Uğurla həll edilmiş BƏzi müraciəTLƏR



Yüklə 24,84 Kb.
tarix19.10.2018
ölçüsü24,84 Kb.

UĞURLA HƏLL EDILMIŞ BƏZI MÜRACIƏTLƏR1


Bakı mərkəzi üzrə


  1. Daşınmaz əmlakı təsdiq edən sənədlər verildi. Vətəndaş şikayət edirdi ki, ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən müvafiq sənədlər verilmir. “Şəffaflıq Azərbaycan”ın məsələyə müdaxiləsindən sonra, vətəndaş Dövlət Reyestr Xidmətinə dəvət edilərək həmin vətəndaş tərəfindən təqdim ediləcək lazimi sənədlərin siyahısı verilmişdir. Sonda, vətəndaşa daşınmaz əmlakın sahibliyini müəyyən edən sənədlər verildi.




  1. Əmək hüquqlarının pozulması faktı təsdiq edilərək bərpa edildi. Dövlət müəssisəsinin əməkdaşı şikayət edirdi ki, onun hüquqları işlədiyi müəssisə tərəfindən pozulur. “Şəffaflıq Azərbaycan”ın məsələyə müdaxiləsindən sonra, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vətəndaşın hüquqlarının pozulmasını tanımış və müəssisəyə qarşı sanksiyalar tətbiq etmişdir.



  1. Tələbə Universitetə bərpa edildi. Tələbə şikayət edirdi ki, o heç bir səbəb olmadan Universitetdən xaric edilmişdir. “Şəffaflıq Azərbaycan”ın məsələyə müdaxiləsindən sonra, Təhsil Nazirliyi məsələ ilə maraqlandı və Universitet rəhbərliyinə tələbəni 2008-2009-cu tədris ilində Universitetə bərpa etməyə əmr etdi.




  1. Yaşayış binasının yenidən bərpasına razılıq verildi. Dövlət Neft Şirkətinin nəznində olan yaşayış binasında məskunlaşan vətəndaş şikayət etmişdir ki, binada təcili olaraq bərpa işləri görülməlidir. “Şəffaflıq Azərbaycan”ın məsələyə müdaxiləsindən sonra, Dövlət Neft Şirkəti binanın qəza vəziyyəti ilə maraqlandı və üzərinə binada yenidən bərpa təmir işləri aparmağı öhdəliyini götürdü.




  1. Kommunal xidmətlərə olan borclar dəqiq müəyyən edildi. Kommunal xidməti orqanları tərəfindən dəyəri şişirdilmiş qiymətlərdən şikayət edən iki vətəndaşın borcları dəqiq qiymətlə müəyyən edildi.




  1. Vətəndaşlar işlədikləri müəssisəyə bərpa edildilər. Dövlət müəssisəsi qeyri-qanuni olaraq özünün iki əməkdaşını vəzifələrindən azad etdi. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, hər iki vətəndaş əvvəl işlədikləri vəzifələrə yenidən bərpa edildilər.



  1. Qeyri qanuni özəlləşdirmə ləğv edildi. Goranboy rayon İcra Hakimiyyəti broyler fabrikinin özəlləşdirməsinin ləğvi üzərində çalışır. Özəlləşdirmə broyler fabirikində işləyən əmək kollektivinin hüquqlarının pozulmasına gətirib çıxarmışdır.




  1. Özəl şirkətə qarşı fırıldaqçılıq faktı üzrə cinayət işi açılıb. Şirkətin əməkdaşı şirkət rəhbərliyinin qeyri-qanuni hərəkətlərindən şikayət edib. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, şirkətin rəhbərliyinə qarşı cinayət işi açılmışdır.




  1. Özəl şirkət əllilik şəhadətnaməsini verməyə məcbur edildi. Özəl şirkətin keçmiş əməkdaşı şikayət edirdi ki, şirkət ona işlədiyi zaman zədələr aldığına görə əllik şəhadətnaməsi ala bilmir. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə vətəndaşın hüququ bərpa edildi.




  1. Şikayətlərə baxıldı və lazimi tədbirlər görüldü. İki vətəndaş şikayət edirdilər ki, polis döyülmə faktının araşdırmaqdan imtina edir. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, hər iki iş açıldı. Vətəndaşın birinin işinə əsasən təqsirkar şəxs həbs edilmiş və onun işi məhkəməyə verilmişdir, digər vətəndaşın işi üzrə təqsirləndirilən şəxs isə polisin “axtarılan şəxslər” siyahısına əlavə edilmişdir.




  1. Məhkəmə qərarı icra edildi. Vətəndaş şikayət edirdi ki, məhkəmə icraçısı məhkəmə qərarını icra etməkdən imtina edir. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, məhkəmə qərarı icra edildi.




  1. Əmtəə malları gömrükdən keçirildi. Vətəndaş şikayət edirdi ki, o özünün deklarasiya olunmuş mallarını gömrükdən keçirə bilmir. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, şikayətə baxılmış və vətəndaşın malları gömrükdən keçmişdir.


Gəncə mərkəzi üzrə


  1. Dövlət qulluqçusu vəzifəsindən azad edildi və əlillik dərəcəsi verildi. Vətəndaş şikayət edirdi ki, ondan əlillik dərəcəsinin alınması üçün 200 manat rüşvət tələb edilib. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, vətəndaşa əlillik dərəcəsi verildi və təltif komissiyasının rəhbəri vəzifəsində azad edildi.




  1. Attestat verildi. Vətəndaş şikayət edirdi ki, ondan məktəb diplomunun alınması üçün 10 manat məbləğində rüşvət tələb edilib. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, attestat öz sahibinə verildi.




  1. Polis əməkdaşı tərəfindən alınan pul geri qaytarıldı. Muraciətçi şikayət ərizəsində bildirmişdir ki, yaxın qohumun vasitəsi ilə tanış olduğu polis əməkdaşı ona vəkil tutmaq məqsədi ilə 800 manat almışdır. Müraciətçini aldadaraq, ona kömək etməmiş, pulu isə geri qaytarmamışdır. “Şəffaflıq Azərbaycan”ın məsələyə müdaxiləsindən sonra, Nazirlikdən gələn cavabda bildirildi ki, Təhqiqat İdarəsində araşdırma aparılmış, müraciətçinin pulu ödənilmişdir.




  1. Mənzil özəlləşdirildi. Müraciətçi bildirirdi ki, yaşadığı mənzili özəlləşdirmək üçün aidiyyatı orqana müraciət edərkən ondan rüşvət tələb olunmuşdur. Müraciətçi tələb olunan rüşvəti vermədiyi üçün süründürməçiliklə üzləşmişdir. Mərkəz tərəfindən olunan müraciətdən sonra müraciətçi 21 gün müddətindü 11 AZN dövlət rüsumu ödəməklə evini özəlləşdirməyə nail olmuşdur.


Lənkəran mərkəzi üzrə


  1. İki polis əməkdaşı kobud hərəkətlərinə görə cəzalandırıldılar. Vətəndaşlar şikayət edirdi ki, onlar 2 polis əməkdaşı tərəfindən təhqirə və təzyiqə məruz qalıblar. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, vətəndaş tərəfindən bildirildi ki, həmin şəxslər cəzalandırılıb və onlar şikayətçilərdən üzr istəyiblər.




  1. Pul geri qaytarıldı. Vətəndaş şikayət edirdi ki, o oxumadığı birinci kursa görə odəmiş təhsil haqqını geri tələb edə bilmir. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, Təhsil Nazirliyindən cavab alındı ki, pul tez bir zamanda veriləcək. Sonradan pul geri qaytarıldı.




  1. Sənədlər qəbul olunub. Vətəndaş şikayət edirdi ki, ünvanlı sosial yardım almaq üçün onun sənədləri qəbul olunmur. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, sənədlər qəbul olundu.




  1. Sosial yardım ayrıldı. Vətəndaş şikayət edirdi ki, ünvanlı sosial yardım almaq ucun ondan rüşvət tələb edirlər. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, məsələ müsbət həll olundu. Ona sosial yardım ayrıldi.



Quba mərkəzi üzrə


  1. Təqaüdün verilməsi təmin edildi. Vətəndaş şikayət edirdi ki, 4 ay ərzində təqaüdü ala bilmir. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, şikayətçinin hüququnu bərpa edildi.

  2. İddia ərizəsi qəbul edilib və məhkəmə vaxtı təyin edilib. Vətəndaş şikayət edirdi ki, onun iddia ərizəsi qəbul edilmir. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, iddia ərizəsi qəbul edilib və məhkəmə vaxtı təyin edilib.

  3. Lazimi sənəd təqdim olunub. Vətəndaş daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin təsdiq edilməsinə dair sorğuya cavab verilməməsi ilə bağlı şikayətlənib. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, vətəndaş notariata çağrılıb və ona həmin sənədin surətinin təqdim olunduğunu bildirib.

  4. Ödəmənin azaldıldığı bildirilib. Vətəndaş artıq ödəmə tələb etdiklərindən şikayətlənib. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, ödəmə tələbinin araşdırıldığı və tələb olunan ödəmənin azaldıldığı bildirilib.



Şəki mərkəzi üzrə


  1. Ərizəçi ehtiyata buraxılıb. Vətəndaş hərbi hissədə müqavilə üzrə qulluq etmə və müqavilənin müddəti bitdiyi təqdirdə ehtiyata buraxılmamasına dair şikayətlənib. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, ərizəçi ehtiyata buraxılıb.




  1. Doğum şəhadətnaməsi yazılmışdır və valideynlərə təqdim olunmuşdur. Vətəndaş həkimin qanunsuz hərəkətlərinə dair şikayətlənib. “Şəffaflıq Azərbaycan”nın məsələyə müdaxiləsindən sonra, uşağın adına doğum şəhadətnaməsi yazılmışdır və valideynlərə təqdim olunmuşdur.




1 Burada yalnız uğurla həll edilmiş işlərin yalnız bəziləri qeyd olunub. Uğurlu işlərin tam siyahısını əldə etmək üçün 418 11 09.596 20 38 telefon nömrələri ilə “Şəffaflıq Azərbaycan” İB-yi ilə əlaqə saxlaya bilərsiniz.



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə