Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

№10 (569) oktyabr 2016

I

41



O gün də bir-birimizə qoşulub, “tema”nı yaxşıca

lağlağıya çevirdik. Əzizi o qədər canından bezdirdik

ki, tualetin arxasına çəkilib ağladı.

Bir sözlə, bütün istedadımızı işə salıb Əzizi

cırnatdıq. Hər şey plan üzrə getdi və Cəmo itən günü

Əzizi yun kimi çırpdıq. Qaçıb əlimizdən güclə

qurtardı. Bu dəfə “saqqız qonaqlığı” yox, “siqaret

qonaqlığı” oldu.

* * * 

Qeyrət Cəmonun əlindən tutub, özünə tərəf çəkdi:



- Bax, bu diki də aşaq, çatırıq.

- Qaaaaqqqaaaa... əəəbəəə.... əəəbəəə...

Cəmo əliylə Qeyrətə qarnını göstərib, acdığını

işarə elədi.

Qeyrət at çibini yapışmış dana kimi böyürdü:

- Səhərdən iki dənə çörək yemisən, qarnına şiş

girsin, Cəmo!

Cəmo Qeyrətin üzündəki ifadədən heç nə başa

düşmədi:

- Həboooo, həbooo... Uuuuuuu... Vey-vey...

Sonra da ağzını əyə-əyə qardaşının üzünə güldü.

Qeyrət əvvəllər Cəmonun üzündə belə gülüş gör -

məmişdi. Fıstıq ağacının dibinə çökdü:

- Cəmo, sənin əlindən bezmişəm eee. Bütün

ailənin canı qurtaracaq sənin əlindən. İmkan vermirsən

yaşayaq.


- Uuuuaaaat. Əpppəəəh, əppəh.

- Al boğmalan. Axırıncı yeyişin olsun!

Cəmo acgözlüklə pendir dürməyinə girişdi.

Qeyrət ayağa qalxıb, ağaca söykəndi. “Bu dağı da

aşsaq, Fıya çatırıq. Ordan ötürsəm, qayıda bilərəm” -

deyə düşündü.

Əlləri, ayaqları üşüdü. Murovda tara düşüb, əl-

ayağının donduğu vaxtları xatırladı. Qulaqları

uğuldadı. “Yəqin, qar qurdlayıb, qoşunlarda” - deyə

düşündü. 200-300 metr aralıdakı qayalara baxıb,

doluxsundu:

- Səni balam kimi istəyirdim, Cəmo.

Cəmo Qeyrətin üzünə baxıb, səy-səy gülümsədi...

* * * 


- Cəmooooooo, ay Cəmooo!!!!

- Zəhirmar Cəmo, çor Cəmo!!! Bilmirsən, o

səyələyin qulağı eşitmir! Lap tutaq ki, eşitdi, necə

cavab verəcək? Danışa bilmir bu köpəyoğlu, lal-kardı!

Nə tupoy camaatığ eee. 3 gündü anqıra-anqıra Allahın

dəlisini axtarırıq.

Uçastkovunun təpinməyi Cavad kişini özündən

çıxardı:


- Rəis, sənə yalvaran var bizimlə gələsən? İmkan

ver özümüz öz dəlimizi axtarağ!

- Özümüz nədi, ay Cavad? Bəyəm mən bu kəndə

kosmosdan gəlmişəm?

Cavad kişi susub, başını buladı. Xanların anası

erməni olduğu üçün kənd camaatının bu qırmızısifət,

boynuyoğun uçastkovudan zəhləsi gedirdi. Cavad kişi

Xanların əsəbiləşməyinə ürəyində gülüb, üz-gözünü

turşutdu:

- Neyniyək ay papağın boş qalsın, çağırırıq ki,

hənirti olsun. Görmürsən məktəb uşaqları necə qorxa-

qorxa yeriyir? Cəmonu çağırmırıq, ay nəçənnik,

uşaqlar qorxmasın deyə sürək salırıq.

* * * 


Kamil maşının qapısını çırpıb, həyətə keçdi.

Sürətlə pilləkənləri qalxıb, eyvandakı soyuducunu

açdı. Üç litrlik balonu soyuducudan çıxarıb balondakı

buz kimi sərin ayranı stəkana süzmədən başına çəkdi.

Yalan olmasın, balonun yarısını boşaldandan sonra

fikir verdi ki, arvadı eyvanın məhəccərinə söykənib

ona baxır. Balonu soyuducuya qoyub, qapısını çırpdı:

- O erməni küçüyü yenə bu küçədən keçirdi. Xeyir

ola?

- Mən hardan bilim, ay Kamil? Kəndin ağası odur,



hardan istəsə, keçər.

- Təsadüfən bizim həyətdən çıxmırdı kəndin

ağası? Kamil boğula-boğula arvadını yamsıladı.

- Başın xarabdı, burda nə ölümü var?

- Əziz hanı? - Kamil suala sualla cavab verdi.

- Çaya getdi, çimməyə. Qızlar da moruq yığmağa

gedib, Qeyrət əmiləriynən.

Kamil cin atına mindi:

- Ay qancıq, sənə deməmişəm yetişmiş qızları

meşəyə getməyə qoyma? Nə olsun əmiləridir.

Görmürsən qəzetlərdə nələr yazırlar? O gün də

Ağdaşda dayı öz bacısı qızını zorlayıb. Dünya dağılır

ey, xəbərin yoxdu.

- Sən uşaqların canı, ağzımı açdırma. Qeyrət

zorlayandı arvadı Kəmaləni zorlasın. Murovda o söz...

Kamil hırıldayan arvadına baxıb yumruğunu sıxdı.

Əlini qaldırsa da, vura bilmədi. Bilirdi ki, toxunsa,

axşam uçastkovu tutub olan-qalanını alacaq. Əsə -

bindən gömgöy göyərdi:

- Bu dəqiqə səni dəli inək balasını tapdalayan kimi

ayaqlayaram. İtin belindən gələn! Camaatın ağzına söz

salma!


Arvadı Kamilə məhəl qoymayıb, hırıldadı:

- Bıy, başıma xeyir, sənin də əlindən ancaq tap-

dalamaq gəlir. Ayranını içdin, köpdün? Di cəhənnəm

ol, işim başımdan aşır. Uşaqların paltarları sudadır,

gərək onları yuyam.



Kamil yenə bağırmaq istəyəndə arvadı Qeyrətin

həyətini göstərdi:

- Odeyyy, Cəmo Kəmalə ilə lobya tağlarının

arasında dingildəşir.

Kamil qardaşıgilin həyətinə sarı boylanıb susdu.

Əslində Cəmonun neçə vaxtdan bəri, Qeyrətin arvadı

Kəmaləylə birlikdə olduğunu bilirdi. Amma dəli

Cəmilə bütün bunları necə başa salsın? Necə başa

salsın ki, qardaş impotent olsa da, onun arvadına göz

dikmək olmaz. Kəmaləni görəndə Cəmonun ağzı açıq

qalırdı və deyəsən, Qeyrətin hər şeydən xəbəri vardı...

* * * 


Əzizlə bütün sinif məzələnirdi. “Əzizin balaca

qardaşı, uçastkovu Xanlara oxşayır”. Bunu da Fuad

salmışdı dilimizə. Fuad Əzizlə çəpər qonşusu idi. Ona

görə də Fuad danışmağa başlayanda Əziz qaçıb

məktəb tualetinin arxasında ağlayırdı. Sinfə qayıdan

kimi də lövhəni silmək üçün qızların əmək təlimi

dərsində tikdikləri balaca yastıqcaya bənzər, təbaşir

tozuna bulaşmış silgini üst-başına çırpıb, Əzizi

ağappaq toza bulaşdırırdıq. Qorxusundan cınqırı da

çıxmırdı. Bilirdi ki, Fuad yenə başlayacaq onunla

məzələnməyə.

Əzizin atası fermada işləyirdi. Səhər çıxar, axşam

qayıdardı. Bəzən 2-3 gün evə gəlməzdi. Mən Fuadın

yalançısıyam. Guya Kamil dayı evdə olmayanda,

uçastkovu günortalar Əzizgildə “dincəlir”.

Cəmo itməmişdən qabaq, yeni “tema” tapmışdıq.

Fuad Əzizə deyirdi ki, Qeyrət əminin oğlu, Cəmoya

oxşayır...

* * * 

Qeyrət Cəmonun alnından, üzündən öpdü. Yuxu



dərmanı qatılmış suyu son damlasına qədər içən Cəmo

dərin yuxuya getmişdi. Qeyrət yanağından süzülüb,

burnunun seliyinə qarışmış göz yaşını qolunun

arxasıyla sildi. “El içində biyabır olmuşam, Cəmo.

Bağışla məni. O dünyada yaxamdan yapışma, qurban

olum!”


* * * 

- Qeyrət əmi hardadı, mama?

- Cəmoyla meşəyə palıd qozası yığmağa gedib.

- Cəmo qoza yığa bilir?

- Mən nə bilim? Qeyrət də bu yazığı eşşək kimi

işlədir.


- Heyfini çıxır...

- Nəyin?


- Bilmirəm...

* * * 


Bir həftə Cəmonu axtardıq. Meşənin altını üstünə

gətirdik. Axırıncı gün “bazar yerinə” toplaşan camaata

icra nümayəndəsi təklif elədi:

- Bu gün axırıncı gündür. Dağıstana gedən yolu da

axtaraq, bəlkə, ölüsünü tapdıq.

Kamillə Xanlar bir-birinə baxdı. Qeyrətin

Murovda şaxta görmüş burnu, qulaqları bozarıb

badımcan rəngi aldı. Xanlar Kamilə göz basdı ki, nara-

hat olma. Camaat arasında səs-küy başladı:

- Allahdan ümid kəsilməz. Fıya qədər gedək.

- Nə danışırsan a kişi, Balaşumdan Fıya gedib

çıxmaq olar? Boş əziyyətdi çəkirik.

- Bəlkə, yol çəkib aparıb?

- Boş-boş danışma, a məllim. Ova gedib-gələn

adamsan. Yol dəlini hara çəkəcək?

İcra nümayəndəsi özündən çıxdı:

- Ay sizə qurban olum, bir həftədi məktəblər

işləmir. Başçı anamı ağladacaq. Başınıza dönüm, bir

qərar verin.

Xanlar ağır-ağır qabağa durdu:

- Mən rəislə danışmışam, daha axtarmağın mənası

yoxdu. Ağıllı adam olsaydı, Bakıdan vertalyot

göndərərdilər. İndi neyləyək ki, bizim dəlimizə dövlət

yiyə durmur? Dağılışın, gedin evinizə. Birinci gündən

də uşaqları göndərin dərsə.

Camaat Xanları adam yerinə qoymasa da, fikri

ağlabatan idi. Bir həftədi, Cəmonu axtarırdılar. Hamı

əldən düşmüşdü. Dağılıb getmək çoxusunun ürə 

-

yindən idi...



* * * 

Camaat dağılışandan sonra Fuad Əzizin qoluna

girdi. Fuad da, Əziz də ağlayırdı. Yaxınlaşıb Əzizi

qucaqladım. Uçastkovu Xanlara oxşayan balaca

qardaşı Əzizin əlindən bərk-bərk yapışmışdı. Mənim

qucaqlamağım Əzizi daha da kövrəltdi. Kolxoz

anbarının arxasına keçib, bir qutu siqaret boşaltdıq.

Axşam evə gələndə hadisədən xəbərdar olan

nənəm sorğu-suala tutdu. Elə qüssəli idim ki, nənəmin

dizinin üstünə başımı qoyub gizlincə hıçqırırdım.

Nənəm başımı tumarladı:

- Sən niyə ağlayırsan, ay bala? Görüm Xanları

qanına bələnsin. Kamillə birləşib Cəmonun başını

yedilər.


Gözlərimi bərəldib nənəmin üzünə baxdım.

Nənəm sual dolu gözlərimdən gözünü çəkib, yaylı -

ğının ucuyla gözündə parıldayan yaşı sildi...

Cəmo itən gündən sonra bir də Əzizlə

məzələnmədik...

42

I



ULDUZ


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə