Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

altında  qadının dalınca getdi. Ayaqyolunun qarşı -

sında divara söykənib siqaretini tüstülədən qadın

cazibədar bir gülüşlə astadan soruşdu:

- Siz də yazıçısınız?

Bu sual Həşim Güllüyə güllə kimi dəydi.

Çallaşmış gur saçlarını  əsəbiliklə geri sığalladı.  O,

kifayət qədər tanınmış yazıçı idi, tez-tez  TV-nin

ekranlarında görünürdü. Ədəbiyyat aləmində

tənqidi məqalələri ilə məşhur idi.  Elə bildi, onu ələ

salırlar. Diqqətlə baxandan sonra əmin oldu ki,

qadın tam ciddi soruşur. Könülsüz halda başını

tərpətdi, ağızucu:

- Yazıçı-tənqidçiyəm. 

Qadın əl çəkmək fikrində deyildi:

- Neçə kitabınız var? - Soruşdu.

Həşim Güllü çap olunmuş kitablarının sayını

dedi. Qadın qəribə bir həqarətlə:

- Beş? Niyə belə az? - Soruşdu -Yəqin,

istedadınız azdı ki, belə az yazmısınız.

Həşim Güllü vurğunluqla qadına baxıb izah

elədi ki, bir az tənbəlliyim, bir az da maddi

problemlərim var.

- Kitabı da, məlumdur ki, lopuxa nəşr eləmirlər!

- Güldü. - Yoxsa yazmağa nə var ki! Əlimdə bu saat

iki kitablıq  yazım var, sandıqda yatır!

Müsahibi onun nədən yazdığını bilmək istədi.

Həşim Güllü başdansovdu dedi: 

- Satira və yumorla məşğulam, arada tənqidi

məqalələr də  yazıram. -Qadın üçün anlaşıqlı olsun

deyə əlavə elədi - Yəni lağlağı yazıram.

- Təəccüblü deyil ki, sizi heç kim tanımır.

Lağlağı kimə lazımdı?

Həşim Güllü qadına baş qoşduğuna görə

peşman oldu. Həvəssiz halda: 

- Bəs nədən yazmaq lazımdı? Bəlkə, məsləhət

verəsiniz! Yol göstərəsiniz!

Yazıçının zəhərli istehzasını qadın eyninə

almadı:  

- Gecdi, bu yaşda sənə məsləhət də  kömək

etməyəcək! – dedi - Gərək məhəbbətdən-sevgidən

yazaydın! Əbədi mövzudu, hamını cəlb edir.

Həşim Güllü hirsləndi. Qadınla tanışlıqdan vaz

keçdi,  onunla yuxarıdan aşağı danışan gözəlçəni

yerinə oturtmaq fikrinə düşdü:

- Ay qız, get bozbaşını bişir! Məsləhətçimə bax!

Özün bir şey yazginən, sonra ona-buna vedrə bağla.

Bəlkə, deyəsən, hansı divar qəzetində cızmaqara

edirsən!?

Qadın siqaretini çırtma ilə zibil yeşiyinə gön -

dərib təzəsini odladı. 

- Mən də yazıçıyam! - dedi - Bu günə kimi on

dörd kitabım çıxıb.

Həşim Güllü quruyub qaldı. Təkrar soruşduqda

qadın istehza ilə:

- Düz eşitmisən! - dedi - Yeddi şeir, səkkiz nəsr

kitabım var. Bu yaxınlarda daha iki romanım

çıxacaq, nəşriyyatdadı.

- Maşallah! Bir belə kitabı nəynən buraxırsınız?

- Sponsorum var!  - deyə qadın dişini ağartdı,

foyedə gəzişən kəlpeysərə tərəf əlini uzatdı -

Gördüyün kişi sponsorumdu! İstəsən, səninlə tanış

eləyə bilərəm.

Yazıçı qadının dediyi tərəfə baxdı. Kəlpeysərin

görkəmindən ürəyi düşdü, bu yaşda yumruq-təpiyə

dözəsi canı yox idi.           

- İstəməz! - dedi, amma marağı qorxusuna dov

gəldi - Ədəbiyyat jurnallarında, qəzetlərində çap

olunursuz?

- Yox! - Qadın pıqqıldadı. - Kimə lazımdı sizin

səfsətə ilə dolu qəzet- jurnallarınız?

- İmzanızı söyləyə bilərsinizmi? 

Qadın birdən  hiddətləndi, gözəl üzü dəyişdi:

- Guya bilmirsən? Haqqımda məqalə yazırsan,

amma tanımırsan! - dedi, sonra istehza ilə irişdi -

Yazdığın məqalə başına dəysin! Adım Lətif Ləta -

fətdir.


- Nə???

- Nənə! -Qadın açıqla  çımxırdı - Ağzını Allah

yolunda qoymusan, iş bilmişəm, tənqidçiyəm!

“Ədəbiyyatımızın Lətafətsiz günləri”ni yazmaqla nə

demək istəyirsən axı!? Onu doluyursan, bunu

doluyursan, sənə nə, xalx nə təhər yazır. Şairəm, şair

deyiləm, yazıçıyam, yazıçı deyiləm, özüm bilərəm!

Sənə nə borc! Yadında qalsın, bir də cız 

ma 

-

qaralarında adımı çəksən, özündən küs! Deyərəm,



qol-qabırğanı sındırarlar, qoca dəyyus!

Qadın Həşim Güllünün məqaləsi dərc olunmuş

qəzeti çantasından çıxarıb yerə atdı. Ayaqqabılarını

ona yaxşı-yaxşı silib  dabanlarını taqqıldadaraq

foyedə gəzişən kəlpeysərə yanaşdı, qoluna girdi.

Deyə-gülə uzaqlaşdılar.

Həşim Güllü  durduğu yerdə səntirlədi,  ayaqları

sözünə baxmırdı, qadının tapdaladığı qəzetin üstünə

çökdü. Pıçıldadı:”Şükür, yaxşı qurtardım!”- dedi,

sonra qəzetin  baş redaktorunun dalınca deyindi -

Əlin quruyaydı o kitabı mənə verdiyin yerdə! Dilin

quruyaydı, bundan bir şey yaz, dediyin yerdə!

Ədəbiyyatın lətafətini dadmaq elə mənə qalıb!”      

                                                  

66

I

ULDUZ




Universitetin son kurslarında oxuyurdum. Günümün

çox hissəsini kitabxanada kecirirdim. Kurs işləri üçün

kitablardan bəzi materiallar toplayırdım. Bir həftə

sonra kurs işlərini bitirdim və təhvil vermək üçün

dekanlığa getdim. Otaqda heç kim yox idi, bir kənarda

əyləşib gözləməyə başladım. Elə bu vaxt otağa bir

oğlan daxil oldu və salam verdi. Dekanı  soruşdu,

gözlədiyimi dedim.  O, mənimlə üzbəüz divanda

əyləşdi. Oğlanın hərdən gizli baxışlarla mənə baxdığını

hiss edirdim, amma büruzə vermirdim. Birdən o

gözlənilmədən soruşdu:

- Bağışlayın, xanım, tələbəsiniz? 

- Tələbəyəm.

- Neçənci kursda oxuyursuz?

- Sonuncu kursda…

Onun sual verməsi mənə qəribə gəlirdi nədənsə.

Bəlkə də, adi suallar idi, ancaq yenə də baxışlarındakı

qeyri-adiliyi duydum. Bu vaxt dekan otağa daxil oldu,

dərhal ayağa qalxdıq. Dekan oğlanı görən kimi dedi:

- Ooo, Kamil, xoş gəlmisən, necəsən?

- Çox sağ olun, Polad müəllim, yaxşıyam, siz

necəsiniz?

- Biz də yaxşıyıq, sükür! Bizim bir üstünlüyümüz

ondadır ki, belə gözəl və istedadlı gənclərlə işləyirik

və onlar bizi qocalmağa qoymurlar.

Birdən Polad müəllim üzünü mənə tutub dedi:

- Kamili tanımırsan yəqin ki, amma yaxın zamanda

tanıyacaqsan, çünki o, universitetimizin fəxridir. Elmi

iş yazır, vaxt gələcək, alim olacaq.

Müəllim danışarkən Kamilin mənə baxdığını hiss

etdim, amma nədənsə bu baxışlar məni narahat etmirdi.

Düşüncələrə dalmışkən Polad müəllimin mənim

haqqımda danışdığını duydum. “Asya bizim ən çalışqan,

istedadlı tələbələrimizdəndi, magistraturaya hazırlaşır.

Sizin kimi tələbələri görəndə ürəyimiz dağa dönür”.

Mən işləri təhvil verib, sağollaşıb auditoriyaya döndüm. 

Səhəri gün universitetə bir az gec getdim,

çünki axşam gecə saatlarınadək kitab oxumuşdum.

Universitetdə böyük tənəffüs idi, qızlar kafeyə enib

nəsə içməyi təklif etdilər. Kafeyə daxil olan kimi

Kamili gördüm. O, çay içə-içə yazılara, kitablara

baxırdı. İstədim özümü görməməzliyə vurum, artıq

gec idi, o, məni görmüşdü. Biz masaya əyləşdik. O,

durub masamıza doğru gəldi, mən özümü itirdim.

Qızların görməyini, bilməyini istəmirdim. Yaxınlaşıb

nəzakətlə birinci mənimlə, sonra da tələbə yoldaşlarımla

salamlaşdı. Hal-əhval tutub öz masasına döndü. Qızlar

sualları yağdırmağa başladılar. 

İmtahanlar yaxınlaşırdı, mən həvəslə hazırlaşırdım.

Kitabxanaya gedib kitab oxuyur, havanın necə

qaraldığından belə xəbərim olmurdu. Axıra həmişə

mən qalırdım.

Bir gün yenə axıra qalmışdım. Çantamı

toplayıb getməyə hazırlaşırdım. Elə bu vaxt arxadan

kimsə “Salam, Asya” dedi. O idi, Kamil. Salam

verdim. O, adəti üzrə hal-əhval tutdu. Mən də ilk

dəfəydi ondan əhvalını soruşdum. Biz söhbət edə-edə

kitabxanadan çıxdıq. Kamil məni çay içməyə dəvət

etdi. Biz kafedə xeyli söhbət etdik. Söhbətimizin

mövzusu əsasən dərslər və imtahanlarla bağlı idi.

Söhbətin şirin yerində mən gec olduğunu söylədim və

qalxdıq. O, ilk dəfə məni evə ötürdü və beləcə, biz

görüşməyə başladıq. Kamil bütün imtahanlarda nə

çətinlik olsa, yardım edirdi. Nəhayət, im tahanları verib

№10 (569) oktyabr 2016

I

67



Ülviyyə NİYAZQIZI

(hekayə)


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə