Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   2   3   4   5   6   7   8   9   ...   36

“Debüt” səhifəsində Azər Nəsiblinin 3 şeiri

(“Bir kağız, bir az da kədər”, “Yaralamısan”,

“Unudardım, bəlkə də”) verilib. Yeni imza yeni səs

kimi gəlməyəndə yeni, fərqli söz demək olmur...

Afət Viləşsoyun, Samirə Abbaszadənin və Adilə

Nəzərin şeirlərində on illərdir şeirə axın-axın gəlib

gedən və poeziyada fərqli intonasiya, fərqli üslub,

məna, dil faktları ilə qala bilməyən müəlliflərin

standart ifadələrinə, ifadəetməsinə  rast gəldik.

Fotolarından şən və qayğısız simaları ilə boylanan

xanımların bizi “şeir yalanı” ilə dərdləndirmək

istəyi baş tutmadı... Hər birindən kiçik bir misal

gətirməklə fikrimi konkretləşdirmək istəyirəm:

Sığalı saçlardan üzülən ələm.

Dağınıq olmaqdan ürkən adamam.

Vallah. Anam haqqı, elə beləyəm.

Körpə uşaq kimi nakam adamam.

(A.Viləşsoy)



Körpə uşaq niyə  nakam adam təyini ilə

obrazlaşdırılır, anlaşılmadı...



Həsrətə boy verib bilmişəm indi,

Öz evimi yıxan özcə əlimdir.

Çıxdığın uğurda ölüm şirindir,

Yenə çıx qarşıma, gedirəm artıq.

(S.Abbaszadə)



Başını daşdan-daşa vurub axır dağ çayı,

Narahatdır, çırpınır, peşmandır qışı, yayı.

İynəyarpaqlının da boğulub yarpaqları

Sanki mənim halıma bənzədibdi donunu...

(A.Nəzər)

Vəli EFE-nin şeirlərindəki kədərin, qəmin,

təkliyin, ümidsizliyin mahiyyəti, şəkli tanış, köhnə

qiyafəli  olsa da, müəllif yeni, daha sıxılmış,

konkretləşdirilmiş leksikonda fikrini çatdırmağa

cəhd edib:

Dua Allahın kəndiri,

Boğazıma dolandı...

Tonqal İbrahim üçün,

Günəş mənimçün qalandı...

Musaya yol verən dəniz,

Suyunda boğdu məni:

Tapıb bir cüt “cəhənnəm göz”,

İçinə doğdu məni...

Sən müqəddəs, sən ali ruh,

Sən...

Çarmıxdan qurtulan İsa...

Mən qorxunc səs, mən asi ruh,

Mən-

“Yox”a pərçimlənmiş insan...

Jurnalın nəsr bölməsində Rövşən

Danyerinin “Ayin” hekayəsi bədii

strukturu, çoxqatlılığı ilə diqqəti cəlb

etdi. Doğrudur, ənənəvi  (“həqiqəti

deyən”, yuxarılarla, səma və sanki

kosmosla danışan dəli obrazı, nurani

qoca, şaman, ruh axtarışı, ədalət uğrunda

insan mücadilələri, klassik formada təsvir edilən

cinayət səhnəsinin ekspert rəyləri və s. bu kimi )

bədiiləşdirmələr çox da maraqlı görünmədi, amma

müəllifin bəzi istisnaları nəzərə almasaq(məsələn,

bəzi cümlələrdə təsvir təsəvvürdə real obrazını tapa

bilmir. “Taxta pilləkən az qala yarıya qədər əyilib

cırıltı səsi çıxardı”, “Həkim pilləkəni çıxıb torpaq

döşəməli eyvandan keçərək otağa girdi”- ikinci

mərtəbədə torpaq döşəməli eyvan-?-İ.M, “Sənin

ciyərini yarıb özünə göstərsəm, diksinərsən. İndi

ora bizim kömürlük kimi qapqaradır. Kömürlük-

sahə, plantasiya assosiasiyası doğurur . “...paltosunu

çıxarıb ehtiyatla qatlayaraq stulun başına keçirdi”.

Qatlanmış palto stulun başına necə keçirilə bilər?

Adətən, pencəyi asılqana keçirirmiş kimi stulun

başına keçirirlər. Amma qatlanmış palto stulun

başına atıla, ya da aşırıla bilər. Kofe fincanını ovcu

ilə  xışmalayıb  masadan uzaqlaşdı” və s.) dili,

6

I



ULDUZ


üslubu, süjet və kompozisiya qurmaq bacarığı

müsbət qiymətləndirilməlidir. Hekayədəki müxtəlif

kateqoriyalı obrazlar (Ölüm yatağında olan qoca,

cinayətkar-ruhunun parçalarını cinayətlə əldə edib

tamlaşdırmaq, bütövləşdirmək istəyən yad qonaq,

Qali, dəli, həkim, 105 yaşlı şaman və s.) eyni

ideyanın təqdimində bir  süjet xəttində birləşə bilir.

Zaman və məkan paralellərini təsvir edəndə və

əlaqələndirəndə də müəllif diqqətini yayındırmamağa

çalışıb...

Kənan Hacının “Cəmdək” adlı nəsr əsəri “narahat

povest” adı ilə təqdim olunub. Mötərizədə verilən

bu adın (narahat povest)  janr göstəricisi olub-

olmaması müəmmalı qaldı. Hər halda belə adda

janr yoxdur-narahat povest... Və mən düşünürəm

ki, bu mətn hekayə kimi təqdim olunub. Kənan

Hacı təcrübəli nasirdir. Dil-üslub xüsusiyyətləri,

obrazların (Tərlan, Faiq, Ramiz, Hafiz, Əlişan,

Qulu, Lalə və s.) səciyyələndirilməsi də bunu sübut

edir. Sadə, səmimi insanların başına gələn oğurluq

hadisəsi ilə bağlı macəralar inandırıcıdır. Və müəllif

sosial-siyasi və s. bu kimi ictimai məzmunlu deyil,

sadəcə bir kəndin, qəsəbənin insanlarının həyatının

bir neçə məqamını əks etdirən süjet qurub. Həm də

bu məqsədə uğurlu şəkildə nail olub. Doğrudan da,

oxucu əsəri oxuyarkən bir yaşayış məntəqəsinin

insanlarının bir-birinə səmimi münasibətini (hətta

oğurluq hadisələri içərisində belə), dostluğunu,

qayğısını hiss edir. Məsələn, Tərlan oğurladığı

qoyunlardan birini Faiqgilin həyətinə ona görə

gətirir ki, Faiqin istədiyi qızın həmin gün ad günü

olur və Faiqin isə ona aparmağa heç bir hədiyyəsi

yoxdur. Slesar Qulu, sonralar məlum olur ki, oğru

dəstəsinin üzvlərindən biridir, amma kasıb, şikəst

Ramiz kişinin maşınını çox böyük əziyyət bahasına

təmir edir və ondan bir qəpik də olsun pul almır və s...

Şəfa Vəlinin “Şokolad ətirli sabun” yazısını

kiçik bir macəra süjeti hesab etmək olar. Hekayə

problemi, situasiyası səviyyəsində olmadığı üçün

bu yazının janrını müəyyənləşdirmək çətin oldu.

Tənqid rubrikasında hörmətli tənqidçimiz Vaqif

Yusiflinin “Gənc şairlər, sözüm sizədir” və

Q.Nəcəfzadənin gənc şair Ruzbeh Məmmədin

şeirlərinə həsr etdiyi “365 günün bir dəqiqəsi” adlı

məqalələri ilə tanış olduq. V.Yusifli artıq on illərdir

ki, cavan nasir, şair və tənqidə yeni qədəm basan

insanlara ən çox vaxt ayıran və diqqət göstərən söz

adamı kimi səciyyələnməkdədir. Doğrudur, bəzən

onun humanizmi və güzəştli yanaşmasından doğan

təriflər  yetərincə istedadı olmayan müəlliflərə də

aid edilir, amma bu gün ədəbiyyatda və eləcə də

ədəbiyyatşünaslıqda imzası olan (eləcə də mən) bir

çox adamlara etimad göstərən  və ümid bəsləyib

onları ruhlandıran da məhz Vaqif Yusifli olub...  Bu

məqalədə V.Yusifli təhlil obyekti kimi daha çox

Günel Eyvazlı, Afət Viləşsoy, Anar Həbibbəyli

şeirlərinin üzərində dayanıb...

Alpay Azərin “Janna və oğlu” hekayəsində

hadisələrin süjeti sadə, bu hadisə və obrazların

xarakterindən doğan mətləblər və ideya isə

mürəkkəbdir... Janna adlı qadının ana, həyat yoldaşı,

işçi və kimlərinsə sevgilisi, məşuqəsi rolunun

təsvirini müəllif ustalıqla yaza bilib. Bu qadın

kimdir? - sualı yaranır oxucuda. Xəstə, əlil arabasında

oturub qadın qazancına möhtac olan əri Şamilin

cəmiyyətdə nə qədər prototipləri var? Janna sevgisi

ilə özünü ovudan və o qadına “xeyirxahlıq” edərək

iş verən, onu dolandıran Elmanın, Mahmudun,

Bislanın oxşarları, özləri ilə təkbətək, üz-üzə qalanda

hansı sualların xəcalətini çəkirlər? Bu qəbildən olan

çoxlu suallara ilişib qalırıq. Hekayə söyləyən oğlanın

- Nadirin hardan yadına düşdü anası və atası...

müqayisə etmək istəməsə də, Şamil və onun Jannası,

oğlu Eduarda, onların taleyində baş verənlərə Nadir

niyə bu qədər uzaqdan baxır? Bəlkə, o da nə vaxtsa

Eduard olub? Jannadan danışanda anasını niyə

xatırlatdı? Bəlkə, anası da nə vaxtsa Janna olub?...

Hekayə Eduardın sözü ilə bitir və sonda oxuyuruq:

“Siz yatanda mən də yerimə girərəm. İndi kimyadan

reaksiyaları yazmalıyam - deyib tez qələm-dəftərini

çantasından çıxartdı”.

Dünya ədəbiyyatı ilə bağlı bədii mənzərə çox

zəif əks olunub. Misir yazarı İhsan Abdül Qüddusun

“Dilənçilərin etirazı” hekayəsindən başqa material

yoxdur...

Fərid Hüseynin Fərhad Meteni xatırladan “Ömür-

doğum günü hədiyyəsi...” yazısı ilə “Ulduz”un bu

dəfəki sayının materialı tamamlanır. Gənc yazar

Fərid Hüseynin ədəbi fəaliyyətini  bu məsələlərdə

ciddi və məsuliyyətli  mövqeyi ilə seçilən müəllif

çalışması kimi dəyərləndirirəm. O, yalnız öz bədii

yaradıcılığı ilə deyil, həm də təbliğatı, belə demək

mümkünsə, reklamı az olan adamların haqqındakı

yazıları, müsahibələri, esseləri  ilə ədəbiyyata

xidmətini nümayiş etdirməkdədir. Bu dəfə isə 30

şeir, 3 hekayə müəllifi kimi yadda qalmasını

istəmədiyi Fərhad Metedir təqdimatda...

“Fərhadın gündəliyindəki etirazları, barış 

-

mazlıqları oxuduqca düşünürəm ki, yaşasaydı, yəqin,



ədəbiyyatla dolanmaq, ailə saxlamaq, diplomsuz iş

№10 (569) oktyabr 2016

I

7



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə