Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

32

I

ULDUZ



ÖZGƏ SƏMA 

Qağayılar həmən idi, səma isə özgənin.

Sən gəlmirdin, gəlmirdin, mən isə gözləyirdim.

Heç bilməzdim belə dönər bir-birindən doğmalar

Heç bilməzdim belə bitər uydurduğum nağıllar.

Bütün ömrə yetmir gücü, yarı yolda qırılır.

Göyün yerə çatmır gücü, uşaq kimi ağlayır.

Yağışında islandığım buludlara asiyəm,

Təkcə bu gün anladım ki, sənin heç bir kəsinəm.

Tanrıyla da çox danışdım, o da məni tanımır,

Sevgi mənim üst-başımı, ürəyimi dəyişib.

Məni bu dərbədər halla ölüm belə aparmır,

Adım göydə başqa olub, yer üzünə səhv düşüb.

ARZU 

Ən gözəl çiçəkləri dərilib qurudulub,

Ən gözəl qadınları sevilib, bitilib bu dünyanın.

Ən ağıllı insanları dəlirib,

Ən kütbeyin insanları xeyli irəliləyib bu dünyanın...

İki daşı çatmır, alıb yerə çırpasan,

Zayı çıxıb, xəzan olub tökülüb.

Düşün bir... sən də bu dünyanın

Ən sonuncu naxışısan,

Sönürsən kiminsə arzusunda.

Fərqi yoxdur kimin...

Sönürsən.

Hər gün güzgüdə gözlərindən bir az işıq azaldığını

duyub,


Bumbuz yerinə qapanıb gizlənirsən dünyadan…

Dərdi yorğan kimi çəkib üstünə,

Zilləyib gözlərini çirkli tavana sayıqlayırsan…

Ən zərif çiçəkləri dərilib, qurudulub,

Ən gözəl qadınları sevilib, bitilib bu dünyanın.

Ən ağıllı insanları dəlirib,

Ən kütbeyin insanları xeyli irəliləyib bu dünyanın...

İki daşı çatmır, alıb yerə çırpasan,

Zayı çıxıb, xəzan olub tökülüb.

Düşün bir... sən də bu dünyanın

Ən sonuncu naxışısan,

Sönürsən kiminsə arzusunda.

Fərqi yoxdur kimin...

İNTİHAR 

Qolları qanad kimiydi,

Açardı yanlara, sanki uçacaqmış kimi.

Tanrının küləyinə əmanət edib qollarını,

Atılardı xəyallarının üstündən...

Hər dəfə,

yüz ildə bir kərə…

Yaş zamanını aşmışdı,

Yüz il idi, bir arzunun yaşında qalmışdı.

Çox insanlardan keçmişdi,

Hələ də ümidli idi ölümə.

Qolları qanad kimiydi,

Açardı yanlara sanki uçacaqmış kimi.

Bir gün də atıldı...

Aysel FİKRƏT

ŞEİR VAXTI



№10 (569) oktyabr 2016

I

33



HEÇ DOĞMAYAN QIZIMA

Bağışla məni, qızım,

Həyat o qədər boş ki,

Qıymadı səni mənə. 

Bağışla məni, qızım,                                                                                         

Diqqətlə məni dinlə.                                                                                                   

Gül qoxulu qızım, bax,                                                                                       

Necə çətindi günlər.                 

Bitmir bizim tərəfdə

Bənövşələr, lalələr.

Nəsə alınmır, qızım,

Atanın işi-gücü.                  

Elə hey fikirdədi,

Qardaşların məktəbdə.

Mənim də ümidlərim

Nədənsə qürbətdədi. 

Sən də mənim ümidim,

Həsrətimin səsisən.

Həsrətimin telini

Didik-didik etmisən.

Daha gəlinciklərə

Baxmaz olmuşam, qızım.

Mənim qürbətə düşən

Yanıb-sönən ulduzum.    

Gül düzdüyüm saçların

Qıvırcıqdı, bilirəm.

Baxıb boş xəyalına                                                                                             

Qəmli-qəmli gülürəm. 

Bütün itirdiklərim

Sənin qədərdi, qızım.

Məni gözlə, gəlirəm,

Doğulmayan gündüzüm.



QADIN

Əlində yükləri çəkə bilməyən

Ayağın ardıyca sürüyən qadın. 

Gülməyə çalışan, gülə bilməyən, 

Hər gün olmazıyla barışan qadın. 

Gözləri qəm dolu, dərin acılı. 

Həsrəti yaralı, hüznə sancılı, 

Hər gün dərdi doğub adam eləyən, 

Sonra bu dünyaya ötürən qadın.

Gecələri ağlar, səhərləri şən, 

Ürəyində dərdi, gözlərində nəm, 

Hər gün öz canını götürüb evdən 

Axşamlar evinə sürünən qadın. 

Susqun baxışında lal təbəssümü 

Kimin əllərində söndü, büküldü. 

Ömrün payızında xəzana dönüb

Göylərdən yerlərə tökülən qadın. 

Elə bil oxunmuş, bitmiş nəğmədi, 

Söyləyə bilinməz quru kəlmədi.

Elə bil dünyaya o heç gəlmədi, 

Özgənin ömrünü yaşayan qadın… 

ÇIXIŞ YOLU 

Yoxmu bu dünyadan bir cıxış yolu, 

Ölümdən savayı, həsrətdən ötə.

Adam lap istəyir yığa dərdini, 

Bu axmaq dünyadan baş alıb gedə. 

Ayağım sözümə baxmır, neyniyim, 

Gedib alınmazın ardıyca qaçır. 

Gözlərim sözümə baxmır, neyniyim, 

Gedib görünməzin gözünə baxır. 

Ürəyim sevməzi sevir, neyniyim, 

Onu sevənləri görmək istəmir.

Üzünü çevirib yana gedənin 

Ardıyca kölgələr sürünüb gedir...

Mən neynim, yolumuz azdı yolunu, 

Mən neynim, səhv düşdük dünya üzünə. 

Mən neynim, duası azıb dünyanın, 

Sevgisi çevrilib astar üzünə...

Mən neynim, indi də donmuş daş heykəl,  

Gedib daş heykəli nə qədər döyüm? 

Bu yandan o yana gedə bilmirəm, 

Ölüm gəlmir əgər, bəs necə ölüm?

Yoxmu bu dünyadan bir çıxış yolu, 

Ölümdən savayı, həsrətdən ötə.

Adam lap istəyir yığa dərdini, 

Bu axmaq dünyadan baş alıb gedə. 



34

I

ULDUZ



VƏTƏNDİR 

Xeyli vaxtdır düşünürəm bu dərdi, 

Dərdlərimin ən gözəli Vətəndir. 

Ta əzəldən ürəyimdə cücərdi, 

Sevgilərin ən alisi Vətəndir. 

Ölüm gəlsə, mənim üçün nə fərqi, 

Vətən üçün axı bir can nədir ki… 

Anladım ki, düşündüm ki, bildim ki, 

Ölümlərin ən ucası Vətəndir.

Şəhid olam, al şəfəqə bürünəm, 

Bulud olam, torpağına səpiləm. 

Göz yaşıtək gözlərimdən süzülən 

Əlçatmazım, ünyetməzim Vətəndir. 

İtirdikcə onu mən zərrə-zərrə, 

Özüm öz canımda itirdim mən də.

Zaman ilə sevdiklərim itsə də, 

İtkilərin dözülməzi Vətəndir...

Gözüm dönüb, yox, geriyə dönmərəm,

Vətən, yaran sağalmasa, ölmərəm. 

Şəhidlərin qanın yerdə qoymaram, 

Ruhum uçdu Qarabağa, nədəndi? 

Hər damlası, hər qarışı Vətəndir. 

Xeyli vaxtdır düşünürəm bu dərdi, 

Dərdlərimin ən gözəli Vətəndir. 

Ta əzəldən ürəyimdə cücərdi, 

Sevgilərin ən alisi Vətəndir. 



MƏN ATAMIN YAZMADIĞI ŞEİRDİM 

Mən atamın yazmadığı şeirdim, 

Deyəsən, heç yazılmadım, oxunum. 

Xəyalların işığına aldandım, 

Bir sevginin etirafı doğuldum. 

Mən ayrılıq acısından gəlmişəm

Anamın göz yaşları var canımda. 

Mən bir sevgi nağılını yemişəm, 

Qan əvəzi dolaşır hey canımda. 

Mən bir ümid işığıydım son anda, 

Hamı məni gözləyirdi ki, gəlim. 

Məni şeir kimi doğdu anam da, 

Söylənmədim, oxunmadım, gizləndim. 

Bir saralmış kitabın son səhifəsi 

Kəfən oldu, büründü ürəyimə. 

Bir toxunmaz misra qalıram, ana, 

Qoyma məni nadanlar höccələyə. 

Mən, deyəsən, çoxdan bəri ölmüşəm, 

Mən, deyəsən, yaşamıram zamandı. 

Nə zamandı misralardan enmişəm, 

Yer soyuqdu, göy də qara dumandı. 

Bu həyata sığmayan bir yolam mən,

Dörd tərəfin dördünə də gedirəm. 

Mən kökünü çoxdan unudan ağac, 

Parçalanıb zərrə-zərrə itirəm. 

Budaqlara sığışmayan acıyam...

Mən yaşaya bilmədimsə, qəm yemə. 

Bacım yoxdu, həsrətlərə bacıyam, 

Balam təkdi deyib, qüssə eləmə. 

Dara düşən budağıma yapışsın, 

Sevgililər cızsın adın gövdəmə. 

Arzuları bağlasınlar qoluma, 

Arzuları məlhəm olsun dərdimə. 

Şeir olmaq nə gözəldi, İlahi, 

Ölümü də göz oxşayır sözlərin. 

Ana, nə yaxşı ki, bu dünyaya gəlmədim, 

Sözə döndüm, ürəyində közərdim...

DƏRDDİR KÖKÜ İNSANIN 

Eşitmişdim, bilirdim, dərddir kökü insanın, 

Bütün böyük insanlar dərdindən böyük olur. 

Dünya dərddən bükülüb, yumulub ta əzəldən, 

Bütün kainat özü dərddən, qəmdən yoğrulub. 

Çiçəklər də gül açıb göz yaşından buludun, 

Günəşin də şöləsi dərddən göyə od vurur. 

Bütün qoca təbiət dərd yüküdür həsrətin, 

Bütün insanlıq özü min həsrətin yoludur. 

Bənna həsrətlə, dərdlə qala hörür, daş hörür. 

Bir divanə o qalanın intihar nəğməsidir. 

İnanıram, hər gün bir az qoca təbiət ölür, 

Hər oyanış kədərin, qəmin ah-naləsidir. 

İndi mən də qapanmışam, bükülmüşəm kədərə, 

Necə atım öz-özümü, qatım dərdli səhərə. 

Həyat bizə “Acıların üstündə oyna” dedi, 

Hər gecənin ümidi var bir kədərli səhərə. 



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə