Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə14/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   10   11   12   13   14   15   16   17   ...   94

Reallığı  özünüz  yaradırsız.  Menecment  sahəsində  qúru 
sayılan Piter Druker yazırdı ki, gələcəyi qabaqcadan görməyin 
ən  yaxşı  yolu  onu  öz  tərəfindən  müəyyənləşdirilməsidir. 
Eleonora  Ruzvelt  və  Mahatma  Qandi  müxtəlif  vaxtlarda 
təxminən eyni fikrə gəlmişdilər (mübahisəli görünsə də, onda 
həqiqət  var):  “Biz  istəməsək  heç  kim  bizə  əzab  verə  bilməz” 
(hamısı  seçimimizin  nəticəsidir).  İşlədiyiniz  yer  xoşunuza 
gəlmir, dözməyə məcbursuz? Elə peşəkar olun ki, sizi hər bir 
aparıcı şirkətdə məmnuniyyətlə qəbul etsinlər.
2014-cü ildə dünyada 155 yeni milyardçı əmələ gəlib ki, 
bunların da əksəriyyəti bu nəticəni özü əldə edib (tədqiqatlar 
əsasında  müəyyən  edilib).  Hər  il  100  min  amerikalı  milyonçu 
olur  (orta  hesabla  hər  5  dəqiqədən  bir).  Milyonçuların  artım 
tempinə görə dünyada liderlərdən biri Çindir (2013-cü ildə belə 
insanların sayı 62%, 2014-cü ildə isə 42% artmışdır).
Bu şüarı özünüz üçün rəhbər tutun: heç kim mənə heç nə 
borclu deyil. Əgər mənə nəsə edilibsə, bu sadəcə bir mükafatdır.
Məqsədinizin niyə mümkün olmadığına yox, nələri etsək 
mümkün olacağına fokuslanın.
Uğurlu  gələcəyin  açarı  qarşıya  qoyduğunuz  məqsədin 
reallaşması  ehtimalını  artıran  addımları  atmaqdır.  Müxtəlif 
istiqamətlərdə  çalışqanlıq  dərəcəsilə  uğur  qazanmaq  ehtimalı 
arasında birbaşa əlaqə mövcuddur. Uğur qazanacağınıza qərar 
verin!
Proaktiv insanın keyfiyyətləri
Uğurlu  insan  proaktiv  olmalıdır.  Proaktivlik  nədir? 
Proaktivlik  qabaqlayıcı  addım  atmaq  və  bu  addıma  görə 
məsuliyyət  daşımaq  deməkdir.  Məsələn,  proaktiv  insan 
gələcəyini  planlaşdırır  və  hazırlığa  başlayır  (tutaq  ki,  ingilis 
dilini öyrənir).
Bunun  tərsi  reaktivlikdir.  Məsələn,  reaktiv  insan  ingilis 
28
dilini yalnız işə qəbul üçün bu tələbin olmasını biləndən sonra 
öyrənməyə başlayır. Belə adam yağış yağanda özünü pis hiss 
edir. Proaktiv insan isə yaxşı havanı öz daxilində yarada bilir.
Proaktiv  insanlar  təşəbbüskardılar.  Onlar  problem 
haqqında danışmır, onu həll edirlər; daha çox təsir edir, nəinki 
təsir altına düşürlər.
Proaktiv insan üçün məhəbbət sadəcə hiss deyil, sevdiyin 
insan üçün etdiyin hərəkətlərdir.
Proaktiv  insan  səhvini  dərhal  etiraf  edir,  ondan  nəticə 
çıxarır və çalışır ki, bir daha təkrarlamasın.
Öz  danışığınıza  fikir  verin.  Tez-tezmi  məsuliyyəti 
başqalarının üstünə atırsız? Siz daha çox “məcburam”, “başqa 
əlacım  yoxdur”  deyirsiz,  yoxsa  “başqa  yol  tapacam”,  “səy 
göstərməsəm  vəziyyət  düzələn  deyil”?  Siz  daha  çox  “əgər 
pulum, vəzifəli qohumlarım çox olsaydı” deyirsiz, yoxsa “mən 
zəngin olacam”, “mən necə uğurlu ola bilərəm”?
Qayğı və təsir dairələri
Stiven Kovi dünyanın 73 ölkəsində çapdan çıxan “Yüksək 
effektiv insanların 7 vərdişi” kitabında hər şeyi iki hissəyə bölür: 
qayğı və ya təsir dairəsində olanlara. Qayğı dairəsində olanlar – 
ciddi  təsir  edə  bilməyəcəklərimiz,  təsir  dairəsində  olanlarsa  - 
təsir edə biləcəklərimizdir.
Belə bir deyim də var: “İlahi, bizə güc ver ki, həll edə bilə-
cəklərimizi həll edək, səbr ver ki, həll edə bilməyəcəklərimizə 
tab  gətirə  bilək  və  müdriklik  ver  ki,  birini  digərindən  ayıra 
bilək”.
Təsir dairənizi genişləndirin. Proaktiv insanın təsir dairəsi 
daha böyük, qayğı dairəsi daha kiçik olur.
Kovi  istedadlı,  amma  avtoritar  rəhbərin  əhvalatını  belə 
nəql eləyir. Orta menecmentin hamısı rəhbərdən şikayətlənirdi, 
bir  nəfərdən  başqa.  Şikayətlənmək  əvəzinə  o,  gözləndiyindən 
29


də  çox  çalışırdı.  Bir  dəfə  rəhbər  ona  hesabatın  hazırlanmasını 
tapşıranda,  o,  əlavə  olaraq  həm  təhlili,  həm  də  tövsiyyələri 
təqdim  etdi.  Müdiri  bunu  gözləmədiyindən  və  əlavə  işin  də 
olduqca  keyfiyyətli  görüldüyündən  yaxşı  mənada  şoka 
düşmüşdü. Növbəti ümumi yığıncaqda rəhbər həmişə olduğu 
kimi hamıya tapşırıq verərkən yalnız bu işçinin fikrini öyrəndi 
və bu şəxsin inkişafı barədə düşündü. Necə hesab edirsiz, bu 
insanın bəxti gətirdi?:). Hərçənd ki, iş yoldaşlarının əksəriyyəti 
məhz belə düşündü.
Öz  taleyinə  təsir  imkanı  insanları  həm  də  ruhlandırır, 
həyat  eşqi  yaradır.  Pensilvaniya  Universitetinin  professoru 
Martin  Seliqman  qocalar  evində  belə  bir  eksperiment 
keçirmişdi.  İkinci  mərtəbədə  yaşayan  sakinlərə  deyilmişdi  ki, 
sizin otağınızı bəzəyəcəyik, hərənizə bir güldan bağışlayacağıq, 
sizə heç nə etmək lazım deyil, həkimlər güllərə qulluq edəcəklər. 
Dördüncü  mərtəbənin  sakinlərinə  isə  deyilmişdi  ki,  sizin 
otağınızı bəzəmək istərdik, sizdən təkliflər gözləyirik, bir neçə 
formada güldanımız var, hərəniz istədiyinizi seçin və o güllərə 
qulluq  edin.  İkinci  mərtəbədəkilər  öz  həyatlarına  təsir  edə 
bilmirdilər, dördüncü mərtbədəkilərə isə bu imkan verilmişdi. 3 
həftədən  sonra  onlardan  soruşdular  ki,  pansionatdakı 
həyatlarından razıdılarmı? Cavab variantları belə idi: 0 – orta, -1 
– çox bədbəxtəm, +1 – kifayət qədər xoşbəxtəm. İkinci mərtəbədə 
ortalama nəticə -0,12, dördüncü mərtəbədə isə +0,28 oldu. Yarım 
ildən  sonra  psixoloqlar  həmin  qocalar  evinə  gələndə  məlum 
oldu ki, ikinci mərtəbədəki sakinlərin 30%-i dünyasını dəyişib, 
dördüncü mərtəbədən isə 15%-i.
Keçmişinizi, ibrət dərsi alaraq, unudun. Üzünü keçmişə 
çevirən gələcəyə arxasını çevirmiş olur. Keçmişi daha dəyişmək 
mümkün  deyil,  təsir  edə  biləcəyinizə  tuşlanın,  yəni 
gələcəyinizə.  Haradan  gəldiyiniz  vacib  deyil,  hara  getdiyiniz 
vacibdir.
30
Praktiki tapşırıq:
1. Başqalarının danışığına diqqət yetirin. “Əgər”, “əlacım 
yoxdur” ifadələrindən çoxmu istifadə edilir?
2.  Həyatınızdan  reaktiv  davrandığınız  bir  hadisəni 
yadınıza  salın  (və  ya  təsəvvür  edin).  Proaktiv  olsaydız  necə 
hərəkət edərdiz?
3. 30 günlük proaktivlik testini keçin. Bir ay ərzində təsir 
dairənizi  genişləndirin,  öhdəlikdən  qaçmayın,  tənqid  etmək 
əvəzinə  nümunə  olun,  problem  haqqında  danışmaq  əvəzinə 
onu  həll  etməyə  çalışın.  Səhv  etdikdə  dərhal  onu  etiraf  edin, 
nəticə  çıxarın  və  çalışın  ki,  bu  səhvi  gələcəkdə  bir  daha 
təkrarlamayasız.
3. Həyatda hədəfləriniz və onlara çatmaq üçün planınız 
olmalıdır.
Belə  bir  deyim  var:  “İstiqamətinizi  bilmirsizsə  hansı 
sürətlə qaçmağınızın fərqi yoxdur”.  
Luis  Kerrollun  “Alisa  möcüzələr  ölkəsində”  kitabının 
pişik  qəhrəmanı  maraqlı  bir  fikir  demişdi:  “Hara  gedəcəyini 
bilmirsənsə,  hansı  yolu  seçməyinin  (istiqamətin)  heç  bir  fərqi 
yoxdur”.
Hər  adamın  həyatda  uğur  qazanmaq  üçün  hədəfləri 
olmalıdır.
1979-cu  ildə  Harvard  Universitetində  maraqlı  bir 
eksperiment  keçirilmişdi.  Tələbələrdən  soruşmuşdular  ki, 
həyatdakı  hədəflərinizi  müəyyən  etmisizmi  və  onları 
yazmısızmı?  Məlum  olmuşdu  ki,  84%-inin  heç  bir  sistemli 
hədəfləri  yox  imiş,  13%-inin  hədəfləri  olub,  amma  yazılı  yox, 
yalnız  3%-inin  yazılı  hədəfləri  var  imiş.  10  il  sonra  həmin 
insanlar arasında təkrar sorğu keçiriləndə aydın oldu ki, 13%-ə 
daxil olanlar 84%-ə daxil olanlardan 2 dəfə çox qazanırmış, 3%-ə 
daxil  olanlar  isə  qalan  97%-in  qazancından  10  dəfə  çox 
31


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə