Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

Qarabağ haqqında ən yaxşı esse nominasiyası

üzrə yarışmanın təşəbbüskarı, “Ulduz” jurnalının

baş redaktoru Qulu Ağsəsin bu barədə fikrini bil -

məsəm də, məncə, yarışma iki başlıca məqsəd

güdür: 

- birincisi, görək cavan yazarlarımız Qarabağ



haqda nə düşünür, yeni nəslin bədii yaddaşında,

Ağabəyim ağanın diliylə desək, Qarabağ yaddan

çıxmayıb ki; bir az da ümumiləşdirsək, klassik

ölçülərin alt-üst olduğu bu sürətli dəyişkənliklər

dönəmində gənclərimizin vətənpərvərlik duyğusu

nə yerdədir;

- ikincisi, çağdaş Azərbaycan gənc yazarının

esse janrı ilə bağlı nə kimi təsəvvürləri var.

Bir sözlə, Q.Ağsəs yarışmanın şərtlərini

müəyyənləşdirəndə məsələnin həm forma, həm də

məzmun tərəfini düşünüb. Əgər nəzərə alsaq ki,

bugünkü mükafatlandırmalarda şeir, hekayə, roman

və məqalə ilə müqayisədə esse bir az ikinci plana

sıxışdırılıb, onda Qulunun seçiminin başqa bir

müsbət yönü də üzə çıxır - diqqəti bu janra yönəltmək.

Yarışmaya 16 yazar qoşulub və onlar arasından

qalibi seçməkdə xeyli tərəddüd etməli oldum. Ona

görə ki, kiminsə haqqını tapdalayacağımdan ehtiyat

edirdim. Bu isə görülən işin miqyasından asılı

olmayaraq,  yolverilməz bir şey olardı. Həm də

yarışmaya göndərilən yazılar arasında elə birini

görmürdüm ki, qeyd-şərtsiz məhz onu seçim və

qələbə çələngini tərəddüdsüz-filansız onun müəllifinin

başına qoyum. Bəziləri janr, bəziləri məzmun

baxımından istənilən tələblərə cavab vermirdi. 

Cavid Qədir, Əfsanə Əliyeva və Günay Səma

Şirvanın esseləri barədə nə təniqdi, nə də təqdiredici

söz deməyəcəm. Onlar tənqid və təqdirə doğru

gələn yoldadırlar. Onlara ancaq uğurlu yolçuluqlar

arzu edə bilərəm.

Onaltı müəllif arasında öz cəsarəti ilə məni ən

çox təəccübləndirən Şəfa Vəli oldu. O, ümumən bu

yarışmaya niyə qatılıb, aydın deyil. Onun heç bir

ad vermədiyi essesini yarışmaya nə üçün

göndərməsinə mən də öz növbəmdə nəsə bir ad

qoya bilmirəm. Mövzunun əhatə olunması, dil-üs -

lub yeniliyi, yeni fikir, ideya söhbəti Şəfanın

yazısında söz konusu deyil. Çünki onun vur-tut on-

on beş cümlədən ibarət essesində bəzən hətta

qrammatik səhihiliyi belə şübhə doğuran məqamlara

rast gəlirsən. 

“Son günlərdə oxuduğu kitab Aqil Abbasın

“Batmanqılınc”ı,  qucağına bərk-bərk basıb özündən

belə qoruduğu  yaşıl ayaqqabısıyla Şuşada gəzmək

ümidi idi...”

Amma Şəfanın bu “cəsarət”indən əlavə daha

bir üstünlüyü də var - yazısını oxutmağı bacarır.

Təsəvvür edin ki, onun nə demək istədiyini dəqiq

başa düşmək üçün yuxarıdakı cümləni təxminən on

dəfə təkrar-təkrar oxumalı oldum.

Və nəhayət, Şəfanın üçüncü üstünlüyü, hətta

müstəsnalığı da var. Əgər Qarabağ haqqında ən

zəif esse yarışması keçirilsə, o, şübhəsiz ki, birincilik

qazanacaqdı. Odur ki, birincilik qazanan müəlliflə

birgə Şəfaya da antibukerə bənzər bir ödül - antibirinci

ödülü verilməsini təklif edirəm.

24

I

ULDUZ



“16-lar”

münsifanə qeydlər

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ

Ağabəyim ağa

“Ulduz” jurnalı ilə ayb.az saytının 

birgə layihəsi yekunlaşdı

DƏYƏRLI  OXUCULAR!

QARABAĞ MÖVZUSUNDA

esse müsabiqəmiz yekunlaşdı. 

Ekspert Əsəd Cahangirin 

və qalibin yazılarını təqdim edirik.

Əsəd CAHANGİR



VARİASİYA


İlk oxunuşdan ən çox bəyəndiyim istedadının

açılma dönəmini yaşadığı aydın duyulan Elşad

Baratın yazısı (“Həməkoçu”) oldu. Düzünü deyim

ki, beş-altı il öncə, Elşadın ilk şeirləri ilə tanış

olanda onun bu templə gəlişəcəyini güman eləmirdim.

Savaşın doğurduğu yaşam çətinliyini on altı nəfər

içində daha inandırıcı, yaddaqalan, təsirli, xırda

detallarınacan  verə bilən iki nəfərdən biri odur:

“Müharibə atamın alnından, anamın əllərindən

yol eləmişdi evimizə... 94-ün qışından canımızı

qurtara bilmirdik. Bağımızdakı otlar dikəldikcə

atam sevinir, anam yığıb qaynadırdı ki, ac qalmayaq.

Daha çox yediyimiz otun adı həməkoçuydu...

Qaynadılmış həməkoçu elə buxarlanırdı ki, elə bil

nimçələr siqaret çəkirdi. Biz iştahla yedikcə kəpəkli

çörəyinin rəngi atamın üzünə çıxırdı.” 

Oxucu duyur ki, bütün bunlar müəllifin kitabdan

oxuduqları, ekrandan gördükləri yox, birbaşa həyati

görüntüləri, canlı yaşantılarından gəlir.  Ən önəmlisi

isə yazının müəllifi şaxsey-vaxsey qurmayıb, istər

bayağı sentimental sızıltılar, istərsə də boğazdan

yuxarı, patetik vətənpərvərlik çağırışlarından uzaq,

səmimi bir yazı yazıb. Olayların müharibə haqda

məhdud təsəvvürlərə malik bir cocuğun dilindən

nəqli bu səmimiyyətin özülündə durduğu kimi, həm

də yazının tragizmini dərinləşdirir, bədii təsir gücünü

artırır. Klassik şərq ədəbiyyatı istilahları ilə desək,

müəllif “təcahüli-arifanə” (arifanə cahillik) üsulunu

kullanır, özünü bilərəkdən bilməzliyə vurur, uşaq

yerinə qoyur.

Hər cür ağrı-acını yenən gülüş ruhu, optimist

ovqat onun mətnindən bir işıq zolağı kimi keçir və

təsvir olunan durumun bütün ağırlığına baxmayaraq,

yazıdan xoş təəssüratla ayrılırsan. Səmimiyyət

dozasının artıq düşməsi sonucunda bir az şit təsir

bağışlayan final akkordu belə bu nikbin təəssürata

önəmli xələl gətirə bilmir: “Bir gün qardaşım gəlib

evə hay saldı ki, kəkilli toyuğumuz yumurtayacaq.

Hamı sevindi. Qardaşımla inəklərin axurunda gizlənib

toyuğun dalını güdməyə başladıq. Yumurtanın baş

tərəfi görünəndə qardaşım əlini açdı. Sapsarı yumurta

düz onun ovcuna düşdü” və sair və ilaxir...Bir sözlə,

final bir az elşadanədir.

Amma bütün təqdirə və tənqidəlayiq yönləri ilə

birikdə qələbə yumurtasını Elşadın ovcuna qoya

bilməyəcəm. Özü də məsələ məzmunda yox,

formadadır - Elşad janr ünvanını dəyişik salıb,

essedən daha çox hekayə yazıb. Yarışma isə məhz

esse yarışmasıdır və bu, onu qalib olmaq şansından

məhrum edir.

Yeri gəlmişkən, Bakı Slavyan Universiteti

nəzdindəki Yaradıcılıq fakültəsində Elşada ədəbi-

tənqiddən nə az, nə çox, düz bir il dərs demişəm.

Soruşa bilərsiniz ki, necə dərs demisən ki, tələbən

esse ilə hekayəni bir-birindən ayıra bilmir? Qoy, bu

suala Elşad özü cavab versin - bir il ərzində üzünü

auditoriyada vur-tut bir neçə dəfə gördüyüm,

mühazirələrə hər dəfə hökmən gecikən, dərs zamanı

bir neçə dəfə siqaret çəkməyə çıxan və bəzən geri

qayıtmayan Elşad Barat.

Esse ilə hekayənin sınırlarını Ramil Əhməd

daha kobud pozub - Elşad, öz mətninin esse olması

ilə bağlı heç olmasa nəsə ayaq yeri qoyur, Ramilin

yarışmaya göndərdiyi material (“Qarabağ, Nazlı



və mən”) isə bu konuda hər hansı nəm-nümə yer

saxlamır. O, esse yarışmasına xalis hekayə

elementlərinə malik mətn göndərib - başlanğıcı,

ortası, sonu olan süjet, insan surətləri, düyün nöqtəsi,

açılış, final və sair və ilaxır...

İnidyəcən özünü topluma şair kimi təqdim

etməsinə, şeirlər kitabı çıxarmasına baxmayaraq,

bu hekayə ilə Ramilin indi də nəsrə iddia etməsinə

təəccübümü bildirməyəcəm. Çünki hazırda şeirdən

nəsrə keçid “moddu”, Ramil də “modnı” oğlandır.

Necə deyərlər, nəsrə bürün, elnən sürün. Ramilin

hekayəsinin yüz dəfələrlə rastlaşdığımız şablon

süjeti, süni melodram ovqatı, bayağı sentimen 

-

talizmindən də söz açmayacam. Çünki hekayə yox,



esse yarışmasının münsifiyəm. Məni maraqlandıran

vaxtilə Şekspirdən məqalə yazmağa (!)  qədər

ədəbiyyat biliciliyi edən Ramilin esse ilə hekayəni

bir-birindən ayıra bilməməsidir.

Eyni iradı müsabiqəyə müvafiq olaraq “Mənim

üçün yaşa” və “Adı burda, özü Qarabağda

hekayələri ilə qatılan Yadigar Ələkbərov və Fariz

Yunisliyə də aid etmək olar. Bunların, özəlliklə də

Farizin yazısının sözün ciddi anlamında hekayə

olub-olmaması bir yana qalsın, məni bir sualın

cavabı ilgiləndirir - doğrudanmı, bu cavanlar essenin

nə olduğunu bilmir, yoxsa yarışmanın şərtlərindən

xəbərsizdirlər? Hansı varinat olursa-olsun, durum

göstərir ki,  Q.Ağsəs məhz esse yarışması keçirməkdə

yanılmayıb. Bu janr barədə Elşadın və Farizin

dumanlı, Ramil və Yadigarın yanlış təsəvvürləri

göstərir ki, belə bir yarışmaya, doğrudan da, ehtiyac

varmış.

Əgər yarışma fikrin sadəcə obrazlı, poetik, daha



dəqiq desək, bəzəkli, təmtəraqlı ifadəsi yönündən

keçirilsəydi, birinciliyi, yəqin ki, özünün “Müharibə

uşaqları” yazısıyla Emin Piri qazanardı. Fikir

№10 (569) oktyabr 2016

I

25



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə