Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

verdinizsə, mən esse yox, sadəcə yazı dedim. Çünki

Emin fikrin şairanə ifadəsinə, metaforizmə o qədər

aludə olur ki, yazı həddən artıq ənlik-kirşan vurmuş,

bər-bəzəyi göz çıxaran “gözəl”i yada salır və bu

amil onun yazısını essedən daha çox şeirə bənzədir.

Bənzədir deyəndə ki “Müharibə uşaqları” öz

müəllifinin öncələrdə yazdığı bir neçə şeirinin

kompilyasiyası, yəni bir-birinə calanması yoluyla

düzəldilib. Bu şeirləri Emin nəinki dürlü mətbu

orqanlarda yayınlayıb, hətta kitabına da daxil edib.

Və onun bu şeirləri mətbuatdan, kitabdan sonra

“esse” adıyla səbarə  yarışmaya göndərməsinə alay

eləməkdən başqa ad vermək olmur. Emin alayı

oğlandır. 

Bu “alayı”n altında isə narahatlıq doğuran ciddi

bir nüans var. Orteqa-i-Qasset roman haqqında bir

məqaləsində “ədəbiyyatın dünyanı xilas etməsinə

dair fikir bir illüziyadır, o olsa-olsa, insan ruhunun

dərinliklərində mürgüləyən zarafat ovqatını, gülüş

ruhunu oyada bilər” deyə qeyd edirdi. U.Eko da

özünün “Qızılgülün adı” romanında eyni fikri deyir.

Gəlin razılaşaq ki, postmodernist erada  çox şeyi

zarafata salmaq olar, amma Qarabağı yox! Bu

“esse”sində Emin mənə başqasının göz yaşları

içində kağızdan gəmi oynadan uşağı xatırlatdı.

Maraqlıdır, erməni əsirliyində anası gözünün

qabağında öldürülən, özü isə aldığı zərbədən gözünün

nurunu itirən, iynənin ucu boyda işıq həsrəti ilə

böyüyən laçınlı qız Nuranə ilə üz-üzə otursa, onun

gözlərindəki dibsiz qaranlığa baxsa, görəsən, Emin

hansı hissləri keçirər, nə fikirləşərdi? Məncə, daha

belə şakalar yapmaz, müharibə uşağı ilə “müharibə

uşağı” rolu oynamağın, esse ilə dürlü şeirlərdən

esse düzəltməyin fərqli şeylər olduğunu etiraf edərdi.

Qərəz, Emin  hekayəti də belə bitdi, mükafat əldən

getdi.


Xocalıda donan fevral” adlı yazının müəllifi

Sara Selcan da esse janrının tələbini gözləmir,

amma Emindən fərqli olaraq o, misraları cümlələrə

çevirmək hesabına yarışmaya şeirlə qatıldığını da

gizləmir. İndi mən yazıdan bir parça sitat çəkəcəm

və siz özünüz də görəcəksiniz ki, bu, şeir, uzaqbaşı

mənsur şeirdir: 

Qar yağırdı o gün Xocalıya.

Yağırdı, yağırdı....

Siz heç qandan çiçək açan qar gördünüzmü?

Yağan Qar...Çiçəkləyən qar... Damğa vuran qar...

Qar nə biləydi ki, bağrı qanayacaq....Qar bilmirdi....

Onlar da bilmirdi...      ...Xocalılar..



Amma yazını oxuyub başa vurandan sonra

romantik vüsətlə aşılanmış bütün bu silislə metaforalar

unudulur, yadda qalan bircə mirsa (yaxud cümlə)

olur: “Donmuş meyitləri, kəsilmiş başları əks etdirən

tanış Xocalı kadrlarında canlı  bircə  Çingizin

hönkürtüsüdür...”. Əgər Qarabağ haqqında ən

yaxşı misra və cümlə müsabiqəsi keçirilsəydi,

Sara, şübhəsiz ki, qələbəyə iddia edə bilərdi.

İndiki halda isə bu eləcə iddia olaraq da qalır.

Yarışmaya üç kiçik (“Qalib, yoxsa məğlub”,



“Qapılar bağlanır” və “Həyat”) esse ilə qatılan

Səbinə Hacızadəyə janr pozğunluğu məsələsində

irad tuta bilməyəcəm - onun yazıları   esse olmağına

essedir.  Amma... Hə, tamamilə düz tapdınız, onların

da öz əmması var - Qarabağ konusunda deyillər.

Səbinə yarışmanın forma tələbini gözləsə də, mövzu

məsələsinə etinasız yanaşır. Bu üzdən onun esselərini

oxuyub, öncə təəccübləndim. Ki, axı, bunların

Qarabağa və bizim yarışmaya nə dəxli var? Sonra

Peyğəmbər əleyhissəlamla bağlı bir olayı xatırladım

və məsələ yalan-gerçək bəlli bir məntiq axarına

düşdü.


Döyüşlərdən birini qələbə ilə başa vurandan

sonra qoşun əhlini namaza çağıran Rəsulullah deyir:

“Zahirdəki düşmənə qalib gəldik, indi gəlin batini

düşməni yenək”.  O batini düşmən deyəndə nəfsi-

əmmarəni, yaxud ürəklərə gizlicə girən şeytanı

nəzərdə tuturdu. O vaxtdan islam aləmində zahiri

düşmənlərlə müharibə cihadi-səğir  (kiçik cihad),

batini düşmənlə müharibə isə cihadi-kəbir (böyük

cihad) adlanır. Gördüyümüz kimi, Peyğəmbər

əleyhissəlam insanın öz batinindəki “erməni”ylə

müharibəyə daha böyük önəm vermiş, onu böyük

cihad adlandırmışdı. Ən böyük qələbə insanın öz

nəfsi üzərindəki qələbəsidir. Rəsulullahın bu

hədisindən doğan yekun qənaət budur.

Bu anlamda Səbinənin esseləri, xüsusən də

birinci esse insanın özünüdərk yolunda qarşılaşdığı

çətinliklərdən -   cihadi-kəbirdən, böyük cihaddan

bəhs edir:

“Axtarışa çıxdım. Müasir dövrə uyğun “mən”

axtarırdım, yolun başlanğıcında mənliyimi itirdim.

Başladığım yoldan geri qayıtmaq istəyirdim, qayıda

bilmədim və cəsarətimi də orda qoyub yola davam

etdim. Mənsiz və cəsarətsiz durduğum yerdə

yıxılırdım, ayaqda qalmaq üçün başqalarının ayağının

altını qazmalı oldum. Qazdığım quyularda özümə

qoyduğum hörməti və dəyəri də basdırıb getdim.

Dedilər, təmənnasız zirvəyə yol yoxdur. Zirvə

uğrunda içimdəki bütün yaxşılıqları satdım, sata

bilmədiklərim isə özləri tərk edib getdi. İnamım,

hissiyyatım, arzu və xəyallarım.. Hər qazanılan

yeni mərhələ məndən bir can aldı. Canlarımı itirə-

itirə zirvəyə qalxdım. O zirvəni qazandım, amma

onu yaşamaq üçün nə canım, nə də ruhum qaldı”. 

Səbinənin qəhrəmanı daxili döyüşdə düşmənə

yenilir və sonucda özünü, yəni ruhunu itirir. Bəlkə,

esseinn müəllifi demək istəyir ki, ən böyük Qarabağ

insanın özünün özünə də qaranlıq, mübhəm qalan

batini, ən qəddar erməni onun içindəki şeytan, ən

böyük məğlubiyyət isə bu içsəl şeytana uduzmaqdır?

Bəlkə də, heç o belə düşünmür, sadəcə, şərtləri

bilmədiyindən, yaxud onlara etina etmədiyindən

yarışmaya konudan uzaq materiallar göndərib. Əgər

Səbinə cihadi-səğir və cihadi-kəbir məsələlərini

bilsə, öz esselərində bu məsələyə yeddi qat dərində

belə işarə versə, özəlliklə də öz qəhrəmanının daxili

mücahidliyini Qarabağ savaşı ilə əlaqələndirsəydi,

şübhəsiz ki, qələbə çələngini götürəcəkdi. Lakin,

təəssüf ki, Səbinənin esseləri bu sadaladıqlarımzla

bağlı heç bir mesaj vermir. Və “Qalib, yoxsa məğlub”

sualını Səbinənin yarışma sonu durumu ilə

əlaqələndirsək,  cavabım belə olacaq -  məğlub.

Gülnar Səma “Qarabağ üçün” adlı həcmcə

çox kiçik, vur-tut on beş cümlədən ibarət essesinə

“Mən Qarabağı görməmişəm” kimi səmimi bir

etirafla başlayır. Təhkiyənin sonrakı gedişi və essenin

ümumi quruluşu da göstərir ki, müəllifin başlıca

iddiası səmimiyyətədir. Səmimiyyətə iddia isə

dolayısı ilə həqiqətə iddiadır. Yəni təxminən belə

bir şey: ola bilsin ki, mən səhv edim, ola bilsin ki,

dediklərim sizə inandırıcı gəlməsin, amma bunlar

mənim daxili həqiqətimdir; mən belə düşünürəm;

görürsünüz necə cəsarətli qızam? Gülnarın

yazdıqlarının alt qatından bunları oxudum.

Nədir Gülnarın həqiqəti? Budur ki, niyə öncələrdə

analar “Allah bir daha bizə müharibə göstərməsin,

balalarımız yazıqdı, cavandılar” dedikləri halda,

aprel döyüşlərindən sonra “O boyda oğulu nəyə

böyütmüşəm, təki vətən sağ olsun!” deyirlər? Gülnar

Qarabağı görmədiyi kimi, bu ziddiyyətin səbəbini

də görmür, sonucda esse mahiyyətcə sual işarəsi ilə

bitir.

Bu üzdən mən də Gülnara sual verəcəm: bəs,



səncə, analar nə deməlidir, deməlidir ki, yox,

Qarabağdan mənə nə, təki balama bir şey olmasın?!

Elə çıxmasın ki, qızımızı “antivətənpərvər”

mövqeyinə görə suçlayıram. Mən, sadəcə sual

verirəm və  Gülnara başlıca qınağım bununla ilgili

deyil. Yazıçıdan hökmən və hökmən “patriot”luq

№10 (569) oktyabr 2016

I

27




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə