Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə21/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   17   18   19   20   21   22   23   24   ...   36

№10 (569) oktyabr 2016

I

45



lətafətli bir qız maşından düşdü. Gənclər öz aralarında

danışa-danışa dükanı süzür, vitrinlərə baxırdılar...

...Görkəmlərindən cangüdən olduqları bəlli olan

6-7 idmançı nəhəng yolu boşaldıb, gənclərə yol açdı.

Səs-küyə dönəndə gördüm ki, dükan sahibi də daxil

olmaqla bütün əhli-dükan qapıya doğru yüyürür.

Satıcılar və dükan sahibi qapının yanında boy cərgəsi

düzülüb farağat dayandılar.

Şıltaq gənclər deyə-gülə, boy cərgəsi düzülənlərə

istehzalı bir nəzər salıb içəri keçdilər. Görünüşlərindən

sevgili olduqları bəlli olan gənclər düşünmədən yekə

mişkalara - yəni mənim olduğum bölməyə tərəf

yönəldilər. Mişkaların arasında sakitcə dayanıb

yerimdən tərpənmirdim. Dükan sahibi onların yanında

quyruq bulayır, həvəslə mişkaları qıza göstərirdi.

Yerimdən tərpənmədən gəncləri süzürdüm. Gənclər

mişkaların ora-burasını dartışdıra-dartışdıra bir dəfə

yanımdan keçdilər.

Yavaş-yavaş özümə gəlib nə baş verdiyini an -

lamağa başlamışdım. Düz başa düşmüşdümsə, dükana

təşrif buyuran adlı-sanlı biznesmenlərdən birinin oğlu

və onun şirin-şəkər sevgilisi idi. Oğlanın ədabaz

davranışları, ətrafında dolaşanlara münasibəti məni

vahimələndirməyə başlamışdı. Bir neçə dəfə jur 

-

nalların üz qabığında, internet saytlarında şəklini



gördüyüm gənc biznesmen yüksək səslə danışır, dükan

sahibiylə qulluqçusu kimi davranırdı. Gördüklərim

qanımı qaraltdığı üçün aradan çıxmağı düşünə-düşünə

yerimdən tərpəndim. Gənc biznesmenin sevgilisi

qəfildən elə cikkə çəkdi ki, yerimdə donub qaldım:

- Aşkıııııım.... Buna baaax! Gör nə qəşəngdi!

Ayaaaallllla!

Qızın cır səsi qulaqlarımı dəlib keçəndə donum

açıldı, sanki yuxudan ayıldım. Cikkə çəkən şıltaq

qızcığaz düz qarşımda dayanıb, barmağıyla məni

göstərirdi:

- Aşkııııım, noooolar bu mişkanı alax da....

nooollaaar!

And olsun bütün müqəddəslərə ki, qız məni

göstərirdi. Bir anlıq özümü itirib duruxsam da, cəld

özümü toparladım. Mişka olmadığımı bəlli etmək

üçün bir ağız öskürdüm. Yerimdən tərpənməyə macal

tapmamış qız boynuma atıldı:

- Aşkımmmmm. Canlı mişka! Bunu alaq, bunu

alaaaaaq!

Oğlan kübarcasına sevgilisinin qolundan yapışıb

kənara çəkdi:

- Balaşkam, görmürsən adamdır? Düzdü, bir az

ayıya oxşayır, amma adamdır. Ok? Gedək mişka alaq.

Qız dodaqlarını büzüb mızıldandı:

- Yooooo, istəmirəm! Bəs demişdin istəsən, bütün

mağazanı müdirqarışıq mənə alacaqsan? Hə, de 

-

mişdin?



- Balaşkam...

- Eeee, nə balaşkam? Al bunu! Bunu istəyirəm.

Başqası lazım deyil.

Oğlan çarəsiz-çarəsiz başını bulayıb mənə tərəf

addımladı. Zibilə düşmüşdüm. Udquna-udquna gənc

biznesmenin üzünə baxdım:

- Bilirsiniz, mən yazıçıyam... Ailəliyəm...

kitablarım var... Hə... Xanımıma hədiyyə...

- Uzatma! Yazıçıya bax! Sən bu gündən mişkasan!

Hahahahaha.... Ə, məllim, qiymətini de. Balaşkam

səndən bezənə qədər onun mişkasısan! Kankret

mişkasan ha! Vəssalam!

Mübahisə edəcək, özümü müdafiə edəcək durum -

da deyildim. Gənc biznesmenin səsindəki amiranəlik,

məni yuxarıdan aşağı süzməsi gözümü qorxutmuşdu.

Üstəlik cangüdənlərin belində parıldayan tapançalara

baxanda ürəyim ağzıma gəlirdi. Balaşkası məni mişka

hesab edirdisə, başqa yolum yox idi. Ağlıma gələn ilk

rəqəmi dilə gətirdim:

- 100 min.

- Manat?

- Dollar olsa, yaxşı olar...

Gənc biznesmen gülüb çiyinlərini oynatdı. Sonra

arxasınca dolaşan nəhəng idmançını yanına çağırıb

qulağına nə isə pıçıldadı. Nəhəng göstərişi eşidən kimi

uşaq kimi maşına tərəf götürüldü. Gənc biznesmen

mənə tərəf döndü:

- Prablem yoxdur. İndi sənə çek verəcəklər.

Bilirsən də çek nədir? Bank çeki! Hahahaha! Nə

zaman istəsən, pulu bankdan götürə bilərsən.

Yazıq-yazıq üzünə baxdım:

- Ailəmlə görüşə bilərəm?

- Yox!

- Bəs pul göndərməyə icazə verərsiniz? Bir də



kiçicik bir hədiyyə... Xanımım üçün...

- Olmaz! Ünvanı ver, bütün mağazanı evinə

daşısınlar. Sən qayıdana qədər ailən darıxmasın. Pul

da problem deyil. Bir-iki aya 20 min kifayət edər.

Onsuz da bir-iki aya balaşkam bezəcək səndən...

Keyimişdim. Səsimi çıxarmadan ona baxırdım.

Balaşkası yanımda fırlanır, saçlarımı qarışdırır, çim -

dikləyir, barmaqlayır, sevinclə qəhqəhə çəkirdi:

- Ayaaaaalla. Nə qəşəngdi, nə yumşaqdı, nə

tüklüdüü... - Qız saqqalımdan ikiəlli yapışıb dartış -

dırmağa başladı. Ağrıtsa da, yenə səsimi çıxarmadım.

- Ayaaaaalla. - Nəhayət, əlini yanağımdan çəkib

qopardığı bir çəngə tükü qan qırmızısı dodaqlarına

yaxınlaşdırdı və “füüü” edib üfürdü.

Sonra məndən ayrılıb sevgilisinin boynuna sarıldı.

Uzun-uzun qoxlaşdılar, öpüşdülər və gənc biznesmen

balaşkasını nəzakətlə bağrına basdı:



- Sən istə, balaşkam, sən istə, Marsda sənin üçün

torpaq da alım.

- Lazım deyil. Sən ki mənə canlı mişka aldın,

başqa heç nə istəmirəm. Aşkım, olar bunun adı

Panduşka olsun? Gör necə şirindiiii. Pandaya oxşuyur,

hə?


- Daha çox boz ayıya oxşayır. Ha-ha-ha... Amma

sən deyirsənsə, Panduşka olsun.

- Onda gedək evə. Axşama partimiz var, yadında?

Bunu aparaq evə. Təmiz geyindirək, yedirək, yatsın.

Biz də gedək rəqs edək, əylənək. Dayan selfie edim,

Panduşkamın şəklini qızlara göstərim. Sonra da

İnstaqrama ataram....

- Getdik. Çimdirək, geyindirək, sonra çəkərsən

şəklini.

...İki nəhəng mənim qoluma girib maşına apardı.

Maşında evə balaca bir məktub göndərməyimə izn

verdilər. “Hər şey qaydasındadır. İş elə gətirdi ki, bir

müddət sizdən ayrı qalmalı oldum. Ümid edirəm,

mənsiz güzəranınız pis keçməyəcək. Hələlik”.

Gənc biznesmen məktuba baxıb gülümsədi və iki

“paçka” dolları da məktubqarışıq mühafizəçiyə uzatdı:

- Kağızdakı ünvana. Dilcavabı vəziyyəti izah elə.

Qoy evdəkilər panduşkadan narahat olmasınlar.

Hihihihi...

...Evə çatan kimi əvvəlcə məni hamama salıb

yaxşıca kisələdilər. Sonra qurulayıb təmiz  ev paltarı

geyindirib, başıma da qulaqlı papaq qoydular.

Ətirləyib gənc cütlüyün yanına ötürdülər. Gənc

biznesmen məni diqqətlə süzüb şaqqanaq çəkdi:

- Panduşka, açkini çıxar. Belə balaşkamın xoşuna

gəlməz.


- Yooo, aşkım, qoy qalsın. Yazıxdı eee... Ayalla,

nə şirindi buuu...

Balaşka məni xeyli qıdıqladı, papağımın qulağıyla

oynadı, dartışdırdı, çimdiklədi və sonra sevgilisini

mənimlə baş-başa qoyub bəzənməyə yollandı. Gənc

oliqarx, deyəsən, sevgilisinin məni barmaqlamasından

utanmışdı, başını aşağı dikdi:

- Bunu anlayışla qarşılayacağınıza inanıram.

Balaşkam çox ərkəsöyündür. Papa da, mama da

xaricdədir. Nazını mən çəkirəm. Bir dediyini iki

eləmirəm. Küsən kimi mənimlə görüşməkdən imtina

edir. Mən də söz-söhbət olmasın deyə özümü oda-közə

vururam. Yəqin, tezliklə toyumuz olacaq və mənim də

bu yersiz kaprizlərdən canım qurtaracaq. Hələliksə

dözmək lazımdır. Sən də dözərsən, məllim.

Bilirsən, hər bayram mənə 150-200 minə başa

gəlir. Ad günündə 22 metrlik tort hazırlatmışdım. Bir

dilim yedi, qalanını fermaya göndərdim. Ötən

Novruzda iki “Galenvagen” yandırıb, vertolyotla

yuxarıdan tamaşa elədik. Yeni ildə tayqadan küknarlar

gətirib villasının dörd tərəfinə əkdirdi, ağacları bəzədi.

Sonra da sökdürüb hamısını yandırmağımı istədi...Bir

ay məni danışdırmadı. Nə var, nə var, küknarların

üstündəki dələlər buna baş əyməyibmiş... Ehhh... Sən

də deyirsən yazıçıyam, kitabım var...

Sakitcə üzünə baxırdım. Danışmağa həqiqətən

qorxurdum. Cibindən bir qutu adını bilmədiyim

siqaret çıxardı:

- Çəkirsən?

- Hə.


- Balaşka gələnə qədər çəkək, vaxt getsin.

...Balaşkası gəldi. Yenidən məni qıdıqlayıb, kü -

rəyimdən, qarnımdan dişləyib aşkıyla əylənməyə

getdilər.

...Evdəkilərin hamısı xarici olduğu üçün danış -

mağa adam yox idi. Mənə yemək gətirir, qarşıma

cürbəcür meyvələr, şokoladlar düzür, işarə ilə

yeməyimi istəyirdilər. Boğazımdan yemək keçmirdi.

Oturub siqaret sümürür, başıma gələnləri düşünürdüm.

...Gecə yarıdan keçmiş səs-küyə oyandım. Gənc

cütlük əyləncələrini bitirib geri dönmüşdü. Qul 

-

luqçular gəncləri qarşılayıb yuxarı ötürdülər. Balaşka



içkili olsa da, məni xatırlayıb göstəriş verdi:

- Panduşkanın pijamasını geyindirib aparın yataq

otağıma. Yatmasın! Gəlib onunla oynayacam...

...Artıq neçə gündür, balaşka öz gənc biz 

-

nesmenindən küsüb. Bütün günü məni qucaqlayıb



yatır. Depressiyadadır. Hər gün hamama salıb çimdirir,

ətirləyib bəzəyir, qıdıqlayır, öpür, dişləyir... Xülasə

sevgilisini unutmaq üçün mənim başıma oyun açır...

Ailəmlə hər gün 10 dəqiqə danışmağa icazə versə

də, dostlarla əlaqəmə, internetə girişimə icazə yoxdur.

100 min artıq ailəmə təhvil verildiyi üçün xanımım da

məndən nigaran qalmır.

Amma bir problem var...

Biznesmenin balaşkası mənə daha ayı gözüylə

baxmır. Panduşka deyib əzizləsə də, hiss edirəm, artıq

insan olmağımı qəbul edir. Deyəsən, məndən xoşu

gəlir. Yox, düzünü deyim ki, balaşka mənə əməlli-başlı

aşiq olub... Hərdən məni danışdırır. Ona şeir-zad

oxuyuram. Əvvəl qarnımı, kürəyimi, yanağımı dişlə -

yirdisə, indi yalan olmasın, yarım saat dodaqlarımdan

öpür...


Hələ gecə yatanda başıma açdığı oyunları

demirəm...

Xülasə, gənc biznesmenin qayıdışından it kimi

qorxuram... Qorxuram hirslənib məni yesin...

Başıma gələcək sürprizləri həyəcanla göz 

-

ləməkdəyəm. Bu məktubu gecə fürsət tapıb balaşkanın



kompüterindən yazdım. Mümkünsə, ictimailəşdirin...

46

I



ULDUZ


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə