Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

Şəhla VAHİD

YUXARI 

Çulumuzu su aparır,

Sürüyürük su yuxarı.

Çıxan düşür, düşən çıxır,

O aşağı, bu yuxarı.

Qoy lap sıxsın qəlbindəki,

Qoyma axsın qəlbindəki,

Üzə çıxsın qəlbindəki

Göz yaşınla yu yuxarı...

Bir qurulu tələdir vaxt,

Əcəlindir çıxdığın taxt. 

Qamçıla ki, tərpənsin bəxt

“Çu” yuxarı, “çu” yuxarı...

Dərd nə çox istəyir bizi,

Acılar bəsləyir bizi,

Mələklər səsləyir bizi

“Hu” yuxarı, “hu” yuxarı...

ŞEYTAN APARDI

Yediyimiz nəsə dadır,

Tamını şeytan apardı.

Qaranlıqda işıq gəzən 

Şamını şeytan apardı.

Sən tutaydın barı dilək,

Yarı ümid, yarı dilək,

Bizə qaldı quru dilək,

Kamını şeytan apardı.

Dirilər də ölü çıxdı,

Hər bir işdən əli çıxdı,

Ağıllı zır dəli çıxdı,

Xamını şeytan apardı.

Kim çağırdı bizi öndən?

Yolumuzu saldı çəndən,

Olduq candan, olduq dindən -

Hamını şeytan apardı.

GƏZDİRİRƏM

Çoxdan ayaq üstə ölüb getmişəm,

Səni ürəyimdə sağ gəzdirirəm,

Qurtara bilmirəm xəyallarından, 

Canımda çözülməz bağ gəzdirirəm.

Çəkir xəyalımı hara fikirlər?

Salır hisslərimi tora fikirlər.

Bürüyüb beynimi qara fikirlər,

Qara saçlarımı ağ gəzdirirəm.

Dünyanın işığı gözüm boydadır,

Üz qoyduğum torpaq üzüm boydadır,

Həsrətin böyüyüb, özüm boydadır, 

Elə özüm boyda dağ gəzdirirəm.

KÖÇÜN BAŞINA

Dərdimiz sünbül bağlayıb,

Dur gedək biçin başına.

Yolu tərsinə gedirik,

Kim keçib köçün başına?

Çağırın tale yazanı, 

Gəlsin əlində pozanı,

Hazırdı xeyrət qazanı,

Buyurun, keçin başına.

Qismət bildik azı, çoxu,

Yol üstədir acı, toxu, 

№10 (569) oktyabr 2016

I

51

DEBÜT




Hanı bu dünyanın oxu?

Fırlanır heçin başına...



SÖZÜN SINDI

Bir-bir qırıldı inadın,

Əhdin sındı, sözün sındı.

Çoxmu ağır gəldim sənə,

Qəlbin çökdü, dizin sındı.

Pay çıxdın özgə qismətə,

Açıldı qapım həsrətə,

Əyildin o məhəbbətə,

Əvvəl-axır nazın sındı.

Soyuduqca od ocaqda,

Qalmadı bir dad ocaqda,

Isindikcə yad ocaqda

Yavaş-yavaş buzun sındı.

ÜRƏYİNƏ KÖÇÜRƏM

Səni yurdum, vətənim,

Səni evim seçirəm,

Qaldır kirpiklərini,

Gözlərindən keçirəm.

Canımızı bir eylə,

Məni səndə sirr eylə,

Ürəyində yer eylə,

Ürəyinə köçürəm.

Qat məni günahına,

Gecənə, sabahına.

Baş əymişəm ruhuna,

Eşqimə and içirəm, 

Ürəyinə köçürəm.



DOLAŞIR

Ürəyim kül topasıdır,

Canımda tüstü dolaşır,

Gülüşlərin qulağımda

Bir quru səsdi, dolaşır.

Tərsdi yolum, səhvdi yönüm,

Susdum, nə deyim, nə dinim?

Hər sənsiz ötən bir günüm

Ömrümə qəsddi, dolaşır.

Qara bəxtin qara gözü

Gəldi qaraladı bizi.

Kimin ahı, kimin sözü,

De, bu nə nəhsdi dolaşır?

APARIR

Kim dünyadan baş çıxarır,

Kim dünyadan baş aparır,

Yığıb ətəyin əlinə,

Ətəyini boş aparır.

Yetişmir, kaldır yalanı,

Döyəcləyirlər palanı,

Ağac başında qalanı

Əvvəl-axır quş aparır.

Calağa calaq etdilər,

Səs-küyə qulaq etdilər,

Dərdi daş-qalaq etdilər,

Daş dalınca daş aparır.

Yatır ki, yox, durur ki, yox,

Ac nə çəkir, nə bilir tox,

Yalandan ağlayanlar çox -

Gözlərini yaş aparır...

GÜNAHIM XEYIR, GÜLÜM

Ömrümə qəm biçildi,

Sanki dünyam kiçildi.

Yenə sənsiz açıldı

Sabahım xeyir, gülüm.

Yaşamağım çoxdursa,

Hər günüm bir ahdırsa,

Sevgi də günahdırsa,

Günahım xeyir, gülüm.

Gecələr yuxum gedər,

Gözlərimi yaş didər,

Nə vaxt bu eşqi edər

Allahım xeyir, gülüm?

Sabahım xeyir, gülüm.

52

I

ULDUZ




Onun qapqara səthi, toxunduğum zaman hiss

etdiyim həmin doğmalığı, içimdə qəribə və dərin bir

ürpərti kimi keçən giziltisi məni də bəzən hə 

-

yəcanlandırır. Sözün açığı, bu melanxolik ruh halını



onun da yaşadığına əminəm. Bilirəm ki, ilk

baxdığım gündən, içinə daxil olduğum andan o da

mənə qarşı eyni hissi daşıyır. Həmin gün əhvalının

necəliyindən asılı olmayaraq rəngi tündləşir. Yox,

əksinə, qapqara rəngi daha da parlaqlaşır.  Di gəl ki,

bunların hamısı çox keçmişdə qaldı. Zaman bir

vaxtlar dostumuz olduğu halda, indi ikimiz arasında

bir düşmənə çevrilib. Bizi ayrı salıb.  Daha mən ona

yaxınlaşdığım zaman hiss etdiyim həmin ürpərişi,

sevinci hiss edə bilmirəm. Mən Hundai Sonatamı

əvvəlki kimi sevmirəm. Bu sonuncu “sevmirəm”

sözünü işlətmək, onu dilimdə səsə çevirmək

əzabvericidir. Ancaq bəzən həyatda düzgün qərarlar

vermək üçün qəlbimizin alovuna, cəhənnəm atəşinə

biz də sərçə kimi çöp daşımalıyıq.

Yadımdadır ilk dəfə, yəni iki il bundan əvvəl...

Bazar ertəsiydi. Səhər saat 10:30. Bankdakı kredit

problemini həll etmişdim. Elə həmin gün də onu

götürmək imkanım olduğunu öyrənəndə qaçaraq

yanına getmişdim. Onun sükanı arxasına oturduğum

an hiss etdiyim həyəcan, ürəyimin az qala sinəmdən

qopub düşəcəkmiş kimi çırpıntıları ikimizə də

məlumdur. Yəqin, əbədiyyən bu qəribə duyğunu heç

birimiz unutmayacağıq. Bu dünyada yaşa 

dıq 

-

larımızın siyahısına onu birinci sırada yazacağıq.



Həmin gündən başlayan bu duyğu ilə elə fikir -

ləşirdim ki, ona qarşı qarşılıqsız, təmənnasız bir

sevgi bəsləməliyəm. Məsələn, məlum gündən

başlayaraq vərdişkar olduğum bir şeyi etdim. Hər

gün yemək yemədən onun salonuna özümü soxur,

təmizləyirdim. Bu adətimdən heç vaxt əl çək 

-

məyəcəkdim. Onun pəncərələrini xüsusi həssaslıqla



silirdim.  Eyniylə sevdiyim, əziz birinin göz yaşını

yanağından silirmiş kimiydi... Ya da körpə dodağına

axmış ana südü kimi paklığı təmizlədiyim qədər

qəlbim əsirdi, titrəyirdi...

Günəş ilıq şualarını Xəzərin neftli suyuna

toxunduranda, şəffaf və xamilyon əksini bütün

dəniz (göl) boyu səpələyəndə yuxudan oyanırdım.

Əl-üzümü yumadan, dişlərimi fırçalamadan dör -

düncü mərtəbədən pillələri ikibir, üçbir enir, onun

yanına qaçırdım. Qapını ehmalca açır, sükanın

arxasına əyləşir,  mühərriki işə salır və adət etdiyim

musiqini dinləyirdim.  Bəzən evə qayıtmır, bu

musiqini dinləyə-dinləyə çalışdığım idarənin yolunu

tuturdum.

Mənə elə gəlirdi ki, o da mənim kimi bu müğən -

nini, onun səs tembrini, üslubunu bəyənir.  Sanki

salonumuzda bu musiqi səsləndiyi an ikimiz də

qəribə bir enerji hiss edirdik. İkimiz də xoşbəxt

olurduq.  Hərçənd ki, bu musiqilər, yəni həmin

müğənninin ifa etdikləri bir az kədərli olurdu.

Təəssüf! Artıq ikimiz də həmin xoş günləri geridə

bu 


raxdıq. Onun üçün də, mənim üçün də indi

№10 (569) oktyabr 2016

I

53

NӘSR



HUNDAİ SONATA, 

KAFKA VƏ BAKİRLƏR

Ziyad QULUZADƏ



Bu hekayə oxunmaq üçün yazılmayıb


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə