Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   28   29   30   31   32   33   34   35   36

qurtardım, diplom işini uğurla müdafiə etdim, magis-

traturaya hazırlaşırdım. Bu arada tez-tez Kamillə

görüşür, dənizkənarı parka gedir, maraqlı söhbətlər

edirdik. Bir-birimizi görməyəndə çox darıxırdıq. Bəli,

biz artıq bir-birimizi sevirdik və ikimiz də bunun

fərqində idik. Kamil həyatımı rəngli və mənalı etmişdi.

Bir gün Kamil məni ailəsiylə tanış etmək istədiyini

söylədi, etiraz etmədim, ancaq öncə anamgildən izn

almalıydım. Anam bir az tərəddüd etsə də, razılaşdı.

Səhəri gün axşam Kamilgilə getdik. Ailə üzvləri məni

çox mehriban qarşıladılar, çox səmimi və istiqanlı in-

sanlar idi. Tanışlıqdan hamı məmnun qaldı. Kamil də

sevincini gizlədə bilmirdi. 

Magistraturada təhsil aldığım günlər başlamışdı.

Kamil də elmi işini müdafiə etmişdi və elmi dərəcə

almışdı. Bir gün parkda gəzişərkən Kamil dedi:

- İstəyirəm mənimlə evlənəsən!..

Bu təklif mənim üçün gözlənilən idi. Onun gözlərinə

baxdım və sadəcə gülümsədim.. 

Yeni il yaxınlaşırdı, bayram ərəfəsi Kamilin

valideynləri bizə gəlmişdilər. Atamgillə danışıb

razılaşdılar və şirinçayı içdilər. Sevincimin həddi-

hüdudu yox idi, sevdiyim insanla ailə qururdum. Bir

müddət sonra nişanlandıq, bir neçə gündən sonra

Kamil mənə ilk dəfə hədiyyə aldı. Bu hədiyyə çox

şirin və maraqlı idi - uşaq papışları:

- Bu papuşları ilk övladımıza geyindirərsən.

Bu sözlərdən qeyri-ixtiyari kövrəldim, heç özüm

də bilmədim niyə?! Sonra o, ikinci hədiyyəsini verdi.

Üzərində bir cüt göyərçin təsviri olan üzük idi. Üzüyü

barmağıma taxıb dedi:

- Hər zaman bu göyərçinlər kimi qoşa olaq!..

Toyumuzdan sonra ömrümün ən xoşbəxt günlərini

yaşamağa başlamışdım.  Bir gün Validə ana yarızarafat,

yarıciddi şəkildə dedi:

- Bizi nə vaxt sevindirəcəksiz?

Ananın bu sözlərindən sonra bir az təşvişə düşdüm,

Kamillə həkimə getməyi qərara aldıq, həkimə getdik

və lazımi müayinələrdən keçdik. Həkimlər cavabların

üç-dörd günə hazır olacağını söylədilər. Mən də,

Kamil də hər şeyin yaxşı olacağına inanırdıq. Dörd

gün keçdi. Səhər tezdən klinikadan zəng vurub

cavabların hazır olduğunu söylədilər. Kamil işə gedərkən

cavabları özü götürəcəyini dedi. Axşam Kamil evə

gələndə cavabları alıb-almadığını soruşdum. O birdən

başını tutaraq dedi:

- Bağışla, cavabları işdə unutmuşam. Həkim dedi

ki, hər şey qaydasındadır.

Mən düşündüm ki, nə isə ciddi bir hal olsaydı,

hiss edərdim. Günlər ötüb keçirdi, son vaxtlar Kamil

evə dalğın gəlirdi hərdən. Səbəbini soruşanda işlə

bağlı olduğunu söyləyirdi və mən də inanırdım, çünki

mənə qarşı münasibəti əvvəlkindən də qayğıkeş,

mehriban, sevgi dolu idi. Bir gün Kamillə şəhərə

çıxmışdıq, parkda gəzirdik, uşaqlar oynaşırdı burda.

Kamil həmişə uşaqları görəndə sevinir, onlarla oynayırdı,

amma bu dəfə qəribə soyuqluq hiss etdim onda, demək

olar ki, heç uşaqlara tərəf baxmırdı. Onun bu halı

mənə çox qəribə gəldi, axı o, uşaqları çox sevirdi. Yol

boyu bu suallar məni narahat edirdi, ancaq heç nə so -

ruşmadım. Düşüncələr içində evə gəlib çatdıq. Əs -

lində, uşaq barədə düşüncələrim məni rahat qoymurdu. 

Bir dəfə həkimə getmişdim, məni müayinə edib

dedi: 


- Asya xanım, mənim üçün nə qədər ağır olsa da,

həqiqəti deməliyəm. Sizin övladınız olmayacaq.  

Həkimin sözlərindən sonra dünya başıma fırlandı,

qəhər məni boğdu. Evə necə çatdığımdan xəbərim

olmadı. Qapını açıb içəri girəndə Kamili  görüb qəribə

bir rahatlıq duydum. O məni görən kimi qeyri-adi bir

sevinclə “axır ki, gəldin” deyə boynuma sarıldı.

Kövrəldim və göz yaşlarımı görməsin deyə dərhal

otağa keçdim. 

Başım çox ağrayırdı. O, yanıma gəldi, sual dolu

baxışlarını üzümə dikdi. Hər şeyi bildiyimi açıb

söylədim. O günahkarcasına gözlərini yerə dikdi,

sanki bütün olanlar onun günahı idi. 

- Kamil, burda nə sənin, nə də mənim günahım

var. Taleyin qisməti beləymiş.

Kamil gözlərini yerdən ağır-ağır qaldırıb üzümə

baxdı, əllərimdən tutub dedi:

- Mənə sən lazımsan, uşaq vacib deyil..

Həftəsonu Kamilin valideynləri bizə gəlmişdi.

Söhbət əsnasında Validə ana:

- Bizi nə vaxt sevindirəcəksiz? - deyə eyham

vurdu. Mən də, Kamil də susqun baxışlarımızı yerə

zillədik. Mənim bu məsələni gizlətmək fikrim yox

idi. Sözümü necə bitirməyimdən xəbərim olmadı,

sanki bir ağır yük götürüldü çiynimdən. Kamil gözlərini

yerə zilləmişdi. Validə anagil çaylarını içib qalxdılar.

On ları ötürdükdən sonra Kamil mənə dedi:

- Mən onlara həqiqəti başqa cür... deyəcəydim.

Mən təəccüblə soruşdum:

- Nə cür?

Kamil dərindən nəfəs alıb dedi:

- Deyəcəydim ki, problem səndə yox, məndədi…

Bu kəlmələri eşitdiyimdə gözlərim doldu, qəhər

məni boğaraq dedim:

- İmkan verməzdim ki, elə yalan danışasan.     

Səhər günəşinin al şəfəqləri yataq otağının

pəncərəsindən üzümə düşürdü. Gözəl bir bazar səhəri

idi. Kamil hələ yatırdı. Onu oyatmadım.  Qalxıb əl-

üzümü yuyub mətbəxə keçdim, həvəslə səhər yeməyini

hazırladım. Nədənsə bu gün hər şeyi unutmaq, Kamillə

68

I

ULDUZ




xoş bir gün keçirmək istəyirdim. Mən süfrəni hazırlayana

qədər Kamil də oyandı.

Səhər yeməyindən sonra evdə bəzi səliqə-

səhmanlama işlərinə görə Kamildən kömək istədim.

O, məmnuniyyətlə təklifimi qəbul etdi. Biz deyə-gülə

işlərimizi görürdük. Hərdən tələbəlikdə baş vermiş

gülməli hadisələrdən danışır, xatirələri vərəqləyir,

vaxtın necə keçdiyini hiss etmirdik. Kamil gülə-gülə

paltar dolabını boşaldarkən birdən susdu. Dolabın

küncündəki uşaq papışlarını görəndə hər şeyi anladım. 

Birdən Kamil üzünü mənə tutub qətiyyətlə dedi:

- Gözəl bir fikrim var, gəl uşaq evinə müraciət edək...

Razı ola bilməzdim, axı onun övladı ola bilərdi... 

İşləri tez yekunlaşdırdım, papışları isə gizlətdim.

Artıq nə isə etməliydim, öz istəklərim naminə

başqalarının arzularının üstündən xətt çəkə bilməzdim,

amma nəyi necə edəcəyimi bilmirdim, gecə-gündüz

bu barədə düşünürdüm, hətta Kamilə boşanma təklifi

etməyi belə düşünmüşdüm, ancaq dilə gətirmədim,

bilirdim ki, Kamil qəbul etməz.

Bir gün ağlıma başqa bir fikir gəldi. Əlbəttə, bu

fikir özüm üçün ən böyük əzab idi və bunu icra etmək

də çox çətin idi, ancaq başqa yolum da yox idi. Sum -

qayıtda Kamilgilin yaxın dostluq etdikləri ailənin

Ruxsarə adlı qızları vardı, Kamil onun xətrini çox

istəyirdi. 

Düşünürdüm ki, Kamil mütləq o qızla evlənməlidir. 

İki gün sonra Ruxsarə bizə qonaq gəldi. Mən

özüm onu Kamil evdə olmayan vaxt çağırmışdım ki,

rahat söhbət edib, hər şeyi başa sala bilim. Əvvəlcə

qonağa da, özümə də çay süzdüm, sonra söhbətə

başladım. Çox həyəcanlı idim, həyat sınağından ke -

çirdim, əslində. Bu anda bütün hisslərimi unutmalı,

yalnız Kamili düşünməli idim. Kamillə tanışlığımızın

ilk günündən bu günə qədər olan hər şeyi təfsilatıyla

ona anlatdım. Bir müddət susdu, gözləri doldu. Onu

çağırmaqda məqsədimi hələ ki söyləmədim, gözlədim

ki, Kamil işdən gəlsin. Nəhayət, Kamil də gəldi. Rux -

sarəni görüb sevindi. Kamil gələndən sonra da bir

xeyli danışdıq, güldük. Havanın qaraldığını görüb qız

ayağa qalxdı, mən Kamildən qızı ötürməsini xahiş etdim.

Ruxsarəni evə tez-tez qonaq çağırırdım, Kamillə

daha yaxın ünsiyyət qurmasına şərait yaradırdım. Bir

müddət keçəndən sonra niyyətimi açıb qıza dedim.

Kamilin məhz onunla ailə qurmasını istədiyimi

bildirdim.

On gündən çox idi ki, Ruxsarə bizə gəlmirdi.

Mən narahat idim.  Bir gün Ruxsarə mənə zəng vurdu,

axşam bizə gələcəyini dedi. 

Axşam qız gəldi və əyləşib söhbət etdik. O,

təklifimi bir şərtlə qəbul edəcəyini bildirdi:

- Asya, Kamilin mənə qarşı az da olsa hissləri

yaranmasa, bu iş alınmayacaq.

Razılaşdım, bəlkə də, kənardan bütün bunlar

aglasığmaz görünür, ancaq bu hissləri yaşamadan

etdiklərimi anlamaq çətindi. Artıq o bizə tez-tez

gəlməyə başladı, daha çox Kamillə ünsiyyət qurur,

onunla vaxt keçirirdi, tədricən Kamildə də ona bağlılıq

yarandığını duyurdum. Son vaxtlar Kamillə şəxsi

münasibətlərdə özüm qəsdən soyuqluq yaratmışdım,

onun nəvazişlərindən, qayğılarından imtina edirdim.

Qəlbimin səsini, istəyini boğaraq yaşamaq əzab idi,

ancaq Kamil üçün bunu etməli idim. Son günlər

Ruxsarə, demək olar ki, bizə günaşırı gəlirdi. Hiss

edirdim ki, o özü də Kamilə bağlanıb və bir gün baş

verən hadisə hər şeyə son qoydu…

Həmin gün işdən tez gəlmişdim, az keçməmiş

Ruxsarə də gəldi. Axır vaxtlar mənimlə çox söhbət

etməyə utanırdı. Onu anlayırdım, özünü günahkar

hiss edirdi, ancaq mən çalışırdım ki, rahat olsun.

Axşama doğru hər şeyi köməkli hazırladıq, qız masanı

düzəltdi. Kamil də gəldi, masaya əyləşdik. 

Ruxsarə mətbəxi yığışdırıb qonaq otağına getmişdi.

Mən çayları süzüb qonaq otağına girəndə onları

gördüm. Ürəyim az qalırdı yerindən çıxa. Özümü bu

günə hazırlamış olsam da təlaşdan, həyəcandan əsirdim.

Kamil onun belini qucaqlayıb dodaqlarından öpürdü… 

Bu mənim evi tərk etməyim üçün yetərli idi.

Mətbəxə qayıtdım və otağa girməmişdən səs-küylə

gəlişimi bildirdim.  

Axşam Kamilə hiss etdirmədən əşyalarımı

topladım. Səhər Kamil işə gedən kimi mən də evdən

çıxdım və atamgilə üz tutdum. Kamilə isə belə bir

məktub yazdım: “Əzizim Kamil, hər şeyə görə sənə

çox minnətdaram!  Mənə əsl sevginin nə olduğunu

sən öyrətdin... Ruxsarə çox yaxşı qızdı, əminəm ki,

onunla xoşbəxt olacaqsan.”

Evdən çıxarkən Kamilin mənə hədiyyə etdiyi uşaq

papışlarını da özümlə götürdüm. Evləndikdən sonra

da Ruxsarə də, Kamil də tez-tez mənə zəng vurub

hal-əhvalımı soruşurdular. Bir gün Ruxsarə hamilə

olduğunu dedi, çox sevindim.

Bir gün də xəbər gəldi ki, Kamil qız atası oldu.

Bir neçə gün keçdikdən sonra onları ziyarətə getdim.

Kamilin aldığı  papışları hədiyyə aparmışdım.

- Nəhayət, papışlar öz sahibini tapdı – dedim.

…Uşağa mənim adımı qoyublar. Biz vaxt olanda

balaca Asyayla tez-tez görüşür, parkda gəzirik. 

№10 (569) oktyabr 2016

I

69




Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə