Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə25/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

yazılanlar bir xatirədən savayı heç bir şeyi ifadə

etmir. Bir vaxtlar dinləyərək zövq aldığımız həmin

“Nə gəlməz oldun!” əsəri indi sanki mənim üçün

əzablı, kədərli, uğursuz bir nəğməyə çevrilib. Əmi -

nəm ki, bu nəğmələr onun da qəlbində mənim hiss

etdiyim duyğuları oyadır. Əminəm. Həm də çox...

Mən bu hekayəni danışmıram, yazmıram ki, siz

dinləyəsiniz, oxuyasınız. Bu hekayə eşidilməmək,

oxunmamaq üçün yazılır, nəql edilir.

“Qazpulu yığan!” Bəli, “Hundai Sonata”nı

alanda artıq bir ay idi ki, bu vəzifədə işləyirdim.

“Azəriqaz İB”də Xəzər rayonu, Türkan qəsə 

-

bəsindəki 5 nömrəli sahənin abonentlərinin istifadə



etdiyi qazpulunu yığırdım. “Hundai Sonata” ilə

yolumuzun kəsişməyi də elə bu işi tapmağımla

əlaqədardır. Maaşım, bəzi xırda-para çak-çukum

mənə maşınımı götürmək imkanı verdi. Əslində,

işdən aldığım maaş  329.34 AZN-dir. Di gəl ki, heç

birimiz maaşa baxmırıq. İkimiz də onun “bar 

-

daçok”unda saxladığı karta inanıb yaşaya bilməz -



dik. Bu dünyaya elə aylıq maaşla tutunmaq, həyatın

yaxasından ikiəlli yapışmaq bizi tezcə pəjmurdə

edərdi. Bizim xərclərimizi, ümidlərimizi, həyat

eşqimizi alovlandıran istixana sahibləri və “levi”

qaz işlədən abonentlərdir. Hərçənd ki, qeyri-qanuni

sərfiyyat edən sakin artıq idarənin abonenti

sayılmaz.  Mənim abonentlərim çörək verəndi.

Bircə 2502120408 kodlu abonent Kafkayla yola

getmirdik. Sivri qulaqlarını şəkləyib, fısıldayaraq

danışan bu axmaq bizim aramıza nifaq saldı. Mənim

həyat eşqimi öldürdü...

Yenə də bildirirəm. Bu hekayəni siz oxuyasınız

- deyə yazmamışam. Oxumayın! Ayağa qalxın,

pəncərəyə çıxın və aya baxın! Oxumayın!

Onun şüşəsini yarıya qədər endirmişdim. “Qala-

Türkan” yolunun asfaltı boyunca şütüyərək

gedirdik. Ona ilk gündən söz vermişdim ki,

avtomobilin sürətini qətiyyən saatda 80 km-in

üzərinə çıxarmayacağam. Bu ikimiz arasında

imzalanmış gizli ittifaq idi.  Külək havanı sakitcə

salona doldururdu.  Havadan həmişə Bakı qoxusu

gəlirdi.  Bir az ilıq hava və xəfif neft qoxan...

Hundai Sonata və mən bəzən onun qəribə, dərin

zəngulələrinə, bəzən bas bariton səs tembriylə etdiyi

ifaya və bəzən də həzin, pıçıltılı bir tonda oxuduğu

ifanı dinlədik.  Hər ikimizdə müsbət enerji, gələcəyə

inam və dünyanın xoşbəxt sabahlarına dair duyğular

oyandırdı. Əslində, bu dünyanın nə keçmişi, nə də

gələcəyi bizim üçün maraqlıydı. Bizə indi, bu günün

özü lazım idi. 

- Bugünkü işimizi bilirsən! İdarəyə get 

-

məmişdən qabaq Kafka Nəcəfovun əhvalını xəbər



alaq, beş-üç qəpik qoparaq ki, çörəyimiz islansın,-

dedim. Onun da mənim bu sözlərimdən xeyli

məmnun olduğunu hiss etdim. Hundai Sonatanı

dəmir darvazanın qarşısında saxladım. Kafka

Nəcəfovun darvazası boz rənglə boyanmışdı.

Darvazanın rəngi bir çox yerdən tökülmüşdü,

altından pasın tünd narıncısı üzə çıxırdı.  Qapını

açarımın dəmir hissəsiylə bir neçə dəfə döyəclədim.

Zəng yox idi. Ümumiyyətlə, bu abonentlərin bir

çoxunun qapısında zəng heç vaxt olmayıb.

-Gəldim, - deyə fısıltılı bir səslə sözü bo 

-

ğazından, mədəsindən çıxarırmış kimi zorla



dilləndi. Qapını açdı. - Dediyim kimi... Məhsul

hazırdı. Bunu Koroğlu metrosunun yanında ağ

nömrəli 07-yə ver. Pulu alandan sonra bölüşərik, –

dedi və əlindəki qara selefon bağlamanı mənə

uzatdı. 

Nə isə... Mən onunla gördüyümüz  işlər

barəsində söhbət açmaq istəmirəm. Bircə onu deyə

bilərəm ki, Kafkanın səhvi nəticəsində (Bu səhvin

nədən ibarət olması da bir az gizli və şəxsi

məsələdir. ) qarşıdan gələn BMW markalı bir

avtomobillə toqquşdum. Mənim əziz dostumun

həmin zədədən sonra həyatı dəyişdi. Bir insanın

qəfil yıxılması, döyülməsi, vurulması zamanı hiss

etdiyi həmin ağrını o da hiss etdi. Və mən öz

sevdiyini dibsiz uçurumun kənarından aşağıya

itələməyə çalışan insan kimi günahkar, həmin insan

qədər kədərliydim. Bilirdim ki, bu qəza aramızda

dərin bir uçurum açacaq. Hər şey elə mənim

fikirləşdiyim kimi də oldu. Sanki həmin toqquşma

anı çarmıx günü, apokolipsis günü, qiyamətin

qopduğu, yaşlı insanların dünyada əbədi yaşamaq

üçün əllərini naməlum boşluğa qaldırdığı gün kimi

yaddaşımda qaldı. Onun yaddaşında da eynən bu

şəkildə dərin izlər buraxdığına, yaralar açdığına

əminəm. Bu, təkcə bizim qəlbimizdə yaralar

açmadı, eyni zamanda ikimizin arasında Sibir

soyuqları, qalaktika qaranlığının kədərli soyuğunun

dözülməz küləklərini əsdirdi.  Həmin qaranlıq və

dibsiz uçurum eyniylə birlikdə musiqilərini

dinlədiyimiz, dünyanın başqa aləmlərinə qanad

çaldığımız müğənninin mahnılarındakı enerjiyə də

bənzəyirdi.  Oysa ki, biz əvvəllər bu mahnılarda

ümid, sevgi, xoşbəxtlik qoxusu alırdıq. Bu mahnılar

onun üçün də, mənim üçün də müşk-ənbər idi.

Hundai Sonatamın yaralandığı, dərin yaralar aldığı

həmin gün ikimiz də bu qaraşın, bığlı müğənninin

54

I

ULDUZ




səsindəki uçurumu, kədəri gördük. Ürəyimizin

ortasında çürümüş bir dişin verdiyi üfunətqarışıq

sızıltı əbədi yer saldı.  

Həmin günkü qəzadan sonra söz verdim. Onu

əmin etdim ki, qisas alınacaq. Oysa ki, həmin günə

kimi nə o, nə də mənim qəlbimdə nifrətə, qəzəbə,

qisasa yer yox idi.  Ancaq həmin gün başımıza

gəlmiş faciə məni çox yaraladı.  İkimiz arasındakı

bədii dostluğa olan inamımızı sarsıtmışdı.  Hər

ikimiz sanki heç bir zaman qəlbimizdə bir-birimizə

etiraf etmədiymiz bir həqiqətin səsini eşitdik. Biz

nə vaxtsa bir-birimizdən ayrıla bilərdik.  Ancaq hələ

də bu gizli xəbər, qara xəbər etiraf edilmirdi.

Mövcudluğu əllə tutula bilən, gözlə görülə bilən idi,

ancaq dərkedilən, varlığı qəbul edilməyən bir nəsnə

idi.  İndi bu duyğuların qanadları altında əllərimi

sükana daha da möhkəm yapışdırmışdım. Onun da

məni itirməkdən qorxduğunu hiss etdim. Sanki

bütünlüklə içinə oturanda bir qayğıkeş ana kimi

məni bağrına basırdı. Bir an mənə elə gəlirdi ki,

qapılarını möhkəmcə kilidləyəcək və əbədiyyən

çölə çıxmağıma icazə verməyəcək. Sanki zamanla

məni özünün bir parçası, ayrılmaz bir hissəsi kimi

görürdü. Əziz Hundai Sonatam!

Zənnimcə, dünyada ən gözəl hekayə oxun 

-

mayandır! Zəhmət olmasa, bu hekayəmi oxumayın.



Oxumayın ki, dünyanın ən gözəl hekayəsi olsun!

Bu hadisələrin üzərində xeyli düşündük. Bu

hadisələrin üzərində iri başmaqlı zaman ötüb keçdi.

Hundai Sonatamın həmin gün yaşadıqları, hiss

etdiyi ağrı-acılar və qəlbində açılan yaraların yeri

qaysaq bağladı.  Ancaq çifayda! Çünki  hələ də bu

hadisənin ağrısı həmin çürük diş sızıltısı kimi ona

ən uyğunsuz yerdə əzab verir, özünü xatırladır. 

Yenə ay sonu yolum bu köndələn, kərpic evin

donqar, qaradinməz abonentinin mənzilinə düşdü.

İş vaxtım bir-iki saat ərzində bitməliydi. Həmin

günün tarixi dəqiq yadımdadır. 23.09.2016. Çünki

sərfiyyat vərəqəsinin üzərində son ödəmə tarixi

kimi bu gün qeyd edilmişdi. 

Onların darvazasının qarşısında Hundai Sonata

sakitcə dayandı. Mühərrikinin səsi kəsiləndə Kafka

Nəcəfovun qonşusunun iti zingilti ilə hürürdü.

Hundai Sonatanın açarı ilə boyası tökülmüş dəmir

darvazanı bir neçə dəfə döyəclədim. Qapıya açarı

döyəclədikcə sanki maşınım Kafkadan öz qisasını

alırdı. Bu dəfə həmişəkindən fərqli olaraq gur və

nifrət dolu zərbələrlə qapıya toxunurdu.  Bir neçə

dəqiqədən sonra Kafka,- Gəldim, gəldim,- deyə

özünü hövlnak yetirdi. Hərəkətlərindən, danı 

-

şığından başa düşdüm ki, Hundai Sonatamın və



mənim başımıza gətirdiyi, əzablar çəkməyimizə

səbəb olduğu həmin hadisəni çoxdan unudub. Bu

dünyada yaralar, ağrılar sahibinindir. Özgəsinə... Bu

barədə kəlmə də kəsmədim. Ancaq o çox kədər -

ləndi. Əminəm ki, sifətinə baxanda iri, hamam

böcəyini xatırladan bu adamın laqeyd münasibəti

onun həssas qəlbinə çox pis təsir edib. Di gəl ki,

ikimiz də susduq. Bu kədər qubar bağlasın - deyə

qəlbimizin dibsiz dərinliyinə, soyuq qaranlığına

atdıq. 


- Qorxuram,- dedi Kafka.

- Nədən?


- Evlənməkdən.

- Niyə?


- Necə olur? Bilmirəm...  Dayıoğlu ilk gecə

zibilə düşüb. Qız da anasına deyib,- dedi.

Mən Hundai Sonatanın açarını bakirliyə uğurla

əlvida demiş adamlarsayağı yellədim. Sanki ona

sübut etməyə çalışırdım ki, “Bax. Görürsən, kişi

necə olur?” Ancaq həqiqəti hər gün təpəmizə qızmar

günəş istisi səpən, axşamları kədərli ay soyuğu

ələyən Tanrı bilir...

Bu hekayə bir qələmin xəlvəti ağ kağıza səpdiyi

ləkələrdir. Hər cümlə qələmin iradəsinin əsiridir. Siz

oxumayın!

Mən Hundai Sonatamın sükanını ikiəlli, möh -

kəmcə tutmuşam. Barmaqlarımı sükanın dərisinə

sürtdükcə qəlbimdə qəribə hisslər oyanır. İndi ona

daha çox toxunmaq, içərisində daha çox qalmaq, hər

hansı bir detalına, hər  hansı bir hissəsinə çevrilmək

istəyirəm. İçəridə, təsadüfən açılmış radioda “Vağ -

zalı” havası eşidilir.




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə