banilərindən 
sayılan  Qoldrat  “Məqsəd”  əsərində  istehsalatda  bo leneck 
nəzəriyyəsini maraqlı şəkildə təsvir edir. Amma bu fikir fərdlər 
üçün  də  aktualdır.  Məsələn,  satış  sahəsində  müştəri  tapmaq, 
əlaqə  yaratmaq,  təqdimat  vərdişləriniz  əladırsa,  amma 
əməliyyatı bağlamaq vərdişiniz zəifdirsə, satışlarınızın həcmini 
məhz bu keyfiyyətin səviyyəsi müəyyən edəcək.
Bəzi terminlərdən istifadə edəcəyik. Məsələn, vərdiş, bilik 
və bacarığın birləşməsidir. Adət isə öyrəşdiyimiz müsbət (kitab 
oxumaq kimi) və ya mənfi (siqaret çəkmək kimi) keyfiyyətlərdir.
İndi  isə  gəlin  uğur  üçün  tələb  olunan  10  keyfiyyət  və 
vərdişi bir-bir müzakirə edək.
1. Dünyaya pozitiv baxın.
Amerika  mütəfəkkiri  Emerson  deyib  ki,  insan  daha  çox 
nəyi düşünürsə taleyi də ona yönəlir.
“Cazibə qanunu” hələ e.ə. 3000-ci ildə yazılı şəkildə ifadə 
olunub. Bu barədə ətraflı olaraq məşhur “Sirr” sənədli filmində 
danışılır.  Psixologiyada  Rozental  və  ya  Piqmalion  fenomeni 
anlayışı  var.  Adamın  beynindəki  fikirlər  onun  hərəkətlərini 
müəyyən  edir,  başqalarının  reaksiyası  da  onun  beynindəki 
fikirlərə  uyğun  təfsir  edilir.  Tanıdığım  insanların  timsalında 
deyə bilərəm ki, inkişaf edənlərin əksəriyyəti pozitiv və aktiv 
insanlardır,  inkişaf  etməyənlərin  əksəriyyəti  isə  neqativ  və 
ətalətli. Ətrafınıza fikir verin!
22
Napoleon Hillə görə (uğur nəzəriyyəsinin banisi sayılır) 
insan öz şüuru ilə, fikirləşdiyi və inandığı hər şeyə nail ola bilər.
Biz  dünyanı  olduğu  kimi  yox,  daxili  aləmimizə  uyğun 
görürük. Afrikaya göndərilən 2 ayaqqabı satıcısının əhvalatını 
yəqin ki, çoxunuz bilirsiz. Afrikaya ayaqqabı satmağa iki adam 
göndərirlər. Biri neqativ insan olur, o birisi isə pozitiv. Neqativ 
insan rəhbərinə məktub yazır ki, boss, burada ayaqqabı satmaq 
mümkün  deyil,  hamı  ayaqyalın  gəzir.  Pozitiv  satıcı  isə  əksini 
deyir: “Boss, bura ayaqqabı satışı üçün bir tapıntıdı, heç kəsin 
ayaqqabısı yoxdur”. 
Pozitivliyə tuşlanın. 500 ən zəngin amerikalının həyatını 
öyrənən Napoleon Hill belə nəticəyə gəlmişdir ki, onlar həmişə 
pozitiv düşünür, hər bir əngəldə xeyir görürlər. İnsan beynində 
bir  hissəcik  var,  retikulyar  formasiya  adlanır.  Onu  telefon 
stansiyasına bənzətmək olar, zəngləri qəbul edir və paylaşdırır. 
Bu  sistem  sizin  daxili  təlimatlarınıza  uyğun  işləyir.  Məsələn, 
əgər  siz  qırmızı  idman  maşını  almaq  istəyirsizsə,  daim 
gözünüzə  qırmızı  maşınlar  sataşacaq.  Ona  görə  də  beyninizi 
uğura  tuşlayın.  Affirmasiyadan  istifadə  edin  (latınca  təsdiq 
deməkdir).  Məqsədlərinizi  pozitiv  şəkildə,  indiki  zamanda, 
birinci  şəxs  formasında  (mən)  yazın  və  hər  gün  onu  təsəvvür 
edərək  təkrarlayın  (formatı  praktiki  tapşırıqlar  hissəsində 
verilib). 
Adətən təsadüflər olmur. Nəyə tuşlansaz tale sanki sizə 
dəstək olacaq (əvvəlcə maneələr olsa da get-gedə dəstəyi daha 
çox  hiss  edəcəksiz).  İnandırıcı  səslənməsə  də  bunu  bir  qayda 
kimi qəbul edin və nəticəsini görəcəksiz.
Pozitiv psixoloji durum həyatınızı xeyli rahatlaşdıracaq. 
Əhval-ruhiyyəniz  üzünüzün  ifadəsində,  səs  tembrində, 
jestlərinizdə və s. özünü büruzə verir.
Özünüzə arxayın olun. Məqsədimə çata bilərəm! Özümü 
əla hiss edirəm!
23


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə