Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

- Krakovda idim.

- Krakov haradı? - yadıma düşmür. 

- Polşadadı.

- Bəs Berlinə girmədin? – Cəbrayıl kişi şübhə ilə

Qabilin üst-başına, paqonundakı ulduza, döşündəki üç

medala baxdı.

Kiçik leytenant molla Cəbrayılın baxışlarını

havada tutdu 

- Mən Krakovda yaralandım, hospitalda yatanda

bir polyak qızı gördüm. Nə başını ağrıdım, qız doxtur

idi, o sağaltdı məni, sonra... evləndik, bir oğlum oldu.

Uşağa dədəmin adını qoymuşam.

- Bəs arvad-uşağını gətirmədinmi?

- Gətirə bilmədim.

- Nətər yəni, gətirə bilmədin? O uşaq, o balaca

Habil böyüb anasından atasının kim olduğunu

soruşanda o yazıq gəlin nə deyəcək ə?

- ...


- Sən nətəhər adamsan ə ... bunun medalına-

zadına bax.

- Ə, sən nətəhər adamsan, ə... Ə, indi uşaq atası

ola-ola yetimmi olacaq, ə?...

-...

- Ə, qonum-qonşu orda uşağa bij deyəndə sən



burda necə rahat yatacaqsan?

-...


- Ə... sən... nə oğraş adamsan ə...

Kiçik leytenant Qabil Mustafazadənin içindən

gizli bir üşütmə keçdi. Bir papiros çıxardıb bar maqları

arasında oynatdı.

O zəhirmarın birini də mənə ver- molla Cəbrayıl

pıçıldadı.

Molla Cəbrayıl on il idi ki, papiros çəkmirdi...

* * *


Qabili vağzalda görmüşdülər, vağzal ilə evin

arası nə olan məsafədir ki, hələ də gəlib çıxmayıb,

Nabat arvad əlləri qoynunda donub qalmışdı, bir sözə

bənd idi, hönkürüb ağlayacaqdı. Qonşu arvadlar

samovara od salmışdılar, əmioğlu Həbib xınalı bir qoç

gətirib alça ağacına bağlamışdı. Alça ağacı təzəcə

çiçəkləmişdi. Alça ağacı ağ libasa bürünmüşdü, ağac

elə gözəl, elə gözəl görünürdü ki, bu gözəlliklə atlını

atından salardı.

Elə bu zaman doğrudan da yolda  bir atlı göründü.

Artıq gün hasar boyu qalxmışdı. Gün işığın da kəhər

atın qaşqası parıldayırdı. Atlı çə 

pərdən boylandı,

çiçəkləmiş ağacı, ağaca bağlanmış xınalı quzunu,

tüstülənən samovarı, həyətə yığışmış adamları gördü

və atın yüyənini yüngülcə çəkdi...

Kənd yolunda əynində şinel, başında papaq,

çiynində çanta bir əsgər göründü. Molla Cəbrayıl

zəndlə yola baxdı, əsgər qəbiristanlığa sarı gəlirdi.

- Ə, a bala, kimsən, kimlərdənsən? - molla

Cəbrayıl əsgəri səslədi.

- Salaməleyküm.

- Ay əleykümsalam.

- Kimsən, a bala?

- Məni tanımadın?

- Anışdıra bilmədim, yaxşı görmürəm, saldat

olmağına saldatsan, saldatlar hamısı bir-birinə

oxşayırlar.

- Çox saldat görmüsən?

- Davadan sağ qayıdanları görmüşəm.

- Dəmirçi Habilin, “rəhmətlik” dəmirçi Habilin

oğluyam.


- Xoş gəlmisən, a...

- Qabil.


- Hə, xoş gəlmisən, a Qabil, havax gəlmisən, sağ-

salamatsanmı?

- Rəhmətliyin oğlu, sağ-salamatam ki, o cəhən -

nəmdən çıxıb gəlib qarşında durmuşam.

- Qınama məni, - dedi molla Cəbrayıl, huşum

başımda deyil.

- Gəl kişiyə bir yasin oxu.

- Gəlim da, a bala, a Qabil, deyirəm, dava çoxdan

qurtarıb, davada ölən olub, qalan da çoxdan qayıdıb,

gəlib bir işin qulpundan yapışıb.




* * *

- Qonşu, a qonşu, - uçitel molla Cəbrayılı

səsləyirdi. Molla Cəbrayıl uçitelin səsini eşidirdi,

amma nədənsə eşiyə çıxmağa tələsmirdi. Uçitel də

mollanın evdə olduğunu bilirdi.

Nəhayət, molla Cəbrayıl eyvanda göründü.

- Yatmışdın? - uçitel salamsız-kəlamsız soruşdu.

- Yox ... - bu vaxt adam yatar?

Nabat arvadın oğlu Qabil davadan qayıdıb, gedək

bir stəkan çaylarını içək, gözaydınlığı verək.

Eşitmişəm, - dedi molla. Sonra əlavə elədi -

deyirsən, bəlkə, mən getməyim.

- Ayıb olar ağsaqqal, - uçitel səsini qaldırdı.

- Düzdü, ayıb olar, - molla razılaşdı, - bir dəqiqə

gözlə, indicə gəlirəm.

Molla içəri girib nimdaş pencəyini geydi, qaragül

papağını başına qoydu, açarı cibindən çıxarıb qapını

bağladı. Açarı üç dəfə fırlatdı...

- Urfan müəllim, sən alim adamsan, bilməmiş

olmazsan, Qrakovdu, nədi belə bir şəhər varmı? - gizli

bir şey soruşurmuş kimi astadan pıçıldadı.

- Var, amma bizim şəhər deyil, Polşadadı.

Varşava, Krakov, Qdaisk böyük şəhərdi. Hitler

köpəyoğlu oraları xarabaya çevirdi. Bu polyaklar

yaxşı millətdi. Onların bir şairi var. Adam Mistkeviç.

Çox böyük şairdi. İstanbulda ona heykəl qoyublar...

Niyə soruşdun Krakovu? - müəllim ayaq saxladı.

- Heç, elə-belə... o gün radio danışırdı... yadımda

qalıb... bir şey də soruşacam səndən...

- Buyur, ağsaqqal.

- İmanımı yandıra bilmərəm, bəlkə, bu Hitler

ölməyib, kim bilir, bəlkə, hardasa gizlənib.

-Yox, əşşi.

- İmanımı yandıra bilmərəm, eşitmişəm ki, guya

hərif müsəlman imiş.

- Yox, əşşi... ağ eləmə..

- Nə bilim, vallah, imanımı yandıra bilmərəm.

Məllim, sən alim adamsan, imanımı yandıra

bilmərəm... zəhirmarı içmə... incimə, sən Allah... içmə

o zəhirmarı.

* * *

Qabil həyətə girəndə Nabat arvad bayıldı...



Əmioğlu Qabilə sarı yürüdü. Arvadlar əl-ayağa

düşdülər...

Xınalı qoçu Qabilin ayaqları altında kəsdilər.

Əmioğlu barmağını qoçun qanına batırıb Qabilin

alnına vurdu.

Nabat arvadın uçmağa qanadı yox idi.

Qaşqa atın sahibi Qabilin sol tərəfində şəstlə

oturmuşdu.

Hamıdan çox dörd il gizli-gizli Qabilin yolunu

gözləyən Sitarə sevinirdi.

Qabilin ayağının böyründə əsgər çantası vardı.

Qaranın qartal gözləri əsgər çantasını qaralamışdı.

Bütün bu qələbəliyin içində leytenant yeniyetmənin

ürəyindən keçənləri gözlərindən sezmişdi.

- Əmioğlu, götür bu çantanı bir yerdə gizlə,

müharibədə nə qazanmışamsa, bu çantadadı. Olanım-

qalanım bu çantadadı ha, trofeydi... - daha nəsə

deyəcəkdi, amma susdu, stəkanı götürüb bir qurtum

çay içdi...

Arvadlar trofey sözünü anlamadılar, düşündülər

ki, yəqin, nədirsə, çox qiymətli bir şeydi. Bəlkə, elə

qızıldan da qiymətlidi.

Urfan müəllim molla Cəbrayıla sarı əyilib

pıçıldadı - nəsə qiymətli trofeydi. Vəzindən yüngül,

qiymətdən baha bir şey gətirib...

Molla istədi ki, trofey nədi, desin, amma

özünü o yerə qoymadı, onsuz da axşam uçitellə çox

gizli mətləblərdən söz açmışdı... indi peşman idi...

əslində uçitelə də bel bağlamaq olmazdı .. nolsun,

alim kimi adamdı ... cibində Allahsız bileti gəzdirir,

sol cibində, ürəyinin başında... o zəhirmardan da içir

arabir...

-Trofey-mrofey gətirincə dədəsini gətirəy 

di, -


molla Cəbrayıl hirsini zorla boğdu.

Uçitel Urfan mollanın hətərən-pətərən

sözlərindən bir şey anlamadı. Mat-mat qonşusunun

üzünə baxdı...

* * *

- Nəyim varsa bu çantanın içindədi, əmioğlu, -



dedi leytenant Mustafazadə, sonra Qaraya göz vurdu

- götür bu çantanı at dama, varım-yoxum bu

çantadadı...

Qara nərdivanla dama dırmaşdı, əmioğlu baxışları

ilə onu izləyirdi. 

Molla Cəbrayılın çayı çoxdan soyumuşdu.

Uçitel Urfan kövrəlmişdi.

Çayçı Əlinin ayaqları sızlayırdı.

Nabat xala ömrünün ən xoşbəxt gününü yaşayırdı.

Gecənin qurd saatıydı. Bədirlənmiş ay qovaq

ağacının üstündə dayanmışdı. Əmioğlu pişik

addımlarıyla evin damına keçdi. Bir hovur nəfəsini

dərib gecənin sakitliyini dinlədi. Həyəcanlıydı,

bədirlənmiş aya baxıb xoflandı. Nərdivanı qaldırıb

divara dirədi. Həyəcandan boğula-boğula dama

qalxdı. Əl havasına çantanı tapdı.

Və heyrətindən yerindəcə donub qaldı, ayaqları

sustaldı, dizi üstə çökdü - əsgər çantasının içi qəlyanla

dolu idi... 

№10 (569) oktyabr 2016

I

59



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə