Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

“Tanrı” povestindən başlayan yaradıcılıq yolunun

başlıca amalı, missiyası bu idi. N.Gün daha çox İç

aləminin, İç dünyasnın yazısını yazırdı. Bu yazılanlar

oxucunu bütövlüyə, vəfadarlığa səfərbər edirdi,

“sevməkdə bizə kömək edirdi”. Nurəngiz xanımın

poetik aləminin bütün gizlinləri, təəssüf, kədər hissi

sanki onun “Ən çətini bölünməkmiş” şeirində öz

ifadəsini tapıb və hərdən oxucuya elə gəlir ki,

həsrət, nigarançılıq duyğusunun bundan da o yana

bitkin, poetik ifadəsi yoxdu:

...Sonra o məşum nağıla

sübhə kimi birgə göynədik. 

Bu minvalla bu böyük dünyamıza

eyni kədərimizlə, eyni cür qərib düşdük...

Ah, gülüm, qəribliyə sən yaxşı bələdsən. 

Sən heç nəyi unuda bilməyəcəksən!

Ovun, quzum, ovun, mənim kövrək sevgim!

“Nə günahı telli sazın?...”

Əsən bir başqa cür əsdi. 

Mən təsliməm. Kiri sən də. 

Kiri, mənim ay ömürlük kədərim!

Ən acısı - 

qoynumuzdan açılıb 

yerə düşən o qolları unutmaqmış, 

Ən acısı - 

cığırlara haçalanıb

qar selində üşüyən o yolları unutmaqmış!

Olacağa nə hacət? Yəqin, bu da gərəkmiş. 

Nə biləydik, nə biləydik,

ən çətini bölünməkmiş?!

N.Gün təkcə “O bir ayrı röyaydı, ayrı çarə xal

saldı...” misrası ilə bitkin, hər kəsin acısını, həsrətini

ifadə etməyə qadir şair idi. “O bir ayrı sərgüzəşt”

misrasından sonra nöqtə, nida işarəsi qoyulub,

mətləb bitirilsə belə, bu deyimin ardınca başlayan

upuzun hekayənin yansıtdıqları oxucu düşüncəsində

bitmir ki, bitmir: 

Röya deyil, o bir ayrı qəhərdi ki,

Mücrüsü bağlı qaldı!

Bu bir başqa yuxuydu ki, 

Həmən qəhqəhədən doğdu. 

N. Gün üslubunun, poetik məninin, şair obrazının

bütün üstünlükləri bu misralarda bir araya gəlib.

N.Günün ədəbi qəhrəmanı bütün yaşamı boyu

özünün səmimiyyəti, sadəlövhlüyü öz əliylə taleyinə

qoyduğu, acı yaşandığı, necə deyərlər, qəbrə qoyduğu

Qadını aradı, ona həsrət yaşadı, ona qovuşmaq,

yetmək acısı çəkdi. Bu könlü viran qalan, əli ələ

yetməyən ədəbi qəhrəmanın varlığında Nurəngiz

xanımın özündən çox şey var idi. Lap çox şey... 

Və o var olanlar şeirdən-şeirə, misradan-misraya

daha böyük dotələbliklə səsləniş etməkdədi ki,

verin, verin mənim Sevgimi... 

Sevgi yamacında uyuyanlar ölmür, dəfn olun-

murlar ki; torpağa bələnib yatırlar. 

Nurəngiz xanım kimi... 



Sərvaz HÜSEYNOĞLU 


ANAM GÖRMƏSİN

Gecə də, gündüz də hey ağlayıram,

Silim göz yaşımı, anam görməsin.

Bir nakam sevgiyə yas saxlayıram,

Silim göz yaşımı, anam görməsin.

Dən düşüb saçına, acı dərdi var,

Bir qardaş həsrəti, bacı dərdi var.

Onsuz da yazığın neçə dərdi var,

Silim göz yaşımı, anam görməsin.

Atama söyləyər, biçindən qalar,

Ləngiyər karvanı, köçündən qalar.

Ayrılar, işindən-gücündən qalar,

Silim göz yaşımı, anam görməsin.

Fikri məndə qalar, südü çalınmaz,

Təndiri soyuyar, lavaş salınmaz.

Yüz fikir eləyər, biri alınmaz,

Silim göz yaşımı, anam görməsin.

Geciksə, göz dikim yoluna yenə,

Baxım pay gətirən əlinə yenə,

O alan köynəyin qoluna yenə

Silim göz yaşımı, anam görməsin...

YANIMDA

Mən elə solmuşam, ətir saçırlar

Payızda saralan güllər yanımda.

Sevinci sızqayam, qəmi daşqınam,

Çəməndə şehdilər sellər yanımda.

Ruhu çoxdan ölmüş, cismi sağam mən,

Baxımsız, bağbansız qalan bağam mən,

Buludu tüstütək ötən dağam mən,

Görünməz qaralan küllər yanımda.

Söylədib başımı qata bilməzlər,

Bu fikri başımdan ata bilməzlər,

Qanlı göz yaşıma çata bilməzlər,

Nə qədər ağlaya ellər yanımda.

DEBÜT

Mücirəddin QULUZADƏ 




XƏYAL DÜNYASININ

ŞAHI

Nəfəsi dərindən aldım,verəndə

Çəmənlər axșamın mehi seçdilər.

Qaralmış buludlar nəmli gözümü

Əlvan çiçəklərin șehi seçdilər.

Gözü diri açdım bir çox sabahı,

Ay görsə, seçərdi “gecələr șahı”.

Səssizcə içimdə çəkdiyim ahı

Göylər yer üzünün ahı seçdilər.

Həsrətəm qayğısız yașanan günə,

Nə ola o günlər geriyə dönə.

Yığışıb ulduzlar “səs” verib mənə,

Xəyal dünyasının șahı seçdilər.

OYUQDUR

(Təcnis)


İgid göstərəndə düşmənə gücün,

Zəfər çalsa, irs qazanır, soy udur.

Osmanlının tarixlərdə izi var,

Azərbaycan türk oğlu, türk soyudur.

Çəkir ahı, gah amanı dil qəmi,

Ağlayaram, aşıq çalsa “Dilqəmi”.

Yağı düşmən əsir saxlar Dilqəmi,

Dərdi balasının aşın soyudur.

Mücirəddin, dərdi kimə deyəsən,

Gülməzsən heç, ürək ağlar deyə , sən!

Saçlarımın dən vaxtıdır, deyəsən,

Həyat məni yaşamaqdan soyudur.




Y

aşlı şairlərdən birinin, adını çək 

-

məyəcəyik, həm yaradıcılıq  gecəsi



keçirilirdi, həm də yeddi cildlik

külliyyatının təqdimatı idi.  Kiçik

salon dolmuşdu. Belə tədbirlərin ,

səbəbkarını tanıdı, ya tanımadı, bircəciyini də

buraxmayan satirik yazıçı Həşim Güllü  bu dəfə

gecikdiyindən  qabaqda oturmağa yer tapmayıb

boylandı. Arxa sıradakılar  sıxlaşıb ona yer elədilər.

Model kimi açıq-saçıq geyinmiş cavan  xanımla

yanbayan oturdu. Yazıçı qəzetlərin,  internet

saytlarının əməkdaşlarını tanıyırdı, amma bu qadını

tanımadı. “- Yəqin, təzə işə başlayanlardandı!” -

deyə fikirləşdi.   

Ədəbi mühitin bütün görkəmli simaları iri

dəyirmi masanın ətrafında əyləşmişdilər. Səbəb -

karın ədəbiyyatdakı xidmətləri danılmaz oldu 

-

ğundan deyilən təriflər heç tənqidçilərdə də  şübhə



doğurmurdu. Məclisi idarə edən vəzifəli şəxs

qarşısında çinlənmiş külliyyata toxunaraq: 

- Bu kitablar, ədəbiyyat tacının  cıqqasına

çevriləcək kitablardır, - dedi, yeni natiqə söz

veməzdən əvvəl  çıxışının bünövrə daşını qoydu -

Buyurun, müəllim! Hörmətli qələm yoldaşımız

böyük şair haqqında görək nə deyəcək... 

Səksən yaşlı şairin, adını çəkməyəcəyik, tə -

riflərə aludəçiliyi hamıya məlum idi.  Natiqlərin

ağzından gözünü çəkmirdi,  onları baxışları ilə daha

dolğun təriflərə ruhlandırırdı. 

Həşim Güllü deyilənləri irişə-irişə dinləyir,

yumorlu hekayələrinə mövzu axtarırdı, amma

fikirlərini toplaya bilmirdi. Cavan qadın bütün

bədəni ilə ona sığınmışdı. Onun ətri-rayihəsi  Həşim

Güllünü həyəcana gətirmişdi. Bir sözlə, altmış yaşlı

kişi hayıl-mayıl olmuşdu. Qadınla tanış olmaq

eşqinə düşdü.

- Xanım qız, yerinizi dar eləmədim ki?

Qadın ətrafda eşidiləcəyindən çəkinmədən

bərkdən:

- Bütün ömrüm boyu belə dar yer arzu 

-

lamırammı! - dedi, sonra müsahibinə tərəf əyildi,



astadan,  gülümsəyərək səbəbkara işarə ilə  qeyd

elədi -Əcəb böyük şairdi! Səksən yaşı var, yeddi cild

kitab yazıb. Bir belə yaşayan şairin yetmiş cild

kitabı olmalı idi.

Ədəbi gecənin səbəbkarını sevməsə belə, Həşim

Güllü qadının istehzasından xoşlanmadı. Ona

yanakı baxdı. Qadının toppuş yanaqları işım-işım

işıldayırdı, ənlik-kirşansızdı. Həşim Güllünün

döşünə yatan qadınlardan olduğundan müsahibini

acılamaqdan  çəkindi. Mülayimliklə soruşdu: 

- Neçə yaşınız var, xanım qız?

Qadın nədənsə hikkələndi: 

- Otuz yaşım var. Nədi ki? Söz demək yaşım

çatmayıb?

Həşim Güllü mübahisədən qaçdı:

- Heç kim sizin söz demək hüququnuzu

əlinizdən almaq istəmir, xanım! Sadəcə, demək

istəyirəm ki, adama döyüş uzaqdan asan gəlir. Lağ

elədiyin  səksən yaşlı şair Sovet dövründə dövlət

mükafatı almışdı.

Qadın onu dinləmədi, çantasında eşələndi, bir

qutu siqaret çıxartdı, gözlənilmədən təklif elədi:

- Bəlkə, mənimlə foyeyə çıxasınız? Tanışlığın

bünövrəsini qoyarıq... - dedi, cavab gözləmədən

qalxıb döşəməni taqqıldadaraq bayıra çıxdı.

Həşim Güllüyə maraq üstün gəldi, bir az

yubandı, sonra yanındakıların təəccüblü baxışları

№10 (569) oktyabr 2016

I

65

NOVELLA



Qəni CAMALZADƏ

ЯДЯБИЙЙАТЫН

ЛЯТАФЯТИ



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə