Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə22/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

№10 (569) oktyabr 2016

I

47



Bu məqalədə müasir Azərbaycan poeziyasının

üslub xüsusiyyətlərini analiz etməyə çalışacağıq.

Qaynaq olaraq Azərbaycan şairlərinin özbək dilinə

çevrilmiş  və “Müasir özbək və  Azərbaycan poeziyası

(elmi-kütləvi nəşr)”, (Daşkənd, 2016, 130 səh.) kitabına

daxil edilmiş şeirlər götürülmüşdür. Kitab Azərbaycan

Respublikasının Özbəkistan  Respublikasındakı

Səfirliyinin  nəzdində olan Heydər Əliyev adına  Azər -

baycan Mədəniyyət Mərkəzi və Özbəkistan-Azərbaycan

Dostluq Cəmiyyətinin təşəbbüsü ilə  nəşr edilmişdir.

Bu elmi-kütləvi nəşrdə müasir özbək və Azərbaycan

poeziyasının xüsusiyyətlərinin araş dırılmasının nəticələri

öz əksini tapmışdır. Kitabdakı məqalələr üç dildə:

özbək, Azərbaycan və rus dillərində təqdim edilir.

Məqalələrin müəllifləri özbək alimləri Maqruba

Mirqasımova, Saodat Muhammedova, Nəsibə Cu ma -

niyazova, Nafosat Urakova, Azərbaycan alimləri Almaz

Ülvi, Yaşar Qasımov, Təranə Əzim qızı Haşımovadır.

Nəşrin özəlliyi ondan ibarətdir ki, müasir

Azərbaycan şairlərinin şeirləri özbək dilinə, müasir

özbək şairlərinin şeirləri isə Azərbaycan dilinə çevrilərək

təqdim olunmuşdur. 

Müasir özbək şairləri Çulpan, İkbal Mirzə, Qayrat

Məcid, Utkir Xidırov, Malikə Səlimovanın lirikası ilk

dəfə Azərbaycan dilinə çevrilmişdir.  Müasir Azərbaycan

şairləri Bəxtiyar Vahabzadə, Qulu Ağsəs, Xanım

İsmayılqızı, Afaq Şıxlı, Elçin İsgəndərzadə, Elçin

Mirzəbəyli, Firuz Mustafa, İbrahim İlyaslı, Maarif

Soltan,Ağamehdi Mehdiəliyev, Əli Əmirov və

başqalarının şeirləri özbək dilinə çevrilərək kitabda

yer almışdır. Şeirlərdə şairlərin poetik, fəlsəfi düşüncələri

öz lirik ifadəsini tapmışdır.  “Müasir özbək və

Azərbaycan poeziyası” kitabı iki qardaş ölkənin

filoloqları, elm xadimləri və  ədəbiyyatsevərləri üçün

mühüm əhəmiyyət daşıyır. 

Qədim və bənzərsiz Azərbaycan poeziyasının

möhkəm ənənələri var.  Bu ənənələr cilalanmış almaz

kimi müasir Azərbaycan poeziyası üslubunun

araşdırmalarında öz əksini tapır. Şairlər müasirliyi və

müasirlərinin psixologiyasını, ruh aləmini, hisslər

selini öz lirik “mən”lərindən keçirərək qələmə alırlar.

Düşüncənin, təxəyyülün, təsəvvürün, bu “mən”in

emosiyalarının açılması, insanı dərkin, onun qəlbinin

qatlarının “mən” prizmasından  keçirilərək çözülməsi

müasir Azərbaycan poeziyasının aparıcı ənənəsinə

çevrilmişdir.  Bu ənənələr fonunda müasir Azərbaycan

poeziyasının fəlsəfiliyi və  insanın daxili dünyasının

təsviri öz əksini tapır. 

Əvvəlki nəsil – Sabir, Əli Nəzmi, Əhməd Cavad,

Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Nəbi

Xəzri, Bəxtiyar Vahabzadə tərəfindən təməli qoyulmuş

ənənələr  Vaqif Bayatlı Odərin  yaradıcılığında  hisslər

palitrası kimi əks edirsə, nisbətən orta nəslin nü 

-

mayəndələrinin – Ramiz Əsgərin, Əsgər Rəsulovun,



Zirəddin Qafarlının, Qəşəm Nəcəfzadənin, Elçin

İsgəndərzadənin, Qulu Ağsəsin yaradıcılığında  bu

hisslər  “poeziyanın canı”dır. Səlim Babullaoğlu kimi

istedadlı şairlər  bu ənənələri  “modernist poeziya”

istiqamətində yeni üslub tendensiyaları ilə zən 

-

ginləşdirirlər. Əgər Əkbər Qoşalının poeziyasında



şifahi xalq ədəbiyyatının ruhu hakimdirsə,  Rəsmiyyə

Sabirin  “üçlüklər”i özünün  zəngin  emosiyası və

fəlsəfi-poetik ümumiləşdirmələrilə diqqət çəkir.

“Üçlük”lərin əksəriyyətinin ideyası ruhən və qəlbən

məhv olmuş insanın faciəsidir. 

Xanım İsmayılqızının lirik qəhrəmanı özünü,

ruhunu dərk etməyə çalışır. O, qəlbinə, ruhuna, gözlərinə

sual verir, nə istədiklərini soruşur və cavab alır: “Heç

nə...” Bu “sirr”in  poetik həlli lirik qəhrəmana həvalə

edilir. 


МЦАСИР АЗЯРАЙЪАН

ПОЕЗИЙАСЫНЫН ЦСЛУБ

ХЦСУСИЙЙЯТЛЯРИ

МЦАСИР АЗЯРАЙЪАН

ПОЕЗИЙАСЫНЫН ЦСЛУБ

ХЦСУСИЙЙЯТЛЯРИ



DAŞKƏND BÜROMUZ


Mən ruhuma üz tutdum.

Soruşdum ki, necəsən?

Sənin yerin necədir?

Mən ki sənin qulunam.

İstəyəndə uçursan,

İstəyəndə qapını

bağlayırsan, açırsan.

Başımı, ayağımı,

Ölümə göndərirsən.

İstəyəndə sıxaraq,

Yumağa döndərirsən.

Axı qəsdin nədir, nə?

...Sığal çəkdi üzümə,

Nəfəs verdi ürəyimə, gözümə.

Çəkildi qəfəsinə...

Elə sirrdi ki...

Heç nə...

İnsan ruhu hüdud bilməz. Ruh insanın canını,

bədənini hərəkətə gətirir, onu idarə edir, istəsə, insana

qanad ola bilər, onu göylərə qaldırar, istəsə, insanı

“qul”a çevirər, istəsə, insanı toz kimi əridər... Lakin

ruh nə haldadır?  Təəssüf ki, o özü qəfəsdədir...  O

özü nə istəyir?  Qəfəsdəki ruh... Söz azad deyilsə, bu

elə qəfəsdəki ruhdur!  Bu şeirdə şair özünü mənən bu

cür hiss edir – o və ruhu qəfəsdədir... çox gözəl poetik

ifadədir, elə deyilmi?

Afaq Şıxlının da şeirləri çox orijinaldır. Şair

“Qadınlar”, “Ömrümün beşinci fəsli” kimi şeirlərində

təkrarsız poetik məcaz və ifadə vasitələrilə  insanın

ruh aləminin təsvirini  verməyə müvəffəq olmuşdur. 

“Onu özümə bənzətdim (Şair dostum Qulu Ağsəsə)”

şeiri xüsusi qeyd olunmalıdır.  Bu şeirdə çox maraqlı

poetik kəşf-ümumiləşdirmə vardır. 

Mən də,


O da.

Gözəl bir kəlmə üçün

özümüzü atarıq oda.

Nəsimitək dərimiz soyulsa da,

Deyərik sözün düzünü!

Tək bir fərqimiz var:

Mən qəriblikdə donaraq yaşayıram,

O isə üşüsə, “yandırar özünü”...

Şair qürbətdədir, o isə  Vətəndə, lakin hər ikisi

Qarabağsız… yaşamağa çalışırlar.

Elçin Mirzəbəylinin  şeirlərində lirik qəhrəmanın

iç dünyası  müxtəlif üsul və vasitələrlə  təqdim olunur.

Ziddiyyətli duyğuların toqquşması  oxucuya da sirayət

edir və onun daxili aləminə sızır. 

“Sən ruhuma hopan səssən” şeirirnin gözəl

duyğuların sehrinə düşmüş qəhrəmanı belə hesab edir

ki, ürəyindən qopan ah da sevginin səsidir. “Sən

“mən” desən, mən səndəyəm” misrası rədifə çevrilir,

iki ruhun qovuşub bir can olmasını ifadə edir, sevənlərin

canı-qanı, varlığı birləşib bir insan olub,  bir bütöv,

bir qəlb, bir sevgi olub... Heç şübhəsiz, şairin bu hiss-

həyəcanı oxucunun qəlbinə “köç” edir. 

“Yenə səni gözləyirəm” şeiri də  gözlənilməz me -

ta fora, poetik təsvir və emosiyalarla zəngindir:

Yenə səni gözləyirəm

Səndən ayrıldığım yerdə...

Ayrılığın divarına

Hörülüb qaldığım yerdə.

...Al, məndən xatirə kimi

Üstümdəki daşı götür.

Kirpiyini sal gözümə,

Gözümdəki yaşı götür.

Götür, götür bu daşı da

Sevdamın başına çevir.

Qəlbindəki məzarımın

Adsız başdaşına çevir...

...Yenə də səni gözləyim

Səndən ayrıldığım yerdə.

Qəlbində...

Yataq yerinə...

Qəbrimi saldığın yerdə...

Digər şeirində  şair həsrətini xalq yaradıcılığından

gələn boyalarla çəkir, şairin qəmli misralarında əsrlərin

musiqisi əks-səda verir:

Gedər-gəlməz bir səfərdən

Gələsən, kimsə bilməyə...

Qismətinə için-için

Güləsən, kimsə bilməyə...

Təzələyib yaddaşını,

Viran olmuş başdaşını...

Şəklindəki göz yaşını

Siləsən, kimsə bilməyə...

Varıb eşqin hücrəsinə

Əzabdan çatlasın sinən...

Bir sevdadan dönə-dönə

Öləsən, kimsə bilməyə...

“Sənsizlik” şeirində poetik tapıntı sayılacaq

bənzətmələr diqqətimizi çəkir.  Məsələn:

48

I

ULDUZ




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə