Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

Hər şey beləcə özünə doğru dəyişdi

Həvvanın dişlədiyi meyvə Nyutonun başına düşdü...

Əslində, budur kişi və qadın arasındakı cəzbetmənin

sirri. 


Bəlkə də, İsaak Nyutondu Həvvanın məşuqu,

yaradılışın Adəm peyğəmbəri...

Deyirlər, Allah dünyanı 6 günə yaradıb,

mənsə 7-ci gün, yəni bazar günü doğulmuşam

Bəlkə də, bu səbəbdən Allahla rastlaşmamışam...

Terrorçuların göbəyi saatlı bombanın yanlış məftili

kimi kəsilər, 

yəni bir körpənin 10-a kimi sayması

başqa birinin son 10 saniyəsi olur bəzən.

Bu barmaq sayı ömürdə, 

bizim yaşımız torbada qalan lotereya rəqəmləridi.

Maestro,


kainatın ən müqəddəs rəqəmləri pampers

nömrələridi.

Son sevgi məktubumuzu nisyə dəftərinə yazdıq,

bu, ölüb getmiş müştəridən qalan borcdu.

İmsakda göz yaşımızı içməklə,

iftarda özümüzü yeməklə

bizim orqanizmimiz xoşbəxtliyə oruc tutur.

Ən ağrılı pəhrizdir insanın sevdiyini arıqlaması.

Ömrü başdan-sona ölməkdi,

Allaha oxşamaqdı kişi tənhalığı.

Çünki elə yarandığı gün kişini qabırğa şəklində tərk

edib qadın.



TAXTA EV, KAMİN VƏ 

RUS ROMANLARI

Hardasa çox uzaqlarda taxta evimiz olsun,

Kamində maşa ilə közləri qarışdıraq

Tələsək, zaman keçir... Nə qədər ki, gec deyil,

Küsülü dodaqları gizlicə barışdıraq.

Hardasa çox uzaqlarda taxta evimiz olsun,

Sən yuxula skamyada... üstünə adyal örtüm.

Heç Günəş də gəlməsin, işdir birdən üşüsən, 

Körpə məsumluğuyla səni alnından öpüm.

Hardasa çox uzaqlarda taxta evimiz olsun,

Hamıdan çıxıb gedək... hamıdan uzaqlaşaq,

Gəl gizlən qollarımda... axı sən də bilirsən,

Ən möhtəşəm ibadətdi sakitcə qucaqlaşmaq.

Hardasa çox uzaqlarda taxta evimiz olsun,

Uzaqdan tənha mayak tez-tez göz vursun bizə

və olub keçənləri... bu ölüb keçənləri...

Gedib bütün keçmişi tullayaq biz dənizə...

Hardasa çox uzaqlarda taxta evimiz olsun,

Bir noyabr axşamı rus romanı oxuyaq.

...Kamində maşa ilə qarışdıraq közləri,

Tənbəl pişiyimiz də gizlin getsin yuxuya.

Hardasa çox uzaqlarda taxta evimiz olsun:

Bir az ana təbəssümü, bir az ata nəfəsi...

Elə taxta evimizdən musiqitək yüksəlsin

Göy qurşağı baxışlı körpəmizin ilk səsi.

MÜQƏDDƏS VARFOLOMEY 

GECƏSİ

Mən hardan başlayım, hardan... bilmirəm,

Başlayım lap elə ayaqlarından.

Deyirlər, cənnətdi, nədi, ordadır.

Vallah, mühüm deyil huri-mələk zad,

Sən öz corabını qalın et bir az,

Qalanı düzələr, vallah düzələr.

Vaxt gələr... vaxt gələr Allah  düzələr.

Bir ağ qoca gördüm elə bu axşam,

Düzmüşdü İsanın önünə ağ şam.

Dedim ki, nə tonqal, nə yandırılmaq?

İsa heç çarmıxa çəkilməmişdi,

Hər iki qolunu yana açmışdı

Böyük bəşəriyyəti qucaqlamaqçün”.

Nə böyük səbəbmiş bu ağlamaqçün?

Elə atam kimi hönkürdü qoca,

Əsl adam kimi hönkürdü qoca.

Dedim ki, “sən Allah, tərslikdən əl çək,

Ver bu ağ şamları aparım evə.

Üşüyür sevgimin cənnət ayağı,

Bizim oralarda axşam tapılmır,

Ver bu axşamları aparım evə…”

Ağırdı… kilsənin zəngi ağırdı...

Bayırda ox kimi yağış yağırdı.

Tövbə hücrəsində öpürdü rahib

Mariya ananın şux döşlərindən.

Görürsən, deyirəm, boş şeydir cənnət,

22

I



ULDUZ


Əsas corabını qalın geyin sən.

Qalanı düzələr, vallah, düzələr,

Gün gələr… gün gələr, Allah düzələr.

Qocanın gözündən axırdı Amur…

Dedi, “fikir vermə, ağlamıram mən,

Bu köhnə kilsənin tavanı damır.”

Əsas corabını qalın geyin sən.

Deyirlər, cənnətdi, nədi, ordadır…

Qalanı düzələr, vallah, düzələr,

Bir gün Allah özü yola düzələr.

Çoxdandır gəlmirdim bu nəm kilsəyə…

İnan vaxt yoxdur baş qaşımağa da,

Əşşi, vaxt yoxdur e, yaşamağa da.

Çölü yalayırdı Yanvar küləyi.

Hərf  tanımırdı sağ çiyin mələyi

Dedi ki, “yazmıram, mən pəhrizdəyəm”.

Elə danışdı, lap ətim töküldü.

Elə bil uzanıb İsanın üstə

Onun qucağında xaça çəkildim.

Eynək öz qulpuna qoca taxmışdı,

Qocanın təzyiqi yaman qalxmışdı.

Kilsənin havası…ölüm havası:

atmosfer  təzyiqi yaman qalxmışdı.

Dəyişkən  buludlu,  nisbi rütubət…

616 civə sütunu,

“Yer”ə  sancılmışdı İsa sütunu.

Bulud qızcığaztək çox  tez  boşaldı,

O gecə göy üzü  yağışı yağmadı,

“Yer”ə tüpürdü.

O gecə yataqda sənin saçların

Xəyal qırıqların mənim ömrümdən

Göyə süpürdü.

Yaman can sıxırdı nisbi rütubət…

Bu kilsə zəngləri ağrılı səsdi,

Diksinib toruna qaçdı hörümçək.

Rahibə yanımda yel kimi əsdi,

Gəlib tez söndürdü ağ şamları o,

Gəlib tez yandırdı  axşamları o.

Dedi: “yandırmayın, pul yazır sayğac,

cənab yepiskopun göstərişi var”.

Qoca mızıldandı dodaq altında:

“öpüb sovurasan dodaq altında,

dişləyib didəsən bu dul qadını”...

Sonra eşitmədim sözün ardını.

Rahibin bədəni və lüt Mariya.

Tövbə hücrəsində inilti, ahlar...

Durub tamaşaya gəldi Allahlar.

Siçovul diksinib yuvaya qaçdı,

Onda anladım ki, heyvanlar pakdı.

Bu kilsə zəngləri, kilsə zəngləri

Yaman ağır idi, ağrılı idi.

Qocanın kilsədə etdiyi dua

Yarımçıq ehtiras nağılı idi.

Qocanı qulpundan çıxardı eynək...

Qoca köks ötürdü elə qocatək:

“Yaxşı ki, ağladım...eynəyin çirkin

Gözümün yağıyla, yaşıyla yudum.

Bilirsən bu geniş, nəhəng dünyada

Bir ana bətnində rahat uyudum”.

Özgə qadınların qucağı da dib...

Bəs bu Yer kürəsi hayana gedib?

Gələcək, səbr elə, vallah, gələcək,

Allah da deyir ki, Allah gələcək.

Sən öz corabını qalın et əsas...




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə