Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə17/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   13   14   15   16   17   18   19   20   ...   36

Bütün bunlar fərziyyədir, düşündüyüm kimidir, 

Hər bir kəsin bir canı var canından uzaqlarda. 

Körpüləri, əslində, dağlar özü uydurdu, 

Çünki axı qovuşmaq da deyirlər var dünyada. 



HƏR KƏS 

Hər kəs bu dünyada bir kəsin kədəridi, 

Hər kəsin bir qəbri var bir kəsin ürəyində. 

Hər kəs cəmi bir dəfə bir kəsin əsəridi, 

Sonra daha yazılmır heç kəsin ürəyində. 

Hər kəs bu dünyada bir kəsə görə vardır, 

Hər kəs təkcə bir dəfə bir kəsə görə olur. 

Sonra bir də yaşamır, bir də uymur sevgiyə, 

Bir daha heç kəs üçün yenidən də doğulmur.

Hər kəs cəmi bir dəfə yaşayır bir kəs üçün, 

Sonra hər kəsçün olur bütün ömrünü hər an. 

Hər anı bir il olar, hər kəsdən çox dərd çəkər, 

Hər kəsin o bir kəsi heç bir kəsi olandan...

Sən demə, varlığım çoxmuş dünyaya, 

Bir az varlığımdan kəsməliyəm mən. 

Bəzən söyləməyə bir söz tapmayıb, 

Günlərlə, aylarla susmalıyam mən. 

İlləri illərə calaq edərək, 

Doğmadan yad qədər uzaq duraraq,

Hətta sevdiyimin özündən belə, 

Bir ömürlük gendə gəzməliyəm mən. 

YORULUB 

Bir gün ağac gül açmaqdan

Meyvə bitməkdən yorulur. 

Ay gecə batıb-çıxmaqdan, 

Gündüz günəşdən yorulur.

Yorulur yol yolluğundan, 

Ayaq getməkdən yorulur. 

Sevgi sevəndən yan keçir, 

Ürək sevməkdən yorulur.

Duman çəndən, gül bülbüldən, 

Çiçək çəməndən yorulur.

Quşlar göydən, insan yerdən, 

Gözlər həsrətdən yorulur...

İnsan oğlu yad olmağı

Gözə alır öz özündə. 

Öz canından, öz adından, 

Öz bədənindən yorulur.

Ölüm yorulur insandan, 

Yaxın gəlmir can almağa. 

Dərd başdan aşıb-daşsa da, 

Gəl, bəndəsindən yorulur.

Bu evin yiyəsi kimdi, 

Ev yiyəsindən yorulub. 

Kisəsindən yeyir hamı, 

Yiyə kisədən yorulub.

Tanrı baxmır o tərəfə, 

Nə diləsə, nə istəsə. 

Bu sadədil, bu sadəlövh, 

Bu sevgibaz, bu çarəsiz, 

Yaşamaqla əlaqəsiz 

Öz bəndəsindən yorulub.



36

I

ULDUZ

Y

azıçı Sona Vəliyevanın yeni çapdan



çıxmış “İşığa gedən yol” kitabı

mahiyyət etibarilə zamana münasibətə

güzgü tutur. Əsərdəki ictimai amil,

şəxsiyyətin düşüncələri milli xarakterə

uyğundur və müəllifin zaman ifadəsi dürüst məntiqə

əsaslanır. Sona xanım vətənpərvər ideyaları ilə vətən

amilini bütün həyatı boyu önə çəkib və bu üzdən

onun Həsən bəy şəxsiyyəti haqqında söz deməyə

mənən haqqı var. 

Zənnimcə, “Kaspi” qəzetinin təsisçisi, filologiya

üzrə fəlsəfə doktoru, yazıçı Sona Vəliyevanın “İşığa

gedən yol” romanı həyat və tarix məsələlərinə geniş

aspektdən yanaşma tələb edən mükəmməl əsərdir. 

Bəlli olduğu kimi, “İşığa gedən yol” romanı

Azərbaycan mətbuatının banisi, görkəmli şəxsiyyət

Həsən bəy Zərdabinin həyat və yaradıcılıq yolundan

bəhs edir. Əsərdə Həsən bəy Zərdabinin keçdiyi

ağır, məşəqqətli həyat, yaradıcılıq və maarifçilik

yolu əks olunur, maarifçilik idealları cəmiyyət

reallığı kimi təqdim edilir. Müəllif Zərdabinin

timsalında xalqın mədəniyyət, ədəbiyyat, bir sözlə,

ziyalılıq tarixinə fərqli rakursdan yanaşıb. Tarixi

faktlar, ağrılı məqamlar əsər boyu bədii-publisistik

müstəvidə xarakterizə edilir, oxucuda müəllifin

dünyagörüşünə heyranlıq yaranır. 

Əslində, roman janrında cəmiyyət meyillərini

əks etdirmək hər qələm sahibinə müyəssər olmur;

bu məsələdə uğur qazanmağın özü illərin zəhməti

hesabına başa gəlir. 

“İşığa gedən yol” romanı bir növ xarakterlər

məcmusudur. Burada haqqında danışılan Həsən bəy

hələ ilk yaşlarından heyranlıq doğuran xüsusiyyətləri

ilə seçilir. Bu fakta əsərin bir neçə yerində rast

gəlmək mümkündür: “...Oğlunun ilk dəfə mədrəsəyə

məhz babası ilə getməsini istəməsi Rəhim bəyə

indi aydın oldu... (Çünki Həsən babasını ata-

anasından qat-qat artıq sevirdi...)”, “Görəsən, göyü

dirəksiz saxlayan nədir? Yaxşı, bəs atam göyün

sonsuz boşluq olduğunu deyirsə, bu qədər ulduzlar

boşluqdan necə asılı qala bilir?” və s. Bu və bu

kimi yanaşmalardan görürük ki, müəllif Həsən

bəyin obrazını ustalıqla yaradıb.

Sona xanım bu əsərində zamanın fəlsəfi-mistik

ovqatını göstərib. Zərdabi şəxsiyyətindəki işığı,

ziyanı görüb və kitabını “İşığa gedən yol” adlandırıb.

Anar AMİN

“ИШЫЬА  ЭЕДЯН  ЙОЛ”ДА...



№10 (569) oktyabr 2016

I

37



Sona Vəliyevanın bu tarixi əsərində çırpınan

həqiqətlər bizə mənəvi qatlara enmək üçün

aydın səmtlər göstərir... 

“İşığa gedən yol” romanı tanınmaq,

sevilmək üçün yazılmayıb,  əsər müəllifin

sözə, hissə, duyğuya, şəxsiyyətə sevgisindən

yaranıb. Müəllif əsərdə ədəbi paralellər yaradıb,

həyatın, zamanın miqyasını bədii çalarlarla əks

etdirib... Biz, onun digər janrlarda yazdığı

əsərlərdə də bu meyli görürük.

“İşığa gedən yol” əsərində  müəllif bu günlə

müqayisədə yaranan ziddiyyətlərə, eyni zamanda

oxşarlıqlara “eyham təpəsindən boylanır”. Doğrusu,

əsəri bir həyat tablosu da hesab etmək olar...

Bu əsərdə özünəqayıdışa çağırış, özünəinama

səsləniş var. Romanda əsl şəxsiyyətin, ziyalılığın

ünvanı var - bu ünvan Həsən bəy Zərdabi və onun

keçdiyi ömür yoludur. Deyə bilərik ki, müəllif ro-

manda əsasən mənəvi kriteriyaları müəyyənləşdirib.

Sanki bu, onun müəllif ruhunun israrıdır. 

Obrazların xarakterinin ən xırdalığınacan açılması

əsərin uğurudur. Sona xanımın yaratdığı müsbət

obrazlar qorxaq sevdalara tuş deyil; onlar ictimai

müstəvidə çarpışmağa meyillidirlər. 

Kitabda başlıca qayələrdən biri - tanınmış,

görkəmli bir şəxsiyyətin xarakterinin açılmasıdır.

Əsər məna və məzmunu ilə müəllifin insan-yazıçı

dürüstlüyünü gələcək üçün istinad göstərə biləcəyimiz

şəxsiyyətin dünyasını hamımıza örnək  kimi təqdim

edir. Zərdabinin timsalında o dövr cəmiyyətinin

etinasızlıq və diqqətsizlik halları pislənir. Zərdabinin

Tanrı dərkinə səmt almaq missiyası da müəllifin

dünyaya dini baxışından doğur.

“İşığa gedən yol”da heç bir hadisəyə könülsüz

yanaşma yoxdur. Müəllif roman janrında gerçək

bir ŞƏXSİYYƏT nəğməsi yazıb, bu nəğmənin

“ifaçıları”sa vətənini sevənlərdir. “İşığa gedən yol”

Sona Vəliyevanın örnək həyat və şəxsiyyət tablosudur.

Bilirik ki, örnək həyata, bacarığa, nümunəvi əxlaq

və davranışa sahib ola bilməyin məlum çətinlikləri

var. O insan ki zəhmətin müqabilində əldə etdiyi

əməksevərliyi istedadı ilə qoşalaşdırır, onun örnək

olmaq şansı daha çox olur. Tarixdə belə tale yiyələri

olub və bu gün də mövcuddur. 

Bu roman illərin ağır zəhmətinin məhsuludur.

Müəllif, xalqımızın yaşadığı acı gerçəklikləri əsərin

məzmununa hopdurub. Hadisələrə sistemli yanaşması

xüsusi diqqət çəkir.  

Kitabda dövrün

acı təhrikləri, gerçəklikləri və şəxsiyyətin

sınmazlığı də əks olunub. Bu məqam müəllifin

həyata bağlılıq əzmindən, yurda sevgisindən

qaynaqlanır. 

Və romanın süjet xəttində tamlıq yaradan əsas

bədii amil Zərdabinin bütöv ömrüdür - belə ki,

Zərdabi doğuluşdan qəbir evinə qədər çətin və

şərəfli həyat yolu keçir. Müəllif onun ölüm anını

belə təsvir edir: “Cənazə karvanı Bibiheybətə çatdı,

insan seli yavaş-yavaş dayandı. Lakin Həsən bəyin

ruhundan zühur edən işıq seli, aləmi bürüyən övliya

nuru öz əbədiyyət yolunu davam edirdi. Bu işığın

son dayanacağı hələ çox-çox uzaqlarda idi.

Tükənməyən, bitməyən nur yolu, işıq seli heç vaxt

bitməyəcək, sona çatmayacaq kimi millətin önünə

düşərək gələcəyə doğru gedirdi. Xalqını, millətini

daim müşayiət edəcək bu yolun yol yoldaşının

cismini isə indicə Bibiheybətdə torpağa əmanət

edəcəkdilər...” Göründüyü kimi, ilk andan başlanan

işıq seli (Zərdabi fonunda) son anda daha qabarıq

şəkil alır, bu işığın sevdasına milyonlar yığışır. Belə

bir səadətə qucaq aça bildiyi üçün, əlbəttə ki,

Zərdabi şəxsiyyəti daim ucada durmaq haqqı qazanıb

və Sona xanım məhz bu üstün keyfiyyəti nəzərə

aldığından romanını onun nurlu şəxsiyyətinə həsr

edib.

Bu kitab, əslində, cəmiyyətimizin yeni nəslə



yanaşma prinsiplərinə düzgün istiqamət verən dürüst,

sağlam ideoloji düşüncələrin cəmidir. Romanda

həyatın da, taleyin də, mühitin də, şəxsiyyətin də

aydın obrazları var; elə bir obrazlar ki, gələcəkdəki

ötkəm addım səsləri indidən eşidilir...



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə